Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3755/2022 02.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 2 ünvanında yerləşən yaşayış evinin ona məxsus 1/18 hissəsinə (8.35 kv.m) görə hər kv.m-i 1500 (min beş yüz) manat hesablanmaqla ümumi, 12525 (on iki min beş yüz iyirmi beş) manat kompensasiya məbləğinin hesablanmaqla ona ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci il tarixdə Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar aparılan yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması və bununla əlaqədar abadlıq-quruculuq işləri çərçivəsində Yasamal rayonunun keçmiş "Sovetski” adlanan ərazisində - ünvan 3 ünvanında yerləşən onun mülkiyyətində olmuş yaşayış evi müvafiq sərəncam əsasında sökülmüşdür. Həmin ünvan 2 ünvanında yerləşən yaşayış evinin əmisi oğlu X8 adına olan hissəsi ********* qeydiyyat nömrəsi ilə 11.01.2007-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Bu faktı təsdiq edən ********* qeydiyyat nömrəli, MH seriyalı, ******* qeydiyyat nömrəli çıxarışın surətini iddia ərizəsinə əlavə edir. Əmisi oğlu olan X15 11.11.2013-cü il tarixdə vəfat etmişdir. Bu faktı təsdiq edən AZ-İ seriyalı, 650561 nömərli ölüm haqqında şəhadətnamənin surətini iddia ərizəsinə əlavə edir. Qeyd etmək istəyir ki, mərhum əmisi oğlu Dadaşov Etibar vaxtilə boşanmış və onun ondan başqa heç kimi olmamışdır və faktiki olaraq onun himayəsində olmuşdur. Belə ki, Etibar Dadaşovun 24 avqust 1991-ci il tarixli boşanma haqqında şəhadətnaməsinin surətini əlavə edir. Həmçinin, Cavabdeh MKİS-nin 186 nömrəli, 06.09.2021-ci il tarixli arayışı ilə də, təsdiq olunur ki, sözügedən yaşayış evi sökülən günə kimi X15 onun himayəsində olmuşdur. Həmin arayışın surətini iddia ərizəsinə əlavə edir. Bildirmək istəyir ki, 24 sentyabr 2021-ci il tarixində Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, o, İddiaçı, mərhum X8 vərəsəsi kimi qeydə alınmışdır. Həmin şəhadətnamənin surətini iddia ərizəsinə əlavə edir. Həmin şəhadətnaməyə əsasən, həmçinin X12 məxsus miras əmlakdan tam hissədə pay alması təsdiq olunur. Qeyd etmək istəyir ki, ünvan 3 ünvanında yerləşən yaşayış evinin 1/18 hissədə onun xüsusi mülkiyyətinə keçmişdir. Bu faktı təsdiq edən ********** qeydiyyat nömrəli, 04.10.2021 -ci il tarixli dövlət reyestrindən çıxarışın surətini iddia ərizəsinə əlavə edir. ünvan 3 ünvanında yerləşən yaşayış evinin sökülən 1/18 hissəsinə (8.35 kv.metr) görə hər kvadrat metri 1500,00 manat hesablanmaqla həmin hissəyə düşən kompensasiya məbləği ödənməmişdir. O da, sözügedən yaşayış evinin həmin hissədə mülkiyyətçisi olaraq, ona düşən hissə barədə kompensasiya almaq üçün müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Cavabdehnə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq, Cavabdeh tərəfindən 26.10.2021-ci il tarixli və 28.10.2021 -ci il tarixli imtina məktubları təqdim olunmuşdur. Həmin imtina məktubuna əsasən bildirilmişdir ki, ünvan 3 nömrəli fərdi yaşayış sahəsi ilə bağlı onunla Yasamal RİH arasında alğı-satqı müqaviləsi bağlandığından və müvafiq kompensasiya ödənildiyindən xahişinin yerinə yetirilməsi mümkün deyildir. Həmin imtina məktublarını iddia ərizəsinə əlavə edir. Həmçinin, Maliyyə Nazirliyi 10 noyabr 2021-ci il tarixli, MİHO/1.1-2-2021-6151 nömrəli imtina məktubunda bildirilmişdir ki, 2015-ci ildə sökülən Yasamal rayonu, M.Əliyev küçəsi, 56 ünvandakı yaşayış evinin 1/18 hissəsinin (8.35 kv.metr) mülkiyyətçisi olmuş, 2013-cü ildə vəfat etmiş X10 faktiki mövcud olmayan miras əmlakına satınalma işləri yekunlaşdıqdan 6 il sonra əldə etdiyi vərəsəlik hüququ əsasında əlavə kompensasiyanın hesablanması ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunur. Həmçinin bildirir ki, 2015-ci ildə Yasamal rayonu, M.Əliyev küçəsi, 56 ünvandakı yaşayış evi sökülərkən əmisi oğlu Dadaşov Etibara məxsus mülkiyyətin qarşılığında hər hansı kompensasiya hesablanaraq nə özünə, nə də himayəçisi kimi ona ödənməmişdir. O da, bu məqsədlə notariusa müraciət edərək, ölmüş şəxsin qanuni vərəsəsi olaraq ona məxsus əmlaka dair mülkiyyət hüququ əldə etmişdir. Faktiki olaraq, kompensasiya hüququ mülkiyyətə dair hüquqların əldə olunduğu vaxtdan başlanıldığı üçün Yasamal RİH-nin və Maliyyə Nazirliyinin müvafiq imtinaları əsassız və qanunsuzdur. O, yaşayış evinin ona məxsus hissəsində kompensasiya alınması üçün qanuni vərəsə kimi tanındıqdan dərhal sonra müraciət etmişdir. Ona görə də, cavabdehin və Maliyyə Nazirliyinin müvafiq imtinaları onun konstitusion hüququ olan mülkiyyət hüququnu və müvafiq olaraq kompensasiya almaq hüququnu kobud surətdə pozur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, ********* qeydiyyat nömrəli, 26.07.2006-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”a əsasən ünvan 2 ünvandakı yaşayış evinin 2/18 hissəsi (16.70 kv.m) İddiaçı mülkiyyətində olmuşdur. Komissiya tərəfindən isə İddiaçı iştirakı ilə həmin ünvanda onun və ailəsinin istifadəsində olan 2 mənzilin faktiki mövcud olmuş sahələri ölçülərkən 1-ci mənzilin ümumi sahəsinin 36.60 kv.m (yaşayış sahəsi 14.56 kv.m, köməkçi sahəsi 10.76 kv.m, xidməti sahəsi 0.63 kv.m, digər sahəsi 10.65 kv.m), 2-ci mənzilin ümumi sahəsinin 23.99 kv.m (yaşayış sahəsi 20.55 kv.m, köməkçi sahəsi 2.24 kv.m, digər sahəsi 1.20 kv.m) olduğu müəyyən edilmişdir. Faktiki sahələrin, yəni “Çıxarış”da göstərilənlərdən daha çox qiymətləndirilməsi aparılmaqla 2 mənzil üçün, yəni cəmi 60.59 kv.m sahəyə görə bütün əlavələr nəzərə alınmaqla, köçmə və kirayə xərci daxil olmaqla cəmi 81726.00 manat məbləğində kompensasiya hesablanmışdır. İddiaçı ilə Cavabdeh arasında AN-İ ******* nömrəli, 17.08.2015-ci il tarixli alğı-satqı müqaviləsi bağlanaraq 81726.00 manat məbləğində kompensasiya ödənilmişdir. M.A.Əliyev küçəsi 56 ünvandakı yaşayış evinin satın alınması zamanı digər əmlak sahiblərinin də, iştirakı ilə mülkiyyətlərində və istifadələrindəki faktiki mövcud olmuş bütün tikililər siyahıya alınmış və müvafiq qaydada kompensasiyalar hesablanaraq ödənildikdən sonra onlara məxsus tikililər razılıqları ilə 2015-ci ildə sökülərək ərazidə abadlıq-quruçuluq işləri aparılmışdır. Göründüyü kimi, İddiaçı satınalma işləri yekulaşdıqdan 6 il sonra 04 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”a əsasən 2015-ci ildə sökülən Yasamal rayonu, M.A.Əliyev küçəsi 56 ünvandakı yaşayış evinin faktiki mövcud olmayan 1/18 hissəsinə (8.35 kv.m) vərəsəlik əsasında mülkiyyət hüququ əldə etmişdir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Qeyd olunan Qanunun 20.3-cü maddəsinin hazırki inzibati işə tətbiqi baxımından belə nəticəyə gəlmək olar ki, həmin ərazidə yerləşən daşınmaz əmlakların dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərarın qəbulunadək mülkiyyətdə olmuş daşınmaz əmlaklara görə kompensasiya almaq hüququ yaranır. Lakin, iddiaçı torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı qərar qəbul edildikdən, hətta satınalma işləri yekunlaşaraq, həmin ərazidə yerləşən evlər söküldükdən sonra evin 1/18 hissəsinə mülkiyyət hüququ əldə etmişdir ki, yuxarıda qeyd olunan qanunun tələblərinə görə bu sahəyə görə kompensasiya hüquq yaranmır. Bundan başqa, mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən evin 2/18 hissəsi və sonradan vərəsəlik qaydasında qəbul etmiş 1/18 hissəsi birlikdə (16.7 + 8.35 = 25.05 kv.m) iddiaçıya kompensasiya ödənilmiş faktiki sahələrdən dəfələrcə az olduğu üçün iddiaçının əlavə kompensasiya tələb etməsi tam əsassızdır. Şifahi məhkəmə baxışı iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28.10.2021-ci il tarixli, D- 36-166 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının kompensasiya ödənilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, 2014-2019-cu illərdə Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin, qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin ünvanda yaşayan sakinlərlə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin və qeyri-yaşayış obyektlərinin alınmasına dair notarial qaydada ayrı-ayrılıqda alğı-satqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənilmişdir. Eyni zamanda, Bakı şəhəri, Yasamal rayonu, X30 küçəsi, 56 nömrəli fərdi yaşayış sahəsi ilə bağlı onunla Cavabdeh arasında alğı-saqı müqaviləri bağlandığından və müvafiq kompensasiya ödənildiyindən xahişinin yerinə yetirilməsi mümkün deyildir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmur. Bununla bağlı müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 10.11.2021-ci il tarixli, MİHO/1.1-2-2021-6151 nömrəli “Daşınmaz əmlaka görə əlavə kompensasiya ödənilməsi barədə” məktubun surətindən görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, adından 2015-ci ildə dövlət tərəfindən satın alınmış ünvan 5 ünvanda vərəsəlik hüququ əsasında əldə etdiyi paylı mülkiyyətə görə əlavə kompensasiyanın ödənilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış və baxılması üçün 04 noyabr 2021-ci tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmiş, həmçinin 28 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə daxil olmuş eyni məzmunlu müraciətlərə aidiyyəti üzrə Nazirlikdə baxılmışdır. Məlumat üçün bildirirlər ki, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması və bununla əlaqədar abadlıq-quruculuq işləri çərçivəsində Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 12 dekabr 2013-cü il tarixli 501 nömrəli Sərəncamına uyğun olaraq alınmanın təsir dairəsinə düşmüş yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən ünvan 6 ünvanda mülkiyyətində olmuş yaşayış evinin könüllü qaydada satın alınması Cavabdeh tərəfindən müvafiq qaydada təşkil edilmiş komissiya tərəfindən həyata keçirilmişdir. Qeyd edilmişdir ki, yaşayış sahələrinin satın alınması zamanı komissiyaya təqdim etdiyi ********* qeydiyyat nömrəli, 11.01.2007-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən paylı mülkiyyət üzrə M.Əliyev küçəsi 56 ünvandakı yaşayış evinin ona məxsus olmuş 2/18 hissəsinin ümumi sahəsi 16,70 kv.metr (yaşayış sahəsi 14,20 kv.metr, köməkçi sahəsi 2,50 kv.metr) olmuş, komissiya tərəfindən isə onun iştirakı ilə ailəsinin istifadəsində olan 2 mənzilin faktiki mövcud olmuş sahələri ölçülərkən 1-ci mənzilin ümumi sahəsinin 25,32 kv.metr (yaşayış sahəsi 14,56 kv.metr, köməkçi sahəsi 10,76 kv.metr) 2-ci mənzilin ümumi sahəsinin 22,79 kv.metr (yaşayış sahəsi 20,55 kv.metr, köməkçi sahəsi 2,24 kv.metr) olduğu müəyyən edilərək, faktiki sahənin, yəni “Çıxarış”da göstəriləndən daha çox sahənin qiymətləndirilməsi aparılmaqla 2 mənzil üçün cəmi 48,11 kv.metr (25,32+22,79) əsas və köməkçi sahənin əlavələr nəzərə alınmaqla hər kv.metri 1500,00 manata, hündürlüyü 1,65 metr, sahəsi 10,65 kv.metr olan zirzəminin əlavələr nəzərə alınmaqla hər kv.metri 700,00 manata, sahəsi 0,63 kv.metr olan dolabın əlavələr nəzərə alınmaqla hər kv.metri 200,00 manata və sahəsi 1,20 kv.metr olan pilləkənin əlavələr nəzərə alınmaqla hər kv.metri 400,00 manata qiymətləndirilmiş, ümumi məbləğə köçmə və kirayə xərci kimi ayrı-ayrı mənzillərə görə 1000,00 manat və 500,00 manat əlavə olunaraq 2 mənzilə görə cəmi 81726,00 manat məbləğdə kompensasiya hesablanmış və həmin məbləğ 19 avqust 2015-ci il tarixdə onun tərəfindən müvəkkil bankdan nağd qaydada götürülmüşdür. Məlum olduğu kimi, yaşayış və qeyri-yaşayış sahələrinin satın alınması zamanı M.A.Əliyev küçəsi 56 ünvandakı əmlak sahiblərinin iştirakı ilə istifadələrindəki faktiki mövcud olmuş bütün tikililər siyahıya alınmış və müvafiq qaydada kompensasiyalar hesablanaraq ödənilmiş, sakinlərin razılığı ilə onlara məxsus tikililər sökülməklə ərazidə abadlıq-quruçuluq işləri aparılmışdır. Nəzərə çatdırılmışdır ki, 2015-ci ildə sökülən Yasamal rayonu, M.A.Əliyev küçəsi 56 ünvandakı yaşayış evinin 1/18 hissəsinin (8,35 kv.metr) mülkiyyətçisi olmuş, 2013-cü ildə vəfat etmiş əmisi X10 faktiki mövcud olmayan miras əmlakına satınalma işləri yekunlaşdıqdan 6 il sonra əldə etdiyi vərəsəlik hüququ əsasında əlavə kompensasiyanın hesablanması ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, X15 Bakı şəhəri, Yasamal rayonu, X30 küçsində istifadədə olan 0.0122 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 127.6 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 22.7 kv.m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X5 – 1/9, X9 1/6, X8 – 1/18, İddiaçı – 2/18, Hüseyn-zadə Ziba Yusif qızının – 1/18, X4 -1/9, X1 – 3/9, X2 – 1/1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 1028 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri Oktyabr rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İİ-ЖГ nömrəli, 266350 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X20 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24.08.1991-ci il tarixdə, 549 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 650561 nömrəli, 04.12.2013-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X15 11.11.2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.12.2013-cü il tarixdə, 1394 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan 43 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 186 nömrəli, 06.09.2021-ci il tarixli arayışdan görünür ki, Sovetski adlanan ərazinin sökülməsi ilə əlaqədar olaraq Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsində yerləşən 56 nömrəli ev sökülmüşdür. İddiaçı 29.09.2015-ci ildə qeydiyyatdan çıxışdır. Qonşların aktına əsasən mənzil sökülən günə kimi əmisi oğlu X13 İddiaçı baxıb, onun nümayəndəsi olmuşdur. 11.11.2013-cü ildə rəhmətə getmişdir. İşdə olan 24.09.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 11.11.2013-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 11.01.2007-ci il tarixdə X12 verilmiş **********39-10301 reyestr nömərli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 150.3 kv.m, yaşayış sahəsi 127.6 kv.m, yardımçı sahəsi 22.7 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 1/18 hissə paydan ibarətdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X30 küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evi 1/18 hissədə xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. 17/18 hissə isə sökülmüşdür. Onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 04.10.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən 3554/d nömrəli, 14.02.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 12.12.2013-cü il tarixli, 501 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə satın alınması layihəsi çərçivəsində ünvan 10 ünvanında yerləşən yaşayış evi ilə bağlı kompensasiya məbləğlərinin ödənilməsi barədə alğı-satqı müqavilələrinin, “Qiymətləndirmə Cədvəllərinin” və Sxemlərin surətləri təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən edilmişdir ki, AN-İ seriyalı, ******* nömrəli, 03.05.2014-cü il tarixli; AN-İ seriyalı, ******* nömrəli, 20.05.2014-cü il tarixli; 18.08.2015-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqavilələri”nin surətlərindən görünür ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X31 küçəsi ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin 1/18 hissəsini 60716 manata; X16 Bakı şəhəri, Yasamal rayonu, X31 küçəsi ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsini 78197 manata; X3 Bakı şəhəri, Yasamal rayonu, X31 küçəsi ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsini 62069 manata Bakı şəhəri Cavabdehnə satmışdır. İşdə olan cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraza əlavə edilmiş sənədlərdən görünür ki, AN-İ seriyalı, ******* nömrəli, 17.08.2015-ci il tarixli “Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi”nə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X31 küçəsi ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin 2/18 hissəsini 81726 manata Bakı şəhəri Cavabdehnə satmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə cədvəlində ünvan 8 ünvanında yerləşən İddiaçı məxsus olan daşınmaz əmlakın 2015-ci il avqust ayı tarixinə olan bazar dəyəri, əsas və köməkçi sahələrin 1 kv.m-i 1500 manatdan olmaqla, 2 aylıq kirayə haqqı nəzərə alınmaqla, ümumilikdə cəmi 81726 manat təşkil etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı iş üzrə mübahisəli, yəni ünvan 8 fərdi yaşayış evi Bakı şəhər İcra Hakimiyyətinin 12.12.2013-cü il tarixli, 501 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə satın alınması layihəsi çərçivəsində ünvan 10 ünvanında yerləşən yaşayış evi ilə bağlı həmin fərdi yaşayış evinin mülkiyyətçiləri ilə Bakı şəhəri Cavabdeh arasında alğı-satqı müqavilələri bağlanılmışdır. Alğı-atqı müqavilələri "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə cədvəllərində müəyyən edilmiş qiymətlərə əsasən, əsas və köməkçi sahələrinin 1 kv.m-i 1500 manatdan hesablanmaqla həyata keçirilmişdir. Həmin fərdi yaşayış evinin 1/18 hissədə mülkiyyətçilərindən biri iddiaçının əmisi oğlu X15 olmuşdur. X15 11.11.2013-cü il tarixdə ölmüş, 24.09.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən İddiaçı ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 150.3 kv.m, yaşayış sahəsi 127.6 kv.m, yardımçı sahəsi 22.7 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 1/18 hissə paydan ibarət miras əmlaka tam hissədə pay almışdır. X6 miras qalmış ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin 1/18 hissəsinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, 04.10.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İddiaçı hazırki iddia tələbi ilə mülkiyyətində olan həmin hissəyə görə cavabdeh tərəfindən ona kompensasiya məbləğinin ödənilməsini tələb edir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 28.10.2021-ci il tarixli, D-36-166 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin 1/18 hissəsinin (ümumi sahə 150.3 kv.m : 1/18 hissə= 8.35 kv.m) satılması ilə əlaqədar olaraq İddiaçı Bakı şəhəri Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alğı-satqı qaydasında alınaraq, pul məbləğinin ödənilməsi sübuta yetirilmədiyindən fərdi yaşayış evinin iddiaçıya məxsus 1/18 hissəsinə (8.35 kv.m) görə kompensasiya ödənilməsi tələbi təmin edilməli, iddiaçıya məxsus 1/18 hissəyə (8.35 kv.m) görə 8.35 × 1500 = 12.525 manat məbləğində kompensasiya məbləği İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdehin ilkin dəlili iddiaçının ********* qeydiyyat nömrəli, 26.07.2006-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olmuş 2/18 hissəyə dair kompensasiya ödənilməsi ilə bağlı olmuşdur ki, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, göründüyü kimi, iddiaçıya ödənilmiş kompensasiya məbləğinin X6 miras qalmış hissəyə heç bir aidiyyəti yoxdur. Həmin kompensasiya məbləği məhz iddiaçının mülkiyyətində və istifadəsində olmuş sahəyə görə ödənilmişdir. Həmin kompensasiya məbləğinin çıxarışda göstərilən ölçüdən daha böyük faktiki ölçülərə uyğun, ailənin istifadəsində olan ölçülərə görə verilməsi isə "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə cədvəlinə əsasən, cavabdehin özünün iradə ifadəsi ilə olmuşdur. Eləcə də, İddiaçı ilə Bakı şəhəri Cavabdeh arasında bağlanılmış AN-İ seriyalı, ******* nömrəli, 17.08.2015-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” rəsmiləşdirilən zaman həmin müqaviləyə əsasən İddiaçı yalnız özünə məxsus 2/18 hissəni satmış, X12 məxsus hissənin Bakı şəhəri Cavabdeh tərəfindən alğı-satqı müqaviləsi əsasında alınması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Cavabdehin ikinci dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə istinad etməklə, iddiaçının torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı qərar qəbul edildikdən, hətta satınalma işləri yekunlaşaraq, həmin ərazidə yerləşən evlər söküldükdən sonra evin 1/18 hissəsinə mülkiyyət hüququ əldə etməsini bildirsə də, cavabdehin hazırki mübahisədə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə yanaşması yanlış olmaqla, göstərdiyi həmin dəlili də, əsassızdır. Belə ki, həmin hissəyə mülkiyyət hüququ sonradan yaranmamış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 11.01.2007-ci il tarixdə X12 verilmiş **********739-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X8 mülkiyyətində olmuş, E.Dadaşov 11.11.2013-cü il tarixdə vəfat etdiyindən, “Qanun üzrə vərəsəlik hüququ haqqında” 24.09.2021-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı miras əmlak kimi qalmışdır. Həmin hissə cavabdeh tərəfindən satın alınmamış, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.9-cu maddəsində təsbit olunduğu kimi, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246-cı maddəsinin müddəalarına (24.1- 246.5) əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir (246.1). Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır (246.2). Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir (246.3). Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər (246.4). Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir (246.5). «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; 7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Qanununvericiliyin normalarından göründüyü kimi, qanuna əsasən alınmanın təsirinə məruz qalan ərazidə yerləşən torpaq sahəsi və digər əmlakların və əmlak hüquqlarının qiymətləndirilməsi «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq həyata keçirilir və həmin qanuna əsasən torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər kompensasiya ala bilər. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məşhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/18 hissəsinə (8.35 kv.m) görə hər kv.m-i 1500 (min beş yüz) manat hesablanmaqla ümumilikdə 12525 (on iki min beş yüz iyirmi beş) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3755/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3755/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver