Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3756/2020 09.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X7, X8, X9, X15 oglu və X2 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X7, X8, X9, X15 oglu və X2 üçüncü şəxslər kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X3, X4, X5, X6 və X1 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X16 küçəsi, ev 2, mənzil 98 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 8 ci mkr., X16 küçəsi, ev 2, 98 saylı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində 2000-ci il 27 fevral tarixindən xüsusi mülkiyyət kimi iddiaçının adına hüquqi qeydiyyatdan keçirilmişdir. Göstərilən mənzil 22 fevral 2019-cu il tarixində həmin mənzilin keçmiş mülkiyyətçisi X7 ilə alqı-satqı müqaviləsi yolu ilə satın alınmışdır. Alqı-satqı müqaviləsi 22 fevral 2019-cu il tarixində Bakı şəhəri, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiq edilib. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalıblar. Onların qeydiyyatı formal xarakter daşıyır. Alqı- satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcılar 22 mart 2019-cu il tarixədək qeydiyyatdan çıxmağı öhdələrinə götürürlər. Üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamaları onun mülkiyyət hüququnu məhdudlaşdırır. Hazırlıq icraatının gedişində məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 3756/2020 saylı qərardadı ilə X7, X8, X9, X15 oglu və X2 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 03 iyul 2020-ci il tarixli Məlumatındaxüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Goranboy, Göygöl, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarının inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsinin davam etdirilməsi tövsiyə edilmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, 2-1(112)-3756/2020 saylı iş üzrəonun iştirakı olmadan müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon polisidarəsinin məhkəməyə daxil olmuş 059-15506 və 059-20934 saylı məktublarında müvafiq olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi bildirilmiş və şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən qərar çıxarılması xahiş edilmişdir. Üçüncü şəxslərə göndərilmiş məhkəmə sənədləri poçt rabitə xidməti tərəfindən geri qaytarılmışdır. Göründüyü kimi üçüncü şəxslərə məhkəmə sənədlərinin rəsmi qaydada çatdırılması və onların rəsmi şəkildə məlumatlandırılması qeyri-mümkün olmuşdur. Yuxarıda göstərilənlərə əsasən iş üzrə tərəflərin iştirakı olmadan və şifahi dinləmələr keçirilmədən müvafiq qərar qəbul edilməsi mümkün hesab edilmişdir. İş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edirəm ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2013-cü il tarixdə Qəbələ RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1963-cü təvəllüdlü İddiaçı yaşayış yeri üzrə Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatdadır. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən **********14 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş AN-İ seriyalı ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X16 küçəsi, ev 2, mənzil 98 həmin müqavilə üzrə satıcı – X7 həmin müqavilə üzrə alıcı - İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı X7 22 mart 2019-cu il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Binəqədi rayonu MKTB 72 saylı MKİS tərəfindən verilmiş 1084 saylı, xx.xx.2019cu il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı adına xx.xx.2019-cu ildə şəxsi maliyyə haqq-hesabı açılmış və o, həqiqətən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X16 küçəsi, ev 2, mənzil 98 ünvanında yaşayır. Mənzilin sahibi İddiaçıdır. Həmin mənzildə keçmiş sakinlər 1979-cu ildə doğulmuş X7, 1986-cı ildə doğulmuş X8, 2008-ci ildə doğulmuş X9, 2009-cu ildə doğulmuş X11 və 1988-ci ildə doğulmuş X2 da daimi qeydiyyatdadırlar. Mənzilə yuxarıda adları qeyd edilən şəxslərin sonuncusu 2016-cı ildə, digərləri isə 2012-ci ildə qeydiyyata alınmışlar. Mənzildə müvəqqəqi qeydiyyatda olan şəxs yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesti tərəfindən verilmiş və DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən **********14 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X16 küçəsi, ev 2, mənzil 98 üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1399 nömrəli reyestr kitabının 128046 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. - Binəqədi RPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 059-905E saylı məktubda onun Binəqədi RPİ-yə ünvanladığı ərizəsinə cavab olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona məxsus olan mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin əsasında həyata keçirildiyi bildirilmişdir. İş materiallarından məlum olur ki, üçüncü şəxslərin qeydiyyatda olduğu sözügedən mənzil notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına özəlləşdirilmiş, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən imtinanın qanunvericilikdə təsbit edilmiş hüquqi əsasları göstərilmədən imtina edilmiş, məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan sənədlərdən görünür ki, qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin ikisi yetkinlik yaşına çatmış, digərləri isə yetkinlik yaşına çatmamış şəxslərdir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Xüsusilə də, iş materiallarından sözügedən mənzilin üçüncü şəxs X3 tərəfindən mənzildə qeydiyyatda olan digər şəxslərin də yazılığı razılığı ilə notarial qaydada bağlanmış müqaviləyə əsasən iddiaçıya satılması, üçüncü şəxs X3 müqavilə üzrə mənzildən qeydiyyatdan çıxması barədə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi, həmin mənzildə qeydiyyatda olan keçmiş sakinlərin üçüncü şəxs X3 ailə üzvləri olması nəzərə alınsa, bu cür konkret halda onların sözügedən mənzildə qeydiyyatda qalması iddiaçının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzil üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqlarının məcmusu olan mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilməsi istisna edilməməlidir. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslərin uzun müddət faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X3, X4, X5, X6 və X1 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X16 küçəsi, ev 2, mənzil 98 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ M: İddia təmin edilsin. X3, X4, X5, X6 və X1 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X16 küçəsi, ev 2, mənzil 98 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 SƏDRLİK EDƏN Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3756/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3756/2020
09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver