Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-376/2020 11.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi ilə, İddiaçı Bakı şəhər Səbail Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X2, X1 işə cəlb edilməklə sərəncamların və çıxarışların etibarsız hesab edilməsi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Səbail Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X2, X1 işə cəlb edilməklə sərəncamların və çıxarışların etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Bakı şəhərSəbail Bələdiyyəsinin iddia tələbi geri götürülmüş sayılmalıdır. Belə ki, Bakı şəhər Səbail Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhkəmə icraatından ardıcıl olaraq 30 gündən çox müddət ərzində yayındığından, iddiaçı Bakı şəhərSəbail Bələdiyyəsinin iddiası geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhər Səbail Bələdiyyəsinin iddia tələbi geri götürülmüş sayılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. X5yeva
Məhkəmə qərarları › İş №2-1(112)-376/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-376/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver