Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-376/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin təhkim aktın (torpağın cizgisi əks olunmaqla) verilməsi” iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 2000-ci il tarixli, 402 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Qum Adası” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının yanında, hazırda İlqar Musayev küçəsi-20/2 ünvanı verilmiş ərazidə yerləşən 600,0 kv.metr ölçüdə torpaq sahəsinin iddiaçıya təhkim edilməsi barədə 06 aprel 2000-ci il tarixli təhkim aktının və həmin aktda göstərilən torpağın cizgisinin təsdiq edilməsi və ya yeni tarixlə təhkim aktının (torpağın cizgisi əks olunmaqla) verilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 2000-ci il tarixli, 402 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən “Qum Adası” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının yanında uzun müddət ərzində istifadə etdiyi 600,0 (altı yüz) kv.metr torpaq sahəsi ayrılaraq həmin torpaq sahəsində 185-000- 111C n-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə kürsülük 2 metr müəyyən edilməklə icazə verilmişdir. Həmin sərəncam verildikdən bir ay sonra sərəncamla iddiaçıya ayrılmış yuxarıda göstərilən torpaq sahəsi Suraxanı rayonunun aidiyyəti icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxslərinin, yəni, rayonun Baş Memarı V.Seyidovun, Memarlıq və Arxitektura Şöbəsinin mütəxəssisi S.Məmmədzadənin, həmin rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbəsi üzrə İcra Nümayəndəsi F.Süleymanovun iştirakları ilə cizgisi çəkilərək 06 aprel 2000-ci il tarixli aktla iddiaçıya təhkim edilmiş, tərtib edilmiş həmin aktın bir nüsxəsi iddiaçıya verilmiş, həmin vaxt qeyd olunan akta sonradan Suraxanı rayonun Baş Memarı V.Seyidovun imza edəcəyini və rayon İcra Hakimiyyətinin Başçısı cənab Natiq Mehdiyevin təsdiq edəcəyini bildirsələr də, deyilən vaxtda iddiaçı bir neçə dəfə rayon İcra Hakimiyyəti Aparatına getmiş, göstərilən vəzifəli şəxsləri yerində tapmamış, həmin aktı imzalatdıra və təsdiq etdirə bilməmiş, sonralar isə ailə qayğıları ilə əlaqədar olaraq və iddiaçıya ayrılmış torpaq sahəsinin təhkim edilməsi barədə qeyd olunan aktı bu vəziyyətdə hüquqi sənəd hesab edərək, qanunu bu cür başa düşdüyündən haqqında söhbət gedən aktın və iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisinin rayonun Baş Memarına imzalatdırılması və rayon İHB-ı tərəfindən təsdiq etdirilməsi təşəbbüsündə olmamışdır. Hazırda səlahiyyətli orqan tərəfindən iddiaçının ailəsinə ayrılmış qeyd olunan torpaq sahəsini və orada qanuni əsaslarla tikdirdiyi evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə öz adına qeyd aldırmaq istədiyinə görə həmin təşkilata təqdim etdiyi aidiyyəti sənədlər öyrənilərkən iddiaçıya haqqında söhbət gedən torpaq sahəsinin təhkim edilməsi barədə aktın və həmin aktdakı cizginin təsdiq edilmədiyi səbəbindən təqdim etdiyi sənədlərin qəbulundan və qanuni istifadəsində olan torpaq sahəsinin və evin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmasından imtina edilmiş və iddiaçıya qeyd olunan təhkim aktının və torpağın cizgisinin təsdiq olunmasının zəruriliyi bildirilmişdir. Bu səbəbdən də iddiaçı qanunvericiliyin tələbinə əməl edərək Suraxanı rayon İcra Hakimiyyətinin özünün aidiyyəti səlahiyyətli şəxslərinin də iştirakı və imzaları ilə tərtib olunmuş və qeyd etdiyi kimi uzun müddət özündə saxladığı, eləcə də həmin icra hakimiyyətinin özündə olmalı olan təhkim aktının istifadəsində olan torpağın cizgisi əks olunmuş bir surətini müraciət ərizəsi ilə birlikdə dəfələrlə rəsmi qaydada həmin İcra Hakimiyyətinə təqdim edərək iddiaçıya ayrılmış yuxarıda göstərilən torpaq sahəsinin təhkim aktının və cizgisinin təsdiq edilməsini xahiş etsə də, bundan imtina edilərək iddiaçıya rədd cavabları verilmişdir. İddiaçı axırıncı dəfə bu ilin avqust ayında eyni qaydada eyni tələblə İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət etmiş, yenə müraciətinə İcra Hakimiyyəti Başçısının birinci müavini Rəşad Hacıyevin imzaladığı xx.xx.2020-ci il tarixli, M-328-113 saylı məktubu ilə rayon icra hakimiyyətinin 2014-cü il də daxil olmaqla sənədlərinin Dövlət Arxivinə təhvil verildiyi, həmçinin sözügedən sərəncama əsasən iddiaçıya ayrılan torpağın sahəsi barədə Suraxanı RİH-də heç bir məlumatın olmadığını nəzərə alaraq müraciətinin müsbət həllinin səlahiyyətləri xaricində olması səbəbini əsas kimi gətirərək iddiaçıya qanuni tələbinin təmin edilməsindən imtina edilmişdir. Bununla da, cavabdeh təşkilat tərəfindən iddiaçının dövlətin Konstitusiyası və qanunları ilə nəzərdə tutulan mənzil, mülkiyyət, yaşamaq və s. hüquqlarının həyata keçirilməsinə, eləcə də qanuni əsaslarla ailəsinin istifadəsinə verilmiş, uzun müddət ərzində mülkiyyətçi hüququ ilə istifadə və sahibliyində olan torpaq sahəsini və yaşayış evini dövlət reyestrində qeydə aldırmağına maneçilik törədilir, haqqında söhbət gedən aktın və orada əks olunan cizginin təsdiq olunmasından qanunsuz olaraq imtina edilməklə həm qanunsuz hərəkət edilir, həm də əslində qanunsuz olaraq hərəkətsizlik göstərilir ki, bu da qanunla yolverilməzdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1/1387 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı Suraxanı RİH-ə ərizə ilə müraciət edərək Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizgi aktının təsdiqlənməsinə köməklik göstərilməsini xahiş etmişdir. RİH-in cavab məktubu ilə hazırki İddiaçı Qaraçuxur qəsəbəsi, “Qum Adası” MKT-nın yanında fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv.m torpaq sahəsi ayrılmasına dair Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 402 saylı Sərəncamı barədə Suraxanı RİH-də heç bir məlumat olmadığı, o cümlədən ötən illərə dair sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi bildirilmişdir. 2001-ci yanvar ayının 1-dək torpaq sahəsinin ayrılmasına dair verilən sərəncamlarla yanaşı, torpaq sahəsinin ölçülərini və koordinatları əks etdirən plansxem vətəndaşlara təqdim edildiyindən, Suraxanı RİH-ə qarşı iddianı əsassız hesab etmiş və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış sübutların hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll edilməsinə kifayət etdiyi qənaətinə gələrək işə baxılmasını təyin etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, M-328-113 nömrəli məktub ilə bildirilmişdir ki, “Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizgi aktının təsdiqlənməsinə köməklik göstərilməsi haqqında müraciətinizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. RİH-ə surətini təqdim etdiyiniz sənədlərə əsasən müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 402 saylı sərəncamı ilə Qaraçuxur qəsəbəsi, “Qum Adası” MKT-nın yanında fərdi yaşayış evinin tikintisi üçün Sizə 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. Bildiririk ki, yuxarıda qeyd olunanları və RİH-in sənədləri 2014-cü il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini, həmçinin sözügedən sərəncama əsasən Sizə ayrılan torpağın sahəsi barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir”. - Asan 4 tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 2000-ci il tarixli, 402 saylı sərəncamından görünür ki, Qaraçuxur qəsəbəsi, “Qum Adası” MKT-nın yanında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbəsi üzrə nümayəndəsinin 115 saylı xx.xx.2000-ci il tarixli məktubundan görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 2000-ci il tarixli, 402 saylı sərəncamına əsasən iddiaçı tərəfindən inşa edilmiş evə Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi ev № 20/2 saylı ünvan verilmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 1/326 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 402 saylı sərəncamı ilə Qaraçuxur qəsəbəsi, “Qum Adası” NQÇİ-nin Mənzil Kommunal Təsərüfatının yanında İddiaçı ayrılmış 600,0 kv.m torpaq sahəsinin təyinatı və konfiqurasiyasının müəyyən etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 11:00-da yerində ölçmə işlərinin aparılmasına köməklik göstərilməsi haqqında məktubunuza Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. RİH-in əməkdaşları tərəfindən sözügedən ünvana yerində baxış keçirilərkən Suraxanı RİHB-nın yuxarıda qeyd olunan sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış 600,0 kv.m torpaq sahəsindən əlavə 180,0 kv.m torpaq sahəsinin zəbt olunduğu və həmin torpaq sahəsində 2 (iki) ədəd 2 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi müəyyən edildiyindən həmin sərəncamla vətəndaşa ayrılmış torpaq sahəsinin konfiqurasiyasını müəyyən etmək mümkün olmamışdır”. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********46 saylı məktubu ilə göndərilmiş arayışla bildirilmişdir ki, “İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 2000-ci il tarixli 402 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin təyinatı və konfiqurasiyasının müəyyən edilməsi barədə mütəxəssis rəyinin verilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2-1(82)-1823/2021 nömrəli məktubunun icrası ilə əlaqədar bildiririk ki, müraciətdə qeyd edilən tarixdə əraziyə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və digər texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən iddia edilən naturada ölçülmüş torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində, Bakı çəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 815 nömrəli sərəncamı ilə Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinə ayrılması nəzərdə tutulan, dövlət mülkiyyətində olan torpaq sahəsidir”. - “SOCAR”-ın xx.xx.2021-ci il tarixli SOCAR**********30480092X00052 saylı məktubundan görünür ki, UTM WGS 84 koordinat sistemində koordinatlarda olan sözügedən 813 m2 torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. Beləliklə də torpaq sahəsi seçildikdən sonra onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir, lakin həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsi icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilməmişdir. Qanunun tələbinə görə belə sənədin təsdiq olunması əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hazırda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. İş üzrə iddiaçıya Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 2000-ci il tarixli, 402 saylı sərəncamı ilə fərdi yaşayış evini tikmək üçün Qaraçuxur qəsəbəsi, “Qum Adası” MKT-nin yanında istifadə etdiyi 600,0 (altı yüz) kv.metr torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin sərhədlərinin yerində (naturada) və xəritədə müəyyən edilmədiyi (bu barədə iddiaçının təqdim etdiyi torpaq sahəsinin ayrıc aktının və sxeminin baş memar və icra başçısı tərəfindən imzalanaraq təsdiq edilmədiyi müəyyən olunur) aydın olur. Ona görə də iddiaçı ayrılmış torpaq sahəsinin təhkim aktının (torpağın cizgisi əks olunmaqla) verilməsi tələb etsə də, əslində onun hüquqi maragı (iddia ərizəsindən və izahatından göründüyü kimi) torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, gələcəkdə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etsin. Lakin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də cavabdehin torpaq sahəsinin təhkim aktının (torpağın cizgisi əks olunmaqla) təsdiq edilməsi kimi səlahiyyətləri təsbit edilməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin təhkim aktının (torpağın cizgisi əks olunmaqla) verilməsi” barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 9 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-376/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-376/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver