Məhkəmə qərarları › İş №2-1(112)-376/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-376/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-376/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqan tərəfindən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və 3 il müddətində ödənilməli məbləğin hesablanmaqla birdəfəlik müavinətin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı pensiya hüququ yaranan 18 iyul 2021-ci il tarixindən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” formasında dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyasın hesablanması ilə bağlı məlumatın təqdim edilməsi barədə 25 saylı Vəkil bürosu tərəfindən ünvanlanan, 3 may 2023-cü il tarixli 589/23 saylı sorğuya cavabda qeyd olunan məsələyə münasibət bildirərək, cavabdeh tərəfindən hesablanmanın düzgün aparılmadığı müəyyən olunur. “Əmək pensiyası haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən əmək pensiyasında minimum məbləğ 2021-ci il üçün 200 manat müəyyən olunmuşdur. İddiaçının yaşa görə pensiyaya çıxmasını nəzərə alsaq, stajı olmasa da, bu məbləğ ona təyin oluna bilərdi. İddiaçının əmək stajı 32 il 2 ay 17 gündür. 2006-cı ilin yanvar ayının 1-dən sonra toplanan pensiya kapitalı pensiya çıxdığı müddət üçün 7811,89 manat hesablanmışdır. Əgər pensiya kapitalının 7811,89 manat olmasını və məbləğin 144 aya bölünməsini nəzərə alsaq, 1 yanvar 2022-ci il tarixinədək ona ödənilən məbləğ 226,86 manat olmalı idi. Yəni ona təyin olunacaq məbləğin üzərinə 26,89 gəlməklə əmək pensiyası 226,89 olmalı idi. 2022-ci ilin yanvarın 1-dən pensiya kapitalının 7968,96 manat olmasını nəzərə alsaq, 2022-ci ilin yanvar ayından iddiaçıya hesablanan məbləğ 233 manat, 2023-cü ilin yanvarın 1-dən sonra isə ona ödənilən əmək pensiyasının məbləği 323 manat hesablanmalıdır. Qeyd olunan pensiya məbləği ona ödənilmir və hətta cavab məktubunda birdəfəlik kvartal üzrə verilən məbləği nəzərə alsaq idarə tərəfindən üç il ərzində ödənilməyən məbləğ iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ 08 iyul 2021-ci ildə yaranmışdır. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən 225,81 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olunur. Bu səbəbdən əmək pensiyasının məbləği (225,81 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 264,82 manata (248,16+16,66), eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 303,75 manata (264,82 +(264,82 *14,7%)) çatdırılmışdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 32 il 2 ay 17 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.968,96 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (303,75 manat) dəyişiklik olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə və tələbin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. -Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının pensiya məbləği 303,75 manat təşkil etmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17/2-5314/2023 nömrəli məktuba əsasən İddiaçı Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, hüququnun yarandığı 2021-ci ilin 8 iyul tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, vətəndaşın pensiyası 2006-cı il 1 yanvar tarixinədək 25 il iş stajına müvafiq hesablanan (hər il üçün 306 manat) 19051,60 manatla fərdi hesabının sığorta hissəsində 2006- cı il 1 yanvar tarixindən sonra toplanmış 7811,89 manat pensiya kapitalının cəminin (26863,49 manat) gözlənilən pensiya ödəniş müddəti aylarının sayına (144-ə) bölünməsi ilə formalaşan (186,55 manat məbləğində) əmək pensiyasının sığorta hissəsi Qanunun 6-1ci maddəsinə uyğun olaraq minimum pensiya məbləğinə çatdırılmaqla 200 manat məbləğində müəyyən edilmişdir. İddiaçı əmək pensiyası xx.xx.2021-ci il tarixli müraciətinə və təqdim etdiyi sənədlərə əsasən 2006-cı il 1 yanvar tarixinədək 31 il 2 ay iş stajına və fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixindən sonra toplanmış 7811,89 manat pensiya kapitalına əsasən yenidən hesablanaraq 2021-ci ilin 8 iyul tarixindən 200 manatdan 219,40 manata çatdırılıb. Keçmiş dövr üzrə hesablanmış fərq məbləği 2021-ci ilin sentyabr ayında pensiya ödənişi ilə birlikdə vətəndaşın müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı 3 may 2023-cü il tarixli müraciətinə əsasən pensiya sənədlərinə yenidən baxış keçirilərkən vətəndaşın pensiyasının məbləği 2006-cı il 1 yanvar tarixinədək 32 il 2 ay 17 gün iş stajına və fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixindən 2021-ci il 8 iyul tarixinədək qeydə alınmış 7968,96 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanaraq 2021-ci ilin 8 iyul tarixindən 219,40 manatdan 225,81 manata çatdırılmışdır. Nəticədə ona xx.xx.2021-31.1212021-ci il tarixləri arasındakı dövr ərzində 37,01 manat əskik pul vəsaiti ödənilmişdir. Ölkə üzrə əmək pensiyasının minimum məbləğinin artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi və ötən i! təyin edilmiş maddi yardımın vətəndaşın pensiyasının tərkibinə daxil edilməsi ilə əlaqədar İddiaçı pensiyasının məbləği 2023-cü ilin 1 yanvar tarixindən 303,75 manata çatdırılmışdır. Ötən dövr üzrə vətəndaşa ödənilməmiş 37,01 manat fərq məbləğinin cari ilin iyun ayında onun aylıq pensiya məbləğinin üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulur. -Cavabdeh tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən sizə xx.xx.2021-ci il tarixindən 225,81 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olunur. Bu səbəbdən əmək pensiyasının məbləği (225,81 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksiəşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Qanunun 29.1 ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dofə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ındeksləşdirilir. Sözügedən Qanuna 01.01,2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bit aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbiəği xx.xx.2023-cü il tarixindən 264,82 manata (248,16+16,66), eyni zamanda Qanunun 29.1 ci maddəsinə əsasən 303,75 manata (264,82 +(264,82 *14,7%)) çatdırılmışdır. Təqdim etdiyiniz sənədlərə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığınız iilər də nəzərə alınmaqla xx.xx.2006-ci il tarixinədək 32 il 2 ay 17 gün sığorta stajınız və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 7.968,96 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (303,75 manat) dəyişiklik olmamışdır.” Hazırki işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya hesablanması zamanı onun ümumi iş stajı və pensiya kapitalında toplanan vəsait nəzərə alınmış, pensiya məbləği xx.xx.2022-ci il tarixdən 248,16 manata, daha sonra 303,75 manata çatdırılmışdır. İddiaçı hesab edir ki, ona təyin olunmuş pensiya məbləği düzgün hesablanmamışdır. Məhkəmə qeyd etmək istəyir ki, hazırki iddia tələbinin əsaslı olub-olmaması istiqamətində qiymətləndirilmənin aparılması üçün aşağıda göstərilən hissələrə ayrıayrılıqda qiymət verilməlidir:

1. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajına;

2. xx.xx.2006-cı il tarixədək toplanan ümumi iş stajına əsasən pensiya kapitalına;

3. xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində toplanan vəsait. İddiaçının ümumi iş stajı tərəflər arasında mübahisə doğurmayan haldır. Belə ki, həm iddiaçı, həm də cavabdeh iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-ci il tarixinədək 32 il 2 ay 17 gün sığorta stajının olduğunu qəbul edirlər. Bu staj qarşılığında, həmçinin onun xx.xx.2006-cı il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının müəyyən olunması cavabdeh tərəfindən hesablanan pensiya məbləğinin əsaslı olub-olmamasının müəyyən edilməsində vacib rol oynayır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.10. Müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. 6-1. Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il fevralın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. (Əvvəlki redaksiyaya əsasən) 10.4.Yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. 45.1. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının xx.xx.2017ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.

İndeksləşdirmə nəzərə İstehlak qiymətləri İllər alınmaqla ilin əvvəlinə pensiya indeksinin illik səviyyəsi kapitalı 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 18250,4

Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Burada vətəndaşın xx.xx.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Məhkəmə qeyd edir ki, iddiaçının 2006-cı ilə qədər ümumi stajı 32 il 2 ay gün təşkil etdiyindən, 2006-cı il tarixədək həmin staja əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital 9.857,45 manat ((32 il+(2 ay+17 gün/30gün)/12ay)x306= 9857,45) manat təşkil etmişdir. Eyni zamanda 2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2021-ci il tarixə indeksləşdirilmiş məbləği 24549,06 manat təşkil edir. İddiçının ümumi iş stajına əsasən toplanan 24549,06 manat pensiya kapitalının, həmçinin xx.xx.2006-cı il tarixdən sonraki dövr üzrə toplanan pensiya kapitalı əsasında onun pensiya məbləğinin 225,81 manat ((24549,06+7968,96):144))) olması müəyyən olunur. Lakin vətəndaşın əmək pensiyasının məbləği (225,81 manat) həmin dövr üçün əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata (240+(240x3,4%)) çatdırılmışdır. Daha sonra əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 264,82 manata (200/12=16,66 248,16+16,66), eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 303,75 manata (264,82+(264,82x14,7%)) çatdırılmışdır. İddiaçı əmək pensiyasının düzgün hesablanmaması ilə bağlı mülahizələr irəli sürsə də, hesablama zamanı cavabdeh tərəfindən hansı səhvə yol verildiyini, ümumiyyətlə onun ümumi iş stajı və ya fərdi hesabının sığorta hissəsində toplnana pensiya kapitalının səhv olduğu sübut edə bilməmişdir. Göründüyü kimi iddiaçının irəli sürdüyü mülahizələr formal xarakter daşıyır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar