Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3760/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 3-cü şəxslər “X3 (DDG)” QSC və "xxxx" QSC işə cəlb edilməklə qərarın ləğv olunması və gəlir vergisinin ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli qərarının ləğv edilməsi, bu qərar əsasında hesablanmış 38235,18 manat əlavə dəyər vergisinin və Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat vergisinin ləğv edilməsi, artıq ödənilmiş 46719,29 manat vergilərin, o cümlədən bu məbləğ vaxtında qaytarılmadığı üçün Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən həmin məbləğə görə hesablanmalı faizlərin ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün vergi orqanı tərəfindən məcburi qaydada qeydiyyata alınmış, əsas fəaliyyət növü “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarətdir, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv. metr olan “Market” adlı təsərrüfat subyektini (obyektini) (obyekt kodu: **********-10003) xx.xx.2017-ci il tarixdə vergi orqanında qeydiyyata aldırmış və xx.xx.2017-ci il tarixdə vergi orqanına ərizə ilə müraciət edərək qeydiyyatdan çıxartmış. Lakin, işlədiyi dövrdə mal aldığı vergi ödəyiciləri ("xxxx" MMC (VÖEN: **********), "X3 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********)) fəaliyyətini dayandırdıqdan sonra da onun adına e-qaimə-faktura göndərməyə davam etmişlər. Belə ki, xx.xx.2017-xx.xx.2019 dövrü üzrə e-qaimə- faktura məlumatlarına əsasən guya o, 226 902, 28 manat dəyərində əsasən siqaret, spirtli içki, sərinləşdirici içkilər və digər oxşar təyinatlı mallar əldə etmişdir. Qeyd olunan dövriyyənin 32 075,30 manatı ona aiddir və o da, həmin dövriyyəni bəyan edərək vergilərini ödəmişdir. Sahibliyində qalan mal qalığının faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmiş, təsərrüfat subyektinin olmadığı müəyyən edilərək, ünvanının yaşayış yeri olduğu aşkarlanaraq təsdiqlənmişdir. Lakin, vergi orqanı qanunsuzluq edərək ona Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyun ayı üzrə 38 235,18 manat əlavə dəyər vergisi hesablayaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli Qərar qəbul etmişdir. Həmçinin cari vergi ödəməsi kimi ona 5.310,40 manat gəlir vergisi hesablanmışdır və bu məbləğ Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hər rüb yekunlaşandan sonra avtomatik olaraq yenə hesablanacaqdır. Əgər o, qeyd edilən vergi ödəyicilərindən fəaliyyətini dayandırdıqdan sonra da, mallar almış sa, həmin malların alışı ilə bağlı müqavilələr və təhvil-təslim aktları olmalıdır. Lakin, qeyd edilən sənədlərin heç biri mövcud deyil. Vergi orqanının yanaşmasına əsasən guya o, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-dən (VÖEN: **********) 22 573,78 manat (ƏDV-siz) dəyərində, "DlRECT DİSTRİBUTİON GROUP (DDG)" QSCdən (VÖEN: **********) 190 688,40 manat (ƏDV-siz) dəyərində, "xxxx" QSC-dən (VÖEN: **********) 11 899,80 manat (ƏDV-siz) dəyərində və "xxxx" MMC-dən (VÖEN: **********) 1 740,30 manat (ƏDV-siz) dəyərində olmaqla ümumilikdə 226 902,28 manat (ƏDV-siz) dəyərində tütün, ərzaq məhsulların və soyuq içkilərin əldə edilməsinə baxmayaraq, 2017-ci ilin 1-ci - 4-cü rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində cəmi 32 075,30 manat məbləğində hasilatın əks etdirmiş, 2017-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin Əlavə 1 hissəsinin göstəricisiz bəyan etmiş, 2018-ci və 2019-cu illər ərzində adları yuxarıda qeyd olunan hüquqi şəxslərdən malların əldə edilməsinə baxmayaraq 2018-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrini və 2019-cu il üzrə isə əlavə dəyər vergisi bəyannamələrini təqdim etməmişdir. Sözügedən əsassız hesablamalarla bağlı Dövlət Vergi Xidmətinə inzibati qaydada şikayətlər etmişdir. X6 Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021- ci il tarixli **********722600 nömrəli Qərarı ilə inzibati şikayətləri təmin edilməmiş və əsassız hesablanmış vergilər qüvvədə saxlanılmışdır. Bundan əlavə bildirmişdir ki, 2019-cu ildə şəxsi hesab vərəqəsində 46.719,29 manat artıq ödədiyi vergilər mövcud olmuşdur. Həmin artıq ödəmənin qaytarılması məqsədilə ilk dəfə xx.xx.2019-cu ildə vergi orqanına müraciət etmişdir. Sonradan isə artıq ödədiyi vergilər qaytarılmadığından dəfələrlə yenə vergi orqanına müraciətlər etmişdir. Artıq ödəməsi qaytarılmadığı üçün sonuncu dəfə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət etmişdir. Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli 48 nömrəli Qərarı ilə inzibati şikayəti təmin edilmiş və Dövlət Vergi Xidmətinə artıq ödəmənin qaytarılması tapşırığı verilmişdir. Bundan sonra nəinki artıq ödədiyi vergilər ona qaytarılmış, əvəzində güya artıq ödəmə ilə bağlı 5 illik tələbetmə müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixində 19.860,49 manat artıq ödədiyi vergilər silinmiş və ona yuxarıda qeyd etdiyi əlavə vergilər hesablanaraq artıq ödəməsi sıfırlanmış və xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsinə əsasən 19.088,47 manat vergi borcu yaranmışdır. Halbuki, Vergi Məcəlləsinin 15.1.4-ci maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 87.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. O, Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərini gözləməklə artıq ödəməsi yarandığı tarixdən 5 il keçməmiş artıq ödədiyi vergilərin geri qaytarılmasını tələb etmişdir. Məhkəmənin 2-1(112)-3760/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə “X3 (DDG)” QSC və "xxxx" QSC adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 14 iyul 2021-ci il tarixli, **********355100 saylı qərarının ləğv edilməsi, bu qərar əsasında hesablanmış 38235,18 manat əlavə dəyər vergisinin və Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat gəlir vergisinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə məhkəmənin 2-1(112)-3760/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Baş İdarə iddia ilə razılaşmır və hesab edir ki, iddia xx.xx.2021-ci il tarixli **********355100 nömrəli Qərarın ləğv edilməsi, bu qərar əsasında hesablanmış 38235,18 manat ƏDV-nin və Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat gəlir vergisinin ləğv edilməsi barədə qərar qəbul edilməsi hissəsində rədd edilməli, artıq ödənilmiş 46719,29 manat vergilərin, o cümlədən, bu məbləğ vaxtında qaytarılmadığı üçün Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən həmin məbləğə görə hesablanmalı faizlərin qayatrılması hissəsində isə mümkünsüz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Habelə həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göründüyü kimi, iddiaçı həm mübahisləndirmə haqqında, həm də məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 09 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə inzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası İPM-in 35.1 -ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin həmin qərardad qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşin halları ilə bağlı bildirirlər ki, aparılan araşdırma zamanı xx.xx.2017-xx.xx.2019 dövrü üzrə e-qaimə-faktura məlumatlarına əsasən 226 902,28 manat dəyərində əsasən siqaret, spirtli içki, sərinləşdirici içkilər və digər oxşar təyinatlı mallar əldə edilməsinə baxmayaraq, 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 32 075,30 manat dövriyyə bəyan edilmiş, vergi ödəyicisinin sahibliyində mal qalığının faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmiş, təsərrüfat subyektinin olmadığı müəyyən edilərək, ünvanının yaşayış yeri olduğu aşkarlanaraq təsdiqlənmişdir. Həmçinin alınan malların əsasən istifadə müddətinin keçməsini də nəzərə alaraq, malların təqdim edilməsi kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********966000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Belə ki, əldə olunmuş e-qaimə-faktura və təqdim olunmuş bəyannamə məlumatı bazasına əsasən vergi ödəyicisinin xx.xx.2017-ci il tarixinə mal qalığı sıfır götürülməklə, həmin dövrdən sonra bəyan edilmiş dövriyyələrin 80 faizinin maya dəyəri olmasını nəzərə almaqla, bugünkü tarixə məlumat bazası üzrə ən azı 212 417,68 manat mal qalığının olduğu müəyyən edilmişdir (hesablamalar minimum rəqəmlərlə aparılmaqla, vergi ödəyicisinin xeyrinə nəzərə alınmışdır). Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 38 235,18 manat (212 417,68*18%) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********355100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd olunanlara əsasən 2021-ci ildə müəyyən edilmiş dövriyyə və xərc məbləğləri nəzərə alaraq, 2021-ci ilin 2-ci rübündə gəlir vergisi üzrə Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən 5 310,40 manat (212 417,68/30*75%) avans məbləği hesablanmışdır. Həmçinin bildirilmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərardan yuxarı vergi orqanına inzibati şikayət etmiş və həmin şikayət təmin edilməmişdir. İnzibati şikayətə baxılarkən uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv. metr olan “Market” adlı təsərrüfat subyektinin (obyektinin) (obyekt kodu: **********-10003) xx.xx.2017-ci il tarixdə vergi orqanında qeydiyyata aldırdığı və xx.xx.2017-ci il tarixdə vergi orqanına ərizə ilə müraciət edərək qeydiyyatdan çıxartdığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2017-xx.xx.2019 dövrü üzrə e-qaimə-faktura məlumatlarına əsasən 226 902,28 manat dəyərində əsasən siqaret, spirtli içki, sərinləşdirici içkilər və digər oxşar təyinatlı mallar əldə edilməsinə baxmayaraq, 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 32 075,30 manat dövriyyə bəyan edilmiş, sahibliyində mal qalığının faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2021ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmiş, təsərrüfat subyektinin olmadığı müəyyən edilərək, ünvanının yaşayış yeri olduğu aşkarlanaraq təsdiqlənmişdir. Həmçinin alınan malların əsasən istifadə müddətinin keçməsini də nəzərə alaraq, malların təqdim edilməsi kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********966000 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri sənədlər və ya müvafiq bəyannamə təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyun ayı üzrə 38 235,18 manat əlavə dəyər vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli Qərar qəbul olunmuşdur. Kameral vergi yoxlamasının nəticəsi ilə bağlı inzibati şikayətin ətraflı araşdırılması məqsədilə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********739000 nömrəli məktubla alınmış və satılmış malların (işlərin, xidmətlərin) tərkibi, alqı-satqı müqavilələrini, kassa mədaxil-məxaric sənədlərini, 2017-2021-ci illlər üzrə bank hesablarından çıxarışları, satışın həyata keçirildiyi təsərrüfat subyekti (obyekti) barədə məlumatı, "xxxx" MMC (VÖEN: **********), "X3 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə fərdi sahibkar arasında bağlanılmış müqavilələri, təhvil-təslim Aktları, üzləşmə Aktları, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlərin və araşdırma üçün zəruri hesab edilən digər sənədlərin surətlərinin inzibati araşdırmaya təqdim edilməsinin bildirilməsinə və qeyd edilən məktubun xx.xx.2021-ci il tarixdə oxunmasına baxmayaraq inzibati araşdırmaya hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********053600 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********401000 nömrəli və **********132300 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548500 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548501 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548502 nömrəli) və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548503 nömrəli) müraciətləri ilə əlaqədar fərdi sahibkarın nümayəndəsi ilə ***-***-**-** mobil nömrə ilə əlaqə saxlanılmışdır. Əlaqə zamanı kameral vergi yoxlamasının əsasları izah olunmuş, qarşı tərəfin mülahizələri dinlənilmiş, fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-dən (VÖEN: **********) 22 573,78 manat (ƏDV-siz) dəyərində, "X3 (DDG)" QSC-dən (VÖEN: **********) 190 688,40 manat (ƏDV-siz) dəyərində, "xxxx" QSC-dən (VÖEN: **********) 11 899,80 manat (ƏDV-siz) dəyərində və "xxxx" MMC-dən (VÖEN: **********) 1 740,30 manat (ƏDV- siz) dəyərində olmaqla ümumilikdə 226 902,28 manat (ƏDV-siz) dəyərində tütün, ərzaq məhsulların və soyuq içkilərin əldə edilməsinə baxmayaraq, 2017-ci ilin 1 -ci - 4-cü rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində cəmi 32 075,30 manat məbləğində hasilatın əks etdirildiyi, 2017-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin Əlavə 1 hissəsinin göstəricisiz bəyan edildiyi, 2018-ci və 2019-cu illər ərzində fərdi sahibkar tərəfindən adları yuxarıda qeyd olunan hüquqi şəxslərdən malların əldə edilməsinə baxmayaraq 2018-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrinin və 2019-cu il üzrə isə əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilmədiyi, fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixində **********265500 nömrəli ərizə ilə vergi orqanına müraciət edilərək sahibkarlıq fəaliyyətinin 5 il müddətində dayandırıdlığı, lakin sahibkarlıq fəaliyyəti dayandırılandan sonra belə "xxxx" MMC-dən, "X3 (DDG)" QSC-dən, "xxxx" QSC-dən və "xxxx" MMC-dən elektron qaimə-faktura əsasında malların əldə edildiyi və AZƏRBAYCAN KOKA-KOLA BOTTLERS LİMİTED" MMC, "X3 (DDG)" QSC, "xxxx" QSC və "xxxx" MMC tərəfindən inzibati araşdırmaya fərdi sahibkar ilə bağlanılmış müqavilələr, malların təhvil-qəbul Aktlarının təqdim edildiyi və araşdırma üçün zəruri hesab edilən sənədlərin surətlərinin inzibati araşdırmaya təqdim edilməsinin zəruriliyi bildirilmişdir. Fərdi sahibkarın nümayəndəsi isə bir daha müraciətlərdə qeyd olunanları bildirməklə ümumilikdə qeyd olunan hüquqi şəxslərdən həmin dəyərdə malların alınmadığını bildirmişdir. Qeyd olunan hal xx.xx.2021-ci il tarixli Aktla rəsmiləşdirilmişdir. İnzibati şikayətlərdə qeyd edilən halların tam və ətraflı araşdırılması üçün əlavə müddət tələb olunduğundan şikayətə baxılması müddəti artırılmışdır və bu barədə fərdi sahibkara xx.xx.2021-ci il tarixli **********746400 nömrəli, xx.xx.2021-ci il tarixli **********445200 nömrəli, xx.xx.2021-ci il tarixli **********205100 nömrəli və **********201300 nömrəli, xx.xx.2021-ci il tarixli **********022400 nömrəli, xx.xx.2021-ci il tarixli **********618800 nömrəli və xx.xx.2021-ci il tarixli **********775000 nömrəli məktublarla məlumat verilmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə vergi qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir. Belə ki, fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-dən (VÖEN: **********) 22 573,78 manat (ƏDV-siz) dəyərində, "X3 (DDG)" QSC-dən (VÖEN: **********) 190 688,40 manat (ƏDV-siz) dəyərində, "xxxx" QSC-dən (VÖEN: **********) 11 899,80 manat (ƏDV-siz) dəyərində və "xxxx" MMC-dən (VÖEN: **********) 1 740,30 manat (ƏDV- siz) dəyərində olmaqla ümumilikdə 226 902,28 manat (ƏDV-siz) dəyərində tütün, ərzaq məhsullarının və soyuq içkilərin əldə edildiyi müəyyən edilmişdir. Fərdi sahibkar xx.xx.2019-cu il tarixdən əlavə dəyər vergisi məqsədləri üçün məcburi qeydiyyata alınmış və bu barədə fərdi sahibkara xx.xx.2019-cu il tarixli **********425700 nömrəli məktubla Əlavə dəyər vergisi ödəyicisinin ********** nömrəli bildirişi ünvanlanmışdır. Fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində 226 902,28 manat (ƏDV-siz) dəyərində məhsulların əldə edilməsinə baxmayaraq, 2017-ci ilin 1-ci - 4-cü rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində cəmi 32 075,30 manat məbləğində hasilatın əks etdirildiyi, 2017-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin Əlavə 1 hissəsinin göstəricisiz bəyan edildiyi, 2018-ci və 2019-cu illər ərzində fərdi sahibkar tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********), "X3 (DDG)" QSC-dən (VÖEN: **********), "xxxx" QSC-dən (VÖEN: **********) və "xxxx" MMC-dən (VÖEN: **********) malların əldə edilməsinə baxmayaraq 2018-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrinin və 2019-cu il üzrə isə əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmişdir. Fərdi sahibkarın qeydiyyatda olduğu vergi orqanı tərəfindən fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) müşahidə keçirmək istənərkən vergi orqanında qeydiyyata alınan aktiv təsərrrüfat subyektinin (obyektinin) aşkar edilmədiyi və fərdi sahibkarın baza məlumatlarında qeyd edilən ***-***-**-** mobil nömrəsinə zəng edərkən nömrənin təyin edilmədiyi müəyyən edilmiş və bunlarla bağlı olaraq xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyat nömrəsi: xx.xx.2021ci il tarixli **********690400 nömrəli) Arayış tərtib edilmişdir. Fərdi sahibkar tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv. metr olan “Market” adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2014-cü il tarixdə vergi orqanında uçota alındığı və qeyd olunan təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2017-ci il tarixdə uçotdan çıxarıldığı müəyyən edilmişdir. Həmçinin, fərdi sahibkar xx.xx.2019-cu il tarixdə “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi”ni vergi orqanına təqdim etdiyini və qeyd olunan ərizədə mal qalığının olmadığı bəyan etdiyi müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən xx.xx.2014-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması, xx.xx.2014-cü il tarixində isə vergi partnyorluğu sazişinin uzadılması ilə bağlı ərizələr ilə müraciət edilmişdir. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Kameral vergi yoxlamasının xx.xx.2021-ci il tarixdə sonuncu ƏDV bəyannaməsinin dövrü üzrə aparılmışdır. Qeyd olunan müraciətlərlə bağlı olaraq "xxxx" MMC-yə (VÖEN: **********), "X3 (DDG)" QSC-yə (VÖEN: **********), "xxxx" QSC-yə (VÖEN: **********) və "xxxx" MMC-yə (VÖEN: **********) sorğular göndərilmişdir. "xxxx" MMC (VÖEN: **********), "X3 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) sorğularla bağlı ünvanladıqları cavab məktublarında fərdi sahibkar İddiaçı elektron qaimə-faktura əsasında tütün məmulatlarının və soyuq içkilərin təqdim edildiyi bildirilmiş və fərdi sahibkar ilə bağlanılan alqı-satqı müqavilələri və malların təhvil-qəbul Aktları inzibati araşdırmaya təqdim edilmişdir. İnzibati araşdırma zamanı "xxxx" MMC (VÖEN: **********), "X3 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən 01,04.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkara təqdim edilmiş 226 902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaimə-fakturaların aktiv olduğu müəyyən edilmişdir. Beləliklə, fərdi sahibkar tərəfindən inzibati araşdırmaya heç bir təsdiqedici sənədin təqdim edilmədiyini, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkar əldə olunmuş 226 902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaimə- fakturaların hal-hazırda aktiv olduğunu, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müşahidə-baxış zamanı fərdi sahibkarın təsərrüfat subyektinin (obyektinin) aşkar olunmadığını, qarşı tərəflərə edilmiş sorğu məktublarına əsasən fərdi sahibkara malların təqdim edildiyinin bildirildiyini nəzərə alaraq, fərdi sahibkarın inzibati şikayətləri təmin edilməməli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********355100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmalı olduğu barədə yekun qərar qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxslərin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsinin surətinə əsasən İddiaçı 150.3.2012-ci il tarixdə ünvan 2 ünvanında sahibkar kimi qeydiyyata alınmış, ona ********** qeydiyyat nömrəsi (VÖEN) verilmişdir. - İddiaçı xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixə ona 28235,18 manat əlavə dəyər vergisi, xx.xx.2021-ci il tarixə 5310,40 manat gəlir vergisi hesablanmış, vaxtı keçmiş artıq ödəmə məbləği 19860,49 manat göstərilmişdir. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli qərara əsasən, iyun 2021-ci il hesabat dövrü üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumatla əsasən hesablanması vergi və ya sığorta haqqı üzrə əlavə dəyər vergisi 38235,18 manat hesablanmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********722600 nömrəli 13 oktyabr 2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən X1 vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021ci il tarixli və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati şikayətlə bağlı Dövlət Vergi Xidmətinin mövqeyi ondan ibarət olmuşdur ki, müraciətlərlə bağlı olaraq "xxxx" MMC-yə (VÖEN: **********), “X3 (DDG)” QSC-yə (VÖEN: **********), "xxxx" QSC-yə (VÖEN: **********) və "xxxx" MMC-yə (VÖEN: **********) sorğular göndərilmişdir. "xxxx" MMC (VÖEN: **********), “X3 (DDG)” QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) sorğularla bağlı ünvanladıqları cavab məktublarında fərdi sahibkar İddiaçı elektron qaimə-faktura əsasında tütün məmulatlarının və soyuq içkilərin təqdim edildiyi bildirilmiş və fərdi sahibkar ilə bağlanılan alğı-satqı müqavilələri və malların təhvil-qəbul Aktları inzibati araşdırmaya təqdim edilmişdir. İnzibati araşdırma zamanı "xxxx" MMC (VÖEN: **********), “X3 (DDG)” QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci iltarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkara təqdim edilmiş 226902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaimə-fakturaların aktiv olduğu müəyyən edilmişdir. Beləliklə, fərdi sahibkar tərəfindən inzibati araşdırmaya heç bir təsdiqedici sənədin təqdim edilmədiyi, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkar əldə olunmuş 226902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaiməfakturaların hal-hazırda aktiv olduğunu, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müşahidə-baxış zamanı fərdi sahibkarın təsərrüfat subyektinin (obyektinin) aşkar olunmadığını, qarşı tərəflərə edilmiş sorğu məktublarına əsasən fərdi sahibkara malların təqdim edildiyinin bildirildiyini nəzərə alaraq, fərdi sahibkarın inzibati şikayətləri təmin edilməməli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********355100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən saxlanılmalıdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 48 nömrəli 02 iyul 2021-ci il tarixli qərarına əsasən fiziki şəxs İddiaçı inzibati şikayəti təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinə tapşırılmışdır ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ilkin ərizəsinə əsasən həmin tarixə şəxsi hesab vərəqəsində olan artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi qərara alınmışdır. - İddiaçı tərəfindən artıq ödənilmiş vəsaitin qaytarılması barədə vergi orqanına çox saylı müraciətlər ünvanlanmışdır. - İddiaçı tərəfindən əsassız hesablanmış vergi məbləğinin ləğv edilməsi ilə bağlı vergi orqanına çoxsaylı müraciətlər ünvanlanmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********860600 nömrəli məktubla "xxxx" MMC (VÖEN: **********), “X3 (DDG)” QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən fərdi sahibkar İddiaçı elektron qaimə-faktura əsasında tütün məmulatlarının və soyuq içkilərin təqdim edilməsi barədə cavab məktublarının və fərdi sahibkar ilə bağlanılan alğı-satqı müqavilələri və malların təhvilqəbul aktlarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Müvafiq şirkətlər tərəfindən təqdim edilmiş elektron qaimələrdə fərdi sahibkar bölməsində, təhvil-təslim aktlarında təhvil aldım bölməsində İddiaçı imzaları aşkar edilməmiş, "xxxx" MMC tərəfindən təqdim edilmiş məhsulların alğı-satqı müqaviləsində isə müqavilənin bağlanma tarixi 12 iyul 2016-cı il, bağlanma müddəti 1 il göstərilmiş, müqaviləsinin 9.3-cü bəndində göstərilmişdir ki, bu müqavilənin qüvvədə olma müddəti başa çatanadək ona xitam vermək və yaxud şərtlərinin dəyişdirilməsi barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda və müqavilənin müddəti başa çatdıqdan sonra da tərəflər onun icrasını davam etdirdikdə, bu müqavilə eyni şərtlərlə və eyni müddətə təkrar uzadılmış hesab olunur. Beləliklə sadalanan xüsusatlara hüquqi qiymət verərək, məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ilk öncə məhkəmə qanunvericiliyin aşağıdakı normalarını sadalamağı zəruri hesab edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü bəndinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 21-ci maddəsinin müddəalarına əsasən 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müddəalarına əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarıda sadalanan qanunvericiliyin normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mübahisəli qərarı qanuni və əsaslı olmamışdır. Belə ki, işin hallarından göründüyü kimi mübahisəli qərarın qəbul edilməsinə əsas olmuş hal, "xxxx" MMC (VÖEN: **********), “X3 (DDG)” QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən İddiaçı 226902,28 manat (ƏDV-siz) dəyərində tütün məmulatlarının və soyuq içkilərin aktiv elektron qaimə-faktura əsasında təqdim edilməsi və fərdi sahibkar ilə bağlanılan alğı-satqı müqavilələri və malların təhvil-qəbul Aktları olmuşdur. İddiaçı tərəfindən inzibati araşdırmaya heç bir təsdiqedici sənəd təqdim edilmədiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində iddaçı tərəfindən əldə olunmuş 226902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaimə-fakturaların hal-hazırda aktiv olduğunu, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müşahidə-baxış zamanı fərdi sahibkarın təsərrüfat subyektinin (obyektinin) aşkar olunmadığını, qarşı tərəflərə edilmiş sorğu məktublarına əsasən fərdi sahibkara malların təqdim edildiyinin bildirildiyini nəzərə alaraq, iddiaçının inzibati şikayəti də, təmin edilməmişdir. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş elektron-qaimə, təhvil-təslim aktları və alğı-satq müqaviləsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, müvafiq şirkətlər tərəfindən təqdim edilmiş elektron qaimələrdə fərdi sahibkar bölməsində, təhviltəslim aktlarında təhvil aldım bölməsində İddiaçı imzaları aşkar edilməmiş, "xxxx" MMC tərəfindən təqdim edilmiş məhsulların alğı-satqı müqaviləsində isə müqavilənin bağlanma tarixi 12 iyul 2016-cı il, bağlanma müddəti 1 il göstərilmiş, müqaviləsinin 9.3-cü bəndində göstərilmişdir ki, bu müqavilənin qüvvədə olma müddəti başa çatanadək ona xitam vermək və yaxud şərtlərinin dəyişdirilməsi barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda və müqavilənin müddəti başa çatdıqdan sonra da tərəflər onun icrasını davam etdirdikdə, bu müqavilə eyni şərtlərlə və eyni müddətə təkrar uzadılmış hesab olunur. Lakin, məhkəmə araşdırması zamanı sözügedən müqavilənin müddətinin uzadılmasına dair hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, elektron qaimələr malların həqiqətən də, verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, ilk növbədə ödənilən pul vəsaiti barədə məlumatı əks etdirən və heç bir halda məlum müqavilə şərtlərinə uyğun olaraq malların həqiqətən də, verilməsi məlumatlarını özündə əks etdirməyən elektron qaydada tərtib edilmiş həmin sənədlərlə müqavilədə nəzərdə tutulan malların alıcıya (iddiaçıya) təhvil verilməsinin müəyyən olunması mümkün deyildir. Bu səbəbdən də, sözügedən sənədlər malların iddiaçıya təhvil verilməsini sübut edən sənəd kimi qiymətləndirilə bilməz. Sözügedən dəlillərdən əlavə işin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan “Market” adlı təsərrüfat subyekti (obyekti) xx.xx.2014-cü il tarixdə vergi orqanında uçota alınmış və qeyd olunan təsərrüfat subyekti (obyekti) vergi orqanında xx.xx.2017-ci il tarixdə uçotdan çıxarılmış, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müşahidə-baxış zamanı da fərdi sahibkarın təsərrüfat subyekti (obyekti) aşkar olunmamışdır. Göründüyü kimi, işin halları inzibati orqan tərəfindən inzibati məhkəmə icraatında ətraflı araşdırılaraq qiymət verilməli olduğu halda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun və Vergi Məcəlləsinin məhkəmə tərəfindən yuxarıda sadalanan müddəalarındakı tələblərinə əməl edilmədən iş üzrə mübahisəli qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 iyul 2021-ci il tarixli, **********355100 saylı qərarı və həmin qərar əsasında hesablanmış 38235,18 manat əladə dəyər vergisi və Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat gəlir vergisi ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3760/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3760/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver