Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3762/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili-“Əkrəm Həsənov və Partnyorları” vəkil bürosunun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 25 fevral 2008-ci il tarixindən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1951-ci ildə doğulub. 29 aprel 1974-cü il tarixdən 01 noyabr 1975-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-də nəzarətölçü cihazlarının təmiri üzrə çilingər vəzifəsində (2№-li siyahı ******* a-18494), 10 dekabr 1975-ci il tarixdən 15 aprel 1976-cı il tarixinədək həmin idarədə nəzarət-ölçü cihazlarının təmiri üzrə çilngər vəzifəsində (2№-ii siyahı 2130301a-18494), 17 aprel 1980-ci il tarixdən 21 iyul 1980-ci il tarixinədək Azərbaycan SSR Baş Kolxozlararasıtikinti idarəsində yükləmə sahəsinin çilingəri vəzifəsində, 10 dekabr 1980-ci il tarixdən 16 aprel 1987-ci il tarixinədək “Azneft İB”-nin FTŞ-də fəhlə və yükləyici vəzifələrində, 24 noyabr 1987-ci il tarixdən 24 iyul 1993-cü il tarixinədək həmin idarədə ticarət bazasının yükləyicisi vəzifəsində, 24 iyul 1993cü il tarixdən 01 sentyabr 2006-cı il tarixinədək “Azneft” İB-nin “Bulla-Dəniz” NQÇİ-də nəzarət-ölçü cihazlarının təmiri üzrə çilingər vəzifəsində (2№-li siyahı ******* a-18494), 01 sentyabr 2006-cı il tarixdən 13 mart 2014-cü il tarixinədək “Azneft” İB-nin N.Nərimanov adma NQÇİ-də nəzarət-ölçü cihazlarının təmiri üzrə çilingər vəzifəsində (2№-li siyahı ******* a-18494) işləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər- 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Göründüyü kimi 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı 26 il 6 ay 24 gün təşkil etmiş və həmin staj illərində 13 il 11 ay 9 gün müddət ərzində güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahıya daxil olan işərdə çalışmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq 57 yaşına çatdığı 25 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağına baxmayaraq, ona ümumi əsaslarla 63 yaşına çatdıqdan sonra pensiya təyin edilmişdir. Bununla da qanunvericiliklə müəyyən edilmiş hüququndan məhrum olunmuşdur. Bu isə Konstitusiyanın müddəalarına müvafiq olaraq yolverilməzdir. Göstərilənləri nəzərə alaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq 57 yaşına çatdığı 25 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətinə imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 26.01.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onlarm konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvələr güvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir- 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər. (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). Həmçinin qeyd edilmişdir ki, şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 06.12.2019-cu il tarixli arxiv arayışında, onun N.Nərimanov adına NQÇİ və “Bulla Dəniz” NQÇİ-də müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə işləməsi göstərilsə də, orada həmin peşələrin ona güzəştli pensiya hüququ verən peşələr olması qeyd edilməmiş, nə hal-hazırda qüvvədən düşmüş 21.06.1993-cü il tarixli, nə də ki, hal-hazırda qüvvədə olan 23.01.2007-ci il tarixli 12 saylı Qərar ilə təsdiq edilmiş, güzəştli pensiya hüququ verən peşələrin sadalandığı qərarlarda hansı kod altında göstərilmələri qeyd edilməmişdir. Qeyd edilən arxiv arayışı iddiaçıya güzəştli pensiya hüququ verən peşələrdə işləməsini təsdiq edən sübut kimi qəbul edilsə belə, bu halda da orada göstərilən sahələr ona güzəştli pensiya hüuquq verən sahələr deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilrindən başqa), kömürün və şistin emalı bölməsində (Xİİ) Neftin, qaz kondensatının, kömürün və şistin emalı bəndində nəzarətölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşxul olan nəzarət-ölçü çihazlaı və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr (2130301 a-18494) peşəsi nəzərdə tutulmuşdur. İddiaçının filiala təqdim etdiyi əmək kitabçası və yuxarıda qeyd edilən arxiv arayışında onun 29.04.1974-19.03.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən NQÇİ-nin istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsində çilingər peşəsində işlədiyi qeyd edilmiş və həmin sahə yuxarıda qeyd edilən neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsinə aid deyil. Cavabdeh qeyd olunanların nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclaslarına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında yazılı etiraza uyğun verdyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1951-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. - Notarial qaydada təsdiq edilmiş ИT-İ seriyalı ******* nömrəli 29.09.1980-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 29.04.1974-cü ildə N.Nərimanov adına X5 İdarəsi Elmi-təhqiqat və istehsalat işləri sexinə 3-cü dərəcəli nəzarət-ölçü cihazlarının çilingər işinə qəbul olunmuşdur. 02.10.1979-cu ildə istehsalatın avtomatlaşdırılması sexinə 3-cü dərəcəli nəzarət-ölçü cihazlarının çilingəri işinə keçirilmişdir. 01.11.1975-ci ildə Sovet Ordusuna hərbi xidmətə getdiyinə görə işdən azad edilmişdir. 10.12.1975-ci ildə N.Nərimanov adına X5 İdarəsi İstehsalatın avtomatlaşdırılması sexinə 4-cü dərəcəli nəzarət-ölçü cihazlarının çilingəri işinə qəbul edilmişdir. 15.04.1976-cı ildə “Xəzərdənizneft” birliyinin 1 №-li ATK keçirilməsi yolu ilə işdən azad edilmişdir. 17.04.1980-ci ildə Kolxozlararası tikintisinin Sənaye müəssisələri İdarəsinin yükləmə sahəsinə 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. 21.07.1980ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 10.12.1980-ci ildə “Azneft” birliyinin Fəhlə təchizatı şöbəsinin Qobustan bölməsi 1 №-li anbara fəhlə işinə qəbul edilmişdir. 01.06.1982-ci ildə “Azneft” birliyinin Fəhlə təchizatı şöbəsinə keçirilmişdir. 01.06.1982-ci ildə “Azneft” birliyinin Fəhlə təchizatı şöbəsinin Fəhlə təchizatı şöbəsinin Qobustan bölməsindən keçirilməsi yolu ilə 1 №-li anbara fəhlə işinə qəbul edilmişdir. 01.04.1983-cü ildə Fəhlə təchizatı şöbəsinin ticarət bazasına yükvuran fəhlə işinə keçirilmişdir. 16.04.1987-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 24.11.1987-ci ildə “Azneft” birliyinin Fəhlə təchizatı şöbəsi Fəhlə təchizatı şöbəsinin ticarət bazasına yükvuran fəhlə işinə qəbul edilmişdir. 30.04.1991-ci ildə “Azneft” İB Fəhlə təchizatı şöbəsinin adı dəyişdirilərək Azərbaycan Fəhlə təchizatı üzrə Ticarət İstehsalat Birliyi adlandırılıb. 14.11.1991-ci ildə 3 №-li mağazaya yükvuran fəhlə işinə keçirilmişdir. 04.03.1992-ci ildə 1 №-li mağazaya, 1 №-li yeməkxanaya və Kafe Videoservisə keşikçi işinə keçirilmişdir. 17.05.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. 24.07.1993-cü ildə “Bulla-dəniz” X5 İdarəsinə 4-cü dərəcəli çilingər işinə qəbul edilmişdir. N.Nərimanov adına NQÇİ tərəfindən verilmiş 10/49 nömrəli 06.12.2019-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı 29.04.1974-cü ildən 01.11.1975-ci ilə qədər N.Nərimanov adına NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət olçü cihazları sahəsində Nəzarət ölçü cihazları və Avtomatika üzrə çilinqər peşəsində işləyib. (Əmr. 87/k 30.041974-cü il). 10.12.1975-ci ildən 15.04.1976-cı ilə qədər N.Nərimanov adına NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət olçü cihazları sahəsində Nəzarət ölçü cihazları və Avtomatika üzrə çilinqər peşəsində işləyib. (Əmr.254/k 25.12.1976-cı il.) 24.07.1993-cü ildən 01.09.2006-cı ilə qədər “Bulla dəniz” NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət olçü cihazları sahəsində Nəzarət ölçü cihazları və Avtomatika üzrə çilinqər peşəsində işləyib. (Əmr. 445/k 24.07.1993-cü il). 01.09.2006-cı ildən 19.03.2014-cü il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət olçü cihazları sahəsində Nəzarət ölçü cihazları və Avtomatika üzrə çilinqər peşəsində işləyib. (Əmr.402/k 01.09.2006-cı il). Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Məhkəmə araşdırması zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin 414191 nömrəli pensiya işindən görünür ki, xx xxxxxx 1951-ci il təvəllüdlü İddiaçı 18.03.2014-cü il tarixli qərarla 25.02.2014-cü il tarixdən 156.89 manat ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 23 dekabr 2020-ci il tarixli **********0 №li imtina məktubunda müraciətçiyə bildirilmişdir ki, İddiaçıya Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən 18.03.2014-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9 8-cı maddəsinə əsasən 1 yanvar 2006-cı ıl tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə toyin edilir Azərbaycan Respublikasının 6 mart 2007- ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qəran ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat uzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinın fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını. X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli 320 nomrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-lı siyahısı” nın Qazma neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində (Xİİ) Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bəndində (3) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr (2130301 a-18494) peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 29 sentyabr 1980-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və “Azneft” İstehsalat Birliyinin N Nərimanov adına Neft və qazçıxarma İdarəsinin iddiaçıya dair 06.12.2019-cu il tarixli 10/49 nömrəli arxiv arayışında 29.04.1974-19.03.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən NQÇİ-nın İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsində çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi müraciətçinin işlədiyi sahə yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınaraq müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçıya 25.02.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırkı halda, mübahisə olunan iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının onun 57 yaşının tamam olduğu 25 fevral 2008-ci il tarixdən təyin edilməli olub-olmadığından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçı xx.xx.1951-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) 25.02.2008-ci il tarixdə çatmışdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. İşdən göründüyü kimi, iddiaçı ona 2014-cü il 25 fevral tarixdən (63 yaşdan) yaşa görə əmək pensiyası təyin olunduğunu 2020-ci il 14 oktyabr tarixədək mübahisələndirməmiş, yalnız həmin tarixdə cavabdehə müraciət edərək onun əmək pensiyası hüququnun 57 yaşda – 2008-cı il fevral ayının 25-də yarandığını bildirmiş və həmin tarixdən 2014-cü il 25 fevral tarixədək olan müddət üçün altı illik pensiya məbləğinin ödənilməsini tələb etmişdir. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Lakin iddiaçıya 2014cü il 25 fevral tarixdən yaşa görə əmək pensiyası təyin olunmaqla onun müraciət etdiyi 2020-ci il 14 oktyabr tarixədək pensiya ödənişləri icra olunduğundan, bununla da, müraciət etdiyi 2020-ci il 14 oktyabr tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi istisna edildiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3762/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3762/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver