Məhkəmə qərarları › İş №2-1(112)-3762/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3762/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3762/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 02 may 2020-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1963-cü il tarixdə doğulmuşdur. Əmək kitabçasının, diplomunun və hərbi biletinin surətindən görünür ki, 01 sentyabr 1978-ci il tarixindən 23 iyul 1981-ci il tarixinədək (2 il 10 ay 22 gün) 59 №-li Şəhər Texniki-Peşə Məktəbində təhsil almış, 03 avqust 1981-ci il tarixindən 16 noyabr 1981-ci il tarixinədək (3 ay 13 gün) “Azneft” İB-nin X2 İdarəsində təmirçi-çilingər peşəsində işləmiş, 29 oktyabr 1981-ci il tarixindən 22 noyabr 1983-cü il tarixinədək (2 il 23 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 28 dekabr 1983-cü il tarixindən 01 may 2003-cü il tarixinədək (19 il 4 ay 3 gün) “Azneft” İB-nin X5 İşləri İdarəsində çilingər-motorçu (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2130100a-14713), 01 may 2003-cü il tarixdən 02 iyul 2007-ci il tarixinədək (4 il 2 ay 1 gün) həmin idarənin təmir emalatxanasında çilingər, 02 iyul 2007-ci il tarixindən 31 iyul 2014-cü il tarixinədək (7 il 29 gün) həmin idarənin təmir emalatxanasında çilingər, 01 avqust 2014-cü il tarixindən 18 mart 2015-ci il tarixinədək (7 ay 17 gün) həmin idarədə çilingər, 18 mart 2015-ci il tarixindən 04 iyul 2016-cı il tarixinədək (1 il 3 ay 15 gün) sürücü peşəsində işləmiş, 04 iyul 2016-cı il tarixindən bu günə kimi həmin idarədə qaldırıcı maşinist vəzifəsində çalışır. Beləliklə, 01 yanvar 2006-ci il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 26 il 10 ay 18 gün təşkil etmiş (25 ildən artıq), həmin staj illərindən 19 il 4 ay 3 gün (12 il 6 aydan artıq) müddətini 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da həmin Qanunun tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 57 yaşına çatdığı 02 may 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 04.04.2022-ci il tarixli, **********3 saylı etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı 12.07.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin ərizəçinin müraciətinə baxılaraq, qanunvericiliklə tələb olunan güzəştli əsaslarla sığorta stajının mövcud olmaması səbəbindən təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının müraciətində təqdim etdiyi SOCAR Baş ofisinin Mərkəzi Arxivinin 13.08.2020-ci il tarixli arayışında onun 03.08.1981-ci il tarixdən 17.10.1981-ci il tarixədək “Azneft” Birliyi X2 İdarəsində avtomobillərin təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsində işlədiyi, 28.12.1983-cü il tarixdən “Azneft” X4 Qazma İdarəsində 2-ci dərəcəli motorçu-çilingər vəzifəsinə qəbul edildiyi, digər dövrlərdə 3-cü dərəcəli çilingər, 4-cü dərəcəli çilingər, 5-ci dərəcəli çilingər vəzifələrinə keçirildiyi qeyd olunmuşdur. Lakin SOCAR Baş ofisinin Mərkəzi Arxivinin arayışında iddiaçının isdən azad olunması barədə hər-hansı qeyd göstərilməmişdir. 13.08.2020-ci il tarixli arayışda qeyd olunmuş vəzifələr (avtomobillərin təmiri üzrə çilingər və motorçuçilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı mövcud olmamışdır. Qanunvericilik normasının məzmunundan da göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün azı 12 il 6 ay güzəştli sığorta stajına malik olmalıdır. Eyni zamanda iddiaçı tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanan 12.07.2021-ci il tarixli ərizəsində və 10.11.2021-ci il tarixli məhkəməyə təqdim olunmuş iddia ərizəsində “Azneft” X4 Qazma İdarəsində işlədiyi çilingər-motorçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısında 2130100a-14713 koduna uyğun olduğu qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısında 2130100a-14713 koduna uyğun vəzifə kimi qazma qurğularının motorçuları qeyd olunmuşdur. Həmçinin, SOCAR Baş ofisinin Mərkəzi Arxivinin 13.08.2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, bəzi arxiv sənədlərində ərizəçinin adı Ədilov Ağabala olaraq göstərilmişdir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Qaradağ RPİ tərəfindən 12.02.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. - İddiaçıya məxsus HЗ №4375761 saylı hərbi biletdən görünür ki, iddiaçı 29.10.1981-ci il tarixdən 22.11.1983-cü il tarixə qədər həqiqi hərbi ximdətdə olmuşdur. - İddiaçıya məxsus diplomdan görünür ki, o, 01 sentyabr 1978-ci il tarixdən 18 iyun 1981-ci il tarixinədək 59 №-li Şəhər Texniki-Peşə Məktəbində təhsil almışdır. - İddiçıya məxsus ИТ seriyalı ******* saylı 03.08.1981-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı 03.08.1981-ci ildə (əmr № 48-k, 03.08.1981-ci il) “Azneft” Birliyi Qobustan TNl-yə avtomobillərin təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmiş, 16.10.1981-ci ildə (əmr №65-k, 26.10.1981-ci il) Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 28.12.1983-cü ildə (əmr № 79k, 26.12.1983-cü il) “Azneft” X4 Qazma İdarəsi Qobustan TNl-yə 2-ci dərəcəli motorçuçilingər peşəsinə işə qəbul edilmiş, 16.07.1984-cü ildə (əmr № 40-k, 16.07.1984-cü il) avtomobillərin təmiri üzrə 3-cü dərəcəli motorçu-çilingər peşəsinə keçirilmiş, 03.12.1984cü ildə (əmr № 76-k, 06.12.1984-cü il) avtomobillərin təmiri üzrə 4-cü dərəcəli motorçuçilingər peşəsinə keçirilmiş, 01.07.1985-ci ildə (əmr №50-k, 08.07.1985-ci il) avtomobillərin təmiri üzrə 5-ci dərəcəli motorçu-çilingər peşəsinə keçirilmiş, 01.05.2003-cü ildə (Əmr№71k 30.04.2003-cü il) işdən azad olunaraq X5 İşləri İdarəsi X6 təmir emalatxanası üzrə 5-ci dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə işə təyin edilmiş (Əmr №56k 01.05.2003), 28.03.2005-ci ildən X6 təmir emalatxanası üzrə 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə keçirilmiş (Əmr №38k 28.03.2005-ci il), 02.07.2007-ci ildə işdən azad edilmiş (Əmr № 156k 13.07.2007-ci il), 02.07.2007-ci ildə təmir emalatxanası üzrə 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş (Əmr № 31k 02.07.2007-ci il), 17.02.2014-cü ildə işdən azad edilmiş (Əmr №64k 17.02.2014-cü il), 18.02.2014-cü ildə təmir emalatxanası üzrə 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş (Əmr № 465k 18.02.2014-cü il), 31.07.2014-cü ildə işdən azad edilmiş (Əmr №1504k 31.07.2014-cü il), 01.08.2014-cü ildə ARDNŞ Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinə bağlanmış əmək müqaviləsi ilə 1 saylı avtomobil dəstəsinə 6-ci dərəcəli avtomobil sürücüsü peşəsinə işə qəbul edilmiş (Əmr № 143k 01.08.2014-cü il), 18.03.2015-ci il tarixdə işdən azad edilmiş (Əmr №1804k 18.03.2015-ci il), 19.03.2015-ci il tarixdə 1 saylı avtomobil dəstəsinə 6-ci dərəcəli avtomobil sürücüsü peşəsinə təyin olunmuş (Əmr №506/k 19.03.2015-ci il), 04.07.2016-cı il tarixdə 1 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmiş (Əmr 1616/k 04.07.2016-cı il), 01.12.2020-ci il tarixində işdən azad edilmiş (Əmr №1258/k 01.12.2020-ci il), 02.12.2020-ci il tarixində SOCAR 3 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqatın motorçusu peşəsinə işə qəbul edilmişdir (Əmr № 08-k 02.12.2020-ci il). - Cavabdehin iddiaçıya ünvanlanmış 23.09.2021-cu il tarixli **********2 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin 13.08.2020-ci il tarixli SOCAR**********80020123X00163 nömrəli arayışında 03.08.1981- 01.12.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” X1 Texnoloji Nəqliyyat İdarəsində avtomobillərin təmiri üzrə çilingər və motorçu çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Bundan başqa 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı da 25 ildən az (24 il 3 ay 9 gün (03.08.1981- 16.10.1981-ci il, 29.10.1981-22.11.1983-cü il və 28.12.1983-31.12.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. - SOCARın 13.08.2020-ci il tarixli SOCAR2**********80020123X00163 saylı arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 04.09.1979-cu ildən 30.06.1980-cı ilədək (əmr № 62-k, 17.09.1979-cu il) 2-ci dərəcəli avtoçilingər peşəsi üzrə ödənişsiz təcrübə keçməsi üçün (təcrübə günləri çərşənbə axşamı, cümə) “Azneft” Birliyi X2 İdarəsinə (TNİ) göndərilmişdir. 16.09.1980-cı ildən 30.07.1981-ci ilədək (əmr № 57-k, 15.09.1980-cı il) avtoçilingər şagirdi kimi ödənişli təcrübə keçməsi üçün (təcrübə günləri bazar ertəsi, cümə axşamı) “Azneft” Birliyi Qobustan TNl-yə göndərilmişdir. 10.04.1981-ci ildən 18.07.1981-ci ilədək (əmr № 31-k, 04.05.1981-ci il) 2-ci dərəcəli avtoçilingər peşəsi üzrə bütün həftəlik iş günlərində “Azneft” Birliyi Qobustan TNl-də ödənişli istehsalat təcrübəsi keçmişdir. 03.08.1981-ci ildə (əmr № 48-k, 03.08.1981-ci il) “Azneft” Birliyi Qobustan TNl-yə avtomobillərin təmiri üzrə 2ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. 17.10.1981-ci ildə (əmr №66-k, 26.10.1981-ci il) Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 28.12.1983-cü ildə (əmr № 79-k, 26.12.1983-cü il) “Azneft” X4 Qazma İdarəsi Qobustan TNl-yə 2-ci dərəcəli motorçu-çilingər peşəsinə işə qəbul edilmişdir. 16.07.1984-cü ildə (əmr № 40-k, 16.07.1984-cü il) avtomobillərin təmiri üzrə 3-cü dərəcəli çilingər peşəsinə keçirilmişdir. 03.12.1984-cü ildə (əmr № 76-k, 06.12.1984-cü il) avtomobillərin təmiri üzrə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmişdir. 01.07.1985-ci ildə (əmr № 50-k, 08.07.1985-ci il) avtomobillərin təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində “Azneft” Birliyinin Qobustan TNİ-nin 2002-ci ilədək olan sənədləri saxlanıldığından işdən azad olunma barədə qeyd göstərmək mümkün deyildir. Haqqhesab cədvəllərində 2002-ci ilin dekabr ayınadək işləməsi göstərilmişdir. -SOCAR-ın 31.08.2020-ci il tarixli SOCAR**********80020115X00094 saylı arxiv arayışından görünür ki, iddiaçı X5 İşləri İdarəsində işləmişdir. SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci il tarixli, 60 saylı əmri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır. Qobustan KQİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi SOCAR-ın “Kompleks qazma işləri” trestinin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin 08.08.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən Qobustan KQİİ qazma sexi kimi 03.09.2012-ci il tarixdən Abşeron Qll-in tərkibinə verilmişdir. SOCAR-ın 27.12.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X7 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı 01.05.2003-cü ildən 28.03.2005-ci ilədək X5 İşləri İdarəsi X6 təmir emalatxanası üzrə 5-ci dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə işə təyin edilib (Əmr №56k 01.05.2003-cü il). 28.03.2005-ci ildən 13.07.2007-ci ilədək X6 təmir emalatxanası üzrə 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə keçirilib (Əmr №38k 28.03.2005-ci il), 13.07.2007-ci ildə işdən azad edilib (Əmr № 156k 13.07.2007-ci il). Ümumi iş stajı 04 il 2 ay 12 gün təşkil edir. - SOCAR-ın “Azneft” İstehsalat Birliyi 2 saylı Nəqliyyat İdarəsinin 21.06.2021-ci il tarixli 53 saylı güzəştli arayışından görünür ki, iddiaçı 02.12.2020-ci il tarixdən (Əmr № 08/K 02.12.2020-ci il) hal-hazıra kimi SOCAR “Azneft” İB-nin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin Texnoloji Nəqliyyat sahəsində 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu peşəsində işləyir. İxtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəztli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj peşəsinə əsasən 06 (altı) ay 20 gün təşkil edir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 05.07.2021-ci il tarixli 71 saylı güzəştli arxiv arayışından görünür ki, iddiaçı 19.03.2015-ci il tarixdə ARDNŞ Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq 1 saylı avtomobil dəstəsinə 6-ci dərəcəli avtomobil sürücüsü peşəsinə təyin olunub (Əmr №506/k 10.03.2015-ci il). 04.07.2016-cı il tarixdə 1 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilib (Əmr 1616/k 04.07.2016-cı il). 01.12.2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cü maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilib və əmək müqaviləsi bağlanıb. (Əmr №1258/k 01.12.2020-ci il). İxtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj peşəsinə əsasən 04 (dörd) il, 04 (dörd) ay, 27 (iyirmi yeddi) gündür. - SOCAR-ın “Kompleks qazma işləri” trestinin 05.03.2022-ci il tarixli SOCAR**********30020123X00007 saylı məhkəmə sorgusuna cavab olaraq verdiyi məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş XXİ fəsildə qeyd edilmiş nəqliyyat sahəsində və Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23.01.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 21-ci fəsildə qeyd edilmiş nəqliyyat sahəsində işlədiyi peşələrə aid kod aşkar olunmadığına görə güzəştli arayış təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, pensiya təyinatı orqanının mübahisələndirdiyi hal iddiaçının güzəştli və ümumi iş stajı ilə əlaqədardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 02.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilər”in 2 nömrəli Siyahısında nəzərdə tutulmamışdır (işəgötürən SOCAR-ın “Kompleks qazma işləri” trestinin 05.03.2022-ci il tarixli SOCAR**********30020123X00007 saylı məktubu). Belə olan halda onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı mövcud olmamışdır. Bundan başqa, iddiaçının iddia ərizəsində “Azneft” X4 Qazma İdarəsində işlədiyi çilingər-motorçu vəzifəsinin 2 nömrəli siyahıda 2130100a-14713 koduna uyğun olduğu göstərilsə də, qeyd olunan siyahıda 2130100a- 14713 koduna uyğun vəzifə kimi Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsində çalışan qazma qurğularının motorçuları peşələri nəzərdə tutulmuşdur, iddiaçı isə nəqliyyat sexinin təmir emalatxanasında avtomobillərin təmiri üzrə çilingər-motorçu peşəsində çalışmışdır. Beləliklə də güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olması üçün 3 şərtdən biri ödənilmədiyindən məhkəmə ümumi stajın toplaması istiqamətində araşdırma aparılmasını prosessual qənaət prinsipinə əsaslanaraq zəruri saymır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 02 may 2020-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar