Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3763/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakışəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən “Doğum haqqında şəhadətnamənin” “Dublikatın” verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkiliVəkil 21 iyun 2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 20 dekabr 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 13 fevral 2001-ci il tarixdə 215 nömrə ilə qeyd edilmiş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X1 xx.xx.1977-ci ildə Səlyan rayonu, Çuxanlı kəndində anadan olmuşdur və milliyətcə Azərbaycanlıdır, anası X3 xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuşdur və milliyətcə Azərbaycanlıdır. İddiaçı valideyinləri az müddət evli olduqdan sonra ayrılmışlar. Valideyinlərinin ayrılması səbəbindən İddiaçı üzərində valideyn nəzarəti zəifləmiş, nəticə etibari ilə Nazim orta məktəbdən təhsilini bitirməmiş uzaqlaşmışdır. Buna görə o şəxsiyyət vəsiqəsi almasına yalnışlıqla ehtiyac görməmişdir. Lakin bu da eyni zamanda onun hərbi xidmətə çağrılmağına manəçilik yaradıb. Başqa sözlə hərbi xidmətə də heç vaxt çağrılmayıb. Keçən il İddiaçı şəxsiyyət vəsiqəsini almaq üçün ASAN xidmət mərkəzinə müraciət etsə də, ondan tələb olunan sənədlər içərisində “doğum haqqında şəhadətnaməsinin notarial təsdiq olunmuş surəti tələb olunmuşdur. Lakin doğum haqqında şəhadətnaməsinin itməsi səbəbindən, Nazim onda olan doğum haqqında şəhadətnaməsinin sadə surətini təsdiqlədə bilməmişdir. Bu səbəbdən də doğum haqqında şəhadətnaməsinin təkrar surətini almağa ehtiyac yaranmışdır. Lakin Bakı şəhəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 9.7-ci bəndinə istinad edərək təkrar doğum şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Qeydiyyat Şöbəsinin məktubundan görünür ki, Şöbə İddiaçı doğrudan da İddiaçı olmasına şübhə etmişdir və buna görə İddiaçı və onun anası Kəmalə Vəliyevaya “şəxsiyyətinin təsdiq edilməsi üçün” məhkəməyə müraciət etməsi tövsiyə etmişlər. Qeyd edir ki, İddiaçı bütün həyatını Azərbaycanda keçirmiş və heç vaxt onun hüdudlarını tərk etməmişdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası vətəndaşlığı haqqında Qanunun 11.1-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4 bəndini “İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür." hissələrini nəzərə alaraq hesab edir ki, imtina qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar olaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 20 dekabr 2000ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Müəyyən olmayan səbəblərdən iddiaçının doğum haqqında şəhadətnaməsinin əsli itmiş, bu səbəbdən ona şəxsiyyət vəsiqəsi alınmamışdır. Lakin iddiaçının doğumu qeydə alınaraq, bu barədə ona doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı natamam orta təhsillidir. Orta məktəbi tam bitirə bilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 06 yanvar 2021-ci il tarixli, 05/Q-05/75 saylı imtina məktubundan görünür ki, iddiaçının təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verildiyi, eyni zamanda həmin “Qayda”nın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiy tərtib olunmuş şəxslərin özlərinə verildiyi, şəhadətnamələrin notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verildiyi izah edilmişdir. İddiaçı tərəfindən əxsiyyəti təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə hazırda doğum haqqında təkrar şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. İşdə olan Bakı ASAN xidmət Mərkəzi tərəfindən 17 dekabr 2015-ci il tarixdə verilmiş AZ-Hİ № 670242 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 20 dekabr 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 13 fevral 2001-ci il tarixdə 215 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X2, anası qrafasında X3 yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 12 mart 2019-cu il tarixli, ******* nömrəli Qərarının surətindən görünür ki, 20 dekabr 2000-cı il təvəllüdlü İddiaçı 04 mart 2019-cu il tarixli sorğusuna baxaraq müəyyən edilmişdir ki, İddiaçı sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılartaq İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Məhkəmə araşdırıması dövründə İddiaçı doğumunun qeydə alınıb-alınmaması, qeydə alındığı halda doğum haqqında akt qeydinin surəti sorğu əsasında Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05/Q-300/75 saylı məktubla doğum haqqında akt qeydi məhkəməyə təqdim edilmişdir. Həmin doğum haqqında akt qeydindən görünür ki, İddiaçı 20 dekabr 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 13 fevral 2001-ci il tarixdə 215 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X2, anası qrafasında X3 yazılmışdır. Beləliklə işin araşdırılan hallarından görünür ki, İddiaçı 20 dekabr 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun doğumu qeydə alınaraq, bu barədə 13 fevral 2001-ci il tarixdə 215 nömrə doğum haqqında akt qeydi tərtib olunmuşdur. Lakin iddiaçı bu günədək şəxsiyyətini təsdiq edən sənədi, şəxsiyyət vəsiqəsini almamışdır. Hazırda zərurət yarandığından ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə cavabdehə müraciət etsə də, cavabdeh imtina etmişdir. İmtinaya əsas olaraq iddiaçının şəxsiyyət vəsiqəsini təqdim edə bilməməsi göstərilmişdir. Göründüyü kimi, 20 dekabr 2000-ci il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bununla belə onun şəxsiyyət vəsiqəsi olmadığı halda, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Halbuki təkrar şəhadətnamələrin alınması haqqında maraqlı şəxslərin ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası»nda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi vəicra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, məhkəmə qeyd edir ki, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələri həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsini qadağan etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.7-ci bəndinin 1-civə 2-ci abzaslarına əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, 20 dekabr 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 13 fevral 2001-ci il tarixdə 215 nömrə ilə qeyd edilmiş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmət ərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 20 dekabr 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 13 fevral 2001-ci il tarixdə 215 nömrə ilə qeyd edilmiş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3763/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3763/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver