Məhkəmə qərarları › İş №2-1(112)-3765/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3765/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3765/2023 21.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Buzovna Bələdiyyəsinə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Buzovna Bələdiyyəsinə qarşı Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 807 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli, 064 №-li sərəncamı ilə ona Buzovna qəsəbəsində bağ evinin tikilməsi üçün Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 649-da bazar qiyməti ilə 1000 kv.m torpaq sahəsi satılmışdır. Sərəncamın 2-ci bəndinə müvafiq olaraq Buzovna bələdiyyəsi ilə aralarında torpaqların alğı-satqısına dair akt tərtib edilmişdir. Bunun müqabilində tərəfindən Buzovna bələdiyyəsinin bank xəzinəsinə 4.000.000 manat haqq ödənilmişdir (qəbz №708744). Həmin torpaq sahəsi o zamandan onun istifadəsindədir. Bu yaxınlarda həmin torpaq sahəsini özəlləşdirmək istəyərkən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialının 22 dekabr 2021-ci il tarixli BA 06247-2021 nömrəli cavabından görünmüşdür ki, Buzovna Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli 064 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcud olsa da, lakin həmin sərəncam həmin ilin sərəncamlarının qeydiyyat kitabının 4-cü səhifəsində xx.xx.2005-ci il, 807 saylı sərəncamı ilə ləğv edilməsi barədə qeydlər vardır. Göründüyü kimi, o, vicdanlı alıcı olaraq torpaq sahəsi almışdır. 2005-ci ildən həmin torpaq onun istifadəsindədir. Hansı səbəbdən qanuni əsaslarla verilmiş torpaq sahəsinin ona verilməsinə dair sərəncamın ləğvi barədə qeydləri olması ona bəlli deyildir. Odur ki, belə hesab edir ki, həmin sərəncam etibarsız hesab olunmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, sərəncama cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatıın dinləyib iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçıya Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 064 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sağ tərəfində bağ evinin tikilməsi üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin sərəncamın arxiv nüsxəsinin əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə cavab olaraq bildirilmişdir ki, Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il traixli 064 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin, yuxarıda göstərilən sərəncam həmin ilin sərəncamlarının qeydiyatı kitabının 4-cü (dördüncü) səhifəsində xx.xx.2005-ci il tarixli 807 saylı sərəncamı ilə ləğv edilməsi barədə qeydlər mövcuddur. Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli 807 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İddiaçı hazırda həmin sərəncamı mübahisələndirərək, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 807 saylı sərəncamınının etibarsız sayılmasını xahiş edir. Həmin sərəncamın və onun qəbul edilməsinə əsas olmuş sənədlərin surətlərinin əldə edilməsi məqsədilə cavabdehə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müvafiq sorğular göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna 02/166 nömrəli xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 064 nömrəli və xx.xx.2005-ci il tarixli 807 nömrəli sərəncamlarının və həmin sərəncamlara əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Belə ki, Bələdiyyələr tərəfindən sərəncamlar verilərkən iki nüsxədə tərtib olunmuş, bir nüsxə vətəndaşa təqdim olunmuş, digər nüsxəsi isə Milli Arxiv İdrəsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, məktubda göstərilən sənədlərin təsdiq olunmuş surətlərinin alınması üçün Milli Arxiv İdarəsinə müraciət etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 07 dekabr 2022-ci il tarixli BA-07956-2022 saylı və 13 aprel 2023-cü il tarixli 3-48-2F/2-02518/2023 saylı məktublarla bildirilmişdir ki, Əzizbəyov raonu Buzovna Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 064 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin, yuxarıda göstərilən sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabının 4-cü (dördüncü) səhifəsində xx.xx.2005-ci il tarixli 807 saylı sərəncamı ilə ləğv edilməsi barədə qeydlər vardır. Odur ki, məlumat üçün Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 064 saylı sərəncamı və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri, eləcə də, həmin ilin qeydiyyat kitabının üz qabığı və dördüncü səhifəsinin təsdiq edilmiş ksero surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna 02/1240 nömrəli xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 064 nömrəli sərəncamı ilə İddiaçı 1000 kv.m torpaq sahəsinin hazırda kimin istifadəsində olması, həmin torpaq sahəsinin sonradan başqa şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi barədə Buzovna Bələdiyyyəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 20 sentyabr 2023-cü il tarixli 3-48-2F/2-06665/2023 saylı məktubla bildirilmişdir ki, Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli 064 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin, yuxarıda göstərilən sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabının 4-cü (dördüncü) səhifəsində xx.xx.2005-ci il 807 saylı sərəncamı ilə ləğv edilməsi barədə qeydlər vardır. Lakin, Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli 807 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyindən həmin sərəncama əlavə edilmiş ərizə barədə məlumat vermək imkan xaricindədir. Ərizələr fərdi qaydada Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. Digər tərəfdən bildirirlər ki, Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin arxiv fondu üzrə 2005-ci ilə dair sərəncamlarının sonuncusu “306”-dır. Beləlikə məhkəmə araşdırması zamanı işin hallarının obyektiv araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 807 saylı sərəncamı faktiki olaraq nə, cavabdeh orqanın özünün arxivində, nə də ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında aşkar edilməmişdir. Əlavə olaraq məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı və cavabdeh bələdiyyə orqanı tərəfindən verilmiş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, ümumiyyətlə mübahisəli sərəncamın qəbul edildiyi 2005-ci il üzrə bələdiyyə tərəfindən qəbul edilmiş sərəncamların sonuncusunun nömrəsi “306” olmuş, bələdiyyədə olan məlumtalarda İddiaçı məxsus 1000 kv.m torpaq sahəsinin sonradan başqa şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi barədə məlumat aşkar edilməmişdir. Bununla da, iş üzrə toplanmış sübutlar nəzərə alınmaqla məhkəmə araşdırması zamanı hazırki iş üzrə mübahisəli Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 807 saylı sərəncamının mövcudluğu sübuta yetirilə bilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh orqanın mövcudluğu sübuta yetirilməyən sərəncamının inzibati məhkəmə icraatı qaydasında etibarsız hesab edilməsi barədə iddiaçının tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış hesab edilə bilməz. Bu səbəbdən də, hazırki iddia tələbi mümkünlük şərtlərinə cavab verilməyərək mümkün sayılamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X1rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (RuizTorija İspaniyaya qarşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərindən də, göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar