Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3767/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi və vəkili X3 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-xx-xx.1983-ci illər ərzində Sumqayıt şəhər Texniki Peşə Məktəbində təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə ona 01 iyul 2014-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 03fevral 2020-cu il tarixli imtina məktubunda iddiaçının “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizəsi ilə bağlı qeyd edilmişdir ki, “Əmək pensiyalarıhaqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədəkQanunun 9.8-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltıişlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərlivə ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiqicra hakimiyyəti orqanı tərəfindən təsdiq siyahısı üzrə) qadınlar 55 yaşınaçatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həminişlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiyakapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiyatəminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əməkpensiyası hüququ vardır.Təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 20 ildən güzəştli iş stajı 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.Onun ümumi iş stajının 01 yanvar 2006-cı ilədək 22 ildən artıqdır. xx.xx.1982-xx.xx.1983-ci ildə Sumqayıt şəhər Texniki Peşə Məktəbində təhsil almışdır. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən həmin dövr də ümumi iş stajına daxil edilir. Eyni zamanda 08 avqust 1983-cü ildən 02 yanvar 1995-ci ilədək “Azərkimya” İstehsalat Birliyinin “Üzvi Sintez” zavodunun 11 il 04 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışsa “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı on ilini güzəştli işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1) Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: Kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qadınlar - 45 yaşına çatdıqda və azı 5 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; 1) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə iddiaçının 50 yaş+2 yaş=52 yaşdan güzəştli şərtlə pensiya hüququ yarana bilər. Yuxarıda bəhs edilən normaların təhlilinə yaxud “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ilə qədər iddiaçının 2 nömrəli Siyahıda qeyd edilən peşədə 10 il işləməsi təsdiq edilərsə və 20 il ümumi stajı olarsa, onun (50+2) 52 yaşdan güzəştli şəıtlə pensiya hüququ yaranmış olacaqdır. Hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin yuxarıda bəhs edilən tələbləri iddiaçıya münasibətdə mübahisə bu Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiyasına uyğun həllini tapa bilər. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterinin və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Vətəndaşların pensiya təminatı haqqında” qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan qadınlar - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.SOCAR Etilen-Polietilen Zavodu tərəfindən təqdim edilmiş arayışa əsasən iddiaçı xx.xx.1983-xx.xx.1995-ci illər ərzində zərərli iş sahəsində işləmişdir. Lakin həmin müddət ərzində xx.xx.1986-cı ildən xx.xx.1987-dək, xx.xx.1987-dən xx.xx.1987-dək və xx.xx.1990-dən xx.xx.1992-dək analıq məzuniyyətində olmuşdur.Əlbəttə ki, həmin müddətlər iddiaçının ümumi iş stajına daxildir, lakin güzəştli iş stajına daxil edilə bilməz.İddiaçının güzəştli staj illəri 10 ildən azdır. Belə olan halda iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz.Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Bu mənada “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir.Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sumqayıt şəhər Texniki Peşə Məktəbində təhsil almış, xx.xx.1983-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Azərikimya” İstehsalat Birliyinin “Üzvi Sintez” zavodunda çirkab sənaye sularının neytrallaşması və təmizlənməsi, kompressor qurğularının maşinisti, nasos qurğularının maşinisti vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək həmin zavodda azot və oksigen istehsalatın polimer istehsalında xidmət edən 100/14-cü korpusa 4-cü dərəcəli kompressor qurğu maşinisti, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 13 saylı Tikinti Quraşdırma İdarəsində rəngsaz vəzifəsində işləmişdir. İşdə olan “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar şöbəsi tərəfindən verilmiş 381 saylı, 20 iyul 2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı 08 avqust 1983-cü il tarixdən 02 yanvar 1995-ci ilə kimi “Azərikimya” İstehsalat Birliyinin “Üzvi Sintez” zavodunda çirkab sənaye sularının neytrallaşması və təmizlənməsi, kompressor qurğularının maşinisti, nasos qurğularının maşinisti vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 2-ci bəndinin 2110A020 şifrinə əsasən 2 saylı siyahısında sadalanan çirkab sənaye sularının təmizlənməsi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmin arayışın arxa hissəsinə kadrlar şöbəsi tərəfindən edilmiş qeyddən görünür ki, İddiaçı işlədiyi müddətdə xx.xx.1986-xx.xx.1987, xx.xx.1987xx.xx.1987, xx.xx.1990-xx.xx.1992-ci il tarixlərində analıq məzuniyyətində, xx.xx.1994xx.xx.1994-cü il tarixlərində ödənişsiz məzuniyyətdə olmuşdur. İşdə olan cavabdeh tərəfindən verilmiş 03 fevral 2020-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılmış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq, təqdim etdiyi sənədlərdən onun ümumi iş stajı 20 ildən, güzəştli stajı 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 52 yaşı xx.xx.2014-cü il tarixdə tamam olmuşdur. İddiaçı ona 52 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən güzəştli stajı 10 ildən az təşkil etdiyi əsası ilə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı xx.xx.1982 xx-xx.1983-ci illər ərzində Sumqayıt şəhər Texniki Peşə Məktəbində təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə ona 01 iyul 2014-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb etsə də, lakin iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin tələblərinə əsasən tələb olunan güzəştli iş stajının olması müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının “Azərikimya” İstehsalat Birliyinin “Üzvi Sintez” zavodunda işlədiyi çirkab sənaye sularının neytrallaşması və təmizlənməsi sexində kompressor qurğularının maşinisti, nasos qurğularının maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının ******* kodlu X Kimya bölməsində də nəzərdə tutulan 2110A020 kodlu A yarımbəndinin əridicilərin rekuperasiyasında və rektifikasiyasında, kinomaterialların gümüş tərkibli tullantılarının regenerasiyasında, 1 №-li Siyahıda sadalanmış bərk, maye və qaz halında tullantıların emal olunması və istifadə edilməsi sexlərində (bölmələrdə, sahələrdə); qazogenerator sexlərinin və texnoloji təyinatlı stansiyaların işlərində; 1 №-li Siyahıda sadalanmış çənlərin, tutumların və kimyəvi aparatların təmizlənməsində, zərərli kimyəvi məhsulla istifadə olunmuş qaytarılan qabların yuyulmasında və emalında; çirkab sənaye sularının neytrallaşdırılmasında və təmizlənməsində, zərərli buxar və qazların zərərsizləşdirilməsində; 1 №-li siyahıda sadalanmış kağız (polietilen) kisələrdə qablanmış kimya məhsullarının üyüdülməsində, qurudulmasında, qarışdırılmasında, əridilməsində tam iş günü istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri vəzifəsinə uyğun olması müəyyən edilsə də, lakin həmin vəzifə üzrə güzəştli iş stajı 10 ildən az müddəti təşkil edir. İddiaçının həmin vəzifələr üzrə 08 avqust 1983-cü il tarixdən 02 yanvar 1995-ci il tarixədək işləməsi, onun həmin dövr üzrə iş stajının 11 il 04 ay 24 gün təşkil etməsi müəyyən edilsə də, lakin həmin dövrün xx.xx.1986-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1990xx.xx.1992-ci il tarixədək olan müddətini analıq məzuniyyətində, xx.xx.1994-xx.xx.1994-cü il tarixədək olan müddətini ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin müddət 03 il 01 ay 26 ay gün təşkil edir və göstərilən müddət ümumi iş stajına daxil edilsə də, lakin güzəştli iş stajına hesablana bilməz. Belə ki, iddiaçı analıq məzuniyyətində və ödənişsiz məzuniyyətdə olduğu həmin dövrlər üzrə göstərilən vəzifələri faktiki olaraq icra etmədiyindən, həmin dövrlər onun güzəştli iş stajına hesablana bilməz. İddiaçının xx.xx.1986-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1990-xx.xx.1992-ci il tarixlərində analıq məzuniyyətində, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərində isə ödənişsiz məzuniyyətdə olduğu dövr nəzərə alınmadığı halda isə onun güzəştli iş stajı 08 il 02 ay 28 gün, yəni 10 ildən az müddəti təşkil edir. Belə olan halda iddiaçının xx.xx.1982-xx.xx.1983-ci illər ərzində Sumqayıt şəhər Texniki Peşə Məktəbində təhsil aldığı müddət ümumi iş stajına daxil edildiyi halda belə onun tələb edilən güzəştli iş stajı olmadığından ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Beləliklə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq olaraq, həmçinin 52 yaşı tamam olan 01 iyul 2014-cü il tarixədək iddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 20 ildən artıq 21 il 10 ay 26 gün ümumi iş stajını toplasa da, lakin həmin dövrün 10 ildən az müddəti güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğundan, cavabdeh tərəfindən iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3767/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3767/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver