Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3767/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Sumqayıt şəhərində qeydiyyatdadır; “Etilen-Politilen” zavodunda qazan təmizləyən işləyir) cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır; ixtisası: hüquqşünas; mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçıya 31.03.2020-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və onun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.09.1988-ci ildən 20.10.1991-ci ilə kimi “Azərkimya” İB-nin “Sintezkauçuk” zavodunun divinil-stirol kauçukunun polimerləşməsi sexində təmirçi-çilingər, 21.10.1991-01.09.1996-cı il tarixlərində “Etilen- Politilen” zavodunun Texnoloji avadanlıqlarının təmiri sexində təmirçi çilingər, 02.09.1996- 31.12.2005-ci illərdə həmin sexdə qazan təmizləyənpeşələrində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır. 2005-ci ildən bu günədək adı çəkilən müəssisədə çalışır. Əmək fəaliyyətinə heç ara verməmişdir. Ümumi iş stajı əmək kitabçasına əsasən 35 il təşkil edir. Qeyd etdiyi dövrdəki iddiaçının sığorta stajı “Etilen-polietilen” zavodunun 31.03.2020-ci il tarixli rəsmi arayışı ilə təsdiq olunur. İddiaçı 05.06.2020-ci il tarixli ərizə ilə (tələb olunan bütün sənədlər ilə birlikdə) Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mənə əmək şəraitinə görə güzəştli şərtlərlə 52 yaşında pensiya təyin edilməsi ilə bağlı müraciət etmişdir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə, kişilər 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asılı almayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna malikdirlər. Qanunun bu müddəasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına 1 nömrəli əlavənin 1 nömrəli siyahısının Vİİİ bölməsinin 1080A010 şifri üzrə iddiaçıya güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. Göründüyü kimi iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə 52 yaşında pensiya hüququ verən iş stajını 01.01.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qazanmışdır və ona 52 yaşından pensiya təyin edilməli idi. Həmin ərizəyə cavabdehin 10.08.2020-ci il tarixli **********3 nömrəli məktubla fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təyinatına imkan vermədiyi üçün iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişlər. İddiaçı hesab edir ki, cavabdehin məktubunda qeyd etdiyi hal tamamailə əsassız və qanuna ziddir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda onun 52 yaşdan pensiya hüququ əldə etdiyini mübahisələndirməmiş, dolayısı ilə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası əldə etmək hüququ həmin məktubla öz təsdiqini tapmışdır. İmtinanın əsasını isə güzəştli şərtlərlə əmək pensiyası əldə etmək hüququnun olmaması deyil ferdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təyinatına imkan verməməsi olmuşdur. Əslində isə imtinaya əsas olmuş halın yuxarıda qeyd olunan qaydalarda öz əksini tapmış normaya zidd olduğu açıq-aşkar görünür. Çünki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası əldə etmək hüququnu artıq 01.07.2017-ci il tarixədək əldə etmişdir. Belə olan halda pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təyinatına imkan verməməsi əsası ilə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmaması tam qanunsuzdur və hüquqlarının kobud şəkildə pozulmasıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 59200,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 43702,51 manat təşkil edir. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 2.2.3.-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiаçı İddiaçı məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin nümayəndəsi T.Kərimov iddia ərizəsinə etirazda göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1968-ci il tarixdə Astara rayonunda anadan olmuşdur. İş materiallarında olan diplomunun və hərbi biletinin surətlərindən görünür ki, iddiaçı 1985-1986-cı illərdə texniki peşə məktəbində təhsil almış, 1987- 1989 –ci illərdə hərbi xidmətdə olmuşdur. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 47 nömrəli, 10 mart 2020-ci il tarixli arayışına əsasən, İddiaçı 01 sentyabr 1988 ildən 20 oktyabr 1991 ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunun dürnit-stirol kauçukun polimerləşməsi sexində təmirçi-çilingər vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı 01.09.1988-14.10.1994-cü illərdə “Sintezkauçuk” zavodunda, 15.10.1994-cü il tarixdən hal-hazıra kimi “Etilenpolietilen” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə aşağıda göstərilən tarixlərdə olmuşdur: 24.02.2012-10.03.2012; 12.03.2012-16.03.2012. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 48 nömrəli, 10 mart 2020-ci il tarixli arayışına əsasən, İddiaçı həqiqətən də 21.10.1991-01.09.1996-cı il tarixlərdə “Etilen-Polietilen” zavodunun Texnolojı avadanlıqların təmiri sexində təmirçi çilingər, 02.09.1996-31.12.2005-ci illərdə həmin sexdə qazan təmizləyən peşələrində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır (cəmi 2664 gün). İddiaçı aid SSN **********250 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı sosial sığorta ödəyicisidir. İddiaçıya məxsus ИT-İ №1432700 nömrəli əmək kitabçasının surətinə və Sığortaolunanın ümumi iş stajı barədə 05 nömrəli, 31.03.2020-ci il tarixli məlumata əsasən, iddiaçı 01.09.1985-23.04.1986-cı illərdə 41 nömrəli orta texniki peşə məktəbdə oxumuş 26.04.1986-13.05.1988-ci illərdə hərbi xidmətdə olmuş, 01.09.1988-ci ildə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinə təmirçi-çilingər vəzifəsinə qəbul olunmuş, 14.10.1994-cü il tarixdə “Sintezkauçuk” İstehsalat Birliyinin ləğvi ilə əlaqədar “xxxx” Dövlət Şirkətinin 31.08.1994-cü il tarixli 128 saylı əmrinə əsasən yeni yaranmış “Etilen-polietilen” zavoduna keçirilmiş, 02.09.1996-cı il tarixdə köçürülmə yolu ilə təmizləyici, 01.03.2003-cü il tarixdən qazan təmizləyən vəzifəsində müxtəlif sexlərdə çalışmış, hal-hazırda isə 6-cı dərəcəli qazan təmizləyən vəzifəsində çalışır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin İddiaçı ünvanladığı 10 avqust 2020-ci il tarixli məktubuna əsasən, iddiaçı tərəfindən təqdim etdiyi sənədlərdən göründüyü kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiçının münasibətdə 59200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 43702,51 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür, 31.03.2020-ci il tarixində onun 52 yaşı tamam olmuşdur, 01.01.2006-ci il tarixinə onun 20 il 12 gün ümumi iş stajı olmuş, həmin müddətin 10 ildən çox hissəsini o, güzəştli əmək pensiyası hüququ verən kimya istehsalatında işləmişdir. İddiaçı ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər ümumi iş stajı 20 il 12 gün, 01.01.2006cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (kod 1080A010) nəzərdə tutulan kimya istehsalatda iş stajı 10 ildən çox olduğundan iddiaçının 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtiıasını onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşagı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3 –cü maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; İş materiallarından göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 43702,51 manat pensiya kapitalı vardır. Bu isə ən azından əmək pensiyasının minimum məbləğində (200 manat) təyin etmək üçün kifayət edən məbləğdir. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki,iddia təmin edilməli, İddiaçı 31.03.2020-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və onun ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 34, 68, 69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. İddiaçı 31.03.2020-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və onun ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3767/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3767/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver