Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-377/2022 01.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı (üçüncü şəxs X4) «nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə və X3 qarşı «nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 10 dekabr 2021-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına onun cavabdeh kimi prosessual iştirakına xitam verilməklə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının müraciəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən əsassız olaraq təmin edilməmişdir. İddiaçının cavabdehə ünvanlanmış 18 mart 2020-ci il tarixli 231 nömrəli müraciətində qeyd olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24 oktyabr 2019cu il tarixli qərardadı ilə **-ZB-***, **-ZX-***, **-ZB-***, **-ZX-***, **-ZX-***, **-ZB-***, **-ZX- ***, **-ZB-***, **-ZB-***, **-ZB-***, H006012, 9227 AU, **-ZB-***, **-ZB-***, H005839, H010798, H010067, **-ZB-***, H012140, **-ZB-***, H006019, H010797, H008968, **-ZB- ***, H009050, H008894, **-ZB-***, H008792, **-ZB-***, H005245, **-ZB-*** və H008791 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin (yarımqoşquların) üzərinə həbs qoyulması, onların X1 tərəfindən istifadəsinin qadağan edilməsi və nəqliyyat vasitələrinin (yarımqoşquların) Baş X7 İdarəsinin xüsusi dayanacağına yerləşdirilməsi qərara alınmışdır. Hazırda həmin qərardad icra olunmuş və sözügedən nəqliyyat vasitələri Baş X7 İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1458/2020 saylı 14 yanvar 2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilsə də, mübahisə davam edir və mülki iş həmin məhkəmənin icraatındadır. 11 mart 2020-ci il tarixdə həmin məhkəməyə ünvanlanmış ərizənin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qərardadı əsasında həbs qoyularaq götürülmüş nəqliyyat vasitələrinin beşi X2 mülkiyyətindədir və ona bu barədə 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnamələri verilmişdir. Qeyd olunan xüsusatlar onu təsdiq edir ki, sözügedən nəqliyyat vasitələri Baş X7 İdarəsinin Qaradağ rayonu ərazisindəki xüsusi dayanacağında yerləşdirilsə də, həbsdə olan beş nəqliyyat vasitəsinə qanuna zidd olaraq baxış keçirilmiş və 29 fevral 2020-ci il tarixdə həmin nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnamələri verilmişdir. Bununla bağlı DİN Baş X7 İdarəsi tərəfindən X3 verilmiş AD 769252, AD 769253, AD 769254, AD 769255, AD 769256 saylı nəqliyyat vasitələrinin şəhadətnamələrinin ləğv edilməsi xahiş edilsə də, müraciətə qeyri-müəyyən cavab verilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə və İPM-in 2.1, 2.2.3, 4.1, 14.3, 45, 46, 73-cü maddələrinə əsaslanaraq, X3 verilmiş AD 769252, AD 769253, AD 769254, AD 769255, AD 769256 saylı nəqliyyat vasitələrinin şəhadətnamələrinin ləğv edilməsi öhdəliyinin cavabdeh DİN Baş X7 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlməmiş, üçüncü şəxsin nümayəndəsi gəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil3 iddia tələbinin əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 5.1-ci bəndində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi nəzərdə tutulmuşdur. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan DİN Baş X7 İdarəsinin hazırkı iddiaçının vəkilinə ünvanlanmış 8 aprel 2020-ci il tarixli məktubunda bildirilir ki, normativ hüquqi sənədlərin tələblərinə görə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı) nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi və s.) surətini almağa yalnız təhqiqat, istintaq, məhkəmə orqanlarının hüququ vardır. Odur ki, sözügedən nəqliyyat vasitələri barədə məlumatların kompyuter çıxarışı təqdim edilir. Məktuba əlavə edilmiş çıxarışda qeyd olunur ki, aşağıdakı nəqliyyat vasitələri müvafiq qeydiyyat şəhadətnamələri ilə X2 adına rəsmiləşdirilmişdir: 1) buraxılış ili 1987-ci il olan “CRANE FRUEHAUF” markalı, boz rəngli, 305002 şassi nömrəli yarımqoşqu, 683046 AGBİ qeydiyyat vəsiqəsi əsasında AD 769255 nömrəli 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə, **-ZE-*** nömrə nişanlı; 2) buraxılış ili 1989cu il olan “KİNG GTL60 3H95” markalı, boz rəngli, K89/5647 şassi nömrəli yarımqoşqu, 683931 AGBİ qeydiyyat vəsiqəsi əsasında AD 769252 nömrəli 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə, **-ZE-*** nömrə nişanlı; 3) buraxılış ili 1983-cü il olan “KİNG TL76” markalı, qırmızı rəngli, K034150 şassi nömrəli yarımqoşqu, 683109 AGBİ qeydiyyat vəsiqəsi əsasında AD 769253 nömrəli 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə, **-ZE-*** nömrə nişanlı; 4) buraxılış ili 1986-cı il olan “CRAVER TASKER F450” markalı, boz rəngli, H**********1 şassi nömrəli yarımqoşqu, 683995 AGBİ qeydiyyat vəsiqəsi əsasında, AD 769254 nömrəli 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə, **-ZD-*** nömrə nişanlı; 5) buraxılış ili 1975-ci il olan “CRANE LOWLOADER” markalı, boz rəngli, SGQ 4941-01 şassi nömrəli yarımqoşqu, 684851 AGBİ qeydiyyat vəsiqəsi əsasında AD 769256 nömrəli 29 fevral 2020-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə, **-ZE- *** nömrə nişanlı. İş materiallarından görünür ki, məhkəmə Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə aşağıdakı məzmunda sorğu məktubu ünvanlamışdır: - DİN Baş X7 İdarəsi tərəfindən AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255 və AD N 769256 nömrəli qeydiyyat şəhadətnamələri verilmiş nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi (hansı hüqüqi və ya fiziki şəxsin adına rəsmiləşdirilmədiyi göstərilməklə) barədə yazılı məlumatın və müvafiq sənədlərin surətinin qısa müddət ərzində məhkəməyə təqdim olunması xahiş olunur. Qeyd: Barəsində sorğu edilən nəqliyyat vasitələrinin şassi nömrəsi, buraxılış ili və markası qeydiyyat şəhadətnamələrində dəqiq göstərilmişdir. İş materiallarından görünür ki, Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin məhkəməyə ünvanlanmış 18 sentyabr 2021-ci il tarixli cavab məktubunda aşağıdakılar bildirilir: - 50350903 şassi nömrəli nəqliyyat vasitəsi 27 fevral 2020-ci il tarixli **********3440 sorğu nömrəli gömrük bəyannaməsi, K034150 şassi nömrəli nəqliyyat vasitəsi 26 fevral 2020-ci il tarixli **********2092 sorğu nömrəli gömrük bəyannaməsi, K89/5647 şassi nömrəli nəqliyyat vasitəsi 26 fevral 2020-ci il tarixli **********2087 sorğu nömrəli gömrük bəyannaməsi, 305002 şassi nömrəli nəqliyyat vasitəsi 27 fevral 2020-ci il tarixli **********3449 sorğu nömrəli gömrük bəyannaməsi, SGQ4941-01 şassi nömrəli nəqliyyat vasitəsi 27 fevral 2020-ci il tarixli **********3464 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2009-025/1 nömrəli sənəd əsasında gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq X2 adına rəsmiləşdirilmişdir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Nazirlik aşağıdakı vəzifələri yerinə yetirir: - (3.1.18) avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsini, onlara dövlət nömrə nişanlarının verilməsini, habelə yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanlar qəbul edilməsini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsini təşkil edir, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə qeydiyyatın, təhqiqatın və istintaqın aparılmasını təmin edir, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu müəyyən edir və hesabatını aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə»nin 1.2-ci bəndinə görə mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi inzibati orqan kimi İddiaçı MMC-nin müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin (iddia ərizəsi məhkəməyə 1 oktyabr 2021-ci il tarixdən əvvəl daxil olmuşdur) tələblərinə uyğun olaraq cavabdehin olduğu Bakı şəhərinin Binəqədi rayonu üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Həmin Məcəllənin 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə»nin 2.8-ci bəndinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə, 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Göründüyü kimi, mövcud qanunvericilik normaları hüquqi və fiziki şəxslər tərəfindən xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə gətirilmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün gömrük orqanlarının verdiyi icazə (vəsiqə) sənədinin qeydiyyat orqanına təqdim olunmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, hazırkı işin hallarına görə üçüncü şəxs X2 idxalatçı kimi göstərildiyi gömrük bəyannamələri müvafiq nəqliyyat vasitələrinin xarici dövlətdən alınaraq gətirildiyini təsdiqləyən inzibati aktlardır. Həmin inzibati aktlar ləğv edilmədiyindən, geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, habelə onların qüvvədə olma müddəti qurtarmadığından, hüquqi qüvvəsini saxlayır. Hazırkı mübahisənin obyekti olan AD 769252, AD 769253, AD 769254, AD 769255 və AD 769256 nömrəli qeydiyyat şəhadətnamələri ilə qeydiyyata alınmış nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi barədə Aksizli mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən verilmiş 26 fevral 2020-ci il və 27 fevral 2020-ci il tarixli gömrük bəyannamələrinin və onların əsasında tərtib olunmuş “nəqliyyat vasitəsi üçün vəsiqə”lərin hazırda qeyri-mötəbər sayılması üçün əsaslar müəyyən edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin buraxılış ili 1987-ci il olan “CRANE FRUEHAUF” markalı, buraxılış ili 1989-cu il olan “KİNG GTL60 3H95” markalı, buraxılış ili 1983-cü il olan “KİNG TL76” markalı, buraxılış ili 1986-cı il olan “CRAVER TASKER F450” markalı və buraxılış ili 1975-ci il olan “CRANE LOWLOADER” markalı yarımqoşquların qeydiyyata alınması və bu barədə müvafiq olaraq 29 fevral 2020-ci il tarixli AD 769255, AD 769252, AD 769253, AD 769254 və AD 769256 nömrəli şəhadətnamələrin verilməsi hərəkətləri qanunsuz sayıla bilməz və həmin hazırda həmin şəhadətnamələrin ləğvi üçün əsaslar yoxdur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı (üçüncü şəxs X4) «nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 62, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı (üçüncü şəxs X4) «nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-377/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-377/2022
01.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver