Məhkəmə qərarları › İş №2-1(112)-377/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-377/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-377/2023 16.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, vergi orqanı operativ vergi nəzarəti həyata keçirən zaman hər hansı əməliyyat həyata keçirməmişdir. Cavabdeh operativ nəzarət yox, səyyar vergi yoxlamasına dair funksiyaları həyata keçirmişdir. Bundan əlavə, vergi orqanı nəinki operativ nəzarətlə heç nə aşkar etməmiş, hətta sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə satılmış mallara görə qaimə-faktura tələb edir. Halbuki, vergi ödəyicisi rəqabətli bazarda gəlir əldə etmək üçün, vergi ödəyicisi olmayan fiziiki şəxslərin tələbatını öyrənərək onlara malın satılmasını təmin etməkdədir. Bu bazarda ağır olsa da müxtəli vasitələrlə malların satışını həyata keçirir. Belə olduğu təqdirdə isə qaimə-fakturanın yazılması mümkün deyil. Qanunvericilikdə yalnız vergi ödəyiciləri ilə əməliyyatlarda elektron-qaimə yazılır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, operativ veri nəzarətinin həyata keçirilməsi zamanı iddiaçıya məxsus anbarda e-qaimə tələb olunduğu halda heç bir eqaimə verilmədən malların topdan qaydada satılması faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Akt MMC-nin etibarnaməüzreə səlahiyyətli nümayəndəsinə təqdim edilsə də, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nümayəndə izahatında qeyd etmişdir ki, mallar MMC-yə məxsusdur və hər hansı şəxsdən saxlanca mal qəbul edilməmişdir. 20 fevral 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək dövr ərzində satılan mallar üzərinə 5 faiz ticarət əlavəsi qoyulmaqla topdan satılmışdır. Göründüyü kimi səlahiyyətli nümayəndə malların topdan satılması faktını etiraf etmişdir. Lakin iddiaçı qanunvericiliyin tələblərini pozaraq topdansatış həyata keçirməsinə baxmayaraq elektron-qaimə təqdim etməmişdir. Bundan əlavə, qeyd olunur ki, iddiaçı vergi orqanına təqdim etdiyi bəyannamələrdə satışı yalnız topdan satış fəaliyyəti kimi göstərmişdir.İddiaçının Xidmətin məlumat bazasında da əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış qeyd edilmişdir. Həmçinin, cavabdeh etirazda da qeyd etmişdir ki, onların fəaliyyəti səyyar yoxlamanın funksiyalarının mənimsənilməsi ilə operativ nəzarətin keçirilməsi barədə iddiaçının iddia ərizəsində mövqeyi də əsassızdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi (əvvəlki redaksiya 10 faiz) miqdarında. Qərarın qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyadan görünür ki, AR VM-nin: 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmiş, malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilmişdir. Məhkəmə də qeyd olunan istiqamət üzrə araşdırma aparmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsiri sübut edilmişdir ki, qeyd olunan səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyən edən qərarı qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan: Hüquqi şəxs barəsində xidmətin məlumat bazasından görünür ki, iddiaçının əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatışdır. İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrdən görünür ki, iddiaçının pərakəndə satışı olmamış, gəlir malların topdansatışı ilə əlaqədar olmuşdur. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, iddiaçının anbarında vergi nəzarətinin 27 may 2021-25 iyun 2006-cı il tarixlərdə aparılması qərara alınmışdır. Zəruri sənədlərin təqdim edilməsi barədə tələbnamədən görünür ki, iddiaçıdan qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxa gömrük bəyannməsi əsasında alınmanı təsdiq edən sənədlər və s kimi zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. 27 may 2021-ci il tarixli arayışdan görünür ki, etibarnamə üzrə səlahiyyətli nümayəndə satılan mallar üzərinə 5 faiz ticarət əlavəsi qoyulmaqla topdan satışın həyata keçirildiyini etiraf etmişdir. Aktdan da görünür ki, topdansatış həyata keçirilməsinə baxmayaraq zəruri sənədlərin təqdim edilməsi həyata keçirilməmiş, həmin aktı nümayəndə imzalamaqdan imtina etmişdir. Qeyd edilməlidir ki, hazırkı növ mübahisələrlə bağlı oxşar işlər üzrə yuxarı instansiya məhkəməsi tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsindən görünür ki, həmin işlər üzrə vergi orqanının qərarının ləğvi onunla əsaslandırılmışdır ki, malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının və şikayətinin əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, həmin halı sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron-qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektronqaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Lakin, hazırkı mübahisə digər mübahisələrlə oxşar olsa da işin faktiki halları baxımından fərqlidir. Həmin işlərdən görünür ki, vergi ödəyicisi əsas fəaliyyət növü topdansatış olmasına baxmayaraq pərakəndə satış da həyata keçirmiş, məhkəmə kollegiyaları isə hesab etmişdir ki, vergi orqanı iddiaçının arqumentinə qarşı əks arqumentini sübut edə bilməmiş, satışın pərakəndə olmaması barədə hər hansı sübut təqdim edilməmişdir. Hazırkı iş üzrə isə iddiaçı barəsində qəbul edilmiş vergi məsuliyyətinə cəlb etmə barədə qərarın ləğvini iddia edən iddiaçının malları pərakəndə deyil, topdan qaydada satışı aşkardır. Belə ki, istər vergi ödəyicisinin özünün vergi orqanına təqdim etdiyi bəyannamələrdən, istər səlahiyyətli nümayəndənin izahatından, istər məhkəməyə müraciətdən aydın olur ki, iddiaçı həqiqətən də topdansatış fəaliyyəti həyata keçirmişdir. Lakin, iddiaçı iddia edir ki, vergi ödəyicisi olmayan şəxslərə topdansatış da həyata keçirilsə cavabdehin zəruri saydığı sənədləşmənin aparılmasına zərurət yoxdur. Halbuki, yuxarıda adıçəkilən müddəaların tələbləri konkretdir. Topdansatış həyata keçirildiyi təqdirdə elektron qaimə-faktura təqdim edilməli, malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədir. Lakin, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmiş, malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilmişdir. Göründüyü kimi yuxarı instansiya məhkəmələrinin icraatında olmuş və vergi ödəyicilərin xeyrinə nəticələnmiş işlərdən fərqli olaraq hazırda mübahisə iddiaçının satışının topdan və ya pərakəndə olması ilə bağlı deyil. Hazırkı mübahisə topdansatışın vergi ödəyici olmayan şəxslərə həyata keçirildiyi zaman yuxarıda qeyd olunan sənədlərin təqdim edilməli olub-olmaması ilə bağlıdır ki, məsuliyyət müəyyən edən normadan görünür ki, topdansatış mövcuddursa elektron qaimə-faktura təqdim edilməsi, malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsi mütləqdir. Lakin iddiaçı tərəfindən həmin tələbə əməl edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş digər bir qərar və yoxlama materialından görünür ki, iddiaçı barəsində əvvəllər də həmin əsaslar nəzərə alınmaqla operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, vergi məsuliyyətinə cəlb edilmə barədə qərar qəbul edilmiş, həmin qərar qəbul edilərkən də vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi satışın topdansatış olduğunu etiraf etmiş, həmin qərardan ümumiyyətlə şikayət də verilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar