Məhkəmə qərarları › İş №2-1(112)-3770/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3770/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3770/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı X16, X12, X7, X19 və X20 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X16, X12, X7, X19 və X13 Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 15/17 saylı evin 77/77A saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(004)-239/2017 saylı qətnaməsinə əsasən, İddiaçı BOKT ASCnin iddia tələbi qismən təmin edilmiş, borclu X5 İddiaçı BOKT ASC-nin xeyrinə borc pulun tutulması, tutmanın X10 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 63,25 kv.metr olan 11/11A nömrəli mənzilinə yönəldilməsi, mənzilə tutma yönəldikdən və həmin mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay müddətində X8 həmin mənzildən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli 2(103)- 1768/2018 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X16 apellyasiya istansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 4460/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Daha sonra “X11” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən həmin əmlaka dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Yasamal rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından da göründüyü kimi, mənzil boşaldılaraq iddiaçının nümayəndəsinə təhvil verilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Hal-hazırda sözügedən mənzildə heç kim yaşamasa belə, mənzilin keçmiş sakinləri orada qeydiyyatda qalmaqda davam edir. Onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Sözügedən şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək mülkiyyətçi kimi iddiaçının həmin əmlaka dair qanundan irəli gələn sərəncam hüququnun tərkib hissəsidir. Həmin şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması mənzil barəsində sərbəst şəkildə sərəncam vermək hüququnu pozur. “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan da göründüyü kimi, mənzilin keçmiş sakinləri hal-hazırda da mənzildə qeydiyyatdadırlar. Bu isə bir mülkiyyətçi kimi iddiaçının mənzil barəsində sərəncam vermək hüququnu məhdudlaşdırır. Bir mülkiyyətçi kimi şirkətin hüquqları pozulduğundan, həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasına zərurət yaranmışdır. Bu səbəbdən də, iddiaçı tərəfindən onların mənzildən qeydiyyatdan çıxarılması barədə məktubla cavabdehə müraciət edilmiş, lakin xx.xx.2021ci il tarixli cavab məktubu ilə iddiaçıya bildirilmişdir ki, qeyd edilən məsələnin həll edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməlidir. Hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi qanuni deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12304/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X16, X12, X9, X19 və X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehin məhkəməyə daxil olmuş məktublarında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı BOKT ASC-nin mülkiyyət hüququ xx.xx.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -X15 X3 barədə 171 nömrəli, 20 dekabr 2018-ci il tarixli Protokoluna əsasən alıcı qismində olan İddiaçı BOKT ASC ipoteka predmeti olan X10 məxsus Bakı şəhəri, asamal rayonu, Mikayıl Müşviq küçəsi, ümumi sahəsi 63,25 kv.m. olan, 3 otaqlı 15/17 saylı evin 77 saylı mənzili almışdır. -20 dekabr 2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə əsasən İddiaçı BOKT ASC X10 məxsus Bakı şəhəri, asamal rayonu, Mikayıl Müşviq küçəsi, ümumi sahəsi 63,25 kv.m. olan, 3 otaqlı 15/17 saylı evin 77 saylı mənzili 81 600 (səksən bir min altı yüz) manat məbləğində almışdır. - xx.xx.2018-ci il tarixli qərarla icraata bağlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən icra sənədinə X5 cəmi 42563,31 USD və 27 manat tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutma X10 məxsus Bakı şəhəri, Yasamal rayonu, M. Müşviq küçəsi, ümumi sahəsi 62,25 kv.m. olan, 3 otaqlı, 15/17 saylı evin 77 saylı mənzilinə yönəldilməsi qərara alınmışdır. (ilkin satış qiyməti 128000 manat). Bakı şəhəri, Yasamal rayonu, M. Müşviq küçəsi, ümumi sahəsi 62,25 kv.m. olan, 3 otaqlı, 15/17saylı evin 77 saylı mənzilindən 1 ay müddətində X16 həmin mənzildən çıxarılmalıdır. İcra sənədinin icrasına müvafiq qərarla başlanmış və xx.xx.2018-ci ilı tarixli tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra hərəkətləri nəticəsində X10 məxsus Bakı şəhəri, Yasamal rayonu, M. Müşviq küçəsi, ümumi sahəsi 62,25 kv.m. olan, 3 otaqlı, 15/17 saylı evin 77 saylı mənzili “X11” MMC-nin xx.xx.2018-ci il tarixli, 171 saylı hərrac protokoluna əsasən İddiaçı BOKT ASC-yə satılmışdır. İcra sənədinin icrası ilə bağlı iş üzrə tərəflərin iştirakı ilə icra sənədində qeyd olunan ünvana gedilmiş, mübahisəli mənzil boşaldılaraq tələbkara təhvil verilmişdir. Bu barədə müvafiq akt tərtib edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 091-54421-1221 nömrəli məktubuna əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilmişdir ki, “Finoko BOKT ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanından X8, X6, X2, X14 və X13 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-); 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, yaşayış evi iddiaçının mülkiyyətindədir, üçüncü şəxslərin iddiaçıya məxsus yaşayış sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müəyyən edilir. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228- ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Belə yanaşmanı nəzərdə tutmaqda qanunvericinin məqsədi, bir tərəfdən, şəxsin ona məxsus olan əmlaka faktiki sahib olmaq, təyinatından asılı olaraq həmin əmlakdan öz tələbatlarına uyğun istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək imkanlarını təmin etməkdən, digər tərəfdən, üçüncü şəxsin həmin əmlaka müdaxilə imkanlarını istisna etməkdən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququ əsasında şəxsə məxsus yaşayış sahəsinə qanunvericiliklə nəzərdə tutulmuş əsaslar, o cümlədən həmin şəxsin müvafiq razılıq ərizəsi olmadan üçüncü şəxsin qeydiyyata alınması onun mülkiyyət hüququna, yaşayış sahəsindən sərbəst istifadə etmək və orada sərbəst yaşamaq haqqına müdaxilə kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququ ilə bağlı konstitusiyon normalara əsaslanan Mülki Məcəllə ilə mülkiyyət hüququnun müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu mənada yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan üçüncü şəxsin mülkiyyətçinin tələbi əsasında aidiyyəti dövlət orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks təqdirdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla və aidiyyəti orqanın üzərinə üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyula bilər. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçı bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçı mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X16, X12, X7, X19 və X13 Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 15/17 saylı evin 77/77A saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X16, X12, X7, X19 və X13 Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 15/17 saylı evin 77/77A saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4 Sədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar