Məhkəmə qərarları › İş №2-1(112)-3770/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3770/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3770/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı «nəqliyyat vasitəsi rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə «nəqliyyat vasitəsi rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi» tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı “SUZUKİ GT73A” markalı motosikiletin rəsmiləşdirilməsi ilə bağlı cavabdeh AR Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən 2 noyabr 2022-ci il tarixli ********** nömrəli məktubla ona imtina cavabı cavabı verilmişdir. İmtina məktubunda göstərilmişdir ki, qeyd olunan “SUZUKİ GT73A” markalı motosikiletin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən qaldırılan məsələnin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X6i İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yanlız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Lakin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılmış araşdırma nəticələrinə əsasən araşdırma zamanı motosikletdə aşkar edilmiş qüsurla əlaqədar olaraq avtomobilin mülkiyyətçisinin əməlində cinayət xarakterli hal müəyyən edilməmişdir. Motosikletin qeydiyyat sənədlərindən də göründüyü kimi, avtomobil 1996-cı il buraxılışlı olmaqla 26 ildir ki, istismardadır. Eyni zamanda, motosiklet uçot göstəriciləri üzrə BDYPİ Qİİ-nin X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. Yuxarıda qeyd edilən əsaslardan da göründüyü kimi, “SUZUKİ GT73A” markalı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsindən imtina üçün hər hansı əsas mövcud deyil. Bu səbəbdən də hesab edilir ki, cavabdeh orqan DİN Baş X6 İdarəsi tərəfindən verilən imtina məktubu tamamilə qanunsuz və əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.3, 154.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 20.2, 28.1.1-ci maddələrinə, İPM-in 2.2.3, 34.1, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçıya məxsus “SUZUKİ GT73A” markalı motosikletin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh AR Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı Hüseynov X3 Respublikasından idxal etdiyi “SUZUKİ GT73A” markalı motosikleti gömrük orqanlarında bəyan etdikdən sonra uçota alınaraq ona şəhadətnamə verilməsi ilə bağlı cavabdeh AR Daxili İşlər Nazirliyinin Baş X6i İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən, onun ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması müəyyən edilmiş və bu səbəbdən də onun uçota alınması və qeydiyyat şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 26cı bəndinə görə motosiklet – mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir (trisikllər və yüngül kvadrisikllər motosikletlərə bərabər tutulur). Həmin Qanunun 4-cü maddəsində (18-ci bənd) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək, (21-ci bənd) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Qanunun 27-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları («Yol hərəkəti haqqında» Qanunun 4-cü maddəsi) mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarının qadağan olunmasını yol hərəkəti sahəsində dövlətin vəzifəsi kimi müəyyən etmiş və müvafiq qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınan mexaniki nəqliyyat vasitələrinin, o cümlədən motosikletlərin sahiblərinə bu barədə şəhadətnamə verilməsini nəzərdə tutmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya məxsus mexaniki nəqliyyat vaasitəsi olan motosikletin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulmasının müəyyən edilməsi onun ban nömrəsinin müvafiq sənədlərdə göstərilmiş nömrələrə uyğunsuzluğuna bərabər qiymətləndirilməlidir və belə uyğunsuzluq sözügedən nəqliyyat vasitələrinin istismarını istisna edən haldır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh AR DİN Baş X6i İdarəsi İddiaçı məxsus “SUZUKİ GT73A” markalı motosikletin qeydiyyata alınması və şəhadətnamə verilməsindən imtina etməkdə haqlı olmuşdur və bu imtina qanunvericiliyə zidd sayılmamalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı «nəqliyyat vasitəsi rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı «nəqliyyat vasitəsi rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim:Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar