Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3771/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xərcin (kompensasiyanın) ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu RİH-ə qarşı «müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xərcin (kompensasiyanın) ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibıti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, iddiaçı cavabdeh Sabunçu RİH-ə ödədiyi müvəqqəti mənzil kirayəsi xərclərinin qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada ona geri ödənilməsi barədə müraciət etmişdir. Sabunçu RİH ancaq mənzil növbəsinə qəbul edildikdən sonra mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayə xərcləri ilə təmin olunacağını qeyd etmiş və hərəkətsizlik edərək, onun ödədiyi müvəqqəti kirayə xərclərinin qaytarılması ilə bağlı heç bir tədbir görməmişdir. O, 2019-cu ilin oktyabrından Sabunçu rayonunda qeydiyyatdadır və faktiki olaraq yaşayır. Hal-hazırki vəziyyətdə həm səhhəti ilə əlacədar, həm də maddi cəhətdən çətinlik yaranmışdır. Həmçinin, 2017-ci il 03 may tarixdən 2019-cu il oktyabr ayınadək yaşadığı və qeydiyyatda olduğu Nəsimi rayonunda Bakı şəhəri Nəsimi RİH-ə eyni məzmunda müraciət etsə də, Nəsimi RİH də müvəqqəti kirayə xərclərini ödəməkdən imtina etmiş və 2017-ci il 03 may tarixdən 2019-cu ilin oktyabrınadək olan dövr üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ona ödənilməli olan 5.226,50 manat məbləğində pulu ödəməmişdir. İddiaçı 21 il 4 ay döyüş bölgəsində hərbi xidmətdə olmuşdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq, hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmışdır. Qulluq etdiyi dövr ərzində vəzifəsini layiqincə yerinə yetirmiş və bu sahədə fərqlənmişdir. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın, buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Həmin Qanunun 12-ci maddəsində hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququna dair müddəalar nəzərdə tutulmuşdur. Qanunun 12-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmçinin sözügedən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularım yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar. Həmin Qanunun 12-ci maddəsində müəyyən edilən qaydaya əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 26cı maddəsinə müvafiq olaraq, dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Həmçinin, həmin Qanunun 22-ci maddəsində hərbi qulluqçuların habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. Həmin maddəyə müvafiq olaraq, Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. AR Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarında ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləği və ödənilməsi qaydası müəjyən edilmişdir. Həmin qərara 2019-cu il 22 aprel tarixdə edilmiş dəyişikliyə əsasən yaşayış yeri Bakı şəhərində verləşən şəxslərə hər ay üçün müvəqqəti kirayə xərci 150 manat məbləğində müəyyən edilmiş və həmin dəyişikliyə dair qərarın 2019-cu ilin martın 1-dən tətbiq edilməsilə bağlı müddəa qərarın yekununda təsbit olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 16, 26, 60-cı maddələrinə əsaslanaraq, Sabunçu RİH tərəfindən 2019-cu ilin oktyabrından hal-hazıradək müvəqqəti kirayə xərci üçün ödənilməli olan 5.625 manat məbləğində pulun və mənzillə təmin olunanadək müvəqqəti kirayə xərclərinin ona (iddiaçıya) ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 2-ci maddəsinə görə bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə görə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il zabit kimi xidmət etmiş hərbi qulluqçular öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Sabunçu RİH-in İddiaçı ünvanlanmış 18 dekabr 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilir: - Mənzil nəvbəsinə götürülməyinizlə bağlı müraciətə baxılmışdır. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə müvafiq olaraq, ehtiyata və ya istehfaya buraxılmış hərbi qulluqçular getdikləri yaşayış yerində yerli icra hakimiyyətləri tərəfindən mənzillə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə təmin edilirlər. Siz (Rövlən Kərimov) ehtiyata buraxılan zaman AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsində qeydiyyata alınmısınız. Ona görə də qeyd edilən məsələ ilə bağlı Bakı şəhəri Nəsimi RİH-ə və ya ərazi üzrə müvafiq bələdiyyəyə müraciət etməlisiniz. İş materiallarında olan Bakı şəhəri Nəsimi RİH-in İddiaçı ünvanlanmış 3 may 2017ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Ehtiyatda olan hərbi qulluqçu kimi mənzil nəvbəsinə götürülməyinizlə bağlı müraciətə baxılmışdır. «Hərbi qlluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istehfaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Siz öz arzunuzla ehtiyata buraxıldığınıza görə sözügedən müddəa Sizə şamil edilmir. İş materiallarında olan İmişli rayon VVADQ şöbəsi tərəfindən 19 aprel 2004-cü il tarixdə verilmiş AZ-İ 083678 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, 20 mart 1978-ci nil tarixdə doğulmuş İddiaçı və 16 sentyabr 1979-cu il tarixdə doğulmuş X2 19 aprel 2004-cü il tarixdə nikah bağlamışlar və bu barədə həmin tarixdə 119 nömrəli akt qeydi edilmişdir. İş materiallarında olan “ASAN 1” tərəfindən 7 yanvar 2016-cı il tarixdə verilmiş AZE seriyalı 15630498 nömrəli “Azərbaycan Resoublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 16 sentyabr 1979-cu il tarixdə doğulmuş X1 yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 42, mənzil 11-dir. İş materiallarında olan “ASAN 1” tərəfindən 18 mart 2014-cü il tarixdə verilmiş AZE seriyalı 12006675 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 9 noyabr 2005-ci il tarixdə doğulmuş Ayaz Kərimovun (atası İddiaçı, anası İsayeva Nərgiz) yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 42, mənzil 11-dir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ tərəfindən 12 may 2015-ci il tarixdə verilmiş AZE seriyalı 10603106 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 28 mart 2008-ci il tarixdə doğulmuş Nicat Kərimovun (atası İddiaçı, anası İsayeva Nərgiz) yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 42, mənzil 11-dir. İş materiallarına surəti əlavə edilmiş Bakı ŞİH Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 147 nömrəli MKİS-in 25 noyabr 2019-cu il tarixli 1470 nömrəli arayışında aşağdakılar bildirilir: - İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, 4 saylı evin 9 saylı mənzilində qeydiyyatdadır, həmin ünvanda onunla birlikdə arvadı 1979-cu il təvəllüdlü X2 və övladları 2005-ci il təvəllüdlü Ayaz Kərimov, 2008-ci il təvəllüdlü Nicat Kərimov qeydiyyatsız yaşayırlar. İş materiallarına surəti əlavə edilmiş AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinin 22 noyabr 2019-cu il tarixli arayışında aşağıdakılar bildirilir: - 1978-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı 29 iyul 1995-ci il tarixdən 14 sentyabr 2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14 sentyabr 2016-cı il tarixli müvafiq əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. 8 oktyabr 2019-cu il tarixdən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsində hərbi qeydiyyatdadır. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 25 noyabr 2019-cu il tarixdə verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışda aşağıdakılar bildirilir: - xx xxxx 1978-ci il tarixdə doğulmuş İddiaçı 8 oktyabr 2019-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. AR Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə görə AR Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, AR Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. AR Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli qərarının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində – 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində – 55 manat. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, mövcud qanunvericilik normalarına görə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həiqiq hərbi xidmət qulluqçularına mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya onların seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından ödənilir. Lakin hazırkı işin hallarına görə hazırkı iddiaçı hərbi xidmətdən 14 sentyabr 2016-cı il tarixdə ehtiyata buraxılsa da, onun Bakı şəhərinin Sabunçu rayonu ərzisində müvafiq ünvana qeydiyyata alınması və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsində hərbi uçota götürülməsi 8 oktyabr 2019-cu il tarixə təsadüf edir. Bundan başqa, iddiaçının ailə üzvləri, yəni arvadı və iki yetkinlik yaşına çatmayan övladının qeydiyyatda olduğu ünvan Bakı şəhərinin Nəsimi rayonu ərazisindədir. Nəzərə alınmalıdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. İşin yuxarıda qeyd olunan halları belə nəticə yaradır ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra seçdiyi yaşayış yeri onun 8 oktyabr 2019-cu il tarixdən qeydiyyatda olduğu ünvan 3 ünvanı sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya mənzil kirayəsi üzrə kompensasiya ödənişi hazırkı cavabdeh Sabunçu RİH tərəfindən təmin edilməməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya mənzil kirayəsi üzrə kompensasiyanın verilməsindən cavabdeh Sabunçu RİH-in imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xərcin (kompensasiyanın) ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xərcin (kompensasiyanın) ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3771/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3771/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver