Məhkəmə qərarları › İş №2-1(112)-3774/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3774/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3774/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli N00111897DTP nömrəli tibbi göndərişə əsasən əlillik təyinatından imtina etməsi barədə qərarının ləğv edilməsi və xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “iddiaçının xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1972-ci il tarixində Azərbaycan Respublikası Cəbrayıl rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. xx.xx.1999-cu ildən xx.xx.2009-cu ilədək hərbi xidmət dövrü ilə əlaqədar müddətli, xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlildir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etdi, xx.xx.2016-cı ildə ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verildi. Əvvələr müddətsiz əlil olmağına baxmayaraq, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə ona əlillik təyin edilmişdir. xx.xx.2022-ci ildə əlillik müddəti bitdikdən sonra pensiyası dayanmışdır, lakin cavabdehin bu mövqeyi ilə razı deyil, belə ki, ona 18 ildən sonra yəni xx.xx.2017-ci il tarixdə müddətsiz əlillik təyin edilməsi əvəzinə müddətli əlillik təyin edilərək 24 ildən sonra yəni xx.xx.2022-ci il tarixdə əlilliyi dayandırılmışdır. Hətta xx.xx.2009-cu ilədək hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlil olmağı belə bərpa edilməmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona əlillik təyinatını xx.xx.2009-cu il tarixdən bərpa etməməsi əsassız və qanunsuzdur, belə ki, o, müharibədə yaranmış səbəbdən ağır xəsarət almış, bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2009-cu il tarixdən müddətsiz əlil olmağı bərpa edilməlidir. Bu barədə Ali Məhkəmənin 2-1(102)-996/2022 nömrəli xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-188/2022 nömrəli xx.xx.2022-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4867/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-29/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1426/2022 nömrəli xx.xx.2022-ci il tarixli iddia tələbinə uyğun analoji qərarlarının sürətini nəzərə alaraq iddia ərizəsini təmin edəsiniz. İddiaçının əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki əvvəl qiymətləndirilmiş və xx.xx.2009-cu il tarixdən hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlil olmuşdur, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin etdiyi haqsızlıq tam əsassızdır.

4. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Baş Beynin Üzvi Xəstəliyi (Travma Mənşəli) nəticəsində ağıl zəifliyi (Demensiya) kobud davranış pozuntları tez-tez təkrarlanan qıcolma tutmaları ilə (Ayda 4-5 Dəfə) Mmse-18 İQ47. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 835 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol təpə nahiyəsinin bir ədəd, başın sol alın nahiyəsində bir ədəd, başın saq gicgah nahiyəsində bir ədəd, sad bel nahiyəsində bir ədəd, döş qəfəsinin sol arxa səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön-içəri səthində bir ədəd, sol dizaltı nahiyədə köndələn istiqamətli bir ədəd köhnə çapıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına RRM-ə məxsus təkərlikli oturacaqda daxil olmuş, sağ yuxarı ətrafda və bel nahiyəsində sınığa bağlı (deməsinə görə) hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə gedişatında boyunluq, eynəyindən istifadə etməsi, sağ diz oynağı üzərində elastik bintlə sarğı olduğu müşahidə edilmişdir. Anamnestik məlumatlarında işığa qarşı əsəbləşdiyini, bu səbəbdən eynəkdən istifadə etdiyini, başgicəllənmə nəticəsində yıxıldıqdan sonra yerişində məhdudiyyətin yarandığını, belində protruziya səbəbindən cərrahi əməliyyat keçirdiyini, qəbul etdiyi medikamentoz preparatların adlarını xətırlamadığını bildirmişdir. Müəyinə zamanı bel nəhiyəsində - 2 sm ölçülü, büzdüm nəhiyəsində dermoid sistin ləğvinin, qarının səğ-yən tərəfində köndələn istiqamətdə keçirilmiş əməliyyatlara məxsus çapıqlar izlənilmişdir. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus norma daxilində, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Qeyd etməliyik ki, vətəndaşın sonuncu əlillik təyinatına əsas verən xəstəliyin epilepsiya olduğu qeyd olunsa da, vətəndaş qıcolma tutmaları haqqında heç bir məlumat verməmiş, ekspertiza üçün əhəmiyyətli olan başbeynin instrumental (MRT, KT. EEQ) müayinə nəticələrini təqdim etməmişdir. Psixi statusunda zahirən səliqəli, ünsiyyətə həvəslə daxil olmuş, bələdliyi qorunmuş, mnestik sferası yaşam tərzinə və təhsilinə uyğun olmuşdur. Yaddaş və qavrama pozuntusu, şəxsiyyət dəyişikliyi əlamətləri izlənilməmiş, daha çox somatik şikayətlər bildirmişdir. Halhazırda psixi sferasında psixopatoloji dəyişiklik aşkarlanmamışdır.

5. 2 saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2650/23 nömrəli Çıxarışında “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində HPK-rəyi ağıl zəifliyi (demensiya) kobud davranış pozuntuları tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. İstanbul NS Klinikasının xx.xx.2023-cü il tarixli Spinal MRT müayinəsinin nəticəsi “Spinal xord C7 səviyyəli lezyonu (ependimoma)" kimi qeyd olunmuşdur. X9 və Travmatologiya İnstitutunun xx.xx.2023-cü il tarixli **********2947/2023 nömrəli Tibbi Rəyində diaqnoz “Sağ diz oynağının travmadan sonra qonartrozu İİİ dərəcəli, açıcı-bükücü kontrakturası (açma 170 dərəcə, bükmə 90 dərəcə). Sağ bayır topuğun bitişmiş sınığı, sağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), bel fəqərələrinin osteoxondrozu, İV fəqərəsinin çıxıntısımın bitişmiş sınığı, retrolistezi, irradlyasiya verən kəskin kökcük ağrı sindromu, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

6. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2017-ci il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnozun öz təsdiqini tapmaması – Səbəb: diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 02 noyabr 2023-cü il tarixli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 31 nəfər vətəndaşların müraciətləri əsasında əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 835 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra basın sol təpə nahiyəsinin bir ədəd, basın sol alın nahiyəsində bir ədəd, başın sağ gicgah nahiyəsində bir ədəd, saq bel nahiyəsində bir ədəd, döş gəfəsinin sol arxa səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön-içəri səthində bir ədəd, sol dizaltı nahiyədə köndələn istigamətli bir ədəd köhnə çapıg toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına RRM-ə məxsus təkərlikli oturacaqda daxil olmuş, sağ yuxarı ətrafda və bel nahiyəsində sınığa bağlı (deməsinə görə) hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə gedişatında boyunluq, eynəyindən istifadə etməsi, sağ diz oynağı üzərində elastik bintlə sarğı olduğu müşahidə edilmişdir. Anamnestik məlumatlarında işığa qarşı əsəbləşdiyini, bu səbəbdən eynəkdən istifadə etdiyini, başgicəllənmə nəticəsində yıxıldıqdan sonra yerişində məhdudiyyətin yarandığını, belində protruziya səbəbindən cərrahi əməliyyat keçirdiyini, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını bildirmişdir. Müayinə zamanı bel nahiyəsində ~2 sm ölçülü, büzdüm nahiyəsində dermoid sistin ləğvinin, qarının sağ-yan tərəfində köndələn istiqamətdə keçirilmiş əməliyyatlara məxsus çapıqlar izlənilmişdir. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus norma daxilində, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Qeyd etməliyik ki, vətəndaşın sonuncu əlillik təyinatına əsas verən xəstəliyin epilepsiya olduğu qeyd olunsa da, vətəndaş qıcolma tutmaları haqqında heç bir məlumat verməmiş, ekspertiza üçün əhəmiyyətli olan baş-beynin instrumental (MRT, KT, nəticələrini təqdim etməmişdir. Psixi statusunda zahirən səliqəli, ünsiyyətə həvəslə daxil olmuş, bələdliyi qorunmuş, mnestik sferası yaşam tərzinə və təhsilinə uyğun olmuşdur. Yaddaş və qavrama pozuntusu, şəxsiyyət dəyişikliyi əlamətləri izlənilməmiş, daha çox somatik şikayətlər bildirmişdir. Hal-hazırda psixi sferasında psixopatoloji dəyişiklik aşkarlanmamışdır. 2 saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2650/23 nömrəli Çıxarışında “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində HPK-rəyi ağıl zəifliyi (demensiya) kobud davranış pozuntuları tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. İstanbul NS Klinikasının xx.xx.2023-cü il tarixli Spinal MRT müayinəsinin nəticəsi “Spinal xord C7 səviyyəli lezyonu (ependimoma)” kimi qeyd olunmuşdur. X9 və Travmatologiya İnstitutunun xx.xx.2023-cü il tarixli **********2947/2023 nömrəli Tibbi Rəyində diaqnoz “Sağ diz oynağının travmadan sonra qonartrozu İİİ dərəcəli, açıcıbükücü kontrakturası (açma 170 dərəcə, bükmə 90 dərəcə). Sağ bayır topuğun bitişmiş sınığı, sağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), bel fəqərələrinin osteoxondrozu, İV fəqərəsinin çıxıntısının bitişmiş sınığı, retrolistezi, irradiyasiya verən kəskin kökcük ağrı sindromu, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir: 1. xx.xx.1972-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda halhazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalar İddiaçı əlillik dərəcəsinin təyininə əsas verirmi?

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında iddiaçı Xuduyev İbrahim Həsən oğlunun sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 113/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:

1. SN-nin “Məhkəmə Tibbi Ekspertizası və X6” X11 müalicə müəssisəsi olmadığından A.X.Ağakişiyevin hazırda hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün deyildir. İş materiallarında olan tibbi sənədlərə əsasən onun adına 2 nömrəli X2 tərtib edilib Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2023-cü il tarixli, N00111897DTP nömrəli (Forma TQS №088) saylı göndərişdəki xəstəliklər ona stasionarda müayinə və müalicələri zamanı qoyulduğundan onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də olmaz.

2. Qərardadda ekspertiza qarşısında qoyulmuş 2-ci bənddəki sual əlilliklə əlaqədar olduğundan həmin sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi- sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir.

10. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

13. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.

14. Əlillik altsistemindən görünür ki, xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

16. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.

17. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İV. Məhkəmənin mövqeyi

18. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədaxili travma. Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Qıcolma və spazm, teztez təkrarlanan epileptik tutmalarla (ayda 6-8 dəfə). Sağ diz oynağının qonartrozu, konturakturası.” diaqnozu ilə “2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);” meyar əsasında xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində ağıl zəifliyi (demensiya) kobud davranış pozuntları tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə) MMSE-18 İQ47” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz öz təsdiqini tapmır, səbəb diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.

22. İddiaçının 02 noyabr 2023-cü il tarixdə əyani müayinəsi zamanı təqdim olunmuş epikrizlərdəki diaqnozlar klinik olaraq öz təsdiqini tapmamışdır qeyd edilsə də, həmin uyğunsuzluğun nədən ibarət olması barədə məlumat qeyd edilməmişdir.

23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 113/2024 saylı ekspert rəyində də 2 nömrəli X2 tərtib edilib Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2023-cü il tarixli, N00111897DTP nömrəli (Forma TQS №088) saylı göndərişdəki xəstəliklərdən iddiaçının hazırda əziyyət çəkməsi inkar edilməmişdir.

24. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnozlara əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.

25. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Psixi və davranış pozuntuları – 7.6.1-ci yarımbənd –“ F02* Başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı demensiya” diaqnozu həmin meyyarlarda 7.6.2-ci yarımbəndi – “ F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” ağırlaşmaları ilə əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

26. Beləliklə, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.

27. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi vəzifəsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar