Məhkəmə qərarları › İş №2-1(112)-3776/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3776/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3776/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X5 Eminzadənin katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınmaları” vəzifəsinin cavabdehə həvalə edilməsitələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və övladları İsmayılova Nazənin Emil qızının, X1 ünvan 2 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi (keçmiş Çingizxan Kərimov) 2945-ci məhəllə, yaşayış ev 1 ünvanda yerləşən yaşayış evi və evin tərkib hssəsi olan 25-ci mənzil “Azərbaycan Dövlət X12”nin (bundan sonra ADXDG) mülkiyyətində olmaqla hazırda həmin qurumun balansındadır. Qeyd edilən yaşayış binası əvvəllər həmin Gəmiçiliyin nəzdində “Dənizçi” uşaq bağçası kimi fəaliyyət göstərmişdir. ADXDG tabeliyində olan həmin “Dənizçi” uşaq bağçasının təyinatının dəyişdirilməsi və həmin yaşayış binasına ailəli olan işçilərin köçürülməsi barədə 10 avqust 1999-cu il tarixli, 89 saylı əmr vermişdir. Hazırda yaşadıqları həmin bina istismara təhvil veriləndən sonra yəni 2004-cü ilin aprel ayında ailəsilə birlikdə ona yaşamaq üçün təqdim edilmiş həmin 25-ci mənzilə köçmüşdür. Artıq 16 ilə hesablanan bir zaman kəsiyində uşaqları ilə birlikdə orada qeydiyyata alınmadan yaşayır. Hazırda formal olaraq qeydiyyat yerləri müxtəlif ünvanlardadır. "Azərbaycan X12" QSC İstehasalat Xidmətləri İdarəsininin xx.xx.2018-ci il tarixli 49/k saylı məktubunda "Yaşayış ünvanının dəyişdirilməsi" haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin arayişına istinadən bildirilir ki, 28 dekabr 2013-cü il tarixdə "Azərbaycan X12" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Xətai rayonu 2945-ci məhəllə, Çingizxan Kərimov küçəsində yerləşən binanın ünvan adı dəyişdirilərək 2945-ci məhəllə,Xudu Məmmədov küçəsi adlandırılmışdır.Qeyd edilən yaşayış obyektinin mülkiyyətçisi və həmin yaşayış obyektini hazırda balansında saxlayan "Azərbaycan Dövlət X12”nin rəhbərliyinə ünvan 5 ünvanda yerləşən 25-ci mənzilə qeydiyyata alınmasında razılıq verməsi üçün ərizə ilə müraciət etmişdir. Həmin qurum özünün 25 noyabr 2019-cu il tarixli Cavabdehnə ünvanladığı cavabında iddiaçının uşaqları ilə birlikdə həmin ünvanda yaşadıqlarını nəzərə alaraq qeydiyyata alınması üçün öz razılığını bildirməklə yanaşı cavabdehdən mövcud qanunvericilik çərçivəsində qeydiyyata alınmalarını xahiş etmişdir. Cavabdeh qeyd edilən ünvana pasport qeydiyyatına alınması müsbət rəy verməklə yanaşı (xx.xx.2019-cu il tarixli, 101-33782İİ-3219 nömrəli) özünün 2 saylı “Asan Xidmət” Mərkəzinin şəxsiyyət vəsiqəsi şöbəsi vasitəsi ondan sözügedən ünvan üzrə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini tələb etmişdir. Hesab edir ki, ondan qeyd edilən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini tələb etməsi əsassızdır, qanunda belə müqavilə nəzərdə tutulmasına baxmayaraq konkret halda hazırki məsələ ilə bağlı ondan belə müqavilə tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2. xüsusi təyinatlı mənzil fondu ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarına aid olan yaşayış sahəsidir. Hazırda yaşadıqları mənzil fondu isə təyinatına sosial mənzil fondu statusunda olmaqla Azərbaycan Dövlət X12nin işçilərinin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Digər tərəfdən Cavabdeh qeydiyyata alınması ilə bağlı məsələnin müsbət həll ediləcəyi ilə yanaşı ondan qeydiyyata alınması ilə bağlı bir sıra sənədləri o cümlədən qeydiyyata alınacağı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı, icarə və ya kirayə müqaviləsini və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi tələb etmiş və bildirmişdir ki, yalnız bu sənədləri təqdim edəcəyi halda qeydiyyatla bağlı məsələnin müsbət həllini tapacaqdır, əks halda məhkəməyə müraciət etməsi tövsiyyə etmişdir. Qeydiyyata alınması üçün cavabdehə təqdim etdiyi sənədlər hesab edir ki, kifayət edir. Uşaqları ilə birlikdə həmin ünvana köçürülmələri və hazırda orada yaşamaları müvafiq qanunvericiliyin normalarına tələblərinə tam uyğundur. İddiaçı ərizəsində onu da qeyd etmişdir ki, ünvan 5 ünvanda yerləşən 25-ci mənzilə qeydiyyata alıınma ilə bağlı cavabdehin ondan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində göstərilən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədin olmaması səbəbindən imtina edilməsi əsassızdır, belə ki, sözügedən mənzilə qanuni əsaslarla köçməsi və uzun müddətə həmin ünvanda ailəsi ilə birlikdə qeydiyytasız yaşaması barədə sənədləri cavabdehə təqdim etmişdir. Əlavə olaraq cavabdehin ondan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tələb etməsi tələbi hazırki mübahisə ilə bağlı hesab edir ki, qanunda nəzərdə tutulmamışdır. Belə ki, Mənzil Məcəlləsinin 17.3.2.ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu deyildikdəbu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu başa düşülür. Göründüyü kimi xüsusi təyinatlı mənzil fondu ayrı-ayrı kateqoriyadan olan olan vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Onun ailəsi ilə eləcə də digərlərinin Azərbaycan Dövlət X12nin nəzdində olan mənzil fondu sosial təyinatldır, həmin qurumun işçilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. Belə olan halda cavabdehin ondan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini tələb edilməsi əsassızdır və bu tələb ona qeydiyyata alma kimi hüquqi hərəkətlərin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmiş, mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 15 sentyabr 2020-ci il tarixdəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Cavabdeh nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********28 saylı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, ünvan 8 ünvanının dəqiqləşdirilməsi barəsində xx.xx.2018-ci il tarixli, HR99/02-03 saylı müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq çoxmərtəbəli yaşayış binasına Bakı şəhəri, Xətai rayonu, 2945-ci məhəllə, Çingizxan Kərimov küçəsi, “36” giriş nömrəsi müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinin 2 saylı Bakı “Asan” Xidmət Mərkəzinin şəxsiyyət vəsiqəsi şöbəsinə xx.xx.2019-cu il tarixli 101-H2324-1219 nömrəli məktubla ünvanladığı rəydən görünür ki, İddiaçı və övladlarının ünvan 9 ünvanına qeydiyyata alınması məqsədəmüvafiq hesab edilir. -“Azərbaycan X12” QSC İstehsalat Xidmətləri İdarəsinin 102 № li xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Seyran oğlu Bakı şəhəri Xətai rayonu, 2945-ci məhəllə Xudu Məmmədov küçəsi (keçmiş Çingizxan Kərimov) ev 10 c mənzil 25 ünvanında 2004-cü ildən qeydiyyatsız yaşayır. Ailə tərkibi qızı 1999-cu il təvəllüdlü X3 və 2004-cü il təvəllüdlü X4r. - “Azərbaycan X12” QSC İstehsalat Xidmətləri İdarəsinin 103 № li xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Xudu Məmmədov 2945 10C ünvanında yerləşən bina “AXDG" QSC-nin İstehsalat Xidmətlər İdarəsinin balansindadır. - Azərbaycan Respublikası X12nin “Dənizçi “ uşaq bağçasının binasında yataqxana təşkil edilməsi barədə “Azərbaycan X12” tərəfindən xx.xx.1999-cu il tarixli 89 saylı əmr verilmişdir. - “Azərbaycan X12” QSC-nin xx.xx.2019-cu il tarixli xx/xx-1541 saylı məktubundan görünür ki, İddiaçı Seyran oğlu və onun uşaqları uzun müddət ərzində Bkı şəhəri, ünvan 10 ünvanında yaşayır. - “Azərbaycan X12” QSC-nin xx.xx.2020-ci il tarixli 16/03-İ-63-3/286 saylı məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.2003-cü il tarixdə ev növbəsinə qəbul olunub və hal-hazırda ASCO-nun vahid mənzil növbəsi siyahısında sıra nömrəsi 894-dür. - xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Xətai RPİ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ünvan 12 ünvanında qeydiyyatdadır; - xx.xx.2018-ci il tarixdə Bakı-Xətai RPİ tərəfindən verilmiş AZE seriyalı, 17800497 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1999-cu təvəllüdlü X3 Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 52, RPİ inzibati binasında qeydiyyatdadır. - xx.xx.2020-ci il tarixdə Asan 2 Xidməti tərəfindən verilmiş AA1741946 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.2004-cü il təvəllüdlü X8 yaşayış yeri üzrə ünvan 12 ünvanında qeydiyyatdadır; - İddiaçı məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən müəyyən edilir ki, o, hazırda "xxxx" MMC-də əsaslı tikinti üzrə usta vəzifəsində işləyir; - Cavabdeh xx.xx.2019-cu il tarixli, 101-33782 İ-3219 saylı məktubundan müəyyən olunur ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 14 ünvanına qeydiyyata alınması barədə ərizəsinə idarənin qeydiyyat məsələləri bölməsində baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, ünvan 15 ünvanına mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd edilən sənədlər təqdim edilməlidir. Sonda yuxarıda qeyd edilmiş sənədlər təqdim ediləcəyi halda göstərilən ünvana qeydiyyata alınma məsələsinin öz müsbət həllini tapacağı göstərilmiş və məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət etmə hüququnun olduğu bildirilmişdir. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, İddiaçı ailə üzvləri (özünün və qızları – İsmayılova Nazənin Emil qızı, İsmayılova Nuran Emil qızı) ilə birlikdə faktiki olaraq yaşadığı ünvan 15 ünvanına qeydiyyata alınmaları ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsaslara görə ona imtina edilmişdir. Avropa Məhkəməsinin presedent hüququnda "mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X6rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X2rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə,yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində «fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır» anlamında «yaşayış yeri» dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla «yaşadığı yer» başa düşülməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar Qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır. Hazırki işin faktiki hallarına gəldikdə məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi (keçmiş Çingizxan Kərimov) 2945-ci məhəllə, yaşayış ev 10 ünvanda yerləşən yaşayış evi və evin tərkib hssəsi olan 25-ci mənzil "Azərbaycan X12” QSC-nin balansındadır. Qeyd edilən yaşayış binası əvvəllər həmin Gəmiçiliyin nəzdində “Dənizçi" uşaq bağçası kimi fəaliyyət göstərmişdir. ADXDG tabeliyində olan həmin “Dənizçi” uşaq bağçasının təyinatının dəyişdirilməsi və həmin yaşayış binasına ailəli olan işçilərin köçürülməsi barədə 10 avqust 1999-cu il tarixli, 89 saylı əmr verilmişdir. İddiaçı 2004-cü ilin aprel ayında ailəsilə birlikdə ona yaşamaq üçün təqdim edilmiş həmin 25-ci mənzilə köçmüşdür. Artıq 16 ilə yaxındır ki, iddiaçı uşaqları ilə birlikdə orada qeydiyyata alınmadan yaşayır ki, bu da iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Həmin Qanunun 2-ci maddəsində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bundan əlavə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003cü il tarixli qərarında qeyd edilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladları, İsmayılova Nazənin Emil qızı və X8 ilə birlikdə ünvan 16 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı övladları X3 və X8 ilə birlikdə ünvan 16 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 19 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar