Məhkəmə qərarları › İş №2-1(112)-3777/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3777/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3777/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafıə Fondu X6 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fonduna qarşı pensiyanın təyin edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1978-ci ildə Bakı Fəhləsi maşınqayırma zavodunda Baş şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsində, xx.xx.1992-ci ildən Baş konstruktor şöbəsində cildləyici, xx.xx.1993-xx.xx.2000-ci ilə qədər Texniki nəzarət şöbəsində texnik texnoloq peşələrində işlədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafıə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat X7 ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat X7 ilə əvəz edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəriclərin siyahısı”nın 20 bölmə, kod 119000a-16548, “Ümumi peşələr” siyahısına əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulunun çapçılarının güzəştli təqaüdə çıxmalarını nəzərdə tutan qərarını əsas gətirərək xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilə qədər Keşlə maşınqayırma (hazırda Bakı Fəhləsi) zavodunda Baş Şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsində işləməyini və işlədiyi peşənin həmin koteqoriyadan olan peşələrə aid olduğu nəzərə alaraq ona 52 (əlli iki) yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafıə Fondu X6 Xüsusi Təyinat Üzrə Mərkəzi Filalına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək ona 52 yaşının tamam olduğu vaxtdan, xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci ildə Bakı Fəhləsi maşınqayırma zavodunda Baş şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.1992-ci ildən Baş konstruktor şöbəsində cildləyici, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilə qədər Texniki-nəzarət şöbəsində texnik-texnoloq işləmişdir. xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək göstərilən peşə üzrə işləyən işçilər üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə peşələrin, vəzifələrin və göstəriclərin siyahısı”nın 20 bölmə, kod 119000a-16548 “Ümumi peşələr” əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulunun çapçıların güzəştli təqaüdü çıxmaları nəzərdə tutulur. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin ona pensiya təyin edilməsindən xx.xx.2021-ci il tarixli məktubla imtina edilmiş və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmaması bildirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtina məktubu qanunsuz və əsassızdır. Cavabdehin vəzifəli şəxslərinin hərəkətsizliyi onun hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Cavabdeh iddia tələbinə etirazlar verərək etirazlarını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək X2 Baş şöbədə elektrik fotoaparatçı vəzifəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Texniki nəzarət şöbəsində texnik-texnoloq vəzifəsində işlədiyini iddia edir. İddiaçının cavabdeh orqana təqdim etdiyi xx.xx.2021-ci il tarixli 033 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, onun 1978-1992-ci illər üzrə elektrik fotoaparatçısı vəzifəsində işlədiyi dövr həmin peşə üzrə işləyən işçilər üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bölmə 20, kod 1190000a-16548 “Ümumi peşələr" əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulunun çapçılarının güzəştli təqaüdə çıxmaları nəzərdə tutulur. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi asağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Sözügedən qanun hüquqi qüvvəsini aldıqdan əvvəl qüvvədə olmuş qanunvericilik aktı “Vətəndaşların pensiya təminatı haqqmda” 23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Azərbaycan Respublikasının Qanunudur. Həmin Qanunun 13-cü maddəsi qüzəştli şərtlərlə yaşa qörə pensiya hüququ olan şəxslərin dairəsini müəyyən etmişdir. Qeyd edilən maddənin mətni aşağıdakı səkildə müəyyən olunmuşdur: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirləı Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayın həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilin həmin işlərdə çalışarsa. Qeyd edilir ki, həmin qanunvericilik aktına edilmiş dəyişikliyə görə 01 avqust 2000-ci il tarixdən qadınlar üçün sözügedən yaş həddi 52 müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi xx.xx.1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/033 nömrəli arayışında xx.xx.1978-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Baş şöbədə elektrik fotoaparatçı, Baş konstruktor şöbəsində cildliyici vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi Baş şöbə və Baş konstruktor şöbəsində işlədiyini iddia etdiyi elektrik fotoaparatçı və cildiləyici vəzifələri Poliqrafiya istehsalatı sahəsinə və dərin çap üsulunun çapçıları vəzifəsinə uyğun deyil. Həmçinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/033 nömrəli arayışında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” istinad ediliyini göstərilsə də əslində 1993-cü il tarixli siyahıya istinad edilmişdir. Bundan başqa iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 31200,00 manat hesablandığı halda, qeydə alınan pensiya kapitalı cəmi 16754,06 manat təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan güzəştli sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus ИТ-İ ******* №-li, xx.xx.1978-ci il tarixli əmək kitabçasının tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Bakı EHM zavodunda r/avadanlığı qrafikquraşdırıcı bölməsində montajçı tələbəsi, 1-ci dərəcəli montajçı, xx.xx.1978-ci ildən xx.xx.2000-ci ilədək X2 2-ci dərəcəli elektrofotoqrafçı, baş konstruktor şöbəsində cildləyici, texniki-nəzarət şöbəsində texniktexnoloq vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01/033 nömrəli arxiv arayışının surətindən görünür ki, "xxxx" TASC-nin hüquqi varisi "xxxx" MMC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı haqqında aşağıdakı qeydlər aparılmışdır: xx.xx.1078-ci ildə Baş şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsinə işə qəbul edilmişdir. Əmr: № 195/k, xx.xx.1978ci il. xx.xx.1992-ci ildə Baş konstruktor şöbəsində cildləyici; əmr № 78/k, xx.xx.1992-ci il. xx.xx.1993-cü ildə Texniki-nəzarət şöbəsində texnik-texnoloq işləmişdir. Əmr № 105/k, xx.xx.1993-cü il. xx.xx.2000-ci il tarixdən ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar işdən azad edilmişdir. Əmr № 95/k, xx.xx.2000-ci il. xx.xx.1978-ci ildən xx.xx.1992-ci ildək Göstərilən peşə üzrə işləyən işçilər üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şənlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 20 bölmə, kod 1190000a— 16548 "Ümumi peşələr” əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulunun çapçıların güzəştli təqaüdə çıxmaları nəzərdə tutulur. - Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 01/052 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx"nun keçmiş işçisi xx.xx.1960-cı il təvəllüdlü İddiaçı "xxxx" TASC-nin hüquqi varisi "xxxx" MMC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasında aparılan qeydlərə əsasən əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1978-ci ildə Baş şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsinə işə qəbul edilmişdir. Əmr: № 195/k, xx.xx.1978-ci il. xx.xx.1992-ci ildə Baş konstruktor şöbəsində cildləyici; əmr № 78/k, xx.xx.1992-ci il. xx.xx.1993-cü ildə Texniki-nəzarət şöbəsində texnik-texnoloq işləmişdir. Əmr № 105/k, xx.xx.1993-cü il. xx.xx.2000-ci il tarixdən ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar işdən azad edilmişdir. Əmr № 95/k, xx.xx.2000-ci il. xx.xx.1978-ci ildən xx.xx.1992-ci ildək Göstərilən peşə üzrə işləyən işçilər üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şənlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 20 bölmə,kod 1190000a— 16548 “Ümumi peşələr” əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulunun çapçıların güzəştli təqaüdə çıxmaları nəzərdə tutulur. - Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 01/012 №-li, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, X3 Keşlə Maşınqayırma zavodunun xx.xx.1978-ci il tarixli, 195/K nömrəli əmrinə əsasən İddiaçı 2-ci dərəcəli elektrofotoqraf vəzifəsinə qəbul edilmişdir. Keşlə Maşınqayırma zavodunun xx.xx.1993-cü il tarixli, 105/K nömrəli əmrinə əsasən texniki sənədlər şöbəsinin elektrik fotoqrafı İddiaçı səhhəti ilə əlaqədar olaraq 05.07.93-cü ildən THŞ-nə texniktexnoloq keçirilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********4 saylı məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Poliqrafiya istehsalatı bölməsinin (20) fəhlələr (a) yarımbəndində dərin çap üsulunun çapçıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 25 sentyabr 1978-ci il tarixli, ИT-l ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin ona dair 17 avqust 2021-ci il tarixli, 01/033 nömrəli arayışında xx.xx.1978-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Baş şöbədə elektrik fotoaparatçı, Baş konstruktor şöbəsində cildləyici vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi Baş şöbə və Baş konstruktor şöbəsində işlədiyi elektrik fotoaparatçı və cildləyici vəzifələri yuxarıda qeyd olunan Poliqrafiya istehsalatı sahəsinə və dərin çap üsulunun çapçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 31200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16754,06 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə 1 №-li əlavə və 2 №-li əlavə təsdiq edilmişdir. 1 №-li əlavə ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı, 2 №-li əlavə ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Qanunvericiliyin tələblərindən görünür ki, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün o, qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, ümumi iş stajına və güzəştli iş stajına malik olmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 20 ildən artıq (21 il 11 ay 28 gün) ümumi iş stajına malik olmasını, xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək X2 işlədiyi “elektrofotoqraf” vəzifəsinin zərərli peşə olmaqla 10 ildən artıq (13 il 9 ay 6 gün) güzəştli iş stajına malik olmasına əsaslanaraq ona 52 yaşından güzətşli şərtlə əmək pensiyasının təyin edilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının 20-ci bəndində, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 20-ci bəndində “Poliqrafiya istehsalatı” sahəsində güzəştli şərtlərlə pensiya hüququ verən peşələr və vəzifələr qeyd olunmuşdur. Həmin bəndlərdə qeyd edilmiş peşə və vəzifələrin siyahısında iddiaçının işlədiyi “elektrofotoqraf” vəzifəsi göstərilməmişdir. Məhkəmə qeyd edir ki, əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmişdir. Həmin Siyahının 2.4-cü bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən, həmçinin işəgötürənin hüquqi varisi tərəfindən məhkəməyə təqdim edilmiş arayışlarda iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək işlədiyi “elektrofotoqraf” peşəsinin “dərin çap üsulunun çapçıları” peşəsinə uyğun olması qeyd edilsə də iddiaçının işlədiyi peşənin qulluq funksiyaları barədə məlumatlar işəgötürənin hüquqi varisi tərəfindən məhkəməyə təqdim edilməmiş, iddiaçının işlədiyi “elektrofotoqraf” peşəsinin “dərin çap üsulunun çapçıları” peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etməsi və zərərli iş kimi qəbul olunmasını təsdiq edən əsaslı sübutlar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Eyni zamanda işəgötürənin hüquqi varisi tərəfindən verilmiş arayışlarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” istinad ediliyini göstərilsə də əslində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 №-li siyahıya istinad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan güzəştli iş stajına malik olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar