Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3777/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “onun ehtiyata buraxılan hərbi qulluqçu olaraq mənzil növbəsinə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti
1. İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “onun ehtiyata buraxılan hərbi qulluqçu olaraq mənzil növbəsinə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçu kimi xidmət etmişdir. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 il xidmət etmişdir. Xidmət etdiyi müddətdə 3 dəfə medalla təltif edilmişdir (xx.xx.2013-cü ildə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medal, xx.xx.2013-cü ildə «Azərbaycan Respublikası Silahlı qüvvələrinin 95-ci illiyi yubiley» medalı, xx.xx.2019-cu ildə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medal). Həmçinin 2 dəfə işi ilə əlaqədar fəxri fərmanla təltif olunmuşdur. İş yerində hər zaman müsbət xarakterizə olunmuş və daim kollektivin hörmətini qazanmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, l(093)-214/2021 saylı hökmünə əsasən İddiaçı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə İddiaçı təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməklə 1 (bir) il sınaq müddəti təyin edilmişdir. İddiaçı şəxs sınaq müddətində özünü doğrultduğundan, hər hansı qayda pozuntusuna yol vermədiyindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(056)-120/2022 saylı qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1-1(093)- 214/2021 saylı hökmü ilə təyin edilən şərti məhkum etmə ləğv edilmiş və iddiaçı şəxsin üzərindən məhkumluq götürülmüşdür. İddiaçı 2023-cü ilin avqust ayında ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi barədə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla İddiaçı mənzil növbəsinə qəbul edilməsindən imtina etmişdir. Səbəb olaraq isə bildirilmişdir ki, «xx.xx.2022-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 158-ci maddəsinin «b» bəndinə müvafiq olaraq ehtiyata buraxıldığınıza görə və seçdiyiniz yaşayış yeri kimi ilkin olaraq SHXÇDX-nin Sabirabad rayon şöbəsində hərbi qeydiyyata alındığınızdan həmin Qanunda nəzərdə tutulan imtiyazlar sizə şamil edilə bilməz». Lakin inzibati orqanın qəbul etdiyi bu qərarı əsassızdır. Ona görə ki, iddiaçı uzun illərdir ki, Bakı şəhərində kirayə evdə yaşayır. Onun övladları Bakı şəhərində məktəbə gedir. Məhz, iddiaçı şəxs sonuncu dəfə də Bakı şəhərində işləyirdi. O ki, qaldı kirayə yaşadığı evin qaynanasının və ya başqa bir şəxsin adına olması onun bu məsələnin predmetinə aidiyyatı yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış zabitlərə, gizirlərə, miçmanlara, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir. İddiaçı xx.xx.2022-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar) müvafiq olaraq ehtiyata buraxıldığına görə həmin imtiyazlar ona şamil olunmur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsinin məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən,
- 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiaçının iddiа tələbi əsassızdır. İş materiallarında olan:
Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı 516/1-H-114-067/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, xx.xx.2022-ci ildə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-cı maddəsinin “b" bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar) müvafiq olaraq ehtiyata buraxıldığına görə və seçdiyi yaşayış yeri kimi ilkin olaraq SHXÇDX-nin Sabirabad Rayon şöbəsində hərbi qeydiyyata alındığından həmin Qanunda nəzərdə tutulan imtiyazlar ona şamil edilə bilməz. Eyni zamanda müəyyən edilmişdir ki, qayınanası X1 xüsusi mülkiyyətində olan 3 otaqlı (37,1 kv.m) mənzildə 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 qızı və oğlu) daimi qeydiyyatda olmaqla yanaşı kirayə müqaviləsini də sahibi qayınanası olan həmin ünvana rəsmiləşdirmiş. 7 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyatdan şöbəsinin xx.xx.2023-cü il tarixli, 05/09İS/158433-23 nömrəli arayışında qeyd olunmuşdur ki, Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Əri (arvadı): X13 (xx.xx.1986) oğlu: X11 (xx.xx.2006) Qızı: X4 (xx.xx.2010) Qızı: X9 (xx.xx.2011). “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən, ünvan 3 ünvanında qeydiyyatdadırlar, Haxv erdiyev Zülfüqar Allahyar oğlu, X13, X11, X9, X4. AZ-İ 308667 nömrəli “Nikah haqqlnda şəhadətnamə”yə əsasən, İddiaçı ilə X18 xx.xx.2007-ci ildə nikahlarını bağlamışlar. AZ-İ 895949 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən, X11 xx.xx.2006-cı ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında X13 qeyd edilmişdir. AZ-İ 558816 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən, X4 xx.xx.2010-cü ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında X13 qeyd edilmişdir. AZ-İ 802244 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən, X12 xx.xx.2011-ci ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında X13 qeyd edilmişdir. 17 avqust 2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsi) əsasən, kirayə verən X5 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus hissəsindən tam hissədə kirayəçiyə (İddiaçı) kirayə verir. Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/H-295-1 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X10 Nizami bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemində qeydə alınmamışdır. Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/H-295-1 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Nizami bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemində qeydə alınmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin **********923 nömrəli, xx.xx.2023-cü il tarixli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsi”nə dair elektron arayışdan görünür ki, o, xx.xx.2002 - xx.xx.2003, xx.xx.2004 - xx.xx.2004, xx.xx.2004 - xx.xx.2004, xx.xx.2004 - xx.xx.2012, xx.xx.2012 - xx.xx.2022 tarixlərində həqiqi hərbi xidmət keçmiş, “törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə və ya müəyyən müddətə azadlıqdan məhrum edildikdə” səbəbi ilə ehtiyata buraxılmışdır. İddiaçıya məxsus EZ seriyalı ******* nömrəli hərbi biletindən görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinin “b” bəndinə (törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi biletinin (hərbi qeydiyyata alınma və çıxarılma haqqında) qeydlərə görə, iddiaçı xx.xx.2022-ci ildə Sabirabad şöbəsində hərbi qeydiyyata alınmış, xx.xx.2023cü ildə hərbi qeydiyyatdan çıxarılıb, xx.xx.2023-cü ildə SHXÇDX-nin Nizami rayon şöbəsində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materilları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən bildirilmişdir ki, İddiaçı Allayar oğlunun adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna daşınmaz əmlak aşkar edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən bildirilmişdir ki, X3 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna daşınmaz əmlak aşkar edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən bildirilmişdir ki, X6 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna daşınmaz əmlak aşkar edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən bildirilmişdir ki, X2 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna daşınmaz əmlak aşkar edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, ünvan 3 ünvanı X1 adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir:
5. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12 maddəsinə əsasən:
İ hissə. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. İİ hissə. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Vİİ hissə. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər).
6. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən:
158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar;. b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər.
7. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa əsasən: - 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X7”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) ;
8. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadında qeyd edilmişdir: -“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X7”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, “törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə və ya müəyyən müddətə azadlıqdan məhrum edildikdə” səbəbi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır.
İşin faktiki hallarına görə iddiaçının ehtiyata buraxılma səbəbi- törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar”- hal olduğu üçün iddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci hissəsinin, habelə “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Nazirlər Kabinetinin Qərarının 1-ci hissəsinin təsir dairəsinə düşmür. İşin faktiki hallarına və yuxarıda sadalanan normalara əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının müraciətini təmin etməkdən cavabdehin imtinası qanunauyğun olmuşdur.
9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.5.inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətdir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. - 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
10. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinə əsasən: - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
11. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “onun ehtiyata buraxılan hərbi qulluqçu olaraq mənzil növbəsinə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
12. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа