Məhkəmə qərarları › İş №2-1(112)-3778/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3778/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3778/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdə təqdim etdiyi 2020-ci il üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsinin nəzərə alınaraq təsdiq edilməsi və xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən **********146700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla kameral vergi yoxlaması ilə hesablanmış 3493,75 manat vergi məbləğinin ləğv edilməsini tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınıb. Vergi ödəyicisi kimi əsas fəaliyyəti növüm “poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satış” fəaliyyətidir. xx.xx.2021-ci il tarixdən fəaiyyətini dayandırıb. xx.xx.2014-cü il tarixdə vergi uçotuna alınan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 30,0 kv.m. olan "Elektrik malları mağazası” adlı təsərrüfat obyekti (obyektin kodu: **********-16001) var. Həmin ünvanda qeydiyyata alınan Merkuri-112FK markalı 00100462 zavod nömrəli nəzarət-kassa aparatı olub ki, onu da xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarıb. xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün Gəlir vergisi üzrə təqdim etdiyim dəqiqləşmiş bəyannaməyə xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən **********920900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla kameral vergi yoxlaması ilə 4614,62 manat vergi məbləği hesablanmışdır. Əlavə faizlərin hesablanmaması və kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması üçün tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün Gəlir vergisi üzrə dəqiqləşmiş bəyannamə təqdim edilmiş, eyni zamanda həmin tarixdə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə **********635100 nömrəli inzibati şikayət məktubu ilə müraciət edib. İnzibati şikayəti araşdırılan dövrdə, yəni xx.xx.2021-ci il tarixdə **********022500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla kameral vergi yoxlaması aparılaraq 3528,72 manat gəlir vergisi hesablanmışdır. İnzibati şikayətlərə baxılması baş idarəsinin əməkdaşları tərəfindən şikayətinin araşdırılması üçün xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin inzibati binasında qəbul olunub. Qəbul vaxtı bankda olan hesablaşma hesabından çıxarışı və araşdırılan dövrü əhatə edən nəzarət kassa aparatından alınmış dövrü hesabat məlumatlarını da şikayətini araşdıran əməkdaşa təqdim edib. Lakin İnzibati şikayətlərə baxılması baş idarəsi xx.xx.2021-ci il tarixdə **********963600 nömrəli qərarala İnzibati şikayətinin təmin edilməməsi haqqında ədalətsiz qərar çıxarmışdır. Belə ki, mübahisə mövzusu olan 77.755,9 manatı onun gəliri kimi qəbul etsələr də, xərclərini qəbul etmək istəmirlər. xx.xx.2021-ci il tarixdə mən yenidən dəqiqləşmiş bəyannaəmə təqdim etsə də, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə mənə yenidən 2020-ci il üçün Gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə 3 493,75 manat vergi məbləği hesablanmışdır. Ən maraqlısı isə eyni dövr üzrə müxtəlif kameral məbləğləri hesablayır. Bu fakt bır daha sübut edir ki, onlar da hesabladıqları kameral məbləğlərə əmin deyillər. Kameral vergi yoxlaması ilə hesablanmış vergi ədalətsiz olduğu üçün xx.xx.2021-ci il tarixdə dəqiqləşmiş bəyannamə təqdim etdim və həmin tarixdə göndərdiyim **********542200 nömrəli məktubla dəqiqləşmiş bəyannamə təqdim etməyinin səbəblərini izah edib. Təqdim etdiyi dəqiqləşmiş bəyannaməyə xx.xx.2021-ci il tarixdə **********560200 nömrəli kameral uyğunsuzluq məktubu gəlmişdir. Vergi orqanı uyğunsuzluq məktubunda 2020-ci il üzrə təqdim olunmuş Gəlir vergisi bəyannaməsinin və 2019-cu ilin 4-cü rübü üzrə təqdim olunmuş Sadələşdirilmiş verginin bəyannaməsinin 1 №-li Əlavələrində uyğunsuzluq aşkarlandığını bildirmişdir. 1№-li Əlavədə qeyd edilən uyğunsuzluqları aradan qaldıraraq, 2 209,41 manat vergi məbləği hesablayaraq dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsini xx.xx.2021-ci il tarixdə təqdim edib. Bununla əlaqədar, həmin tarixdə **********956300 nömrəli məktubla həm uyğunsuzluq məktubuna cavab vermiş, həm də dəqiqləşmiş bəyannaməyə izahat verib. Bildiririr ki, Vergi Məcəlləsinin 3-cü maddəsinin tələblərinə əsasən vegitutma ədalətli olmalıdır. Belə ki, vergi orqanı tərəfindən ədalətsiz olaraq, 77.755,9 manat gəliri kimi tanınsa da, xərcləri kimi tanınmır. 2020-ci il üzrə 114.347,0 manat dəyərində elektron qaiməfaktura əsasında mal təqdim edərək gəlir əldə edib. 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş Sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunarkən bəyannamənin 1 №li Əlavəsinin mallar sətrinin hesabat dövrünün sonuna bəyan etdiyi 77.755,9 manat mal qalığı, qeyd etdiyi 114.347,0 manat gəlirinin tərkib hissəsini formalaşdırır. 77.755,9 manat dəyərində malları 2019-cu ildə daxili bazardan (Sədərək ticarət mərkəzindən) nağd şəkildə aldığı üçün malların alınması ilə bağlı təsdiqedici sənədlər yoxdur. 2020-ci il üçün təqdim etdiyi dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində bəyan etdiyi 64 796,58 manat malların maya dəyəri ilə bağlı xərc məbləğlərini hesablayarkən Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 saylı Qərarına istinad edib. Hansı ki, bunu inzibati şikayəti araşdırılan zaman İnzibatı şikayətlərə baxılması baş idarəsi nəzərə almalı idi, amma çox təəsüf ki, inzibati orqan tərəfindən bütün bunlar nəzərə alınmamışdır. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmçinin, Vergi Məcəlləsinin 83 9 -cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır Vergi Məcəlləsinin qeyd edilən maddəsi birbaşa göstərir ki, əgər yoxlama zamanı xərc sənədləri təqdim edilməmişdirsə, ödəyici tərəfindən Vergi Məcəlləsinin 67.14-cü maddəsinə istinad edilərək şərti rentabellik, yəni Nazirlər Kabinetinin 55 saylı Qərarı tətbiq edilməklə hesablana bilər Həmin qərara əsasəndə 64.796,58 manat xərc hesablanmışdır (Əldə edilən mənfəət = 77 755,9 /6 = 12 959,32; Gəlirdən çıxılməlı xərc = 77 755,9 - 12 959,32 = 64 796,58) Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin əməkdaşları göndərdiyim izahat məktublarına məsuliyyətsiz yanaşaraq heç bir araşdırma aparmadan 19 10 2021-ci il tarixdə **********936900 nömrəli məktubla “eyni məzmunlu 03 06.2021-ci il tarixli **********635100 nömrəli müraciətiniz xx.xx.2021-ci il tarixli, **********758000 nömrəli məktubla cavablandırılmışdır." cavabı ilə icranı dayandırmışlar. Halbuki xx.xx.2021-ci il tarixli **********758000 nömrəli məktubun məzmunu 2020-ci Gəlir vergisi bəyannaməsi ilə bağlı olsa da, sonradan yeni hal yaranmış, dəfələrlə dəqiqləşmiş bəyannamə verilmiş, yenidən yeni məbləğdə kameral hesablanmış (əvvəlki kameral vergi yoxlamasından fərqli), uyğunsuzluq məktubu göndərilmiş, uyğunsuzluq məktubuna cavab verilmişdi. Lakin vergi orqanının əsassız hesablanmış vergi məbləğinə görə mənim sahibkarlıq fəaliyyəti göstərə bilməyinə mane olan ödəyə bilmədiyi borc yaranmışdır. xx.xx.2021-ci il tarıxdə **********604400 nömrəli inzibatı şikayət məktubu ilə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə müraciət etsə də, onlar xx.xx.2021cı il tarixli **********865200 nömrəli məktubla İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və ya məhkəməyə müraciət etməyini tövsiyə etmişlər.

3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli №**********920900 qərara əsasən (hesabat növü: gəlir vergisi, hesabat dövrü 2020-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 5.449,24 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş "Gəlir vergisinin bəyannaməsi”nin 1200.l-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 22054.60 manat gəlir məbləğinin hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0,00 manat), vergi ödəyicisi tərəfindən ixrac edilmiş (0,00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (114.347,00 manatı) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 114.347,00 manat məbləğdən bəyannamənin 1 №-lı Əlavəsinin 1.4.2-cı ("Sair debitor borcları") sətrinin "Hesabat dövrünün sonuna" olan 0.00 manat məbləği ilə "Hesabat dövrünün əvvəlmə" olan 0.00 manat məbləğinin fərqi 0.00 manat məbləğin çıxılması nəticəsində yaranan 114.347,00 manat məbləğdən az əks etdirilməsi nəticəsində kənarlaşma yaranmışdır.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2021-ci il tarixli №**********963600 qərarına əsasən, 1 İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş; Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********022500 nömrəli qərarı Qərarı dəyişdirilmədən saxlanılmış; Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə İddiaçı təsərrüfat subyektində (obyektində) operativ vergi nəzarəti tədbirinin keçirilməsi təmin etməsi tapşırılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra-fərdi sahibkar) inzibati şikayətində 2020-ci il üçün gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 4614,62 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Uçot-baza məlumatına əsasən vergi ödəyicisinin xx.xx.2014-cü il tarixdən vergi ödəyıcısı kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin “poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satış” olduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2014-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün "poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satış”ı olduğu, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 30,0 kv.m. olan "Elektrik malları mağazası” adlı təsərrüfat obyektinin (obyektin kodu: **********- 16001) 27.09 2014-cü il tarixdə vergi uçotuna alındığı, həmin ünvanda Merkuri-112FK markalı 00100462 zavod nömrəli nəzarət-kassa aparatının qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üçün kassa metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-cı (Malların təqdim edilməsindən gəlir) və 1200.2-cı (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 22054.60 manat gəlir məbləğinin hesabat dövrü ərzində tərəfinizdən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən ( 0.00 manat), tərəfinizdən ixrac edilmiş ( 0 00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 114347.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 114347 00 manat məbləğdən bəyannamənin 1 №-lı Əlavəsinin 1 4 2-ci (“Sair debitor borcları'') sətrinin “Hesabat dövrünün sonuna'* olan 0.00 manat məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 0.00 manat məbləğinin fərqi 0.00 manat məbləğin çıxılması nəticəsində yaranan 114347.00 manat məbləğdən az əks etdirilməsi nəticəsində kənarlaşma yaranmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021ci il tarixli **********544200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisı tərəfindən təsdiqedicı sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-cı ilin gəlir vergisi bəyannaməsi üzrə 4614.62 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci ıl tarixli **********920900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir Vergi ödəyicisı tərəfindən 2020-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, lakin mövcud uyğunsuzluqlar aradan qaldırılmadığı üçün vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılaraq 3528,72 manat gəlir vergisi hesablanaraq xx.xx.2021-ci il tarixli **********022500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat uzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti uzadılmış və xx.xx.2021 ci il tarixdə vergi ödəyicisinə məlumat verilmişdir. Şikayət uzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin şikayəti təmin edilməməlidir. Şikayətin ətraflı araşdırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən fərdi sahibkara “Müraciətə baxılması haqqında" xx.xx.2021-cı il tarixli **********847900 nömrəli, məktub göndərilmiş, iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin (olduğu halda: alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqları (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bağlanmış müqavilələri, kassa mədaxil-məxaric sənədlərini, üzləşmə aktı, təhvil- təslim aktları, debıtor-kredıtor borcları barədə təsdıqedıci sənədləri araşdırmaya təqdim edilməsi bildirilmişdir. Fərdi sahibkar xx.xx.2021-ci ıl tarixdə bankda olan hesablaşma hesabından çıxarışı və araşdırılan dövrü əhatə edən nəzarət kassa aparatından alınmış dövrü hesabat məlumatlarını araşdırmaya təqdim etmişdir İnzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə 114 347,0 manat dəyərində elektron qaimə-faktura əsasında mal təqdim etdiyi, 2260,11 manat dəyərində mal icarə xidməti aldığı, mal almadığı, idxal əməliyyatlarının olmadığı müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edən nəzarət kassa aparatından alınmış dövrü hesabat məlumatında 7764,05 nağd əməliyyatlar aprıldığı, malların təqdim edilməsinə görə "Kapital Bank”da olan hesablaşma hesabına 111.824,0 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən 2020-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilərək 2020-ci il üçün 122.111,05 manat gəlirinin, gəlirin əldə olunması ilə bağlı 81.731,22 manat xərcinin olduğu bəyan edilmişdir. İnzibati araşdırma xx.xx.2021-ci il tarixdə 2020-cı il üçün təqdim olunmuş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablama aparıldıqdan sonra zamanı vergi ödəyicisi tərəfindən 31 03.2021-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunmuş və bəyannamənin 1 saylı əlavəsinin 1.3.2-ci (Mallar) sətrinin dövr ərzində daxıl olmuşdur sütununda cari bəyannamədə qeyd olunmuş 66.609.7 manat məbləğ artırılaraq 144.365.6 qeyd olunmuş və hesabat dövrünün sonuna 77.755.9 manat dəyərində mal qalığının qaldığı bəyan edilmişdir. Daha sonra fərdi sahibkar tərəfindən 2020-cı il üçün təqdim olunmuş gəlir vergisi bəyannamələrinə dəqıqləşmələr edilərək malın dəyəri sətrində 77.755,9 manat xərc məbləği qeyd etmişdir. Lakın inzibatı araşdırma zamanı uçot-baza məlumatlarina əsasən fərdi sahibkar tərəfindən 2019-cu il ərzində elektron qaimə-faktura əsasında mallar almadığı, idxal etmədiyi müəyyən edilmişdir Fərdi sahibkar xx.xx.2021-ci il tarixdə araşdırmada iştirakı təmin olunmuşdur İddiaçı araşdırmaya təqdim etdiyi izahatında 77.755,9 manat dəyərində malları 2019-cu ildə daxili bazardan nağd şəkildə aldığını, malların alınması ilə bağlı təsdiqedici sənədlərin olmadığını qeyd edərək hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Göründüyü kimi fərdin sahibkar tərəfindən 2020-ci il üçün təqdim olunmuş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində bəyan etdiyi xərc məbləğləri, malların maya dəyəri ilə bağlı təsdiqedıcı sənədlər təqdim etməmiş, araşdırmaya təqdim etdiyi izahatında təsdiqedici sənədlərin olmadığını qeyd etmiş, kameral vergi yoxlaması ilə hesablama aparıldıqdan sonra vergi üstünlüyü əldə etməsi üçün 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunaraq bəyannamənin 1 saylı əlavəsinin mallar sətrinin hesabat dövrünün sonuna 77 755.9 manat mal qalığı bəyan edilməklə vergidənyayınma sxemi hazırlanmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara, o cümlədən 2020-ci il üçün təqdim etdiyi gəlir vergisi bəyannaməsində Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində qeyd olunan güzəştdən istifadə etdiyini, vergi ödəyicisi tərəfindən çəkilmiş xərclərlə bağlı təsdiqedici sənədlərin, o cümlədən alınmış və satılmış mallarla bağlı müqavilələri, daşıma üzrə sənədlərin təqdim etmədiyini, malları satan şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmadığını, vergi odəyicısi tərəfindən həmin şəxslərin vergidən yayınmasına şərait yaratdığını nəzərə alaraq fərdi sahibkarın 03.06 2021-ci il tarixli inzibati şikayəti təmin edilməməli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********022500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qüvvədə saxlanılmalıdır

5. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli №**********46700 qərara əsasən (hesabat növü: gəlir vergisi, hesabat dövrü 2020ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 5.449,24 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, bu dövr üzrə təqdim olunan sonuncu bəyannamə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarla xx.xx.2021-ci il tarixli **********022500 nömrəli qərar ləğv edilmişdir.

6. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli №**********839100 qərara əsasən (hesabat növü: gəlir vergisi, hesabat dövrü 2020-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 5.449,24 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində xammal və materialların, malların dəyərinin ümumi gəlirlərdə xüsusi çəkisi 90 faizdən çox əks etdirilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həmin qərarla xx.xx.2021-ci il tarixli **********46700 nömrəli qərar ləğv edilmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə tərəflərin vəsatəti əsasında iş üzrə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi ilə əvəz edilmiş, həmin qərardadla iddiaçının ərizəsi əsasında iddia tələbi xx.xx.2021-ci il tarixdə təqdim edilən dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsinin nəzərə alınaraq təsdiq edilməsi və xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********839100 nömrəli qərarının ləğv edilməsi barədə qərarın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə gəlir vergisi bəyannaməsində 64796,58 manat dəyərində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********560200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2020-ci ilin gəlir vergisi üzrə 3239,83 manat (64796,58x5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********839100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının ərizəsində də qeyd etdiyi kimi daha əvvəl xx.xx.2022-ci il tarixində vergi orqanına inzibati şikayəti olmuş və həmin şikayətin araşdırması zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə 114.347,00 manat dəyərində elektron qaimə-faktura əsasında mal təqdim etdiyi, 2260,11 manat dəyərində icarə xidməti aldığı, mal almadığı, idxal əməliyyatlarının olmadığı müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edən nəzarət kassa aparatından alınmış dövrü hesabat məlumatında 7764,05 nağd əməliyyatlar aprıldığı, malların təqdim edilməsinə görə “Kapital Bank”da olan hesablaşma hesabına 111 824,00 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. İnzibati araşdırma xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün təqdim olunmuş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablama aparıldıqdan sonra vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunmuş və bəyannamənin 1 saylı əlavəsinin 1.3.2-ci (Mallar) sətrinin dövr ərzində daxil olmuşdur sütununda cari bəyannamədə qeyd olunmuş 66.609,7 manat məbləğ artırılaraq 144.365,6 qeyd olunmuş və hesabat dövrünün sonuna 77.755,9 manat dəyərində mal qalığının qaldığı bəyan edilmişdir. Daha sonra fərdi sahibkar tərəfindən 2020-ci il üçün təqdim olunmuş gəlir vergisi bəyannamələrinə dəqiqləşmələr edilərək malın dəyəri sətrində 77.755,9 manat xərc məbləği qeyd etmişdir. Lakin inzibati araşdırma zamanı uçot-baza məlumatlarına əsasən fərdi sahibkar 2019-cu il ərzində elektron qaimə-faktura əsasında mallar almadığı, idxal etmədiyi müəyyən edilmişdir. Fərdi sahibkar xx.xx.2021-ci il tarixdə araşdırmada iştirakı təmin olunmuşdur. İddiaçı araşdırmaya təqdim etdiyi izahatında 77.755,9 manat dəyərində malları 2019-cu ildə daxili bazardan nağd şəkildə aldığını, malların alınması ilə bağlı təsdiqedici sənədlərin olmadığını qeyd edərək hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Fərdi sahibkar tərəfindən 2020-ci il üçün təqdim olunmuş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində bəyan edilmiş xərc məbləğləri, malların maya dəyəri ilə bağlı təsdiqedici sənədlər təqdim edilməmiş, araşdırmaya təqdim edilmiş izahatda təsdiqedici sənədlərin olmadığını qeyd etmiş, kameral vergi yoxlaması ilə hesablama aparıldıqdan sonra vergi üstünlüyü əldə etmək məqsədilə 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunaraq bəyannamənin 1 saylı əlavəsinin mallar sətrinin hesabat dövrünün sonuna 77 755.9 manat mal qalığı bəyan edilməklə vergidən yayınma sxemi hazırlanmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara, o cümlədən 2020-ci il üçün təqdim etdiyi gəlir vergisi bəyannaməsində Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində qeyd olunan güzəştdən istifadə etdiyini, vergi ödəyicisi tərəfindən çəkilmiş xərclərlə bağlı təsdiqedici sənədlərin, o cümlədən alınmış və satılmış mallarla bağlı müqavilələri, daşıma üzrə sənədlərin təqdim etmədiyini, malları satan şəxslərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadığını, vergi ödəyicisi tərəfindən həmin şəxslərin vergidən yayınmasına şərait yaratdığını nəzərə alaraq vergi orqanının 1 sentyabr 2021-ci il tarixli **********963600 nömrəli qərarı ilə fərdi sahibkarın xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmişdir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən, bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1- ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.

9. Məhkəmənin İddiaçı (VÖEN: **********) əlavə vergi hesablamasının səbəblərini təsdiq edən sənədlərin və dəqiqləşmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsi barədə sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən 2020-ci il ərzində elektron qaiməfaktura əsasında 114347,0 manat dəyərində mallar təqdim edilməsinə, 2260,11 manat dəyərində xərclərin çəkilməsinə baxmayaraq, 2020-ci ilin gəlir vergisi bəyannaməsində qeyd olunan 77755,9 manat xərc məbləği (malların dəyəri) sənədlərlə öz təsdiqini tapmamışdır

10. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi xx.xx.2021-ci il tarixli “vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********839100 nömrəli qərarın ləğv edilməsi kimi dəyişdirilmişdir.

11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

12. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq 114347 manat gəlirə münasibətdə kameral vergi yoxlaması ilə 5449,24 manat vergi məbləğinin (o cümlədən yayındırılmış 3239,83 manat vergi məbləğinin) hesablanmasının düsturunu məhkəməyə təqdim etdi və bildirdi ki, vergi ödəyici etiraf etmişdir ki, 77755,90 manat mal qalığı formasında formasında da olsa, onun tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində (o cümlədən dəqiqləşdirilmiş bəyannamələrdə) öz əksini tapmışdır. Vergi ödəyicisi indiyədək heç bir yerdə bəyan edilməyən, yalnız 2020-cı il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində uyğunsuzluqlar ortaya çıxandan sonra (vergi orqanı tərəfindən müəyyən edilmiş) həmin uyğunsuzluqları aradan qaldırmaq üçün 2019cu ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinə dəqiqləşdirmə verərək sözügedən “xəyali mal qalığı”nı orda əks etdirmişdir.

İİ. İddianın növü və mümkünlüyü

13. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

17. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

18. İddiaçının 2020-ci il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 114.347,00 manat gəliri olduğu müəyyən edilir.

19. Mübahisənin yaranmasının səbəbi 2020-ci il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunmasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

20. İnzibati şikayətin araşdırılması nəticəsində vergi orqanı vergi ödəyicisi tərəfindən əldə edilmiş malların xərc sənədlərinin olmasını müəyyən etməmişdir.

21. Vergi orqanı tərəfindən mübahisələndirilən qərarla kameral vergi yoxlaması ilə 5449,24 manat (o cümlədən əlavə hesablanmış 3239,83 manat) aşağıdakı kimi hesablanmışdır: 114.347,00 manat (bəyan edilmiş gəlir) – 5362,24 manat (sənədlərlə təsdiq edilən xərc) = 108984,76 manat (vergiyə cəlb edilməli dövriyyə); 108984,76 manat (vergiyə cəlb edilməli dövriyyə) – 75% (mikro sahibkar kimi vergi güzəşti) = 27246,19 manat (vergiyə cəlb edilməli dövriyyə); 27246,19 manat (vergiyə cəlb edilməli dövriyyə) x 20% (vergi dərəcəsi) = 5449,24 manat (kameral vergi yoxlaması ilə hesablanmış məbləğ) 5449,24 manat (kameral vergi yoxlaması ilə hesablanmış məbləğ) – 2209,41 (vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi) = 3239,83 (əlavə hesablanmış (yayındırılmış) vergi məbləği).

22. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi təqdim etdiyi bəyannamədə 77.775,90 manat mal qalığının olduğunu göstərsə də, vergi orqanı həmin uyğunsuzluğu vergi ödəyicisinin xeyrinə olaraq müəyyən etmək və aradan qaldırmaq üçün operativ vergi nəzarəti tədbirləri həyata keçirmək imkanı qanunvericiliyə əsasən mümkün olsa da və göstərilmiş halda operativ vergi nəzarəti həyata keçirilməli olsa da, həmin tədbirləri tətbiq etmədən ödəyici tərəfindən göstərilən mal qalığını (xərci) nəzərə almamaqla vergi ödəyicisinin mənafeyinə uyğun gəlməyən qərar qəbul etmişdir.

23. Halbuki Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Vergi orqanının hüququdur. Həmin Məcəllənin 50.2.2-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsas kimi çıxış edir.

24. İnzibati şikayətin araşdırılması haqqında qərarda yuxarı inzibati orqan tərəfindən (Dövlət Vergi Xidməti) cavabdeh quruma bununla bağlı göstəriş verilmiş olsa da (operativ vergi nəzarətinin aparılması ilə bağlı), həmin göstərişin icra olunması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir.

25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki işin hallarına uyğun olaraq iddiaçının bəyannamədə göstərdiyi mal qalığını müəyyən etmək üçün operativ vergi nəzarəti tədbirini həyata keçirmədən hesablanmış kameral vergi yoxlaması qanuni hesab oluna bilməz. Həmin halı qeyd edərkən məhkəmə həm də nəzərə alır ki, kameral vergi yoxlaması ilə hesablanmış 5.449,24 manat vergi cavabdeh tərəfindən bir neçə dəfə (xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərarlarla) təsdiq olunmuş, həmin müddətdə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün kifayət qədər imkan mövcud olmuşdu.

26. Vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmədən cavabdeh qurum hesab edir ki, vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

27. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

29. Beləliklə, məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz.

30. Odur ki, məhkəmə hesab edir ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Həmin Qaydaların 6.1.1-ci yarımbəndinə əsasən M1 = G1 : ( 100 + R) x R (burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır.) Qaydaların 6.1.3-cü yarımbəndinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

31. İddiaçının 2020-ci il ərzində müəyyən edilmiş gəliri (təqdim etdiyi bəyannaməyə əsasən) 114.347,00 manatdır. Qeyd edilən düstura uyğun olaraq iddiaçının vergiyə cəlb edilməli gəlirləri aşağıdakı qaydada hesablanmalıdır: 114.347,00 mant : (100+20) x 20 = 19057,83 manat

32. Vergi Məcəlləsindən: 101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

33. Vergi Məcəlləsindən: 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi.

34. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə 102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilmişdir.

35. İddiaçı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan vergi ödəyicisi deyil, lakin Vergi Məcəlləsinin iddiaçının müvafiq dövr üzrə gəlirlər əldə etdiyi zaman qüvvədə olan redaksiyasına əsasən, qeyd edilən güzəşt istisnasız olaraq bütün mikro sahiblarlıq subyekti olan fərdi sahibkarlara şamil edilirdi.

36. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

37. Odur ki, iddiaçının vergiyə cəlb edilən gəlirləri 19057,83 manat olmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli qanunu qüvvəyə minənə qədər olan redaksiyada 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad olunmalı (19057,83 manat – 75% = 4764,45 manat); həmin məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi tutulmalı idi (4764,45 x 20% = 952,89 manat).

38. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********839100 nömrəli qərara əsasən iddiaçının 2020-ci il ərzində müəyyən edilmiş 114347,00 manat gəlirinə münasibətdə kameral vergi yoxlaması ilə 5.449,24 manat vergi hesablanmışdır (iddiaçının 2209,41 manat vergi hesabladığını nəzərə alaraq, vergi orqanı tərəfindən əlavə hesablanmış (yayındırılmış) vergi məbləğinin 3239,83 manat olduğu müəyyən edilmişdir).

39. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır.

40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********839100 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar