Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3778/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Abıyevin sədrliyi, iddiaçı X3, İddiaçı, üçüncü şəxslər X4, X6, X5 və X2 iddiaçı X3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə və İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə, X4, X6, X5, X10 və X2 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatlarına cəlb olunmaqla inzibati işlərə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkədə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (bundan sonra mətndə Sabunçu RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X1 ********** Qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı evə pasport qeydiyyatına alınma öhdəliyinin cavabdeh Sabunçu RPİ-nin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 2-1(112)- 16037/2023 nömrə altında qeydiyyata alınmışdır. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (bundan sonra mətndə Sabunçu RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun anası X1 ********** Qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı evə pasport qeydiyyatına salınma vəzifəsinin cavabdeh Sabunçu RPİ öhdəliyinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 2-1(112)- 16048/2023 nömrə altında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Hər iki iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadları ilə X4, X6, X5, X10 və X2 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilərək, məhkəmənin eyni tarixli sərəncamları ilə iddia ərizələri və onlara əlavə edilmiş sənədlər həm cavabdehə, həm də üçüncü şəxslərə göndərilərək, iddiaya dair münasibət bildirməkləri təklif olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxslərin iddiaya dair yazılı münasibətləri məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hər iki işin bişləşdirilərək bir icraatda baxılmasını məqsədəmüvafiq saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar X7, İddiaçı, üçüncü şəxslər X4, X6, X5 və X2 hər iki işin bişləşdirilərək bir icraatda baxılmasına etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.3-cü maddəsinə əsasən, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. 83.3 və 83.3.4-cü maddələrinə əsasən, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İş materiallarından görünür ki, iddiaçıların hazırkı iddia ərizələri bir cavabdehə yönəlməklə, eyni tələbdən ibarətdir. Göstərilənlərə əsasən və İPM-nin 37, 56 və 83-cü maddələrinə əsasən, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı anası X1 ********** Qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı evə pasport qeydiyyatına alınma öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair 2-1(112)- 3778/2024 saylı iş, iddiaçı X3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı anası X1 ********** Qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı evə pasport qeydiyyatına alınma öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair 2-1(112)-3768/2024 saylı işlə bir icraatda birləşdirilməklə, 2-1(112)-3768/2024 sayllı nömrə altında baxılması davam etdirilsin. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3778/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3778/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver