Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3779/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bаkı İnzibаti Məhkəməsi hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “Pro Bono” Vəkil Bürosunda vəkil işləyir) cavabdehin nümayəndəsi və vəkili X3 (Bakı şəhərində qeydiyyatdadr, ixtisası hüquqşünas,vəkil) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs Dövlət Sоsiаl Müdаfiə Fоnduna ( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “iddiaçıya xx.xx.1995-ci il tarixdən hal-hazıradək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X9 Donammasında 1-ci dərəcəli matros vəzifəsində işlədiyi üçün güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sоsiаl Müdаfiə Fоnduna( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı “iddiaçıya xx.xx.1995-ci il tarixdən halhazıradək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X9 Donammasında 1-ci dərəcəli matros vəzifəsində işlədiyi üçün güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1995-ci il tarixdən hal-hazıradək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xəzər X7nda 1-ci dərəcəli matros vəzifəsində 25 ildir işləyir. O, güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsindən imtina etmişdir. O, xx.xx.1995-ci ildə Cənub rayon X7 T/X “Qarabağ-3” gəmisində şagird matros peşəsinə işə qəbul edilmiş və xx.xx.1995-ci il tarixdə həmin gəmidə 1-ci dərəcəli matros peşəsində işə qəbul olunmuşdur. xx.xx.2010-cu ildə həmin Donanmanın “Cənub-20” gəmisində 1-ci dərəcəli matros peşəsinə, xx.xx.2010-cu il tarixdə “Hövsan” gəmisində 1-ci dərəcəli matros, xx.xx.2012-ci il tarixdə “PS-175” gəmisində 1-ci dərəcəli matros, xx.xx.2012-ci il tarixdə “Cənub-20” gəmisində 1-ci dərəcəli matros peşəsinə keçirilmişdir. Daha sonra xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağlanması əsası) əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2012-ci il tarixdə “Cənub-20” gəmisində 1-ci dərəcəli matros peşəsinə, xx.xx.2018-ci il tarixdən hal-hazıradək “Orion-27” gəmisində matros peşəsində işləyir. İddiaçının işə qəbul olunduğu vaxt idarənin adı “Xəzərdənizneftdonanma” idarəsi olmuş, sonradan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanı ilə idarənin adı dəyişdirilərək “Xəzər X7” adlandırılmışdır. Həmin idarədə növbəti dəfə struktur dəyişikliyi 2013-cü ildə olmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin və Xəzər X4 yenidən təşkil yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış və iddiaçı həmin qurumun Xəzər X7nda fəaliyyətini davam etdirir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sоsiаl Müdаfiə Fоndu ( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı )Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiаyа dаir etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 01 yanvar 2006-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşagıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması;2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin,peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. hazırkı iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının xx.xx.1979cu il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1995-ci il tarixdən zərərli və ağır olan vəzifələrdə işləmişdir. Belə olan halda, xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 6 ay güzəştli iş stajı müddətini tamamlamamışdır(10 il 8 ay 14 gün). Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi və vəkili M.İsmayılov iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahis etmişdir. Cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü ildə doğulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsi haqqında” 30 noyabr 2020-ci il tarixli, **********6 nömrəli İddiaçı ünvanlanmış məktubunda göstərilmişdir ki, filiala təqdim edilən xx.xx.1979-cu il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 14 gün) təşkil edir. SSN **********752 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı sosial sığorta ödəyicisidir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Xəzər X7 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, EN01/02-242 nömrəli arxiv arayışına əsasən, İddiaçı xx.xx.1995-ci ildə Cənub rayon X4 t/x “Qaradağ-3” gəmisində şagird matros peşəsinə qəbul edilmiş, hal-hazırda “Orion - 27”gəmisində matros peşəsində şalışır. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu vəzifələr (peşələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 n-li əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (üzən heyət-ind.:********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verir...Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli 539 nömrəli Fərmanı ilə idarənin adı dəyişdirilərək “Xəzər X7” adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin və Xəzər X4 yenidən təşkil yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. H3 ******* nömrəli iddiaçıya məxsus hərbi biletindən görünür ki, o, 04 noyabr 1981ci ildən 25 dekabr 1983-cü ilədək hərbi xidmətdə olmuşdur. ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə əmək fəaliyyətə başlamışdır və hal-hazıradək işləyir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü il təvəllüdlüdür, iddiaçı xx.xx.1995-ci ildən hal-hazıradək "xxxx" QSC-nin Xəzər X7nda 1-ci dərəcəli matros vəzifəsində 25 il işlədiyi üçün güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşagıda göstərilənlərə görə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən cavabdehin imtinasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunvericiliyə görə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyın edilməsi üçün «Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-ci il tarixinə 25 il ümumi iş stajı, 12 il 06 ay əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi ilə bağlı staj olmalıdır. Lakin «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında iddiaçının işlədiyi matros peşəsi nəzərdə tutulsa da, iddiaçının həmin peşədə iş stajı xx.xx.2006-ci il tarixinə 12 il 6 aydan azdır, cəmi 10 il 8 ay 14 gün təşkil edir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan əmək stajı yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İnzibati Prosesual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sоsiаl Müdаfiə Fоnduna ( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddiaçıya xx.xx.1995-ci il tarixdən halhazıradək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xəzər X7nda 1-ci dərəcəli matros vəzifəsində işlədiyi üçün güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi barədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 33, 68 , 69, 85,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sоsiаl Müdаfiə Fоnduna( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı “iddiaçıya xx.xx.1995-ci il tarixdən halhazıradək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X9 Donammasında 1-ci dərəcəli matros vəzifəsində işlədiyi üçün güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3779/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3779/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver