Məhkəmə qərarları › İş №2-1(112)-3779/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3779/2025

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3779/2025 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi(vəkili) Vəkil1 Üçüncü şəxsin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi(vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı “qeydin ləğvi və qabaqcadan qeydiyyata alınma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 1 Saylı Baki Ərazi İdarəsinin 09 aprel 2011-ci il tarixində "xxxx" Mənzil-Tikinti Kooperativinə 200.000 (iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və 28 dekabr 2011-ci il tarixində isə onun "xxxx" Mənzil-Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə Hüquqi şəxsə 25 iyul 2017-ci il tarixdə vermiş olduğu X5, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarının ləğv olunmaları və 09 aprel 2011-ci il tarixində onun "xxxx" Mənzil-Tikinti Kooperativinə 200.000 (iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və 28 dekabr 2011-ci il tarixində isə onun "xxxx" Mənzil-Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə X4 əmlakın X5, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışların vermələri öhdəliklərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X11 1 Saylı Baki Ərazi İdarəsinin üzərinə bir vəzifə kimi qoyulması, 09 aprel 2011-ci il tarixində onun "xxxx" Mənzil-Tikinti Kooperativinə 200.000(iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və 28 dekabr 2011-ci il tarixində isə onun "xxxx" Mənzil-Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə Hüquqi şəxsə əmlakın ilkin qeydiyyat Sənədlərini, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışlarını vermiş şəxslərin barələrində bu işin özgənin əmlaklarını mənimsəmək məqsədi ilə edilməsi məhkəmə tərəfindən müəyyən ediləcəyindən, bu faktlar üzrə cinayət işi başlanılaraq, icraata qebul edilib, ibtidai araşdırılmasının aparılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə uyğun olaraq, (265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir) cinayətin əlamətlərini aşkara etdiyindən, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi ilə bağlı yekun məhkəmə qərarları çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 09 aprel 2011-ci il tarixində o "xxxx" Mənzil-Tikinti Kooperativinə 200.000(iki yüz min) manat məbləğində pul verib, ünvan 1 ünvanında yerləşən “Prestij Palace” binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsini və 28 dekabr 2011-ci il tarixində isə "Mars-A” Mənzil- Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib, həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzili "xxxx" Mənzil-Tikinti Kooperativindən nəğd pulla satın almışdır. "Bəzi Azərbaycan Respublikası Prezidentinin 19 çoxmənzilli binaların istismarına fevral 2019-cu il tarixli icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanına görə, bir il müddətinə, yəni 19 fevral 2020-ci il tarixə kimi bütün işlər, o cümlədən istismara verilmiş qeyri-yaşayış sahələrinə qazın verilməsi işləri tamamilə başa çatdırılmalı idi. Bu məsələ Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dəfələrlə müzakirə olunmuş və həmin müzakirələr zamanı bu məsələlərin 19 fevral 2020-ci il tarixə kimi öz həllini tapmasının vacibliyi qeyd olunmuşdur. Həmin qeyri-yaşayış sahəsi və mənzillə bağlı bütün müvafiq sənədlərinin, hətta alqı-satqı əməliyyatlarının tamamilə qanun normalarına uyğun olmalarını təsdiq edən qanuni qüvvədə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2016-cı il tarixli 2(102)-1818/2016 saylı qərarını, eyni zamanda, satın aldığım qeyri- yaşayış sahəsinin və mənzilin məhkəmənin qeyd etdiyim yekun qərarı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon İcra şöbəsinin əməkdaşları tərəfindən 19 yanvar 2021-ci il tarixdə ona təhvil vermişlər. lakin bununla belə və müxtəlif ünvanlara çoxsaylı şikayət və müraciətlərimə baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 1 Saylı Baki Ərazi İdarəsi "xxxx" Mənzil- Tikinti Kooperativinin rəhbərliyi ilə əlaqəyə girərək, göstərdiyi qeyri-yaşayış sahəsinin və mənzilin çıxarışlarını və texniki pasportlarını, heç olmazsa, ilkin Qeydiyyat Sənədlərini, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarını ona vermək əvəzinə, onun "xxxx" Mənzil-Tikinti Kooperativindən nağd pula satın aldığı "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və 28 dekabr 2011-ci il tarixində isə həmin binanın 4- cü mərtəbəsində yerləşən, sahəsi 238, 1 kvadratmetr sahəsi olan mənzilə görə 25 iyul 2017-ci il tarixdə heç bir hüquqi əsas olmadan Hüquqi şəxsə ("xxxx" Mənzil-Tikinti Kooperativinə) Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarını vermişlər. Belə ki, Azərbaycan Respublikasının İqtısadıyyat Nazırlıyı yanında Əmlak Məsələlərı Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı" X11 İdarə Heyətının sədr müavini Elvin Məmmədov ədaləti onun əmlak hüquqlarını bərpa etmək əvəzinə 30 sentyabr 2024-cü il tarixli 3-4-3-02/2-11950/2024 saylı məktubunda bildirir ki, onun "xxxx" Mənzil-Tikinti Kooperativindən nağd pulla satın aldığı "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə, 28 dekabr 2011-ci il tarixində isə həmin binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə 25 iyul 2017-ci il tarixdə Hüquqi şəxsə ("xxxx" Mənzil-Tikinti Kooperativinə) Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarını vermişlər. Belə çıxır ki, Azərbaycan Respublikasının İqtisadıyyat Nazırlıyı yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi mənim "xxxx" Mənzil-Tikinti Kooperativindən nağd pulla satın aldığı "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsini, 28 dekabr 2011-ci il tarixində isə həmin binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzili Hüquqi şəxsə ("xxxx" Menzil- Tikinti Kooperativinə) hədiyyə etmişlər. Onun şəxsi əmlaklarını Azərbaycan Respublikasının İqtisadıyyat Nazırlıyı yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyinde "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 vəzifəli şəxsləri Hüquqi şəxslə ("xxxx" Mənzil-Tikinti Kooperativi ilə) birlikdə əlaqədə olmaqla mənimsəmişlər. O, məcbur qalmış ki, mülkiyyət hüquqlarının bərpa olunması məqsədi ilə "xxxx" Mənzil-Tikinti Kooperativindən nəğd pulla satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsi və həmin binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzillə bağlı onun heç olmazsa, ilkin qeydiyyat Sənədlərini, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışların verilməsinin təmin olunması məqsədi ilə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X11 1 Saylı Baki Ərazi İdarəsinin 09 aprel 2011-ci il tarixində onun "xxxx" Mənzil-Tikinti Kooperativinə 200.000(iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və 28 dekabr 2011-ci il tarixində isə onun "xxxx" Mənzil-Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238.1 kvadratmetr sahəsi olan mənzilə görə Hüquqi şəxsə 25 iyul 2017-ci il tarixdə heç bir qanuni əsas olmadan vermiş olduğu X5, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarının ləğv olunmaları və 09 aprel 2011-ci il tarixində onun "xxxx" Menzil-Tikinti Kooperativinə 200.000(iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və 28 dekabr 2011-ci il tarixində isə onun "xxxx" Mənzil- Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə X4 əmlakın X5, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışların vermələri öhdəliklərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X11 1 Saylı Baki Ərazi İdarəsinin üzərinə bir vəzifə kimi qoyulması, 09 aprel 2011-ci il tarixində onun "xxxx" Mənzil-Tikinti Kooperativinə 200.000(iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və 28 dekabr 2011-ci il tarixində isə onun "xxxx" Mənzil-Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə Hüquqi şəxsə əmlakın ilkin qeydiyyat Sənədlərini, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarını vermiş şəxslərin barələrində bu işin özgənin əmlaklarını mənimsəmək məqsədi ilə edildilməsi məhkəmə tərəfindən müəyyən ediləcəyindən, bu faktlar üzrə cinayət işi başlanılraq, icraata qəbul edilib, ibtidai araşdırılmasının aparılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə uyğun olaraq, (265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.) cinayətin əlamətlərini aşkara etdiyindən, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi ilə bağlı müvafiq məhkəmə qərarları çıxarılmalıdır. Cavabdeh orqan tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı sözügedən məsələ ilə əlaqədar İdarəyə müraciət etmiş və **********76 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. olaraq bildiririk ki, ünvan 2 ünvanda inşa edilmiş 16 (+texniki mərtəbə, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi - 831.0 kv.m) mərtəbəli, 2 girişli, 90 mənzilli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman iddia etdiyiniz mənzilin binanın 2-ci Əlavə girişinin yaşayış mərtəbəsinin 3-cü mərtəbəsində, faktiki olaraq 4-cü mərtəbəsində yerləşdiyi və soldan 1-ci qapı olduğu 2-ci girişinin yaşayış mərtəbəsinin 3-cü mərtəbəsində, faktiki olaraq 4-cü mərtəbəsində yerləşdiyi və soldan 1-ci qapı olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, soldan 1ci qapı, 52 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Qeyd olunan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 831.0 kv.m. olan qeyri-yaşayış sahəsinin 301.0 kv.m. hüquqi şəxsin və 200.0 kv.m. digər fiziki şəxsin adına paylı mülkiyyət hüququ ilə, 80 kv.m., 95 kv.m., və 155 kv.m. digər fiziki şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Müraciətdə qeyd olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1818/2016 saylı qərarı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. "Daşınmaz əmlakın dövlət reyestn haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün esaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. "xxxx" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "xxxx" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vazifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd dlunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-14975/2024 nömrəli qərardadı ilə MARS-A" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında cavabdeh əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki: - xx.xx.2011-ci il tarixli Müqaviləsinə əsasən podratçı Mars-A MTK Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa etdiyi çoxmərtəbəli binada qeyri-yaşayış sahəsi olan yola yaxın ərazidə yerləşən 1-ci mərtəbənin tam sahəsi 100 kv.m sahəni payçı İddiaçı satmışdır. -Mars-A MTK tərəfindən verilən Maliyyə Arayışına əsasən ünvan 5 ünvanda yerləşən kooperativ yaşayış binası Mars-A MTK-ya məxsusdur. Bu binanın 1-ci mərtəbəsində yerləşən 100 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur. -Prestije Palacenin xx.xx.2011-ci il tarixli Müqaviləsinə əsasən payçı İddiaçı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli binanın tikintisini podratçı Mars-A MTK-ya həvalə edir. -Mars-A MTK tərəfindən verilən Maliyyə Arayışına əsasən ünvan 5 ünvanda yerləşən kooperativ yaşayış binası Mars-A MTK-ya məxsusdur. Bu binanın 4-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 238.1 kv.m olan mənzilin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-1818/2016 nömrəli Qərarına əsasən iddiaçı X6 və vəkili Şahverdi Ağaveys Nurkişi oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2015-ci il tarixli 2(103)-6709/2015 saylı qətnaməsi iddiaçı X1 şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. -Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-318/2016 nömrəli Qətnaməsinə əsasən iddia təmin edilmiş, ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin, həmin binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 238.1 kv.m olan mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsi və həmin binanın 11-ci mərtəbəsində yerləşən sahəsi 238.1 kv.m olan mənzilin X2 istifadəsinə verilməsi vəzifəsi Mars-A MTK-ya həvalə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3788/2025 nömrəli məktubu ilə təqdim edilən Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından müəyyən olunur ki, 4-cü mərtəbədə ümumi sahəsi 238.1 kv.m olan mənzil və 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.m olan qeyri yaşayış sahəsi yerləşir. Sözü gedən mənzil 4-cü mərtəbədə yerləşir. Mənzil 2-ci girişdə soldan 1-ci qapıda yerləşir. Mənzil yaşayışın 3-cü (238.1m²) mərtəbəsindədir. Məhkəmənin qərarındada gösdərildiyi kimi mənzil və qeyri yaşayış sahəsi (100.0m²) sahəsi ərizəçiyə verilmişdir. Lakin qeyri yaşayış sahəsi binada yerləşmə sxemi təqdim edilməyibdir. Ərizəçi gösdərdiyi hissə özəl olub olmadığını təyin etmək olmur. Bölgü sxemi təqdim edilməyibdir. Mənzilə yeni qapı qoyulubdur. Mənzilə baxış keçirildi. Mənzilin daxilində arakəsmələr tikilməyibdir. Sözü gedən mənzil və OYS-si ilə bağlı 2023-cü ildə Şahverdiyev Elçinin ərizəsi olmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-02/2- 10146/2024 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 8 ünvanında yerləşən 100 kv.m qeyri-yaşayış sahəsi və 238,1 kv.m mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11in 1 saylı Bakı Ərazi İdarəsində yaranmış mübahisəli məsələnin araşdırılmasına köməklik göstərilməsi barədə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müraciətlə əlaqədar aparılmış araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair tikintisi başa çatmış obyektin istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. "xxxx" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Həmçinin araşdırma zamanı 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman iddia etdiyiniz mənzilin binanın 2-ci girişinin yaşayış mərtəbəsinin 3-cü mərtəbəsində deyil, faktiki olaraq 4-cü mərtəbəsində yerləşdiyi və soldan 1- ci qapı olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanda inşa edilmiş 16 (+texniki mərtəbə, 1-ci mərtəbəsi qeyri- yaşayış sahəsi - 831.0 kv.m.) mərtəbəli, 2 girişli, 90 mənzilli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. ünvan 2 2ci giris. 3-cü mərtəbəsində yerləşən, soldan 1-ci qapı, ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, soldan 1-ci qapı, 52 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Qeyd olunan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 831,0 kv.m olan qeyri-yaşayış sahəsinin 301,0 kv.m hüquqi şəxsin və 200,0 kv.m digər fiziki şəxsin adına paylı mülkiyyət hüququ ilə, 80 kv.m, 95 kv.m, və 155 kv.m digər fiziki şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1818/2016 saylı qərarı ilə sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-4-30/2- 11950/2024 nömrəli məktubunda bildirilmişdir ki, aparılmış araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair tikintisi başa çatmış obyektin istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. "xxxx" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Həmçinin araşdırma zamanı 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman iddia etdiyiniz mənzilin binanın 2-ci girişinin yaşayış mərtəbəsinin 3-cü mərtəbəsində deyil, faktiki olaraq 4-cü mərtəbəsində yerləşdiyi və soldan 1-ci qapı olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanda inşa edilmiş 16 (+texniki mərtəbə, 1-ci mərtəbəsi qeyri- yaşayış sahəsi - 831,0 kv.m) mərtəbəli, 2 girişli, 90 mənzilli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, soldan 1-ci qapı. 52 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Qeyd olunan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 831,0 kv.m olan qeyri-yaşayış sahəsinin 301,0 kv.m hüquqi şəxsin və 200,0 kv.m digər fiziki şəxsin adına paylı mülkiyyət hüququ ilə, 80 kv.m, 95 kv.m, və 155 kv.m digər fiziki şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1818/2016 saylı qərarı ilə sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair hər hansı öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. "xxxx" Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: -8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçının qabaqcadan qeydiyyata aparılmasını tələb etdiyi mənzil və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismarına icazə verilməməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Mülki Məcəllənin məhz 144-1-ci maddəsinə əsasən: -144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. -144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. -144-1.4. Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. -144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. -144-1.6. Xeyrinə təminat qeydi aparılmış şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissənin bağlı olduğu pay ilə əlaqədar hüquqlarını və öhdəliklərini yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında üçüncü şəxsə ötürə bilər. Müqavilədə digər müddəalarla yanaşı, hüquqların və öhdəliklərin ötürüldüyü məqamda mövcud olmuş həcmi və həmin həcmdə ötürülməsi, aparılmış təminat qeydində hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə dair hər iki tərəfin razılıqları aydın şəkildə ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər onların üçüncü şəxsə ötürüldüyü məqamda mövcud olmuş həcmdə və şərtlərlə ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə, habelə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış təminat qeydində müvafiq dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq qeydiyyat hərəkətləri aparılır. İstinad olunan normalardan görünür ki, tikintisi başa çatmayan binaların tərkib hissəsinə mülkiyyət hüququnun qeydə alınması üçün həmin tikilinin inşa edildiyi torpaq sahəsi tikinti sahibinin mülkiyyətində olmalı və bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İşdən görünür ki, mübahisəli mənzil və qeyri-yaşayış sahəsi ilə bağlı bölünmə planına əsasən yaranmış pay tikinti aparan şəxsin adına qeydə alınmamış, həmçinin onunla iddiaçı arasında bağlanmış müqavilə notarial qaydada təsdiq edilməmişdir. Bundan əlavə, "xxxx" Qanunun 17-ci maddəsinə əsasən: 17.1. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. 17.2. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. 17.3. Mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd daşınmaz əmlak sertifikatıdır. 17.5. Bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. İşdən görünür ki, iddiaçı Qanunun 17.3-cü maddəsində göstərilən sənədləri də təqdim edə bilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi mübahisəli mənzil və qeyri-yaşayış sahəsi ilə bağlı istinad etdiyi müqavilə və maliyyə arayışları "xxxx" AR Qanununun 8.0.6-cı maddəsində qeyd edilmiş MTK tərəfindən tikilən mənzil və qeyri-yaşayış sahələri üçün tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını ehtiva etmir. Eyni zamanda, mübahisəli əmlaklara dair müqavilələrin etibarsızlığına dair iddianın təmin edilməməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarları sözügedən əmlaklara dair iddiaçının subyektiv hüququnun olmasına əsas kimi çıxış etmiş olsa belə, həmin qərarlar daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqanın hüququnun qeydiyyata alınması üçün tələb edilən mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını əvəz etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında "xxxx" AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. "xxxx" Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı tələbinin təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birini cavabdeh inzibati orqana təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar