Məhkəmə qərarları › İş №2-1(112)-378/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-378/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-378/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filalı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq 57 yaşı tamam olduğu 09 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 06 yanvar 2022-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı) qarşı “57 yaşı tamam olduğu 09 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə: iddiaçının 57 yaşı tamam olduğu 09 avqust 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sənədləri ərizəsinə əlavə etməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Məzkəzi Filialına təqdim edilməsi üçün İddiaçı 10 gün; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Məzkəzi Filialına 1 ay müddətin müəyyən edilməsi qərara alınmışdır.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdfiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinə ünvanladığı 11 avqust 2022-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən bildirilmişdir ki, adıçəkilən şəxsin məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi stajının 25 ildən az (16 il 7 ay 28 gün (xx.xx.1977-16.02,1979-cu il, xx.xx.1979-xx.xx.1979-cu i, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 12 il 6 aydan az (10 il 11 ay 20 gün (xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilmişdir. Bu səbəbdən də adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil.

5. İddiaçı daha sonra məhkəməyə xx.xx.2022-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 60 yaşı tamam olduğu 09 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 10 mart 2023-cü il tarixli qərardadı ilə, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi icraata qəbul edilməsi qərara alınmışdır.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı ilin avqustun 9-da anadan olmuşdur. Hazırda 61 yaşı tamam olmuşdur. 1977-ci ilin sentyabrın 1-dən Azərbaycan Dəmir Yolları İdarəsinin lokomotiv deposunda çlingər kimi işə düzəlmiş, 1979- 1981-ci illərdə ordu sıralarında hərbi xidmətdə olduqdan sonra yenidən ADY idarəsində lokomotiv deposunda 3-cü dərəcəli motorçu işinə qəbul olunmuşdur. 1986-cı ildə ADY idarəsi tərəfindən maşinist kursuna göndərilmiş və 1987-ci ildən kursu bitirərək elektrikqatarı maşinist köməkçisi vəzifəsinə işə qəbul olunmuş, 31 avqust 1988-ci ildən 16 sentyabr 1994-cü ilədədək vaqon mühərriki şöbəsində maşinist kimi işləmiş. yəni 1977-ci ildən 1994-cü ilədək fasiləsiz işinin 12 il 7 ayını “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən yerlərdə işləmişdir. xx.xx.2006-cı ildən 2017-ci ilədək ortada olan 1.5 il fasilə nəzərə alınmaqla "xxxx" MMC-də daş yonan qranitçi işində işləmişdir. Cəmi 23 il 8 ay əmək fəaliyyəti olub. Bu illərin 13 ilini xüsusilə ağır kateqoriyalı işlərdə əmək fəaliyyətim olmuşdur. Əgər iki il ordu sıralarında xidməti də nəzərə alınarsa, yəni bu gün ən azı 26 il sığorta stajına malik və bu müddətin ən azı 13 ilini fasiləsiz olaraq xüsusi ağır işlərdə əməklə məşğul olmuşdur. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı var. Ona görə də əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq istəyir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlər araşdırılarkən onun ümumi iş stajının 25 ildən az (19 il 10 ay 1 gün (xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1994-cu il tarixləri arasındakı dövrlər və 2006- 2022-ci illər üzrə cəmi 5 il 3 ay)) təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin 26 aprel 2021-ci il tarixli 57266 nömrəli arayışında xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində Bakı Lokomotiv Deposunda motor vaqon seksiyalarının maşinist köməkçisi və xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə motor vaqon seksiyalarının maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın Nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri nəzərdə tutulmamışdır. Həmçinin “Vahid Tarif-ixtisas Sorğu kitabçasfnm dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri qeyd edilməmişdir. Bundan başqa xx.xx.1993cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991 -ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motor-vaqon maşinisti, motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə iddiaçının yalnız xx.xx.1993-cü il tarixinədək işlədiyi motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü xx.xx.1993-cü il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il (xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1986-ci il və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14515,90 manat təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);..

10. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

11. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

12. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

13. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

17. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.

İş materiallarında olan:

AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. ИТ – İ ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada tərcümə edilmiş surətinə əsasən, iddiaçı xx.xx.1979-cu il tarixdə sınaq stansiyası sexində mühərriklərin təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə Azərbaycan SSR ƏM 36-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1979-xx.xx.1981 sovet ordusu sıralarında qulluq etmiş, xx.xx.1982-ci ildə MVS cari təmir sexinə 3-cü dərəcəli motoristi, hərəkət edən qatarın çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə mühərrik vaqon bölməsinin maşinistinin köməkçisi dublyoru keçirilmiş, xx.xx.1982-ci ildə müstəqil olaraq mühərrik vaqon bölməsinin maşinistinin köməkçisi işinə buraxılmış, xx.xx.1986-cı ildə Azərbaycan Dəmir yollarında Bakı texnikumu vaqon bölməsinin maşinisti kurslarına göndərilmiş, xx.xx.1986-cı ildə Azərbaycan Dəmir yolları Bakı texnikumu elektrovoz maşinisti kurslarına qəbul edilmiş,xx.xx.1987-ci ildə elektrovoz maşinisti kurslarını bitirmiş, xx.xx.1987-ci ildə Azərbaycan Dəmir yolları Bakı Lokomotiv deposu Azərbaycan Dəmir yolları Bakı texnikumunda elektrovoz maşinisti kurslarını bitirdiyi üçün mühərrik vaqon bölməsinin maşinistinin köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə Azərbaycan Dəmir yolları mühərrik vaqon bölməsinin maşinisti ixtisası verilmiş, xx.xx.1988-ci ildə mühərrik vaqon bölməsinin maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2006-cı ildə "xxxx" MMC-yə daş yonan qranitçi işinə qəbul edilmiş, xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 57266 nömrəli arayışına əsasən bildirilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək və xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək "xxxx" QSC-nin Bakı lokomotiv deposunda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsində, xx.xx.1982-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək motorvaqon seksiyasının maşinist köməkçisi peşəsində, xx.xx.1987-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək motorvaqon seksiyasının maşinisti peşəsində (ümumilikdə 12 il 7 ay 12 gün olmaqla) işləmişdir;, qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına daxildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 07 oktyabr 2022-ci il tarixli, **********9 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, iddiaçının ümumi stajının 25 ildən az (16 il 7 ay 28 gün (xx.xx.1977-16.02,1979-cu il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 12 il 6 aydan az (10 il 11 ay 20 gün (xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1986cı il, xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilmişdir. Eyni zamanda, "xxxx" QSC-nin 26 aprel 2021-ci il tarixli 57266 nömrəli arayışında xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində Bakı Lokomotiv Deposunda motor vaqon seksiyalarının maşinist köməkçisi və xx.xx.1987xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə motor vaqon seksiyalarının maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın Nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri nəzərdə tutulmamışdır. Həmçinin “Vahid Tarif-ixtisas Sorğu kitabçasının dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri qeyd edilməmişdir. Bundan başqa xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991 -ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motor-vaqon maşinisti, motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə iddiaçının yalnız xx.xx.1993-cü il tarixinədək işlədiyi motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü xx.xx.1993-cü il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il (xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1986-ci il və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14515,90 manat təşkil edir. Qeyd edilənlər nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı Nazirliyin Pensiya Alt Sistemindən (PAS) çıxarışı təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

18. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

20. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

21. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

22. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.

23. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.

24. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

25. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verir.

26. Yəni iddiaçının 60 yaşı xx.xx.2020-ci ildə tamam olmuşdur, 60 yaşının tamam olduğu tarixə, onun ümumi əmək stajı, ümumi orta təhsili və hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla ümumi iş stajı 28 ildən çox (xx.xx.1977-xx.xx.1979, xx.xx.1979xx.xx.1979, xx.xx.1979-xx.xx.1981, xx.xx.1982-xx.xx.1986, xx.xx.1986-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1987-xx.xx.1994, xx.xx.2006-xx.xx.2007, xx.xx.2006xx.xx.2017), zərərli peşələrdə iş stajı 12 il 6 aydan çox (xx.xx.1979-xx.xx.1979, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1987, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988xx.xx.1994) 13 il 19 gündür.

27. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtina məktubundan müəyyən olunur ki, xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991 -ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motor-vaqon maşinisti, motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulmuşdur. İddiaçının yalnız xx.xx.1993-cü il tarixinədək işlədiyi motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır.

28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdir.

29. Cavabdeh tərəfindən imtina məktubu ilə əlavə olaraq bildirilmişdir ki, “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir”. Məhkəmə cavabdehin bu mövqeyi ilə də razılaşmır. Belə ki, yuxarıda qeyd edilmiş “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə pensiya hüququnu 2 halda əldə edilməsi göstərilmişdir: birinci hal - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, bu pensiya təminatına imkan vermədikdə isə, ikinci hal- azı 25 il sığorta stajının olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı 28 ildən çoxdur.

30. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 31.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

32. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

33. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

36. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

38. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar