Məhkəmə qərarları › İş №2-1(112)-3780/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3780/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3780/2022 24.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv ediməsi, xidmətə bərpa edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daxili işlər orqanlarından xaric edilməyi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, № Ə617-001-21 saylı “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinin ona aid olan 2-ci bəndinin ləğv edilməsi, həmin tarixdən əvvəlki iş yerinə bərpa olunmağı və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi barədə tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 2007-ci il tarixdən polis orqanlarında işləyir. 2021-ci ilin aprel ayından Xətai RPİ-nin 35-ci Polis Bölməsində polis sahə inspektoru vəzifəsində polis kapitanı rütbəsində xidmət edib. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, № Ə617-001-21 saylı “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinin 2-ci bəndinə əsasən işdən azad olunub. Həmin əmrə əsasən o, Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsaslanıb Daxili işlər orqnlarından xaric edilib. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, № Ə617-001-21 saylı “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrini oma aid olan hissədə qanunsuz hesab edir. Belə ki, mübahisələndirilən əmrin 2-ci bəndində göstərilir ki, Nizami RPİ-nin 23- cü PBnin polis sahə inspektoru vəzifəsində xidmət edərkən “Polis haqqında” Qanunun 3,13, 15 və 29-cu, “DİO əməkdaşlarının etik davranış kodeksi”nun 1, 2, 3, 6, 17, 19, 20 və 22ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-nin xx.xx.2011-ci il tarixli 68 nömrəli qərarrı ilə təsdiq edilmiş Təlimatın 3.2,3.5 və 4.10-cu bəndlərinin tələblərini pozaraq vətəndaş Z.Nəbiyevanın müraciətinin 1 nömrəli kitabda qeydiyyata aldırıb təhqiqat materialına əlavə edilməsinə təşəbbüs göstərmədiyinə, səlahiyyət həddini aşaraq mübahisəli əmlakın sonuncunun adına sənədləşdirilməsinə və vətəndaş N.Qocayevanın evdən çıxarılmasına köməklik göstərəcəyinə vəd verib bunun müqabilində qanunsuz tələblər irəli sürdüyünə, xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Xətai RPİ-nin 35-ci Polis Bölməsində polis sahə inspektoru, polis kapitanı İddiaçı daxili işlər orqnlarında xidmətdən xaric edilsin. Bildirir ki, barəsində daxili təhqiqat aparılarkən qərəzli mövqe tutulmuş, toplanmış materiallardan qəsdən onun əleyhimə istifadə edilmişdir. Digər polis əməkdaşlarının qanunsuz hesab edilmiş fəaliyyətində onun da iştirak etdiyini göstərmişlər. İzahatı alınan şəxsləri bilərəkdən bu istiqamətə yönəltmişlər. Araşdırmada adları keçən şəxslərdən X5 və X2 notarial qaydada təsdiq olunmuş ərizəsində göstərilir ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, Ə617- 001-21 saylı əmri ilə tanış olduqdan sonra aydınlıq gətiririk ki, polis kapitanı İddiaçı barəsində heç bir şikayət və tələbimiz olmadığı təqdirdə daxili işlər orqanlarından xaric edilməsini qanunsuz hesab edirik. Belə ki, bizim şikayətimiz polis mayoru X10 və polis polkovnik- leytenantı X7 barəsində olmuşdur. X21 Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində Devran Əliyevə vermiş olduğumuz 1100 (bir min yüz) manat məbləğində pulun verilməsini şahid qismində göstərilməsi üçün polis kapitanı İddiaçı adını yazmağımızı və pulu guya İddiaçı vasitəsilə müxtəlif vədlər verib Devran Əliyevə verməyimizi bizə həmin idarənin əməkdaşları polis leytenantı Əmrah Həsənzadə və polis polkovniki soyadını bilmədiyim Nizaməddin adlı əməkdaş məcbur edib. Daha sonra onlar Devran Əliyevin pulu almasını inkar edə bilməməsi üçün bizə İddiaçı ilə telefonla danışıq səslərimizi yazıb onlara verməyimizi istədilər. Əmrah Həsənzadə və Nizaməddin adlı əməkdaş bizə bildirdi ki, İddiaçı sizin yerlinizdir və sizə şahid dursun ki, guya onlar müxtəlif vədlər verib və qarşılığnda 1100 manat məbləğində pulu Devran Əliyevə verib. Bildiririk ki, İddiaçı bu işdə heç bir günahı yoxdur. Biz 1100 manat məbləğində pulu şəxsən Devran Əliyevə vermişik və şikayətimiz də onunla bağlıdır. İddiaçı bizə heç bir vəd verməyib və bizdən pul almayıb. Hal-hazırda bizə dəymiş 1100 manat məbləğində maddi ziyan Devran Əliyev tərəfindən ödənilmişdir. İddiaçı barəsində ilkin olaraq da, hal-hazırda da heç bir şikayətimiz və tələbimiz olmamışdır, onun tərəfindən bizə heç bir vəd verilməmiş və tərəfimizdən ona heç bir pul məbləği verilməmişdir. Bu barədə araşdırmanı aparan Əmrah Həsənzadəyə dəfələrlə həm üzbəüz, həm də telefon vasitəsilə məlumat vermişik.” Polis mayoru X10 da eyni məzmunda ərizə yazaraq notariusda təsdiq etmişdir. Araşdırmanın nəticəsi kimi əmrdə qeyd edilən, guya o vətəndaş Z.Nəbiyevanın müraciətini 1 nömrəli kitabda qeydiyyata aldırmamağı da əsassızdır. Belə ki, araşdırılması ona həvalə edilmiş vətəndaş Z.Nəbiyevanın müraciəti ilə əlaqədar onun tərəfimdən araşdırma aparılmış və xidməti otağında kompüterdə raport hazırlayıb Bölmə rəisi Emin Çələbiyevə təqdim edilmişdir. Hər hansı bir qeydiyyatın aparılması artıq bundan sonra onun səlahiyyətinə aid deyildir. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, № Ə617-001-21 saylı “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmri ona aid olan hissədə qanunsuzdur. Bildirir ki, əmrdə daxili işlər orqanlarından xaric edilməsi ilə əlaqədar Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə istinad edilmişdir. Əsasnamənin 135-ci maddəsinə əsasən Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda. Məhkəmənin nəzərinə çatdırır ki, onun tərəfindən polis adına ləkə gətirən hərəkət etməyib. Bunu məhkəməyə təqdim etdiyim ərizələr təsdiq edir. Cavabdeh orqan tərəfindən mənim intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğumu göstərsə də hansı hərəkətlərin kobud pozuntu olduğu əsaslandırılmamışdır.

3. “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2021-ci il tarixli Ə617-001-21 nömrəli əmrdə qeyd edilir ki: Polis mayoru Devran Əliyev əvvəllər elan olunmuş intizam tənbehlərindən nəticə çıxarmamış, xidməti fəaliyyətində və davranışında dönüş yaratmaq əvəzinə intizamsız hərəkətlərini davam etdirmişdir. Belə ki, vətəndaş Nairə Qocayevanın keçmiş əri Elşən Qocayev tərəfindən evinin saxta sənədlər əsasında Zülfiyyə Nəbiyevaya satılması və sonuncunun N.Qocayeva tərəfindən təhqir olunmasına dair qarşılıqlı ərizələri cari ilin mart ayında Nizami RPİ-nin 23-cü Polis Bölməsində müvafiq qaydada qeydiyyata alınaraq icrası sabiq təhqiqatçı, hazırda Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən Devran Əliyevə həvalə olunmuşdur. Eyni zamanda vətəndaş Elşən Qocayevdən 22.000 manata aldığı evin ona məxsus olduğunu bildirərək Nairə Qocayevə tərəfindən təhqir edilməsi, eləcə də E.Qocayevin pulunu mənimsəməsi barədə X3 xx.xx.2021-ci il tarixli müraciəti Nizami RPİ-nin 23-cü PB-də “ESD-nin vətəndaşların müraciətlərinin qeydiyyatı bölməsi"ndə qeydiyyata alınaraq icrası sabiq polis sahə inspektoru, hazırda Xətai RPİ-nin 35-ci Polis Bölməsində eyni vəzifədə xidmət edən İddiaçı həvalə edilmişdir. Polis kapitanı İddiaçı vətəndaş Z.Nəbiyevanın müraciətinin 1 nömrəli kitabda qeydiyyata aldınb təhqiqat materialına əlavə olunmasını təmin etmək əvəzinə səlahiyyət həddini aşaraq sözügedən əmlakın sonuncunun adına sənədləşdirilməsinə və vətəndaş Nairə Qocayevanın evdən çıxanlmasına köməklik göstərəcəyini vəd verib bunun müqabilində ona və əri Sahib Nəbiyevə qarşı qanunsuz tələblər irəli sürmüşdür. Həmin ərəfədə xidmət yerini dəyişdiyinə görə məsələnin yoluna qoyulması üçün onları həmkarı Devran Əliyevə yönləndirmişdir. Vətəndaş Z.Nəbiyevanın müraciəti üzrə araşdırmanı davam etdirmiş PB-nin polis sahə rəisi Lətif Əliyev topladığı materialı əsassız olaraq xx.xx.2021-ci il tarixli arayışla işə aldırmışdır. Polis mayoru D.Əliyev həmkarı İddiaçı iştirakı ilə cari ilin mart ayında vətəndaş Zülfiyyə və Sahib Nəbiyevlərlə eyni mövzuda danışıqları davam etdirmiş, səthi araşdırma aparıb zəruri prosessual hərəkətləri keçirmədən topladığı material üzrə xx.xx.2021-ci il tarixdə CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd qəran qəbul etmiş və surətini qanunla müəyyən olunmuş müddətdən 90 gün gec vətəndaşa və prokurora göndərmişdir. Hazırda həmin qərarın əsaslılığı rayon prokurorluğu tərəfindən yoxlanılır. Polis mayoru D.Əliyev cari ilin aprel ayında S.Nəbiyevdən əvvəl 1000 manat, daha sonra isə 400 ABŞ dolları borc alsa da üzərinə götürdüyü öhdəliyi razılaşdırılmış şərtlərə uyğun icra etməməklə barəsində haqlı şikayətlərə zəmin yaratmış, həmçinin borcunu qaytaracağına inandırmaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə AZ 36753 nömrəli xidməti vəsiqəsini girov qoymuşdur. Bununla yanaşı Devran Əliyevin şəxsi marağı müqabilində xx.xx.2021-ci il tarixdə vətəndaş Roza Abasovanın övladının həqiqi hərbi xidmətə çağırışdan möhlət alması ilə bağlı icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürməsi, eləcə də cari ilin iyul ayında vətəndaş Rəfail Abbasovdan borc aldığı 2000 manatı qaytarmaması həmin şəxslərin haqlı narazılığına səbəb olmuşdur. Müvafiq araşdırma zamanı əməliyyat müvəkkili D.Əliyevin xidməti fəaliyyətinin də qeyri-qənaətbəxş olması müəyyən edilmişdir. Belə ki, o, əlaqəsinə məxfi əməkdaş cəlb etməmiş, əməliyyat qeydiyyat işləri açmamış, keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı müvafiq tədbirlərin görülməsinə təşəbbüs göstərməmişdir. Sonuncu xx.xx.2021-ci il tarixdən hazıradək özünü funksional vəzifələrinin icrasından kənarlaşdıraraq üzrlü səbəb olmadan xidmətə çıxmamış, eləcə də ölkə hüdudlarını özbaşına tərk edərək 14 gün müddətinə Türkiyə Respublikasına getmişdir. Binəqədi RPl-nin 43-cü PB-nin rəisi Nəriman Bayramov və Nizami RPİ-nin 23-cü PB-nin rəisi Emin Çələbiyev tabelikdəki əməkdaşlar tərəfindən qanunçuluğa və nizamintizam qaydalarına ciddi riayət olunmasına nəzarəti zəiflətmişdir. Həmçinin E.Çələbiyev “İnstagram’’ sosial şəbəkəsində “emin_99_909" və “gg_mm_12367" adları ilə qeydiyyatdan keçib vətəndaş Nairə Qocayevanı himayə etməsi barədə Zülfiyyə Nəbiyevanın müraciətinin “bakufakt.az" internet portalında dərc olunması ilə əlaqədar həmin sosial şəbəkə vasitəsilə lüzumsuz müzakirə aparıb sonuncunun ünvanına nalayiq ifadə işlətmişdir. Qeyd edilənlərə əsasən, bir sıra polis əməkdaşı ilə yanaşı, həmin əmrin 2-ci bəndinə əsasən, Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru vəzifəsində xidmət edərkən “Polis haqqında" Qanunun 3, 13, 15 və 29-cu, “DİO əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 3, 6, 17, 19, 20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in xx.xx.2011-ci il tarixli 680 nömrəli qəran ilə təsdiq edilmiş Təlimatın 3.2, 3.5 və 4.10-cu bəndlərinin tələblərini pozaraq vətəndaş Z.Nəbiyevanın müraciətinin 1 nömrəli kitabda qeydiyyata aldınb təhqiqat materialına əlavə edilməsinə təşəbbüs göstərmədiyinə, səlahiyyət həddini aşaraq mübahisəli əmlakın sonuncunun adına sənədləşdirilməsinə və vətəndaş N.Qocayevanın evdən çıxarılmasına köməklik göstərəcəyinə vəd verib bunun müqabilində qanunsuz tələblər irəli sürdüyünə, xidməti təhqiqat prosesində qeyrisəmimilik göstərdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Xətai RPİ-nin 35-ci PB-nin polis sahə inspektoru, polis kapitanı İddiaçı Bakı şəhər BPİ-nin xx.xx.2020-ci il tarixli Ə479-039-20, Nizami RPİ-nin xx.xx.2021-ci il tarixli Ə93-087-21 və Bakı şəhər BPİ-nin xx.xx.2021-ci il tarixli Ə135-039-21 nömrəli əmrləri ilə elan olunmuş “töhmət", "şiddətli töhmət” və "tutduğu vəzifədən azad edilsin" intizam tənbehləri nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi əmr edilmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ünvanladığı ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il Ə617-001-21 saylı əmri ilə tanış olduqdan sonra aydınlıq gətirir ki, polis kapitanı İddiaçı barəsində heç bir şikayət və tələbi olmadığı təqdirdə daxili işlər orqanlarından xaric edilməsini qanunsuz hesab edir. Belə ki, onun şikayəti polis mayoru X10 və polis polkovnik-leytenantı X8 barəsində olmuşdur. X21 Nazirliyinin Daxili Təhqiqatlar idarəsində Devran Əliyevə vermiş olduğu 1100 (bir min bir yüz) manat məbləğində pulun verilməsini şahid qismində göstərilməsi üçün polis kapitanı İddiaçı adını yazmağı və pulu guya İddiaçı vasitəsilə müxtəlif vədlər verib Devran Əliyevə verməyini ona həmin idarənin əməkdaşları polis leytenantı Əmrah Həsənzadə və polis polkovniki soyadını bilmədiyi Nizaməddin adlı əməkdaş məcbur edib. Daha sonra onlar Devran Əliyevin pulu almasını inkar edə bilməməsi üçün ona İddiaçı ilə telefonla danışıq səslərini yazıb onlara verməyini istədilər. Əmrah Həsənzadə və Nizaməddin adlı əməkdaş ona bildirdi ki, İddiaçı onun yerlisidir və ona şahid dursun ki, guya onlar müxtəlif vədlər verib və qarşılığında 1100 (bir min bir yüz) manat məbləğində pulu Devran Əliyevə verib. Bildirir ki, İddiaçı bu işdə heç bir günahı yoxdur. O, 1100 (bir min bir yüz) manat məbləğində pulu şəxsən Devran Əliyevə verib və şikayəti də onunla bağlıdır. İddiaçı ona heç bir vəd verməyib və ondan pul almayıb. Hal-hazırda ona dəymiş 1100 (bir min bir yüz) manat məbləğində maddi ziyan Devran Əliyev tərəfindən ödənilmişdir. Bildirir ki, İddiaçı barəsində ilkin olaraq da, hal-hazırda da heç bir şikayət və tələbi olmayıb, onun tərəfindən heç bir vəd verilməmiş və ona heç bir pul məbləği verilməmişdir. Bu bərədə araşdırmanı aparan Əmrah Həsənzadəyə dəfələrlə həm üzbəüz, həm də telefon vasitəsilə məlumat verib.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Zülfiyyə Nazim qızı ilə eyni məzmunlu ifadə verdi.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, o, 23-cü polis bölməsində baş təhqiqatçı olun. İddiaçıla eyni bölmədə işləyib, İddiaçı materialların təhvil verilməsi ilə bağlı onun kompütərində işləyirdi, o, icraatında olan işlər üzrə raportlar yazırdı.

7. Məhkəmənin sorğusuna cavab olaraq İddiaçı barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəyin iddiaçıya aid hissəsində qeyd edilir ki: ...vətəndaş Nairə Qocayevanın keçmiş əri Elşən Qocayev tərəfindən evinin saxta sənədlər əsasında Zülfiyyə Nəbiyevaya satılması və sonuncunun N.Qocayeva tərəfindən təhqir olunmasına dair qarşılıqlı ərizələri cari ilin mart ayının 9-u və 10-da Nizami RPİ-nin 23-cü Polis Bölməsində müvafiq qaydada qeydiyyata alınaraq icrası sabiq təhqiqatçı, hazırda Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən Devran Əliyevə həvalə olunmuşdur. Eyni zamanda vətəndaş Elşən Qocayevdən 22.000 manata aldığı evin ona məxsus olduğunu bildirərək Nairə Qocayeva tərəfindən təhqir edilməsi, eləcə də E.Qocayevin pulunu mənimsəməsi barədə X3 xx.xx.2021-ci il tarixli müraciəti Nizami RPİ-nin 23-cü PB-də "ESD-nin vətəndaşların müraciətlərinin qeydiyyatı bölməsi’’ndə qeydiyyata alınaraq icrası sabiq polis sahə inspektoru, hazırda Xətai RPİ-nin 35-ci Polis Bölməsində eyni vəzifədə xidmət edən İddiaçı həvalə edilmişdir. Polis kapitanı İddiaçı vətəndaş Z.Nəbiyevanın müraciətinin 1 nömrəli kitabda qeydiyyata aldırıb təhqiqat materialına əlavə olunmasını təmin etmək əvəzinə səlahiyyət həddini aşaraq sözügedən əmlakın sonuncunun adına sənədləşdirilməsinə və vətəndaş Nairə Qocayevanın evdən çıxarılmasına köməklik göstərəcəyini vəd verib bunun müqabilində ona və əri Sahib Nəbiyevə qarşı qanunsuz tələblər irəli sürmüşdür. Həmin ərəfədə xidmət yerini dəyişdiyinə görə məsələnin yoluna qoyulması üçün onları həmkarı Devran Əliyevə yönləndirmişdir. Vətəndaş Z.Nəbiyevanın müraciəti üzrə araşdırmanı davam etdirmiş PB-nin polis sahə rəisi Lətif Əliyev topladığı materialı əsassız olaraq xx.xx.2021-ci il tarixli arayışla işə aldırmışdır. Polis mayoru D.Əliyev həmkarı İddiaçı iştirakı ilə 2021-ci ilin mart ayında vətəndaş Zülfiyyə və Sahib Nəbiyevlərlə eyni mövzuda danışıqları davam etdirmiş, səthi araşdırma aparıb zəruri prosessual hərəkətləri keçirmədən topladığı material üzrə xx.xx.2021-ci il tarixdə CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd qərarı qəbul etmiş və surətini qanunla müəyyən olunmuş müddətdən 90 gün gec vətəndaşa və prokurora göndərmişdir. Hazırda həmin qərarın əsaslılığı rayon prokurorluğu tərəfindən yoxlanılır... ... Xidməti təhqiqat zamanı vətəndaş Zülfiyyə Nəbiyeva izahatında həyat yoldaşı Sahib Nəbiyevin xx.xx.2021-ci il tarixdə vətəndaş X14 rayonu N.Abdullayev küçəsində yerləşən sonuncuya məxsus 2 otaqlı fərdi yaşayış evini 22.000 manata qeyri-rəsmi razılaşma yolu ilə aldığını, təhvil-təslim zamanı vətəndaş E.Qocayevin evin qaz, su, işıq ödənişlərinin onun adına etibarnamə ilə verdiyini, xx.xx.2021-ci il tarixdə sonuncunun keçmiş həyat yoldaşı Nairə Qocayeva evin satıldığını öyrəndikdə aralarında sözlə mübahisə yarandığını, DİN-in «102» Xidmətinə N.Qocayevanın barəsində şikayət etdiyini, xx.xx.2021-ci il tarixdə Nizami RPİ 23-cü PB-yə dəvət olunduğunu, araşdırmanın polis sahə inspektoru İddiaçı həvalə edildiyini, sonuncunun ona köməklik göstərəcəyini vəd verib bunun müqabilində 500 manat istədiyini, həyat yoldaşı S.Nəbiyevlə polis sahə məntəqəsində həmin məbləği polis kapitanı İddiaçı verdiklərini, sonuncunun onlarla birlikdə Nizami Rayon Bələdiyyəsinə gedib Elməddin Şükürov adlı əməkdaşdan sənədlərin onların adına çıxarılmasını xahiş etdiyini, bunun müqabilində onun 200 manat istədiyini, həyat yoldaşı S.Nəbiyevin üzərindəki 100 manatı orada, qalan hissəsini sənədləri götürəndə ödəməyə razılaşdıqlarını, bütün danışıqların polis kapitanı İddiaçı tərəfindən aparıldığını, vətəndaş N.Qocayevanı evdən çıxarmaq müqabilində rəisə də hörmət etmək lazım olduğunu bildirərək xx.xx.2021-ci il tarixdə İddiaçı həyat yoldaşı S.Nəbiyevdən 2.000 manat tələb etdiyini və bununla bağlı tez-tez onlarla əlaqə saxladığını, xx.xx.2021-ci il tarixdə həyat yoldaşının telefonla polis sahə inspektoru İddiaçı pulu hazırladığını bildirdiyini, həyat yoldaşı S.Nəbiyevin polis sahə məntəqəsinə gedib 500 manat düzəltdiyini dedikdə polis kapitanı İddiaçı etiraz etdiyini, lakin sonra razılaşaraq həmin məbləği götürdüyünü, xx.xx.2021-ci il tarixdə ondan N.Qocayevanı evdən çıxarmağı tələb etdikdə İddiaçı Novruz bayramından sonra edəcəyinə söz verdiyini, xx.xx.2021-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Nizami Rayon Bələdiyyəsinə gedərək Elməddinə qalan 100 manatı verib ev üçün layihəni götürdüklərini, polis sahə inspektoru İddiaçı onlardan hesabat cədvəli üçün əlavə 100 manat aldığını və həmin gün axşam onları polis sahə məntəqəsinə dəvət etdiyini, 23-cü PB-nin təhqiqatçısı Devran Əliyevin orada olduğunu, İddiaçı iş yerini 34-cü PB-yə dəyişdirdiyini bildirərək onlardan aldığı 1.100 manatın 700 manatını orada təhqiqatçı D.Əliyevə verdiyini, qalan 400 manatı da sonra verəcəyini və vətəndaş N.Qocayevanı sonuncunun evdən çıxaracağını dediyini, D.Əliyevin xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul etməsindən məlumatsız olduğunu, xx.xx.2021-ci il tarixdə sonuncunun həyat yoldaşı S.Nəbiyevi 23-cü polis bölməsinə çağıraraq 2.000 manat 10%-lə pul istədiyini, lakin 1.000 manat düzəldib ona verdiklərini, D.Əliyevin xidməti və şəxsiyyət vəsiqələrinin surətinin arxa hissəsində pulu alınması ilə bağlı qəbz yazaraq imzaladığını, bir müddət sonra yenidən əlavə 400 ABŞ dolları borc istədiyini, xx.xx.2021-ci il tarixdə həmin məbləği qəbzə əlavə imza etdirməklə ona verdiklərini, həmçinin 2021-ci ilin aprel ayında guya onların aldıqları evdən vətəndaş N.Qocayevaya məxsus 4.000 ABŞ dolları və qızıl-zinət əşyalarını oğurlamaları barədə sonuncunun «102» Xidmətinə şikayət etdiyini, müraciətin icrasının 23-cü PB-nin təhqiqatçısı Fuad Qazıyevə həvalə olunduğunu, eləcə də D.Əliyevlə əlaqə saxlayan zaman onun iş yerini DYP-yə dəyişdirdiyini dediyini, sonuncu qaytarmalı olduğu 1.000 manat və 400 ABŞ dollarına görə faiz olaraq həyat yoldaşı S.Nəbiyevin kartına 100 manat yüklədiyini, 70 manatı isə taksi ilə göndərdiyini, özünə məxsus torpaq sahəsini satdıqdan sonra pulun qalan hissəsini qaytaracağını bildirib D.Əliyevin xidməti vəsiqəsini girov kimi həyat yoldaşına verdiyini, davamlı tələb etdikdən sonra D.Əliyevin 300 manat pul ödədiyini, xx.xx.2021-ci il tarixdə telefon əlaqəsi saxlayarkən sonuncunun bankdan pul götürüb borcunu qaytaracağını söylədiyini, xx.xx.2021-ci il tarixdə həyat yoldaşı S.Nəbiyevlə birlikdə 43-cü PB-nin rəis müavini Xəqani Behbudovun xidməti otağında izahat yazdıqlarını və D.Əliyevin xidməti vəsiqəsini ona təqdim etdiklərini, sonuncunun ümumilikdə 3.300 manat borcunun qaldığını, polis sahə inspektoru İddiaçı ilə D.Əliyevə verilən pulla bağlı telefon danışığının səsyazısının olduğunu, xx.xx.2021-ci il tarixdə “Bakufakt.az” xəbər saytının əməkdaşları tərəfindən çəkiliş aparılaraq “İnstagram” səhifəsində paylaşıldığını, Nizami RPİ-nin 23-cü PB-nin rəisi Emin Çələbiyevin həmin paylaşıma "emin_99_909" istifadəçi adı ilə rəy bildirdiyini və “Bakufakt.az" xəbər saytının “İnstagram” səhifəsinin rəhbəri ilə çat bölümündə mesajlaşarkən onun barəsində təhqiramiz ifadələr işlətdiyini, bununla bağlı E.Çələbiyevə zəng edərkən sonuncunun bundan məlumatsız olduğunu bildirdiyini, barəsində şikayət edəcəyini dedikdən sonra həmin paylaşımı sosial şəbəkədən sildiyini, sözügedən təhqirlərin ekran şəklini çəkərək özündə saxladığını bildirmişdir. X3 göstərdiklərini həyat yoldaşı Sahib Nəbiyev də təsdiqləmişdir... ...Xətai RPİ 35-ci PB-nin polis sahə inspektoru İddiaçı izahatında Nizami RPİ-nin 23-cü PB-də eyni vəzifədə xidmət edərkən xx.xx.2021-ci il tarixdə növbədə olan zaman məsul növbətçinin göstərişi ilə hadisə yerinə getdiyini, orada vətəndaşlar Zülfiyyə və Sahib Nəbiyevlərlə tanış olduğunu və araşdırmanın ona həvalə edildiyini, Z.Nəbiyevanın izahatında onun haqqında göstərdiklərinin yanlış olduğunu, sonuncudan pul tələb etmədiyini və almadığını, köməklik edəcəyi ilə bağlı vəd vermədiyini, Z.Nəbiyevanın evinin sənədlərinin hazırlanmasında bələdiyyə işçisi E.Şükürovdan xahiş etmədiyini, Nizami Rayon Bələdiyyəsinin sədrinin adından hər hansı məbləğdə pul istəmədiyini, polis mayoru D.Əliyevə pul vermədiyini, vətəndaş S.Nəbiyevlə telefonda bu barədə danışıq aparmadığını, həmin səsin ona məxsus olmadığını göstərmişdir... ... Beləliklə, aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Devran Əliyev əvvəllər elan olunmuş intizam tənbehlərindən nəticə çıxarmamış, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı vəzifəsində xidmət edərkən həmkarı İddiaçı qanunsuz hərəkətlərinin qarşısını almaq əvəzinə sonuncunun iştirakı ilə vətəndaş Zülfiyyə və Sahib Nəbiyevlərin şikayətlərinin müsbət həlli müqabilində onlarla şəxsi marağından irəli gələn mövzuda danışıqlar aparmış, səthi araşdırma aparıb zəruri prosessual hərəkətlər keçirilmədən topladığı material üzrə cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul etmiş və surətini vətəndaşa və prokurora qanunla müəyyən olunmuş müddətdən gec göndərmiş, ayrı-ayrı şəxslərdən borc aldığı pulla bağlı üzərinə götürdüyü öhdəliyi razılaşdırılmış şərtlərə uyğun icra etməməklə onların şikayətinə zəmin yaratmış, borcunu qaytaracağına inandırmaq məqsədi ilə xidməti vəsiqəsini girov qoymuş... Xətai RPİ-nin 35-ci PB-nin polis sahə inspektoru, polis kapitanı İddiaçı Nizami RPİnin 23-cü PB-nin polis sahə inspektoru vəzifəsində xidmət edərkən vətəndaş Z.Nəbiyevanın müraciətinin 1 nömrəli kitabda qeydiyyata aldırıb təhqiqat materialına əlavə edilməsinə təşəbbüs göstərməmiş, səlahiyyət həddini aşaraq mübahisəli əmlakın sonuncunun adına sənədləşdirilməsinə və vətəndaş N.Qocayevanın evdən çıxarılmasına köməklik göstərəcəyinə vəd verib bunun müqabilində qanunsuz tələblər irəli sürmüşdür...

8. Nizami RPİ 23-cü PB-nin polis sahə inspektoru kimi İddiaçı əvvəllər Bakı şəhər BPİ-nin rəisinin xx.xx.2020-ci il tarixli Ə475-039-20 nömrəli əmri ilə töhmət, Nizami RPİ-nin xx.xx.2021-ci il tarixli Ə93-087-21 nömrəli əmri ilə şiddətli töhmət elan olunmuş, Bakı şəhər BPİ-nin xx.xx.2021-ci il tarixli Ə135-039-21 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən iddiaçı və vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən cavabdehin nümayəndəsi əmrin məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. İddia mübahisələndirmə növündə iddiadır. Xətai RPİ tərəfindən tərtib olunmuş arayışa əsasən, əmr xx.xx.2021-ci il tarixdə iddiaçıya elan edilmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir (xx.xx.2021-ci il tarixi qeyri-iş gününə təsadüf edir).

12. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

13. “Bir qrup polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2021-ci il tarixli Ə617-001-21 nömrəli əmrin 2-ci bəndinə əsasən, Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru vəzifəsində xidmət edərkən “Polis haqqında" Qanunun 3, 13, 15 və 29-cu, “DİO əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 3, 6, 17, 19, 20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in xx.xx.2011-ci il tarixli 680 nömrəli qəran ilə təsdiq edilmiş Təlimatın 3.2, 3.5 və 4.10-cu bəndlərinin tələblərini pozaraq vətəndaş Z.Nəbiyevanın müraciətinin 1 nömrəli kitabda qeydiyyata aldınb təhqiqat materialına əlavə edilməsinə təşəbbüs göstərmədiyinə, səlahiyyət həddini aşaraq mübahisəli əmlakın sonuncunun adına sənədləşdirilməsinə və vətəndaş N.Qocayevanın evdən çıxarılmasına köməklik göstərəcəyinə vəd verib bunun müqabilində qanunsuz tələblər irəli sürdüyünə, xidməti təhqiqat prosesində qeyrisəmimilik göstərdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Xətai RPİ-nin 35-ci PB-nin polis sahə inspektoru, polis kapitanı İddiaçı Bakı şəhər BPİ-nin xx.xx.2020-ci il tarixli Ə479-039-20, Nizami RPİ-nin xx.xx.2021-ci il tarixli Ə93-087-21 və Bakı şəhər BPİ-nin xx.xx.2021-ci il tarixli Ə135-039-21 nömrəli əmrləri ilə elan olunmuş “töhmət", "şiddətli töhmət” və "tutduğu vəzifədən azad edilsin" intizam tənbehləri nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi əmr edilmişdir.

14. Məhkəmənin sorğusuna cavab olaraq əmrin verilməsi üçün əsas olmuş X18 xx.xx.2011ci il tarixli 680 nömrəli qərarı ilə təsdiq edilmiş “Törədilmiş və ya hazirlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat” məhkəmə təqdim edilmişdir.

15. X18 xx.xx.2011-ci il tarixli 680 nömrəli qərarı ilə təsdiq edilmiş “Törədilmiş və ya hazirlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”dan: 2.3.Cinayət barədə ərizə fiziki şəxs tərəfindən növbətçi hissəyə və ya müstəntiqə, təhqiqatçıya, yaxud təhqiqat orqanının digər əməkdaşına bilavasitə təqdim edildikdə və ya şifahi məlumatın qəbul edilməsi barədə protokol tərtib olunduqda müvafiq müraciət (protokol) növbətçi hissədə dərhal qeydiyyata almır və şəxsə məlumatın qəbul edilməsini təsdiqləyən qəbz verilir. 2.10.Polis əməkdaşı xidməti ərazidə və ya onun hüdudlarından kənarda cinayət və hadisələr barədə verilən məlumatları qəbul etməli, aidiyyəti ərazi polis orqanına ötürməli və dərhal xidmət etdiyi orqanın rəisinə məruzə etməlidir. 3.2.Müvafiq yoxlama ilə 2 nömrəli kitabda qeydə alınmış məlumatın cinayət xarakterli olması müəyyən edildikdə zəruri qeydiyyat aparılmaqla 1 nömrəli kitaba köçürülür. 3.5.Bu Təlimatın 1.3.3-cü bəndində göstərilən qaydada daxil olmuş, habelə 2 nömrəli kitabda qeydə alınmış və araşdırılması DİN-in səlahiyyətinə aid olmayan cinayətlər barədə məlumatlar 1 nömrəli kitabda qeydə alınaraq istintaq aidiyyəti üzrə dərhal müvafiq dövlət orqanına (prokurorluq, Fövqəladə Hallar, Ədliyyə, Müdafiə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətləri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) göndərilir. 4.10. Məlumatı 2 nömrəli kitabda imza etməklə qəbul etmiş təhqiqat orqanının əməkdaşı araşdırma zamanı onun cinayət xarakterli olmasını müəyyən etdikdə təxirəsalınmadan raportla rəisə məruzə edir. Həmin məlumat 1 nömrəli kitabda qeydə alınaraq 24 saatdan gec olmayaraq aidiyyəti üzrə istintaq və ya təhqiqat qurumuna göndərilir.

16. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədən:

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda;

17. Beləliklə, polis əməkdaşı kimi iddiaçı tərəfindən X18 xx.xx.2011-ci il tarixli 680 nömrəli qərarı ilə təsdiq edilmiş “Törədilmiş və ya hazirlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”ın istinad olunan bəndlərinin (Təlimatın 3.2., 3.5 və 4.10-cu bəndləri) pozulması xidməti araşdırma zamanı müəyyən edilmiş (şikayət üzrə daxil olmuş məlumatın zəruri qeydiyyat aparılmaqla 1 nömrəli kitaba köçürülməsini və bundan irəli gələn vəzifələrin icrasının təmin edilməməsi), nəzərə alınmışdır ki, əvvəllər intizam məsuliyyətinə cəlb edildikdən sonra iddiaçı xidmət və icra intizamını il ərzində yenidən pozmuşdur (Nizami RPİ 23-cü PB-nin polis sahə inspektoru kimi İddiaçı əvvəllər Bakı şəhər BPİ-nin rəisinin xx.xx.2020-ci il tarixli Ə475-039-20 nömrəli əmri ilə töhmət, Nizami RPİ-nin xx.xx.2021ci il tarixli Ə93-087-21 nömrəli əmri ilə şiddətli töhmət elan olunmuş, Bakı şəhər BPİ-nin xx.xx.2021-ci il tarixli Ə135-039-21 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir). Əvvəllər də iddiaçıya elan edilmiş intizam tənbeh tədbirləri həm də Təlimatın tələblərinin pozulması ilə əlaqədar olmuşdur.

18. Şahid qismində dindirilmiş şahidlərin ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, həmin ifadələr əmrin verilməsi üçün əsas olan Təlimatın müvafiq bəndlərinin iddiaçı tərəfindən qeyd edilən pozuntusunu (şikayət üzrə daxil olmuş cinayət xarakterli məlumatın zəruri qeydiyyat aparılmaqla 1 nömrəli kitaba köçürülməsini və bundan irəli gələn vəzifələrin icrasının təmin edilməməsi) istisna etmir və iddiaçının daxili işlər orqanlarından xidmətdən xaric edilməsi ondan şikayətin verilməsi ilə əlaqədar olmamışdır.

19. Eyni zamanda xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, polis kapitanı İddiaçı vətəndaş Z.Nəbiyevanın müraciətinin 1 nömrəli kitabda qeydiyyata aldırıb təhqiqat materialına əlavə olunmasını təmin etmək əvəzinə həmin ərəfədə xidmət yerini dəyişdiyinə görə məsələnin yoluna qoyulması üçün onları həmkarı Devran Əliyevə yönləndirmiş, polis mayoru D.Əliyev həmkarı İddiaçı iştirakı ilə cari ilin mart ayında vətəndaş Zülfiyyə və Sahib Nəbiyevlərlə eyni mövzuda danışıqları davam etdirmişdir. Qeyd edilən hal məhkəmə araşdırmasının nəticəsində təkzib olunmamışdır.

20. Odur ki, cavabdeh mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

21. Odur ki, məhkəmə mübahisələndirilən əmrin qanuna zidd olduğu və ya həmin əmr verilərkən inzibati icraatın həmin əmrə təsir edən şəkildə pozulduğu halları müəyyən etmir.

22. İPM-dən:

68. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar