Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3781/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “kompensasiya tələb edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı gömrük orqanının qanunsuz əməlləri nəticəsində şirkətə vurulmuş 2.540 USD cərimə məbləği, 5647 USD məbləğində əldən çıxmış fayda və 3398,4 AZN borc məbləği olmaqla, ümumillikdə 8187 USD və 3398,4 AZN məbləğində zərərin əvəzinin iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, şirkət tərəfindən İK0202202 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə ölkəyə idxal edilmiş, ümumi çəkisi 23.726,00 kq olan “Bristol” markalı qida kartonu yükü Türkiyə Respublikasının “X5 X8.Ticaret Anonim” şirkətindən invoys sənədi əsasında 29.586,32 ABŞ dolları məbləğində ödəniş həyata keçirilməklə satın alınmışdır. 06 iyun 2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsi tərəfindən şirkət barəsində 00100-1116/22 №li İnzibati xəta haqqında protokol tərtib edilmişdir və Bakı şəhəri Səbail Rayon Məhkəməsinə bununla bağlı müraciət edilərək şirkət barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz məktubu ilə müraciət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında № 3(009)-998/2022 qərar çıxarmışdır. Məhkəmədə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli olduğu qənaətinə gələrək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/0xx-xx/002381 nömrəli məktubla müraciət etmişdir. Aparılan tətqiqatlardan sonra, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş 9/2879 nömrəli ekspert rəyinə əsasən gömrük orqanına təqdim edilən bəyannamələrdə aşkar edilən ziddiyyətlər (texniki yalnışlıqlar) gömrük ödənişlərinin məbləğinə təsir etmir və gömrük ödənişlərinin məbləği dəyişmir. Beləliklə, ekspert rəyi də iddiaçının inzibati xəta olmadığının sübutu qismində çıxış edir. Bakı Baş Gömrük İdarəsinin müvafiq məhkəmənin qərarı ilə razı olmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 3(103)-1976/2022 qərarı ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətin təmin edilməməsi, İddiaçı MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3cü maddəsi ilə başlanılmış icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “X5 X8.Ticaret Anonim” şirkətindən iddiaçının satın aldığı məhsulların müvafiq gömrük orqanı tərəfindən verdiyi **********1736 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin təsdiqlənməməsi, əsassız olaraq barəsində inzibati xəta protokolunun tərtib edilməsi və bununla bağlı gedən məhkəmə prosesləri ilə əlaqədar məhsulların müvafiq daşıma şirkətinin nəqliyyat vasitələrində saxlanılmış və mallar vaxtında boşaldılmamışdır. Nəticədə məhsulların daşınmasını həyata keçirən VTL Taşımacılık Gıda TEKS.YED. PAR.DİŞ TİC.LTD Şirkəti tərəfindən, məhsulların vaxtında boşaldılmaması və nəqliyyat vasitələrinin gözləməsi səbəbilə şirkətiə qarşı xx.xx.2022-ci il tarixli invoys sənədi əsasında 2.540 USD (iki min beş yüz qırx ABŞ Dolları) məbləğində cərimə tətbiq edilmişdir. Ölkəyə idxal edilən mallarla bağlı "xxxx" MMC tərəfindən verilmiş 37642 AZN məbləğində sifariş əsasında 01/0322 №li xx.xx.2022-ci il tarixli hesab-faktura imzalanmışdır. Lakin malların gömrük sərhədindən buraxılmasının gecikdirildiyinə görə "xxxx" MMC tərəfindən verilmiş sifarişlər gecikmiş və nəticədə “MULTİ PRİNT" MMC xx.xx.2022-ci il tarixli əmr ilə sifarişləri ləğv etmişdir. Bu səbəbdən malların satıla bilməməsi ilə bərabər, şirkət 5647 USD (beş min dörd yüz qırx yeddi ABŞ dolları) məbləğində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Malların gömrük buraxılışının gecikməsi üzündən malların anbarda saxlanılması zərurəti yaranmış, bu səbəbdən "xxxx" MMC-nin xidmətindən istifadə edilmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya təqdim olunmuş 121367 №li xx.xx.2022-ci il tarixli və 035078 №li xx.xx.2022-ci il tarixli elektron qaimələrə əsasən, "xxxx" MMC-yə, müvafiq olaraq, 3098,68 AZN və 299,72 AZN olmaqla, ümumilikdə 3398,4 AZN (üç min üç yüz doxsan səkkiz manat qırx qəpik) borc yaranmışdır. Həmin borc "xxxx" MMC-yə ödənilmişdir. Bu borc şirkətin deyil, gömrük orqanının qanunsuz və əsassız əməli nəticəsində meydana çıxmışdır. Kompensasiya tələbi ilə bağlı müvafiq gömrük orqanına 25 avqust 2022-ci il tarixli, 2508/22 №li ərizə ilə müraciət edilmişdir. Gömrük orqanının xx.xx.2022-ci il tarixli, 1400- 012/0xx-xx/006475 №li cavab məktubunda bildirilmişdir ki, gömrük orqanı tərəfindən aparılan araşdırma müəyyən vaxt tələb etdiyi üçün malların buraxılışının gecikməsi bildirilmişdir. Lakin nəzərə almaq lazımdır ki, müvafiq gecikmə iddiaçının təqsiri üzündən deyil, gömrük orqanının əsassız şübhələrinə və şirkətin inzibati xəta törətmədiyi halda, törədildiyi fərz edilərək işin heç bir lüzum olmadan uzadıldığına və gömrük orqanı tərəfindən pozuntu hesab edilən halla bağlı prosessual tədbirlərin başladıldığına görə baş vermişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cаvаbdеh İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiаyа dаir təqdim edilmiş etirazında göstərmişdir ki, iddiaçı 2.540 USD cərimə məbləği, 5647 USD məbləğində əldən çıxmış fayda və 3398,4 AZN borc məbləği olmaqla, ümumilikdə 8187 USD və 3398,4 AZN məbləğində zərərin vurulduğunu qeyd etsə də bunu sübut edəcək konkret faktlar yoxdur. Həmçinin, iddia ərizəsində cavabdehin hansı hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə məlumat verilmir. Eyni zamanda iddia ərizəsində işin halları ilə bağlı göstərilənlərdən də göründüyü kimi iddiaçının idxal etdiyi malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi cavabdehin deyil, iddiaçının öz təqsiri ucbatından yubanmışdır. İddiaçı tərəfindən malların idxalı zamanı gömrük orqanına təqdim edilmiş qısa idxal bəyannaməsinə əlavə olunmuş invoysda göstərilən qiymət ilə gömrük bəyannaməsinə əlavə olunmuş invoysda göstərilən qiymət arasında fərq olduğu gömrük orqanının əməkdaşı tərəfindən aşkar edilmiş və müvafiq araşdırma aparılmışdır. Həmin invoysların nömrələri, tarixləri və onlarda göstərilən malların ölçüsü, həcmi eyni olduğu halda qısa idxal bəyannaməsinə əlavə olunmuş invoysda malın qiyməti 39.202,85 ABŞ dolları, gömrük bəyannaməsinə əlavə olunmuş invoysda isə malın qiyməti 29.586,32 ABŞ dolları göstərilmişdir. İş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli olduğu və ekspertiza tədqiqatlarının nəticələrinə dair (malların orta bazar qiymətinin müəyyən edilməsi üçün) rəy alınması üçün cavabedh tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/0xx-xx/002381 nömrəli xx.xx.2022-ci il tarixli məktubla müraciət olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş 9/2879 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş, “Bristol” markalı, qutuların hazırlanmasında (yeyinti məhsulları və s. qablaşdırılma üçün) istifadə olunan karton kağızın 1 tonunun xx.xx.2022- ci il tarixə orta bazar qiymətinin 3650,00 manat, 23,726 tonun (23726,00 kq) qiymətinin isə 86600,00 manat olduğu və bu halın gömrük ödənişlərinin məbləğinə təsir etmədiyi müəyyən edilmişdir. Aparılmış araşdırma müəyyən vaxt tələb etdiyi üçün idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçının idxal etdiyi malın müəyyən bir müddət üçün gömrük nəzarəti altında saxlanılması cavabdehin təqsiri ucbatından deyil, öz təqsiri ucbatından baş vermişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüynə dair” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 10 aprel 2005-ci il , 5 nömrəli Qərarına əsasən:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin möcvud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlamasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
6. Qeyd olunmalıdır ki, tərəflər arasında inzibati hüquq münasibətlərindən irəli gələn hazırkı mübahisənin həlli üçün iddiaçının cavabdehə qarşı qaldırdığı iddia -öhdəliyin icrası haqqında iddiadır.
7. Hazırda iddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilib, iddiaçı cavabdehə məhkəməyə qədər müraciət etmiş, imtina məktubu almış, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
8. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır.
10. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır.
İş materiallarında olan sənədlər
İddiaçı tərəfindən məhkəməyə sübut qismində Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 1400-012/0xx-xx/006475 nömrəli məktubu, kompensasiyanın ödənilməsi barədə cavabdeh inzibati orqana təqdim edilmiş 2508/22 nömrəli ərizənin surəti, N 01/0322 nömrəli 25 mart 2022-ci il tarixli hesab-faktura, xx.xx.2022-ci il tarixli, 01/0322 nömrəli hesab-faktura üzrə sifarişin ləğv edilməsi barədə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/22.04 nömrəli əmrin surəti, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli elektron qaimələrin surətləri, xx.xx.2022-ci il tarixli invoice, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhər Səbail rayon Məhkəməsinin 3(009)998/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3(009)998/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarın dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1976/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı təqdim edilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli İK0202202 nömrəli 39.303,85 manata dair və İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli İK0202202 nöçrəli 29.586,33 manata dair invoys sənədləri təqdim edilmişdir.
İİİ. Məhkəmənin mövqeyi
11. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin
- preambulasına əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra - Məcəllə) Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir. - 1.0.1-ci maddəsinə görə bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. - 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. - 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. - 9.0.-ci maddəsinə əsasən, Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: - 9.0.1. gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək; - 9.0.2. bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək; - 9.0.3.gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq; - 9.0.4. şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq; - 9.0.5. dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərini, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarını (şəhadətnamələrini), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişi, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, sağlamlıq sertifikatını, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədləri qanunvericiliyə uyğun olaraq yoxlamaq; - 9.0.6. malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat-axtarış fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək; - 9.0.7. təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; - 9.0.8. cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhqiqat və ibtidai istintaq aparmaq; - 9.0.9. müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı işlər üzrə icraatı aparmaq, bu işlərə baxmaq və inzibati xətalar törətmiş şəxsləri məsuliyyətə cəlb etmək; - 9.0.10. gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri törətmiş, habelə onların törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus olan rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində istifadə etmək; - 9.0.11. müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək; - 9.0.12. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audio yazılarını, video və foto çəkilişlərini aparmaq; - 9.0.13. bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o cümlədən texniki vasitələrdən) və odlu silahdan istifadə etmək; - 9.0.14. öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; - 9.0.15. digər ölkələrin gömrük orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək; - 9.0.16. gömrük rəsmiləşdirilməsinin və nəzarətinin müasir metodlarının və vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq, məsləhətləşmələr aparmaq; - 9.0.17. bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa hüquqlardan istifadə etmək. - 40.2.–ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. - 51-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. - 52.1-ci maddəsinə əsasən gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir. - 82.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir. - 104.1. maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. - 104.2.-ci maddəsinə əsasən, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. - 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. - 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. - 148.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər, 148.2-ci maddəsinə əsasən gömrük bəyannaməsinin təsdiq edilməsi şəxsin üzərinə xüsusi öhdəliklər qoyduğu hallarda, gömrük bəyannaməsi yalnız həmin şəxs tərəfindən və ya onun adından çıxış edən şəxs tərəfindən verilməlidir, 148.3cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri aşağıdakılardır: 148.3.1. malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək; 148.3.2. malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək; 148.3.3. gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək; 148.3.4. gömrük ödənişlərini ödəmək;148.3.5. gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək. - 151.1-ci maddəsinə əsasən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır: -151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını; -151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu; -151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını; -151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu; -151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini. - 157.2-ci maddəsinə əsasən gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir. - 162.1.-ci maddəsinə əsasən, bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. - 162.2.-ci maddəsinə əsasən, gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1100- ci maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qeyd olunmuş qanunvericiliyin normalarından göründüyü kimi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar gömrük nəzarətindən keçməlidir: gömrük sərhədindən malları keçirən şəxs gömrük nəzarəti üçün lazım olan sənədləri və məlumatları yoxlanılması üçün bu orqanlara təqdim edir, gömrük orqanları həmin sənədlərin və məlumatların düzgünlüyünü yoxlayır, araşdırır. Bəyannaməçi, mallar barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin, olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlanıldıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir (Gömrük Məcəlləsinin 162.1 və 162.2 maddələri). İşin faktiki hallarına əsasən, iddiaçı xx.xx.2022-ci il tarixli, İKO202202 nömrəli invoys sənədi ilə Türkiyə Respublikasının “X7 Kagıt San.Ticarət Anonim ”şirkətindən 23726,00 kq olan “Bristol”markalı qida kartonu ölkəyə idxal etmişdir. Həmin mallar ilə bağlı Bakı Baş Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3cü maddəsi (malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi )ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhər Səbail rayon məhkəməsinin qəbul etdiyi qərarı ilə iddiaçı barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan gömrük orqanı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. İddiaçı iddia ərizəsində yuxarıda sadalanan halları göstərərək, cavabdeh tərəfindən ona münasibətdə etdiyi qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. İşin mübahisələndirilməyən haldır ki, iddiaçı tərəfindən malların idxalı zamanı gömrük orqanına eyni mallar üçün eyni tarixli- təqdim etdiyi qısa idxal bəyannaməsinə əlavə olunmuş invoysda və gömrük bəyannaməsinə əlavə olunmuş invoysda qiymətlər fərqli göstərilmişdir. Həmin invoysların nömrələri, tarixləri və onlarda göstərilən malların ölçüsü, həcmi eyni olduğu halda qısa idxal bəyannaməsində 39202,85 ABŞ dolları, gömrük bəyannaməsinə əlavə edilmiş invoysda isə malın qiyməti 29586,32 ABŞ dolları göstərilmişdir. Bu hal gömrük orqanının əməkdaşı tərəfindən aşkar edilmiş və müvafiq araşdırma aparılmış, daha sonra idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci madəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (qanunvericiliyin normalarını pozan) əməlin (hərəkət və ya hərəkətsizliyin)edilməsi halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı idxal etdiyi malların gömrük nəzarəti altında saxlanılması, daha sonra sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi, inzibati xəta haqqında protokolun tərtib edilməsi cavabdehin təqsirli qanunsuz hərəkətləri kimi qiymətləndirilə bilməz.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı gömrük orqanının qanunsuz əməlləri nəticəsində şirkətə vurulmuş 2.540 USD cərimə məbləği, 5647 USD məbləğində əldən çıxmış fayda və 3398,4 AZN borc məbləği olmaqla, ümumillikdə 8187 USD və 3398,4 AZN məbləğində zərərin əvəzinin iddiaçıya ödənilməsi barədə iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,34, 68,69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq,
QƏRАRА АLDİ: İddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа