Məhkəmə qərarları › İş №2-1(112)-3783/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3783/2020

18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3783/2020 18.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri, ünvan 3əhəllə 5057-68 yerləşən 3 saylı evin 55 saylı mənzilində pasport qeydiyyatınnda olan Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdan çıxarılması hərəkətlərinin edilməsini Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 11 sentyabr 2019-cu ildə, 23 may 2019-cu il tarixli, 233 №-li etibarnamə əsasında fəaliyyət göstərən ASC “Xalq” Bankın “20 yanvar” filialın direktoru X5 tərəfindən bağlanmış **********09319/İP saylı alqı-satqı və ipoteka müqaviləsilə Bakı şəhəri, ünvan 3əhəllə 5057-68, 3№-li evinn 1-ci mərtəbəsində yerləşən, 50.22 kv.m ümumi, 29.11 kv.m yaşayış sahəsindən ibarət 2-otaqlİ, 55№-li mənzili satıcılar X2 və Cavabdeh2 Adıl qızından almışdır. Qeyd edilən müqaviləyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 03.10.2019-cu ildə ********** nömrə ilə qeydə alınmış çıxarış almışdır. Hazırda mübahisə predmetini təşkil edən ev iddiaçının mülkiyyətindədir. Yuxarıda qeyd olunan evin sənədləşdirilməsi zamanı, yəni alqı-satqı və ipoteka müqaviləsi bağlanarkən evdə qeydiyyatda olan 1971-ci ildə anadan olmuş X2 və 1998-ci ildə anadan olmuş Cavabdeh1 və 2002-ci ildə anadan olmuş Cavabdeh2 söz vermişdilər ki, tez bir zamanda evdən qeydiyyatdan çıxacaqlar. X1 adı gedən evdən qeydiyyatdan çıxmış, lakin həmin vaxtdan altı aya yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh1 və Cavabdeh2 qeyd edilən mənzildən qeydiyyatdan çıxmamışdırlar. Onların qeydiyyatdan çıxmaları dəfələrlə tələb edilsədə, həmin şəxslər iddiaçının mülkiyyətində olan evdən qeydiyyatdan çıxmırlar. Cavabdeh orqana həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına dair müraciət olunsa da, inzibati orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş və müvafiq olaraq məhkəməyə müraciət edilmısini tövsiyə etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3783/2020 saylı, 12 mart 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 və Cavabdeh2l Adil qızı iş üzrə 3-cü şəxslər qismində cəlb edilmişdirlər. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh orqan iddiaya münasibətini məhkəməyə bildirməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. 3-cü şəxslər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişi poçt rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, ünvan 3əhəllə 5057-68 yerləşən 3 saylı evin 55 saylı mənzilindəiddiaçıdan başqa üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2l Adil qızı da qeydiyyatdadır. İddiaçı hazırda 3-cü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatının formal olması ilə əsaslandırır. İşdə olan ASC “Xalq” Bankın “20 yanvar” filialın direktoru X5 tərəfindən bağlanmış № **********09319/İP saylı, 11 sentyabr 2019-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcılar X2 və Cavabdeh2 Adıl qızı ilə alıcı İddiaçı arasında Bakı şəhəri, ünvan 3əhəllə 5057-68 yerləşən 3 saylı evin 55 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı və ipoteka müqaviləsinin 1.3-cü və 4.6.4-cü bəndlərinə əsasən, satıcılar təsdiq edir ki, bu müqavilənin bağlanması anına yaşayış sahəsi onların müstəsna mülkiyyətindədir, yaşayış sahəsi üzərində üçüncü şəxslər heç bir hüquqa malik deyil, yaşayış sahəsinə dair girov və ya digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və ya məhkəmə mübahisələri mövcud deyil. Müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 (otuz) təqdim günü müddətinə ipoteka predmetindən yaşayış yeri/olduğu yer üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı satıcalar öz öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3əhəllə 5057-68 yerləşən 3 saylı evin 55 saylı mənzilin üzərində İddiaçı Nürəddin oğlunun xüsusi mülkiyyət hüququ 03.10.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 16 fevral 2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 və 02.03.1988-ci il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri, ünvan 3əhəllə 5057-68 yerləşən 3 saylı evin 55 saylı mənzildəqeydiyyatdadırlar. İşdə Binəqədi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 14.02.2020-ci il tarixli, 059-7318Y-3220 saylı məktubdan görünür ki, iddiaçıya üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə müraciətinin müsbət həll olunması üçün məhkəmə orqanlarına müraciət edilməsi bildirilmişdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya 27 aprel 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 3əhəllə 5057-68, ev 3, 55 saylı mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir, lakin 29 saylı DNK-nin 4Ə-442 reyestr nömrəli 11.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Həmçinin, Bakı şəhəri, ünvan 3əhəllə 5057-68, ev 3, 55 saylı mənzilə dair Cavabdeh1 istifadə hüququnun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırılması zamanı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə sorğu göndərilmiş, sorğuya 17 aprel 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh1 04.01.2013-cü il tarixdə, Cavabdeh2 isə 23.07.2015-cu il tarixdə Bakı şəhəri, ünvan 3əhəllə 5057-68, ev 3, 55 saylı mənzilə pasport qeydiyyata alınmışlar. Qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyindən, sənədlər məhv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, ASC “Xalq” Bankın “20 yanvar” filialın direktoru X5 tərəfindən bağlanmış № **********09319/İP saylı, 11 sentyabr 2019-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə iddiaçı Bakı şəhəri, ünvan 3əhəllə 5057-68 yerləşən 3 saylı evin 55 saylı mənzili satın aldığı zaman, satıcı alıcıya, yəni hazırki iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Satıcılardan biri, X2 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxsa da, həmin ünvanda olan üçüncü şəxslərin qeydiyyatdan çıxmasını təmin etməmişdir. Halbuki, sözügedən üçüncü şəxslərin, iddiaçının mülkiyyətində olan mənzildə hər hansı bir istifadə hüquqları qeydiyyata alınmamışdır. İddiaçı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdətutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 və 02.03.1988-ci il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri, ünvan 3əhəllə 5057-68 yerləşən 3 saylı evin 55 saylı mənzil ünvanında qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 3əhəllə 5057-68 yerləşən 3 saylı evin 55 saylı mənzildən üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdan çıxarılması vəzifəsi Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar