Məhkəmə qərarları › İş №2-1(112)-3786/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3786/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3786/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “ünvan 1 ünvandakı yaşayış sahəsinə daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “ünvan 2 ünvandakı yaşayış sahəsinə daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 01 dekabr 1983-cü il tarixdən 05 fevral 2004-cü il tarixədək gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 dekabr 2004-cü il tarixli müvafiq nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət ərzində Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 22 sentyabr 1993-cü il tarixli 172/12 nömrəli sərəncamı ilə ona ünvan 2 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Qeyd olunan yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və sözügedən yaşayış sahəsinin ona verilməsi barədə 28 sentyabr 1993-cü il tarixli 002416 nömrəli xidməti order verilmişdir. O, yaşadığı ünvan 2 ünvanındakı yaşayış sahəsinin xidməti mənzillər siyahısından çıxarılması üçün 19 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cavabdeh2nə ərizə ilə müraciət etmişdir. Mənzil-İstismar İdarəsində müvafiq sənədləşmə işləri aparıldıqdan sonra daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Mənzil-istismar İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, ünvan 2 ünvanındakı yaşayış sahəsi Xətai rayon İcra Hakimiyyətinin balansında olmadığından daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsindən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən imtina edildiyi üçün eyni məqsədlə daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi üçün Cavabdeh2 tərəfindən Bakı şəhəri Cavabdeh1nə müraciət olunsa da, Bakı şəhəri Cavabdeh1 tərəfindən Mənzil-istismar İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 6, 49 saylı mənzil Xətai rayonu ərazisində yerləşdiyindən daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi Bakı şəhəri Cavabdeh1 səlahiyyətləri xaricindədir. 28 sentyabr 1993-cü il tarixdə ona 002416 nömrəli xidməti order vermiş Bakı şəhəri Cavabdeh1 tərəfindən sərəncam verilməsinə imtina edildiyi üçün məhkəmə qaydasında hüquqlarını müdafiə etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazında bildirilmişdir ki, ünvan 4 ünvanına dair hər hansı bir məlumat rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. ünvan 2 ünvanı Azərbaycan Respublikası Cavabdeh2 balansındadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxs məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini tələb etmişdir. Məhkəmə, iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarında olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: 002116 saylı xx.xx.1993-cü il tarixli xidməti orderin surətinə əsasən iddiaçıya ailəsi ilə birlikdə yaşaması üçün ünvan 5 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xərai rayon İdarəsinin 16 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən 1962-ci il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı Əbubəkir oğlu xx.xx.1983-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2003-cü il tarixli müvafiq nömrəli əmri əsasən ehtiyata buraxılmışdır. Arayış Cavabdeh2nə təqdim etmək üçün verilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci tarixli arayışına əsasən, İddiaçı (xx.xx.1962); X2 (xx.xx.1961); X1 (xx.xx.1988) ünvan 6 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya təqdim etdiyi Yasamal rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli. 172/12 saylı sərəncamının təsdiq edilmiş surətinə əsasən, MN-nin Abşeron MİH tərəfindən xx.xx.1993-cü il tarixli 655 saylı məktubla təqdim edilmiş siyahıda adları çəkilən hərbiçilərə order yazılmışdır. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanladığı məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 347 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatında sənədlərlə iş barədə “ Təlimatın 19-cu bəndinə əsasən İcra hakimiyyətinin başçısı “Yerli icra hakimiyyəti haqqında Əsasnamə ilə və digər qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətləri həyata keçirmək üçün müvafiq ərazidə normativ xarakterki aktlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “yerli icra hakimiyyəti haqqında Əsasnamə”-nin 4.9.8-ci bəndinə əsasən yeni icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasnın Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Qeyd olunan normativ aktlarından göründüyü kimi, Cavabdeh1 başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və Cavabdeh1 tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam verə bilər. Mənzil Bakı şəhər Xətai rayonu ərazisində yerləşdiyindən daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi barədə xahişin yerinə yetirilməsi mümkün deyildir. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısı Aparatının iddiaçıya ünvanladığı 1085 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanlı qapalı hərbi şəhərciyə aid olmayan mənzilin xidməti yaşayış sahəsindən çıxarılmasına və İddiaçı ilə daimi icarə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi xahiş olunur, lakin həmin mənzil Xətai rayon İcra Hakimiyyətinin balansında olmadığından xahişin yerinə yetirilməsi imkan xaricindədir. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısı Aparatının iddiaçıya ünvanladığı 1085 nömrəli, 15 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Xətai rayonu,P.Həşimov küçəsi, ev 6, 25 nömrəli qapalı hərbi şəhərçiyə aid olmayan mənzilin xidməti yaşayış sahəsindən çıxarılmasına və İddiaçı ilə daimi icarə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi, həmin mənzil Xətai rayon İcra Hakimiyyətinin balansında olmadığına görə imkan xaricindədir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər, 60cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun” 12-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, 3.1. mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu;17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu;17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. İşin faktiki hallarına əsasən İddiaçı yaşadığı ünvan 2 xidməti order əsasında verilmiş yaşayış sahəsi olmaqla xüsusi təyinatlı mənzil fonduna aiddir. İddiaçı həmin mənzilin özəlləşdirilməsi məqsədi ilə onunla daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Halbuki, Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il tarixli 06 may tarixlli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 1.1-ci bəndinə əsasən, xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası (bundan sonra — Qayda) "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 153 nömrəli Fərmanının 1.3.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və xidməti yaşayış sahələrinin verilməsi hallarını və qaydasını müəyyən edir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən xidməti yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət edilməklə, xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən, yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il tarixli 25 iyun tarixlli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən, bu Qayda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən, yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş dövlət və ya bələdiyyə mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid edilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydanın 1.8-ci bəndinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı xidməti mənzil Bakı şəhəri Xətai rayonunda yerləşməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil –İstismar İdarəsinin balansındadır. Mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına dair səlahiyyətli orqanlarının razılıqları və sərəncamları mövcud olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.4-ci maddsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Cavabdeh, iddia tələbinə münasibətdə, qaldırılmış məsələnin həlli onun səlahiyyətləri xaricində olduğunu, iddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 6 saylı ev, 25 saylı mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması səlahiyyəti mənzilin yerləşdiyi yer üzrə yerli icra hakimiyyəti orqanına (Xətai rayon İcra Hakimiyyətinə) və balansında olduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid olduğunu bildirərək iddiaçıya imtina cavabı vermişdir. İşin faktiki hallarına və yuxarıda sadalanan normalara əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının müraciətini təmin etməkdən cavabdehin imtinası qanunauyğun olmuşdur. Beləliklə, məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları öz təsdiqini tapmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “ünvan 2 ünvandakı yaşayış sahəsinə daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar