Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3786/2025 04.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdeh orqanın əlilliyin təyin edilməsi ilə bağlı imtina qərarın ləğv edilməsi və İddiaçı xx.xx.2020-ci il tarixində təyin edilmiş müddətsiz İİ qrup dərəcəli əlilliyin xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyini cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar “üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu. Davranış depresiv pozğunluğu, davranış və emosional pozuntularla” diaqnozu ilə 0226003AAGZB forma 88 əsasən xx.xx.2020-ci il tarixində müddətsiz və əmək qabiliyyətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd edilir ki oğlunun səhətində ağırlaşmalar baş verdiyinə görə o 2 nömrəli X5nda stasionar müalicə olunur və ağırlaşmalarına əsasən forma 88 tərtib edilərək cavabdeh orqana AR Əmək və X7 Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sossial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olundu ki, oğluna 1-ci dərəcəli əlillik təyin edilsin, lakin cavabdeh orqan 1-ci qrup əlilliyin təyin edilməsinə imtina verərək eyni zamanda oğluna müddətsiz təyin olunmuş İİ-ci qrup əlilliyi ilə bağlı ödənişləri dayandırmışdır. Qeyd edilir ki, İİ qrupun ödənişlərin dayandırılması ilə bağlı cavabdeh orqana dəfələrlə müraciət olunsada cavabdeh orqan müraciətlərinə cavab verməmişdir, yalnız AR Əmək və X7 Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi barədə sənəd vermişdilər və qeyd olunan sənəddə bildirilmişdir ki, imtina edilmə səbəbi diaqnozun öz təsdiqini tapmamsı barədə qərar verilmişdir. Bildirmək istəyir ki, qeyd olunan qərar cavabdeh orqan tərəfindən ona təqdim edilməmişdir. Hörmətli məhkəmə hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanunsuz və əsasızdır. İlkin olaraq qeyd edir ki, oğluna artıq xx.xx.2020-ci il tarixində müddətsiz və əmək qabiliyyətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir və oğlunun sağlamlıq vəziyyətinə və təyin olunan tarixdə qüvvədə olan qanunlara uyğun olaraq əgər əlillik müddətsiz təyin olunursa hansı qanuna əsasən oğluna təyin edilmiş əlillik vəziyyəti yenidən yoxlanılır və kəsilir. İkincisi cavabdeh orqana müraciəti onunla bağlı idi ki, oğluma İİ yox, bu gün ki gündə sağlamlıq vəziyyətinə uyğun olaraq İ dərəcəli əlillik təyin edilsin, lakin İ dərəcəli əlilliyin təyin edilməsində imtina edilməsi ilə yanaşı oğluna müddətsiz olaraq təyin edilmiş İİ qrup əlilliyidə ləğv edilmişdir.AR Konstitusiyasının 149-cu maddəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Oğlunun vəziyyəti o qədər ağırdı ki, o özünü faktiki olaraq idarə edə bilmir. Oğluna təyin olunmuş əlillik ödənişlərinə ona dərmanlar alınırdı və pamperslər alınırdı. Oğlunun sağlamlıq vəziyyəti o qədər ağıdırdı ki, ona baxılması üçün diğər oğlu işdən çıxaraq daima evdə onunla olur. Oğlunun sağlamlıq vəziyyətini sübut edən Respublika Psixiatriya Xəstaxanasının epikrizlərini və xəstəlik haqqında şəhadətnaməni iddia ərizəsinə əlavə edir. Qeyd edir ki, İİ-ci dərəcəli qrup üzrə oğluna pensiya ödənişləri 2024-cü ilin avqustu daxil olmaqla həyata keçirilmişdir və yalnız 2024-cü ilin sentyabr ayından ödənişlər kəsilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya xx.xx.2024-cü il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirmək ilə əlaqədar əlillik dərəcəsinin təyin olunması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” barədə iddia tələbinə dair mübahisə ilə bağlı bildirilir ki, İddiaçı xx.xx.2020-ci il tarixli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunmuş, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu.Davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla” diaqnozu ilə Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik dərəcəsinin gücləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 21438 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, davranış və emosiyaların pozulması ilə. Sol saidin zədələnməsi (xx.xx.2019) nəticəsində radial və median sinirlərin sümükarası şaxələrinin kompression işemik neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması. Sol said sümüklərinin diafizinin orta 1/3-nin qapalı, yerdəyişmiş sınıqlarına görə aparılmış açıq üsulla repozisiya metal lövhə və vintlərlə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2019) sonrakı kafi bitişmiş sınığı, çıxarılmamış metal konstruksiya (metal lovhə və vintlər). Sağ qaşüstü nahiyənin çapılmış cırılmış yarasından (xx.xx.2014) sonrakı bərkimiş dəri çapığı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmiş və “Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli təkrarlanan dissosiativ konverion pozuntu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əlil arabasında, atasının (Əhədov Əli) köməyi ilə daxil olmuş, özündə olmadığını bildirmiş, titrəyərək, gözlərini açmadan, ünsiyyətə daxil olmamış, gəyirmiş, ögümüşdür. Atası oğlunun dərman təsiri altında olduğunu qeyd etmiş, vətəndaş komissiya otağını tərk edən zaman əlil arabasından sürüşərək yıxılmışdır. Müayinə zamanı sol saidin ön və arxa səthlərində ölçüsü təqribən 15 sm olan boylama istiqamətdə 2 (iki) ədəd köhnə çapıq toxuması qeyd olunmuşdur. Psixi statusunda vətəndaş otağa atasının müşayiəti ilə əlil arabasında pampersdə gətirilmiş, gözünü yummamış, ətrafa reaksiya verməmiş, yuxuda imiş kimi görünməyə çalışmış, lakin dayanmadan ayaqlarını əsdirmiş, oyaq olduğu anlaşılmışdır. Saçı, saqqalı xüsusi qulluqlu, səliqəli olması izlənilmiş, nümayiş etdirdiyi klinika təqdim olunan epikrizlədəki psixi statusla tam ziddiyyət təşkil etmişdir. Üzvi mənşəli etiologiya həm instrumental müayinə, həm də travma haqqında arayışla təsdiqlənməmişdir. 2019, 2020-ci il sənədlərində anidən travma alması ilə bağlı qeydlər ortaya çıxmış, sənədləşmələr və hazırkı sərgilədiyi klinika simulyasiya kimi qiymətləndirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 4481 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, uzun müddətli dekompensasiya halları və çoxsaylı özünü kəsmələrlə” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10517137 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunmuşdur. 2 saylı X2 xx.xx.2023xx.xx.2023-cü il tarixli 10157/23 nömrəli Çıxarışında “Üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları tez-tez təkrarlanan dekompensasiya halları və özünü çox saylı kəsmələrlə depressiv daxil olmalarla” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 21438 nömrəli xx.xx.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, davranış və emosiyaların pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli, təkrarlanan dissosıatıv-konvresıon pozuntu. Sol saidin zədələnməsi (xx.xx.2019) nəticəsində radial və median sinirlərin sümükarası şaxələrinin kompression işemik neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması. Sol said sümüklərinin diafizinin orta 1/3-nin qapalı, yerdəyişmiş sınıqlarına gorə aparılmış açıq üsulla repozisiya, metal lövhə və vintlərlə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2019) sonrakı kafi bitişmiş sınığı, çıxarılmamış metal konstruksiya (metal lövhə və vintlər). Sol qaşüstü nahiyənin çapılmış, cırılmış yarasından (xx.xx.2014) sonrakı bərkimiş dəri çapığı diaqnozu qoyulmuşdur. Hərbi tramvadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli təkrarlanan dissosiativ konversion pozuntu diaqnozu qoyulmuşdur. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlivinln tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-6528/2024 saylı 13 sentyabr 2024-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1989-cu İİ təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) xx.xx.2020-ci il tarixli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunmuş, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu.Davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla" diaqnozu ilə Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (ESDAS **********2) Əlillik dərəcəsinin gücləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 21438 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, davranış və emosiyaların pozulması ilə. Sol saidin zədələnməsi (xx.xx.2019) nəticəsində radial və median sinirlərin sümü ka rası şaxələrinin kompression işemik neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə nn^ulması. Sol said sümüklərinin diafizinin orta 1/3-nin qapalı, yerdəyişmiş sınıqlarına qürə aoanlmıs acıq üsulla repozisiya metal lövhə və vintlərlə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2019) sonrakı kafi bitişmiş sınığı, çıxarılmamış metal konstruksiya (metallövhə və vintlər). Sağ qaşüstü nahiyənin çapılmış cırılmış yarasından (xx.xx.2014) sonrakı bərkimiş dəri çapığı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmiş və "Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli təkrarlanan dissosiativ konverion pozuntu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır* kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əlil arabasında, atasının (Əhədov Əli) köməyi ilə daxil olmuş, özündə olmadığını bildirmiş, titrəyərək, gözlərini açmadan, ünsiyyətə daxil olmamış, gəyirmiş, ögümüşdür. Atası oğlunun dərman təsiri altında olduğunu qeyd etmiş, vətəndaş komissiya otağını tərk edən zaman əlil arabasından sürüşərək yıxılmışdır. Müayinə zamanı sol saidin ön və arxa səthlərində ölçüsü təqribən 15 sm olan boylama istiqamətdə 2 (iki) ədəd köhnə çapıq toxuması qeyd olunmuşdur. Psixi statusunda vətəndaş otağa atasının müşayiəti ile əlil arabasında pampersde gətirilmiş, gözünü yummamış, ətrafa reaksiya verməmiş, yuxuda imiş kimi görünmeya çalışmış, lakin dayanmadan ayaqlarını əsdirmiş, oyaq olduğu anlaşılmışdır. Saçı, saqqalı xüsusi qulluqlu, səliqəli olması izlənilmiş, nümayiş etdirdiyi klinika təqdim olunan epikrizlədəki psixi statusla tam ziddiyyət təşkil etmişdir. Üzvi mənşəli etiologiya həm instrumental müayinə, həm də travma haqqında arayışla təsdiqlənməmişdir. 2019, 2020-ci il sənədlərində anidən travma alması ilə bağlı qeydlər ortaya çıxmış, sənədləşmələr və hazırkı sərgilədiyi klinika simulyasiya İtimi qiymətləndirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 4481 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, uzun müddətli dekompensasiya hallan və çoxsaylı özünü kəsmələrlə” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10517137 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğıf kimi qeyd olunmuşdur. 2 saylı X2 xx.xx.2023xx.xx.2023-cü il tarixli 10157/23 nömrəli Çıxarışında “Üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları teztez təkrarlanan dekompensasiya hallan və özünü cox savlı kəsmələrlə depressiv daxil olmalarla” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci İİ tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixdə 3-17-4/2-32466/2024 saylı məktubundan görünür ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(112)-14982/2024 nömrəli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra – Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirilir ki, İddiaçı Astara Rayon Mərkəzi Xəstəxanasının 0226003AAGZB nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2020-ci il tarixindən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşa dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə 2 nömrəli X5 tərəfindən xx.xx.2024-cü il tarixli, Q00177576MJT nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə müayinə edilərək “V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...” diaqnozu ilə qiymətləndirilmiş və “göndərişin natamam doldurulması – səbəb: pulsuz dərman alan ruhi əsəb xəstəsi kimi Səhiyyə Nazirliyinin reyestrində məlumat tapılması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə müayinə edilərək “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu , üzvi şəxsiyyət pozuntusu. Ağırlaşma F92.0 Davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla. Yanaşı xəstəliklər Y83.1 Süni daxili qurğunun implantasiyası ilə cərrahi əməliyyat, süni qurğunun implantasiyası ilə osteosintez, metal lövhələr və vintlərlə sol sirkə dirsək sümüklərin osteosintezindən sonrakı vəziyyət metal lövhələr və vintlərin mövcudluğu ilə. Yanaşı xəstəliklər S52.4 Dirsək və mil sümükləri diafizlərinin müştərək sınıqları, sol said və mil sümüklərinin müştərək sınıqları.Osteosintez əməliyyatından sonrakı vəziyyət funksiyanın pozulması ilə.” diaqnozu ilə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması - Səbəb: Psixi qüsurun kliniki-anamnestik məlumatları ətraflı qeyd olunmayıb.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə müayinə edilərək “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu.Davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla.” diaqnozu ilə qiymətləndirilmiş və “2.2 İkinci dərəcə əlillik = > 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9)” meyarı ilə ona ilkin müddətsiz hərbi xidmət vəzifələrini yerinə yetirmək ilə əlaqədar əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə müayinə edilərək “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu.Davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla.” diaqnozu ilə qiymətləndirilmiş və “2.2 İkinci dərəcə əlillik = > 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9)” meyarı ilə ona müddətsiz hərbi xidmət vəzifələrini yerinə yetirmək ilə əlaqədar ilkin əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiya halları və özünü çoxsaylı kəsmələrlə, depressiv daxilolmalarla. Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu.” diaqnozu ilə qiymətləndirilmiş və “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: “Diaqnoz təsdiqini tapmaması” barədə qərar verilir.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bakı 2 nömrəli X5 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si Q00177576MJT, göndəriş tarixi xx.xx.2024-cü il) göndərişi verən müəssisədə xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2014-cü il tarixdən (xroniki; ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları tez-tez təkrarlanan dekompensasiya halları və özünü çox saylı kəsmələrlə depressiv daxil olmalarla Ağırlaşma: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Ağırlaşma: F06.3 Üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli 967 nömrəli məktubu ilə təqdim edilmiş 2-1(112)- 14982/2024 saylı inzibati iş üzrə keçən İddiaçı haqqında olan xx.xx.2025-ci il tarixli 320 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, intellektin enməsi ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travməsı alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlivinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasında “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu. Davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla' diaqnozu ilə ikinci dərəcə əlil təyin edilməsi və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İnzibati işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 24.410.1989-cu il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? Cavab: İddiaçı hal-hazırda Üzvi şəxsiyyət pozuntusu, özünü kəsmələrlə, intellektin enməsi ilə F07.0 aşkar olunur. 2-ci sual: İddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları tez-tez təkrarlanan dekompensasiya halları və özünü çox saylı kəsmələrlə depressiv daxil olmalarla aşkar olunur? Cavab: İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları tez-tez təkrarlanan dekompensasiya halları və özünü çox saylı kəsmələrlə depressiv daxil olmalarla aşkar olunur 3-cü sual: İddiaçı baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları aşkar olunur? Cavab: İddiaçı hal-hazırda Üzvi şəxsiyyət pozuntusu, özünü kəsmələrlə, intellektin enməsi ilə F07.0 müəyyən edilir. 4-cü sual: İddiaçı üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu aşkar olunur? Cavab: İddiaçı hal-hazırda Üzvi şəxsiyyət pozuntusu özünü kəsmələrlə, intellektin enməsi ilə F07.0 müəyyən edilir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 nömrəli X6 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” (göndəriş №-si Q00177576MJT, göndəriş tarixi xx.xx.2024-cü il) əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, imtina barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir, lakin imtinanın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Nəticənin iddiaçıya daha əvvəl təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 21438 nömrəli xx.xx.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən iddiaçıya mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, davranış və emosiyaların pozulması ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli, təkrarlanan dissosıatıv-konvresıon pozuntu. Sol saidin zədələnməsi (xx.xx.2019) nəticəsində radial və median sinirlərin sümükarası şaxələrinin kompression işemik neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması. Sol said sümüklərinin diafizinin orta 1/3-nin qapalı, yerdəyişmiş sınıqlarına gorə aparılmış açıq üsulla repozisiya, metal lövhə və vintlərlə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2019) sonrakı kafi bitişmiş sınığı, çıxarılmamış metal konstruksiya (metal lövhə və vintlər). Sol qaşüstü nahiyənin çapılmış, cırılmış yarasından (xx.xx.2014) sonrakı bərkimiş dəri çapığı diaqnozu qoyulmuşdur. Hərbi tramvadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Bakı 2 nömrəli X5 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si Q00177576MJT, göndəriş tarixi xx.xx.2024-cü il) göndərişi verən müəssisədə xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2014-cü il tarixdən (xroniki; ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları tez-tez təkrarlanan dekompensasiya halları və özünü çox saylı kəsmələrlə depressiv daxil olmalarla Ağırlaşma: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Ağırlaşma: F06.3 Üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Məhkəmə aradırması zamanı təyin və tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli 320 saylı məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, İddiaçı hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, intellektin enməsi ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travməsı alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlivinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasında “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu. Davranışın depressiv pozğunluğu, davranış və emosional pozuntularla” diaqnozu ilə ikinci dərəcə əlil təyin edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İddiaçı halhazırda Üzvi şəxsiyyət pozuntusu, özünü kəsmələrlə, intellektin enməsi ilə F07.0 aşkar olunur. İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi şəxsiyyət dəyişikliyi, kobud psixopatobənzər davranış pozuntuları tez-tez təkrarlanan dekompensasiya halları və özünü çox saylı kəsmələrlə depressiv daxil olmalarla aşkar olunur. .. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Beləliklə, XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” əsasənəlillik təyin olunmasına əsas verən xəstəliyini (7.6.2., : F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.8 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı müalicələrdə olmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən son qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyin təyin edilməlidir (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi müəyyən edilməlidir). Cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir. Sağlamlığın pozulmasının faiz dərəcəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən məsələ inzibati orqanın qiymətləndirmə sərbəstliyi ilə müəyyən edilən məsələdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2024-cü il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyin təyin edilməsi (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin müəyyən edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyin təyin edilməsi (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin müəyyən edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-3786/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3786/2025
04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver