Məhkəmə qərarları › İş №2-1(112)-3788/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3788/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3788/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 evin 70 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181E ünvanında yerləşən İ giriş, 11-ci mərtəbə, 70 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Azərbaycan Sosial Rifah Partiyası üçün ünvan 1 ünvanında 12 mərtəbəli (+mansarda) yaşayış və qərargah binası tikilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən binanın 2 mərtəbəsi Azərbaycan Sosial Rifah Partiyasına verilmiş, mənzillər isə paylarına uyğun olaraq Mənzil Tikinti Kooperativinin üzvlərinə təhvil verilmişdir. Binanın istismara qəbul edilməsi aktı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 523 saylı Sərəncamı ilə təsdiq edilmiş və xx.xx.2014-cü il tarixdə "xxxx" MTK tərəfindən cavabdehə təqdim edilmişdir. O, xx.xx.2020-ci il tarixdə mənzilə dair Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş protokoldan çıxarış və maliyyə arayışı da əlavə edilməklə mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2020-ci il tarixli, **********99 nömrəli məktubu ilə məsələnin həllindən imtina edilmişdir. İmtinaya əsas kimi həmin binada mənzillərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması göstərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati hüquqi formasını dəyişərək Mənzil Tikinti Kooperativinə çevrilmişdir. Bununla bağlı sənədin surəti də cavabdehə təqdim edilmiş ərizəyə əlavə edilmişdir. Bundan əlavə, sözügedən binada bir neçə sakinin mənzili artıq qeydiyyata alınmışdır. Həmin sakinlərdən 2 nəfəri onunla bənzər problemlə üzləşərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin qərarı ilə iddiaları təmin edilmiş və yuxarı instansiya məhkəmələrində də dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Odur ki, cavabdeh orqanın onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməsi əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçi Azərbaycan Sosial Rifah Partiyası, podratçı “İlkin-Y" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə “İlkin- Y" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş, tikintisi başa çatmış çox mərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq “İlkin-Y" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********99 saylı imtina məktubunda qeyd edilir: "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 3 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 70 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli ərizəyə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçi Azərbaycan Sosial Rifah Partiyası, podratçı “İlkin-Y" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə “İlkin-Y" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikintisi başa çatmış çox mərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq “İlkin-Y" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 09 saylı protokoldan Çıxarışdan görünür ki, İddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilməsi, İddiaçı razılıq yolu ilə "xxxx" MTK-nın ünvan 4 ünvanında tikilən 12 mərtəbəli yaşayış binasının “İ” girişinin 11-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118.7 kv.m olan, 70 saylı mənzilə payçı qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1-ci girişinin, 11-ci mərtəbəsində, ümumi sahəsi 118.7 kv.m olan 3 otaqlı, 70 saylı mənzilin pay haqqı vətəndaş İddiaçı tərəfindən tam ödənilmişdir. Kooperativə borcu yoxdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 523 saylı xx.xx.2014cü il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Sosial Rifah Partiyasının ünvan 5 ünvandakı 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, - 3.30 m səviyyəsində zirzəmi və - 6.60 m səviyyəsində qaraj) mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının aktı təsdiq olunmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 523 saylı xx.xx.2014cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156-cı məhəllədə 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, - 3.30 m səviyyəsində zirzəmi və - 6.60 m səviyyəsində qaraj) istismara qəbul edilməsi qərara alınmışdır. Poçt ünvanı: ünvan 6riallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********52 saylı məktubda qeyd edilir: ünvan 8 ünvanında 42 saylı mənzil "xxxx" MTK-nın 3 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 523 saylı xx.xx.2014-cü il tarixli sərəncamına, Apellyasiya Məhkəməsinin 2-1(103)-1858/2019 nömrəli xx.xx.2019-cu il tarixli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1938/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarına əsasən X1 adına xx.xx.2019-cu il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 8 ünvanında 57 saylı mənzil "xxxx" MTK-nın 6 nömrəli xx.xx.2010-cu il tarixli protokolundan çıxarışa, xx.xx.2010-cu il tarixli maliyyə arayışına, Apellyasiya Məhkəməsinin 2-1(103)-1062/2018 nömrəli xx.xx.2018-ci il tarixli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-811/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli 4Ə/644 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 181E ünvanında 57 saylı mənzil xx.xx.2019-cu ul tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 8 ünvanında 57 saylı mənzil 52 saylı mənzil "xxxx" MTK-nın 6 nömrəli xx.xx.2016-cı il tarixli protokolundan çıxarışa, xx.xx.2016-cı il tarixli maliyyə arayışına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 523 saylı xx.xx.2014-cü il tarixli sərəncamına, Apellyasiya Məhkəməsinin 2-1(103)-738/2018 nömrəli xx.xx.2017-ci il tarixli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-5046/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarına əsasən X6 adına xx.xx.2018-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 09 saylı protokoldan Çıxarışa əsasən iddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilmiş, iddiaçı razılıq yolu ilə "xxxx" MTK-nın ünvan 4 ünvanında tikilən 12 mərtəbəli yaşayış binasının “İ” girişinin 11-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118.7 kv.m olan, 70 saylı mənzilə payçı qəbul edilmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 523 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”na əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156-cı məhəllədə 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, - 3.30 m səviyyəsində zirzəmi və - 6.60 m səviyyəsində qaraj) istismara qəbul edilməsi qərara alınmışdır, poçt ünvanı: ünvan 9 həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Göründüyü kimi, iddiaçı kooperativin üzvlüyünə qəbul edilmiş və mənzilin dəyərini tam ödəmişdir, onun həmin mənzilə görə borcu yoxdur, mənzilin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən mənzilin istismarına razılıq verilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, qeyd olunan ünvanda bir neçə mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının aldığı mənzilin yerləşdiyi bina istismara qəbul edildiyi, aldığı mənzilə görə borcu olmadığı üçün, bununla da iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası əsassız hesab edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, cavabdeh inzibati orqan hüquqların dövlət qeydiyyatından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181E ünvanında yerləşən İ giriş, 11-ci mərtəbə, 70 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar