Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3789/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,xx xxxxx 1965-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olmuş, hazırda AZ-1033, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan İddiaçı 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti ona müharibə vetaranı vəsiqəsini verməkdən imtina etmişdir.Belə ki, o, müharibə veteranı vəsiqəsini almaq üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə müraciət etməli idi və ora da, müraciət etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətindən 18 dekabr 2020-ci il tarixdə «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. 11 dekabr 2020-ci il tarixli imtina məktubunu 18 dekabr 2020-ci il tarixdə almışdır. Bu səbəbdən də, o, bu iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır ki, məhkəmə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin üzərinə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyini qoyulması barədə müvafiq yekun məhkəmə qərarı çıxarılsın. Şərur rayon Hərbi Komissarlığından (hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsindən) 14 oktyabr 1984-cü il tarixdə verilmiş H3 № ******* saylı hərbi biletin 7-ci səhifəsində aparılmış qeyddən görünür ki, xx xxxxx 1965-ci il tarixdə X6 SosialistRespublikasının (hazırda Naxçıvan Muxtar Respublikasının) İliç (hazırda Şərur) rayonunun Düdəngə kəndində anadan olmuş İddiaçı 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndi ətrafında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən 06 noyabr 2020-ci il tarixdə verilmiş 369-2755M-3220 çıxış sayı olan arayışdan görünür ki, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş X1 İdarəsində olan məlumatlara əsasən xx xxxxx 1965-ci il tarixdə anadan olmuş İddiaçı məhkumluğu olmayan şəxsdir.Şərur rayon Hərbi komissarlığından (hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsindən) 17 iyul 1997-ci il tarixdə verilmiş 4/690 saylı arayışdan görünür ki, xx xxxxx 1965-ci il təvəllüdlü İddiaçı 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndi ətrafında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir. Bu haqda Şərur rayon Hərbi komissarlığından verilmiş H3 № ******* saylı hərbi biletin 7-ci səhifəsində xüsusi qeydiyyatlar aparılmışdır.Azərbaycan Vətən Müharibə X2 Muxtar Respublikası Birliyindən 16 iyul 1997-ci il tarixdə verilmiş 216 saylı arayışdan görünür ki, İddiaçı 1990-1992-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir.Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən 11 dekabr 2020-ci il tarixdə vətəndaş İddiaçı göndərilmiş 11/5724 saylı arayış-məktubdan görünür ki, İddiaçı yerli icra hakimiyyəti orqanlarının təsdiq edikləri siyahılar və digər sənədlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətində olmadığından, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etməsinə baxmayaraq, döyüşlərdə iştirakı haqqında məlumat olmadığına görə ona Azərbaycan Respublikasının «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddiaya qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə,döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezamolunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq qərar qəbul edir.İşə əlavə edilmiş H3 ******* seriyalı hərbi biletin 7-ci səhifəsində olan qeydlərin və keçmiş Şərur rayon hərbi komissarlığı tərəfindən verilmiş 17 uyun 1997-ci il tarixli arayışın doğruluğunu və İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə təsdiqedici sənədlərin olub-olmamasını dəqiqləşdirmək üçün tərəflərindən Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu edilmiş və alınmış 15.04.2021-ci il tarixli, 296 nömrəli cavab məktubuna (əlavə edilir) əsasən, vətəndaş İddiaçı 1990-1992ci ilədək erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsi barədə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Şərur rayon idarəsinin arxiv sənədlərində heç bir məlumat yoxdur. Hesab edirlər ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakını təsdiq edə biləcək sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işmateriallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, hərbi biletin 7-ci səhifəsində İddiaçı 1990-1992-ci illərdə Ermənistanla Sədərək bölgəsi arasında gedən döyüşlərdə iştirak etməsi barədə qeydlər mövcuddur. İşdə olan notarial qaydada təsdiq edilmiş Şərur rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 17 iyul 1997-ci il tarixli arayışdan görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı 1990-cı ildən 1992-ci ilədək Azərbaycan Ermənistan arasında gedən döyüşlərdə iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 369-2755M- 2220 nömrəli, 06.11.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 11.12.2020-ci il tarixli, M/5724 nömrəli imtina məktubundan görünür ki, iddiaçının “Müharibə veteranı” statusunun verilməsinə dair müraciətinə baxılaraq bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin və “Müvafiq vəsiqələrin nümunəsinin, eskizin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara – müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Belə ki, təqdim etdiyi sənədlər “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas vermədiyi üçün sənədlər ünvanına geri qaytarılır. Odur ki, döyüş əməliyyatlarında iştirakı sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. İşdə olan məhkəmə sorğusuna əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsi tərəfindən verilmiş 1310 nömrəli, 23 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 1990-1992-ci illərdə Ermənistanla Sədərək bölgəsində və X5 Komitəsinin tərkibində gedən döyüşlərdə iştirakı barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin arxiv kitablarında heç bir məlumat yoxdur. İşdə olan X3 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinə ünvanlanmış 15.04.2021-ci il tarixli, 296 nömrəli məktubdan görünür ki, 1965-ci il təvəllüdlü istefada olan əsgər İddiaçı 1990-1992-ci illərdə erməni işğalçılarına qarşı Sədərək uğrunda gedən döyüşlərdə iştirak etməsi və hərbi biletində edilən qeydlərin hansı əsasverici sənədlər əsasında aparılması barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin arxiv sənədlərində heç bir məlumat yoxdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Naxçıvan Muxtar Respublikası Şərur rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 100 nömrəli, 16 may 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 1990-1992-ci illərdə Ermənistan ilə Sədərək bölgəsində, X5 Komitəsinin tərkibində gedən döyüşlərdə iştirakı barədə Şərur rayon Dövlət Arxivində araşdırma aparılmış və onun haqqında heç bir sənəd əldə olunmamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Şərur rayon Dövlət Arxivi tərəfindən verilmiş 4 nömrəli, 08.06.2021-ci il tarixli məktubdan görünür ki, 1990-1992-ci illərdə Sədərək kəndinin müdafiəsində iştirak etmiş şəxslərə dair heç bir sənəd və ya siyahı Şərur rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunan səbəbdən sorğunun tərəflərindən müsbət cavablandırılması mümkün olmamışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı ona məxsus hərbi biletin 7-ci səhifəsində aparılmış qeydlərə və Şərur rayon Hərbi Komissarlığı tərəfindən verilmiş arayışlara istinad etməklə, həmin sübutların onun 1990-1992-ci illərdə Ermənistanla Sədərək bölgəsində, X5 Komitəsi tərkibində gedən, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyini sübut edildiyini bildirərək, cavabdehin imtinasını əsassız hesab edir. Lakin, məhkəmə həmin sənədləri iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyini təsdiq edən əsaslı sübut kimi qəbul etmir. Belə ki, ilk öncə məhkəmə qeyd edir ki, sözügedən sənədlərdəki məlumatların arxiv arayışları ilə öz təsdiqini tapmasının araşdırılması məqsədilə məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğular göndərilmiş, lakin, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şərur rayon Dövlət Arxivində və Şərur rayon İcra Hakimiyyətinin arxivində iddiaçının 1990-1992-ci illərdə Ermənistan ilə Sədərək bölgəsində, X5 Komitəsinin tərkibində gedən döyüşlərdə iştirakını təsdiq edən hər-hansı bir sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yetərli sübut kimi qəbul edilə bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubundan görünür ki, iddiaçının döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstənin tərkibində iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər əlavə edilməmişdir. Hazırki halda göstərilən iddiaçının döyüşlərdə iştirakını sübut edən digər sənədlərlə birgə təqdim edilmədiyindən, hərbi bilet və Komissarlıq tərəfindən verilmiş arayış iddiaçıya münasibətdə hər hansı hüquqi qüvvəyə malik deyildir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakıİnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakışəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3789/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3789/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver