Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3789/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi X9 İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən xx.xx.2021-ci il tarixli 072 nömrəli nizami hissə üzrə əmri ilə şəxsi heyətin siyahısından və bütün təminatından çıxarılaraq DSX-da həqiqi hərbi xidmətdən SQ-in ehtiyyatına buraxılmağı barədə xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmrin ləğv edilməsi və işə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “X16 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqısının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 10 mart 2017-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət edən şəxs kimi “Yalama” X11 dəmir yol bölməsində nəzarətçi kimi xidmətə başlamış, xidməti dövründə hər-hansı nöqsana yol vermədiyi üçün 23 avqust 2018-ci il tarixdə daxili əmrlə X16 Aeroportunun daxilində fəaliyyət göstərən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində hava limanında sərhəd nəzarət şöbəsinin yük bölməsində nəzarətçi vəzifəsinə təyin olunaraq 13 mart 2021-ci il tarixədək xidmətini davam etdirmişdir. Cari ilin fevral ayında Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə əsassız şikayət verildiyi üçün barəsində araşdırma başlanılmış və oktyabr ayının əvvəllərinədək davam etmişdir. Araşdırma qərəzli aparıldığından iddiaçı və valideynləri dəfələrlə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə ərizə ilə müraciət edərək, ədalətli araşdırmanın aparılmasını xahiş etsə də, təəssüflər olsun ki, bu ərizələrdən sonra araşdırma əsas götürülməklə Dövlət Sərhəd Xidməti rəisinin 11 mart 2021-il tarixli 549 Ş/H saylı əmri ilə xidmətdən xaric olunmuşdur. İşdən azad olunmağına baxmayaraq, iddiaçı 12 mart 2021-ci il tarixdə növbədə olmaqla öz əmək fəaliyyətini həyata keçirmiş, işdən çıxma barədə əmr iddiaçıya 13 mart 2021-ci il tarixdə elan olunmuş, bundan sonra 15 mart 2021-ci il tarixdə iddiaçı və valideyni dərhal ərizə ilə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə müraciət edərək əmrin ləğvini xahiş etmişlər. DSX-nın xx.xx.2021-ci il tarixli K591/15/C-2098 saylı məktubunda qeyd edilir ki, guya iddiaçı qanunvericiliyin tələblərini kobud şəkildə pozduğundan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı madəsini əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Lakin iddiaçının ehtiyata buraxılmağına əsas və səbəb barəsində edilən əsassız şikayətlər nəticəsində həyata keçirilən qərəzli araşdırma olmuşdur. Barəsində gedən araşdırma xx.xx.2021-ci ildə CPMnin 39.1.1-ci maddəsinə əsasən başa çatmış, bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixdə 16/7084 saylı 11 saylı məktubla rəsmi məlumat verilmişdir. CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin normalarından da görünür ki, iddiaçının işdən azad olunmağı qanunsuz və əsassız olmuşdur, iddiaçı heç bir kobud qanun pozuntusu törətməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Cavabdehin iddiaya dair etirazında bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı Dövlət Sərhəd Xidməti rəisinin 11 mart 2021-ci il tarixli, 549 ş/h nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunmaqla məcburi işçıxarma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2017-ci il tarixli, 423 ş/h nömrəli əmri ilə Dövlət Sərhəd Xidmətində müddətdən artıq xidmət edən hərbi qulluqçu qismində xidmətə qəbul edilməklə “Nəzarətçi heyətinin hazırlanması kursu”na cəlb edilmiş və kursu bitirdikdən sonra xx.xx.2017-ci il tarixli, 1018 ş/h nömrəli əmrlə vəzifəyə təyin edilmiş, xx.xx.2018-ci il tarixli 1131 ş/h nömrəli əmri ilə “X16 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmiş, həmin vəzifədən xx.xx.2021-ci il tarixli 549 ş/h nömrəli əmrlə Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır. Sabiq hərbi qulluqçu İddiaçı Sərhəd Nəzarətinin “X16 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində xidmət etdiyi müddətdə nöqsanlara yol vermiş, günün nizam və subardinasiya qaydalarına riayət etməmiş, verilmiş tapşırıqları vaxtında yerinə yetirməmişdir. İntizamsızlıqları ilə əlaqədar Sərhəd Nəzarətinin rəhbərliyində dinlənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş, tövsiyyələr və vaxt verilmiş, izahedici söhbətlər aparılmasına baxmayaraq, tutulmuş iradlardan, verilmiş göstəriş və tövsiyyələrdən nəticə çıxarmamışdır. Hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol vermiş, mülki vətəndaşlara xidmətə qəbulla bağlı köməklik edəcəyini və bunun qarşılığında pul alacağını bildirmiş, bu da qarşı tərəfin şikayəti ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası vətəndaşı X15 DSX-nə ünvanladığı şikayət məzmunlu ərizəsində X16 X2 İdarəsində işləyərkən İddiaçı ilə tanış olduğunu, sonuncunun onun DSX-də xidmətə qəbul olunmasında köməklik göstərəcəyini bildirdiyini, bunun qarşılığında isə özünün İddiaçı avtomobilinə bir neçə halda yanacaq doldurduğunu, xidmətə qəbul olunduqdan sonra alacağı maaşının yarısının sonuncu tərəfindən istənildiyini bildirmişdir. Bütün bu göstərilənlərlə əlaqədar olaraq DSX-nin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən araşdırma aparılmış, aparılan araşdırma zamanı İddiaçı izahatında yuxarıda göstərilənləri təsdiq edərək Şahin Mirzəyevə özünüzün xidmətə qəbul məsələsi ilə məşğul olduğunu bildirirərək ondan mütəmadi olaraq 10-20 AZN aldığını, idarə etdiyi avtomobilə Ş.Mirzəyev tərəfindən yanacaq doldurtduğunu, sonuncunu yaşadığı Zabrat qəsəbəsindəki evində bir neçə dəfə təmənnasız işlətdiyini, Ş.Mirzəyevindən DSX-də xidmətə qəbul olunduqdan sonra alacağı ilk maaşının yarısını şirinlik kimi istədiyini, Ş.Mirzəyevə DSX-də işə düzəlmək istəməsində köməklik edəcəyini, bunun üçün sənədlərini DSX Aparatına verməli olduğunu dediyini, mütəmadi olaraq Ş.Mirzəyevlə zəngləşib 2-3 dəfə şəhərdə restoranların birində yemək yediyini, 2019-cu ildə Ş.Mirzəyevə Zabrat qəsəbədindəki evində 3 dəfə abadlıq işləri gördürdüyünü və 1 dəfə də yük daşıtdırdığını göstərmişdir. Yekun olaraq Daxili Təhlükəsizlik İdarəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu gizir İddiaçı vətəndaş X1 işə düzəldəcəyini vədd etməklə müxtəlif vaxtlarda mütəmadi olaraq 10-20 AZN pul almış, idarə etdiyi avtomaşına yanacaq doldurtmuş, onu Zabrat qəsəbəsində yaşadığı həyət evində təmənnasız işlətmiş, vətəndaş Ş.Mİrzəyevin xidmətə qəbul olunduqdan sonra alacağı maaşının yarısını şirinlik olaraq sonuncudan istəmiş, İddiaçı qeyd olunan hərəkətlərə yol verərək DSX hərbi qulluçusuna yaraşmayan əməllərini törətməklə bütün bu sadalananları izahatında etiraf etmiş, nəticədə iddiaçı sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021 -ci il tarixli, 549 ş/h nömrəli əmrinə əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X3 1 -ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Yuxarıda qeyd olunanlara və İntizam Nizamnaməsinin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. İddiaçı hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini nəzərə alaraq iddiaçı sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğunun nəzərə alınması və iddianın təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 10 mart 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasən “Yalama” X11 dəmir yol bölməsində nəzarətçi vəzifəsində xidmətə başlamış, yaxşı və nümunəvi xidmət etdiyinə görə sonradan, yəni 23 avqust 2018-ci il tarixdə Sərhəd Nəzarəti rəisinin əmri ilə X16 X6 yük bölməsində nəzarətçi vəzifəsinə keçirilmiş, gizir rütbəsində olmuşdur. Həmin vəzifədə yaxşı xidmət etdiyinə və xidməti fəaliyyətində yüksək nailətlər əldə etdiyinə görə dəfələrlə Sərhəd Nəzarəti rəisinin adından təşəkkür almış, 2019-cu ilin iyul ayında isə xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə, səy və əzmkarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidentindən təşəkkür almış, aldığı təşəkkürlər xidməti vərəqəsində öz əksini tapmışdır. Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu kimi xidmət etdiyi zamanda hər hansı bir cinayət törətməmiş, inzibati xətaya yol verməmiş, xidmət əleyhinə qarşı qanun pozuntularına yol verməmiş, xidmət etdiyi qurumun şərəfini, hərbi qulluqçu şərəfini və sərhədçi adını hər zaman qorumuşdur. Xidmət etdiyi dövrdə yalnız geyim qaydalarını pozduğuna görə 1 halda Sərhəd Nəzarətinin rəisindən, 1 halda isə şöbə rəisindən töhmət almış, həmin töhmətlər də sonradan üzərindən götürülmüşdür. Buna görə də 2021-ci ildə xidməti uyğunsuzluqla təxris edilməyi onun üçün gözlənilməz olmuşdur. Həmin vaxt mənəvi iztirablar keçirtmiş, xidməti uyğunsuzluqla təxris edilməyi onun şərəf və ləyaqətinə ləkə gətirmişdir. Belə ki, xidmət dövründə hər hansı bir xidməti uyğunsuzluğa yol verməmiş, heç bir nöqsanı olmamışdır. Həmin vaxt düşünmüşdür ki, ola bilsin ki, tanışı olan Bakı şəhər sakini X12 atası Sahib Mirzəyevin barəsində DSX rəisinə yazdığı qərəzli ərizəyə əsasən onu təxris etmişlər. Lakin onu təxris edəndən sonra Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində aparılmış araşdırma və 03 sentyabr 2021-ci il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, ümumiyyətlə onun iştrakıyla belə cinayət hadisəsi olmamış, cinayət törədilməmişdir. Dövlət Sərhəd Xidmətinin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim etdiyi sənədlər, DSX tərəfindən məhkəməyə göndərilən məktub və sənədlərdə onun xidməti uyğunsuzluqla təxris olunmağının konkret səbəbləri göstərilməmişdir. Əgər onu X12 Dövlət Sərhəd Xidmətində verdiyi izahata əsasən təxris etmişlərsə bu qanunsuzdur. Belə ki, həmin şəxsin izahatında göstərilənlərə hüquqi qiymət 2021-ci ilin sentyabr ayında onu təxris edəndən sonra verilmişdir. Rəsmi araşdırma zamanı isə onun hərəkətlərində qanuna zidd əməl aşkar olunmamışdır. Cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş 08 fevral 2021-ci il tarixdə onun adından alınmış izahatın kserosurətinin də heç bir sübut əhəmiyyəti yoxdur. Belə ki, həmin izahatın hansı vəzifəli şəxsə verilməsi və hansı vəzifəli şəxs tərəfindən alındığı müəyyən olunmur. Həmçinin hədə-qorxu ilə ondan alınmış izahatın mətnindən də görünür ki, sual-cavab xidməti fəaliyyətiylə bağlı aparılmamış, mülki həyatda mülki şəxslərlə olan münasibətinə aid olmuşdur. Həmin sual-cavabdan görünür ki, o, xidmət əleyhinə nöqsanlara yol verməmiş, hərbi intizam və nizamnamə qaydalarını pozmamışdır. Eyni zamanda həmin izahatdan və onun qanunsuz olaraq təxris olunduqdan sonra Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində aparılmış araşdırma və 03 sentyabr 2021-ci il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi mülki həyatda mülki şəxslərlə də münasibətdə qanun pozuntusuna yol verməmişdir. Araşdırma zamanı adı hallanan X15 da izahatında göstərmişdir ki, onun barəsində o şikayət etməmiş, heç bir tələbi və iddiası yoxdur, şikayəti isə onun adından ona məlumat vermədən əsəbi olan atası vermişdir. Buna görə də cavabdehin məhkəmədə guya onun təxris olunmağına səbəb kimi X12 şikayətinə əsas molmasını göstərməsi cavabdehin öz qanunsuz əməllərinə haqq qazandırmağa çalışması kimi qiymətləndirilməlidir. Sonradan isə cavabdehin nümayəndəsi məhkəməyə 22 fevral 2021-ci il tarixli attestasiya vərəqəsi təqdim etmiş və guya onun barəsində Sərhəd Nəzarətində attestasiyanın keçirildiyini göstərmişdir. Təxris olunmağından əvvəl Dövlət Sərhəd Xidmətində onun iştirakıyla hər-hansı bir araşdırma aparılmamış, onun iştrakıyla attestasiya keçirilməmişdir. Məhkəməyə təqdim olunmuş attestasiya vərəqi sonradan formal olaraq tərtib olunmuş və ona mətni ilə tanış edilmədən digər sənədlərlə birlikdə imzalatdırılmışdır. Attestasiyanın və yekun rəyin bir necə gün sonra, yəni 01 mart 2021-ci il tarixdə DSX aparatında rəsmi qeydiyyata alınması da göstərdiklərinin sübutudur. Belə ki, kargüzarlıq haqqında qaydalara əsasən rəsmi sənədlər, xüsusən də məxfi sənədlər rəsmiləşdirildiyi an dərhal qeydiyyata alınmalıdır. Sübut qismində məhkəməyə təqdim olunmuş attestasiyadan görünür ki, həmin məxfi sənəd tərtib edildiyi Sərhəd Nəzarətində ümumiyyətlə qeydiyyata alınmamış, DSX aparatında isə 01 mart 2021-ci il tarixdə 77/m nömrəsi ilə qeydiyyata alınmışdır. Sübut qismində məhkəməyə təqdim olunmuş sənədlərin kserosurəti Dövlət Sərhəd Xidmətinin gerbli möhürü ilə təsdiq olunmamış, sənədlərin üzərinə zərflər üçün möhür vurulmuşdur. Yəni cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərin heç birinin sübut əhəmiyyəti yoxdur, sübut qismində təqdim olunmuş həmin sənədlərdə onun xidmət dövründə hərbi intizam, yaxud ictimai asayışı pozmağı, həmçinin hərbi xidmətlə bir araya sığmayan əməllərə yol verməyini, bununla bağlı ona yuxarı rəislər tərəfindən irad bildirilməsi, izahedici söhbətlərin aparılması halları müəyyən olunmur. Cavabdeh orqan onun rütbəsinin alınmasını, bundan sonra xidməti uyğunsuzluqla təxris edilməyinin əsaslarını, səbəblərini göstərə bilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin məhkəmədə iştirak edən səlahiyyətli nümayəndəsi X13 2021-ci ilin sentyabr ayında Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində vətəndaş X12 şikayətinə əsasən araşdırma aparan müstəntiq olmuşdur. Ədliyyə baş leytenantı Rövşən Bayramov araşdırma apararaq tam sübuta yetirmişdir ki, o hər-hansı bir qanunsuz hərəkət və hərəkətsizliyə yol verməmiş, cinayət törətməmiş və onun iştrakıyla ümumiyyətlə hər-hansı bir cinayət hadisəsi olmamışdır. Həmin araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, tərəfindən hərbi qanunvericiliyin də tələbləri pozulmamışdır. Əks halda müstəntiq tərəfindən materiallar ayrılaraq əməllərinə hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilərdi. X14 prosessual şəxs olaraq araşdırma aparmış, müvafiq qərar qəbul edərək cinayət işinin başlanmasını CM-in 39.1.1-ci maddəsi ilə rədd etmişdir. Beləliklə də ona tam əsassız və qanunsuz olaraq kiçik gizir rütbəsindən məhrum etmə cəzası verilmişdir. Cavabdeh orqan onun rütbədən məhrum etməsinin səbəblərini məhkəməyə izah edə bilməmişdir. Rütbəsini alıb həmçinin onu xidməti uyğunsuzluqla təxris etmişlər. Hərbi idarəetmə orqanının onunla xidməti münasibətlərinə birtərəfli qaydada son qoymasının səbəbləri də məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən olunmur. Barəsində rütbəsinin alınması və xidməti uyğunsuzluqla təxris olunma cəzalarının verilməsi tam əsassız və qanunsuz olmuş, buna görə də Dövlət Sərhəd Xidməti rəisinin onu təxris etməsi barədə əmri əsassız və qanunsuzdur. Qeyd olunanları, həmçinin də ailəsinin agır maddi durumunu, himayəsində əlil arvadının və 2 azyaşlı (-1 qan qrupu olan) xəstə övladının, 1-ci Qarabag müharibəsi veteranı olan atasının və əlil qaynatasının, əmisinin şəhid oldugunu nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndələri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmrindən görünür ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “X16 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi tərəfindən verilmiş 18 saylı xx.xx.2021-ci il tarixli təyinat və ona əlavədən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq əsgər İddiaçı Dövlət Sərhəd Xidmət rəisinin xx.xx.2021-ci il tarixli 549 ş/h nömrəli əmrinə əsasən Sərhəd Nəzarəti rəisinin xx.xx.2021-ci il tarixli 072 nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün təminatdan çıxarılaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - Cavabdehin xx.xx.2021-ci il tarixli K/591/15/C-2098 saylı iddiaçının nümayəndəsinə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, gizir İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət müddətində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq ciddi nöqsanlara yol verdiyindən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 4/85-1780 saylı və xx.xx.2021-ci il tarixli K/1567/6 C-2493/3 saylı məktubları ilə iddiaçının anası X8 bildirilmişdir ki, övladı İddiaçı həqiqi hərbi xidmətə bərpa olunması barədə Dövlət Sərhəd Xidmətinə ünvanladığı müraciətinə baxılmış, müvafiq komissiya tərəfindən təhlil edilmiş və hərbi xidmətə bərpa olunması mümkün olmamışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 16/7084 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, vətəndaş X12 barəsində olan şikayət məzmunlu ərizəsi əsasında Dövlət Sərhəd Xidməti Aparatında araşdırma aparılaraq Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 16/8926m saylı məktubu ilə məhkəmə sorgusuna əsasən təqdim edilmiş iddiaçının attestasiya sənədlərindən görünür ki: - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin xidməti məktubu ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinə bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı X3 61-ci maddəsinin “i” bəndinə əsasən “gizir” hərbi rütbəsindən məhrum edilməklə Sərhəd Nəzarət rəisinin xx.xx.2021-ci il tarixli 549 ş/h №-li əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsinə müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış İddiaçı şəxsi işindən ehtiyata buraxılmasına səbəb olan sənədlərin surəti ünvanına göndərilir. Əlavə olaraq qeyd edilmişdir ki, Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə Sərhəd Nəzarəti rəisinin nizami hissə üzrə əmrindən çıxarışı Kadrlar Baş İdarəsi tərəfindən İddiaçı təqdim edilməmişdir. Qeyd olunan əmrdən çıxarış Sərhəd Nəzarəti tərəfindən xx.xx.2021-ci il tarixli 33/918m №-li məktubla şəxsi işindən müvafiq sənədlərlə birlikdə hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə göndərilmişdir. - İddiaçı barəsində Attestasiya Komissiyasının xx.xx.2021-ci il tarixli yekun rəyindən görünür ki, iddiaçının Azərbaycan Respublikasının İntizam Nizamnaməsinin 61ci maddəsinin “i” bəndinə əsasən kiçik gizir hərbi rütbəsindən məhrum edilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə qərar qəbul edilmişdir. - xx.xx.2021-ci il tarixli raportu ilə iddiaçı bildirmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmağı ilə əlaqədar olaraq Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyinə ehtiyacı yoxdur. Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı təqdirdə sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon İdarəsinə göndərilməsini xahiş edir. - İddiaçıya məxsus Xidmət vərəqəsindən görünür ki, ona xidmət etdiyi dövrdə 2019-cu ildə 3 dəfə “təşəkkür” elan edilmişdir, 1 dəfə töhmət verilmiş, xx.xx.2021-ci il tarixdə isə geyim qaydasını pozduğuna görə töhmət verilmişdir. - DSX-nin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli ********* saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu İddiaçı və vətəndaş X12 əməllərində cinayət hadisəsi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırkı iş üzrə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi ilə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə əmrin ləğv edilməsi və işə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddia ərizəsinin dəlillərinin, iş üzrə verdiyi izahatların, cavabdehin dəlillərinin təhlili onu göstərir ki, iddiaçı “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılması ilə razılaşmır və bunu qanunsuz hesab edir. İddiaçının hüquqi marağını iki hissəyə bölmək olar: 1) “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılmasının qanunsuz hesab edilməsi; 2) işə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 32.1 və 37-ci maddələrinin tələblərindən çıxış edərək hər iki tələbin bir icraatda baxılmasını mümkün hesab edir. Məhkəmə qeyd edir ki, ilk növbədə hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən əmrin qanuniliyinə qiymət verilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X5 əsasən:
1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir.
43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
44. Hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə komandirlərin (rəislərin) qərarları ilə hərbi qulluqçuların nalayiq hərəkətləri: · əsgərlərin və matrosların nalayiq hərəkətləri bölüklərin, batareyaların, taborların, divizionların, gəmilərin və bunlara müvafiq bölmələrin şəxsi heyətlərinin yığıncaqlarında; · çavuşların nalayiq hərəkətləri taborların, divizionların, gəmilərin və bunlara müvafiq bölmələrin çavuşlarının yığıncaqlarında; · gizirlərin və miçmanların nalayiq hərəkətləri alayların, gəmilərin gizirləri və miçmanlarının yığıncaqlarında, əlahiddə hissələrdə və bunlara müvafiq hissələrdə isə gizirlərin və miçmanların, yaxud gizirlər, miçmanlar və zabitlərin yığıncaqlarında; · zabitlərin nalayiq hərəkətləri alayların (briqadaların), gəmilərin, əlahiddə hissələrin və bunlara müvafiq hissələrin zabitlərinin yığıncaqlarında müzakirə edilə bilər. Bundan əlavə, zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə zabitlər, gizirlər, miçmanlar və müddətindən artıq xidmət hərbi qulluqçularının şərəf məhkəmələrində baxıla bilər. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinin şərəf məhkəmələrində baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, müəssisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edilir. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinə görə eyni zamanda həm şərəf məhkəməsində baxılmağa verilmək, həm də intizam cəzası vermək qadağandır.
45. Hərbi qulluqçular törətdikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq cinayət məsuliyyəti daşımalıdırlar. Gizirlərə və miçmanlara verilən intizam cəzaları
61. Gizirlərə və miçmanlara: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e) bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər polkovnikleytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən aparılır. Həmin Əsasnamənin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Həmin Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqqhesabı aparmaq üçün göndərilir. Həmin Əsasnaməyə 6 saylı Əlavə – “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. Həmin Qaydaların 9-cu hissəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər; məhkəmənin hökmünün surəti (bu Əsasnamənin 158-ci maddəsi ilə buraxıldıqda) göndərilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. 2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. 3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına əsasən, iddiaçı barəsində verilmiş Attestasiya Komissiyasının xx.xx.2021-ci il tarixli yekun rəyinə görə iddiaçının Azərbaycan Respublikasının İntizam Nizamnaməsinin 61-ci maddəsinin “i” bəndinə əsasən kiçik gizir hərbi rütbəsindən məhrum edilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə qərar qəbul edilmiş, nəticədə isə mübahisələndirilən xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmr qəbul edilmişdir. İddiaçı barəsində aparılmış attestasiyanın mətninə əsasən guya iddiaçı özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərmiş, şəxsi heyət arasında nüfuza malik deyil, mənəvipsixoloji səviyyəsi zəif inkişaf etmişdir. Lakin qeyd olunanları attestasiya keçirən vəzifəli şəxslər hansı qaydada və nəyə əsasən müəyyən etdiklərini göstərməmişlər. Belə ki, iddiaçının barəsində şəxsi heyət arasında hər-hansı bir sorğu aparılmadığı halda nüfuza malik olmadığını müəyyən etmək mümkünsüzdür. Həmçinin həkim-psixoloq və ya psixiatr tərəfindən muayinədən keçirilmədən şəxsin mənəvi-psixoloji səviyyəsinin zəif inkişaf etdiyini hansı vəzifəli şəxslərin və hansı qaydada müəyyən etdiyi sual dogurur. Attestasiyanın mətnində Sərhəd Nəzarətinin rəhbərliyinin iddiaçıyla söhbət aparılmasının göstərilməsi də həqiqətə uyğun deyildir. Belə ki, hərbi qulluqçu ilə söhbət rəsmi qaydada aparılır və söhbət xüsusi “söhbət vərəqəsində” rəsmiləşdirilir. Cavabdeh orqan məhkəməyə söhbət vərəqəsi və attestasiyanın mətnində barəsində göstərilən digər neqativ halları təsdiq edən hər-hansı bir sübut təqdim etməmişdir. Attestasiyanın mətnində mülki şəxs olan X12 şikayətinə istinad edilməsi də qanunsuzdur. Belə ki, həmin vaxt, yəni 22 fevral 2021-ci il tarixə şikayətə əsasən araşdırma aparılmamış, iddiaçı barəsində yalnız ehtiyata buraxıldıqdan sonra təhqiqat materialları toplanmış və yekun qərar 03 sentyabr 2021-ci il tarixdə qəbul olunmuşdur. Belə olan halda iddiaçının hansı nöqsanlarına və əməlinə görə təxris edilməsi əsaslandırılmamışdır. Bununla yanaşı attestasiyanın mətnində iddiaçının funksional vəzifələrini bildiyi göstərilmişdir. Yəni, cavabdeh orqan özü etiraf edir ki, iddiaçının hərbi qulluqçu kimi xidmətdə oldugu və nəzarətçi vəzifəsində işlədiyi zaman vəzifələrinin icrası ilə bağlı barəsində xidmət etdiyi qurumun rəhbərliyinə hər-hansı bir şikayət daxil olmamış, heç bir nöqsana yol verməmiş və bu barədə ona hərhansı bir irad bildirilməmişdir. İddiaçı qeyd edir ki, hərbi xidmətdən ehtiyata buraxılanadək ondan heç bir izahat alınmamış, izahatı yalnız Daxili Təhqiqat İdarəsində vermişdir. Cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş attestasiya sənədlərinə əlavə olunmuş 08 fevral 2021-ci il tarixdə iddiaçının adından alınmış izahatın kserosurətində izahatın məhz attestasiya keçirilməsi ilə baglı verilməsi deyil, vəzifəli şəxs polkovnik-leytenant N.Cəlilov tərəfindən (cavabdehin nümayəndəsi həmin şəxsin Daxili Təhqiqat İdarəsinin əməkdaşı oldugunu bildirmiş) alındığı müəyyən olunur. İzahatın mətnindən isə görünür ki, sual-cavab iddiaçının xidməti fəaliyyətiylə bağlı aparılmamış, mülki həyatda mülki şəxslərlə olan münasibətinə aid olmuşdur. Həmin sual-cavabdan iddiaçının xidmət əleyhinə nöqsanlara yol verildiyi, hərbi intizam və nizamnamə qaydalarını pozdugu müəyyən olunmur. Həmçinin cavabdehin iddiaya dair məhkəməyə verilmiş xx.xx.2022-ci il tarixli 16Ə420 saylı etirazından da göründüyü kimi həmin izahat X12 DSX-nə ünvanladığı şikayət məzmunlu ərizəsi ilə əlaqədar olaraq Daxili Təhlükəsizlik İdarəsi tərəfindən aparılan araşdırma zamanı alınmışdır. Məhkəmənin tələbinə baxmayaraq attestasiya rəyində qeyd olunan halların baş verməsi barədə cavabdeh orqan tərəfindən müvafiq araşdırma materialları, raportlar və digər sənədlər təqdim olunmamış, bununla da işdə olan ziddiyyətli hallara aydınlıq gətirilməmişdir. Məhkəmə qeyd edir ki, attestasiya rəyində iddiaçının müəyyən nöqsanlara yol verdiyi qeyd olunsa da, bu hallara dair hər hansı aktlaşdırılmış sənəd, izahat, sübut təqdim edilməmiş, iddiaçıya hərbi xidmətdən buraxılmamışdan öncə hər hansı xəbərdarlıq edilməsinə dair sənəd cavabdeh tərəfindən təqdim edilməmiş, ümumi ifadələrdən istifadə edilməklə tərtib edilmiş rəy əsaslandırılmamış, təqdimat tərtib edilərək qeyd olunan halları təsdiq edən sübutlar əlavə edilməmiş, bunun əsasında da mübahisələndirilən əmr verilməklə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Əksinə iddiaçının şəxsi işindən göründüyü kimi iddiaçı 10 mart 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasən “Yalama” X11 dəmir yol bölməsində nəzarətçi vəzifəsində xidmətə başlamış, yaxşı və nümunəvi xidmət etdiyinə görə 23 avqust 2018-ci il tarixdə Sərhəd Nəzarəti rəisinin əmri ilə X16 X6 yük bölməsində nəzarətçi vəzifəsinə keçirilmiş, gizir rütbəsi almış, vəzifədə yaxşı xidmət etdiyinə və xidməti fəaliyyətində yüksək nailətlər əldə etdiyinə görə dəfələrlə Sərhəd Nəzarəti rəisinin adından təşəkkür almış, 2019-cu ilin iyul ayında isə xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə, səy və əzmkarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidentindən təşəkkür almışdır. İddiaçının hərbi qulluqçu kimi xidmət etdiyi zaman hərhansı bir cinayət törətməsi, inzibati xətaya, xidmət əleyhinə qarşı qanun pozuntularına, xidmət etdiyi qurumun şərəfinə, hərbi qulluqçu şərəfinə və sərhədçi adına xələl gətirən hərəkətlərə yol verməsi işdə müəyyən olunmur. İddiaçı xidmət etdiyi dövrdə yalnız geyim qaydalarını pozduğuna görə 1 halda Sərhəd Nəzarətinin rəisindən, 1 halda isə şöbə rəisindən töhmət almışdır. İddiaçıya münasibətdə yuxarıda göstərilən normaların məzmunundan aydın oldugu kimi ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, o, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməli, onun ehtiyata buraxılmasına dair təqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilməli, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmalı idi. Lakin yuxarıda qeyd edilmiş qaydaya iddiaçının barəsində əmri vermiş cavabdeh orqan tərəfindən riayət edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir ki, bu hal da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh orqan müvafiq əmri qəbul edərkən kobud inzibati icraat pozuntularına yol vermişdir. Cavabdehin dəlillərinə görə iddiaçı vətəndaş X1 işə düzəldəcəyini vəd etməklə müxtəlif vaxtlarda mütəmadi olaraq 10-20 manat pul alması, idarə etdiyi avtomaşına yanacaq doldurması, onu Zabrat qəsəbəsində yaşadığı həyət evində təmənnasız işlətməsi, vətəndaş Ş.Mirzəyevin xidmətə qəbul olunduqdan sonra alacağı maaşının yarısını şirinlik olaraq sonuncudan istəməsi, iddiaçının qeyd olunan hərəkətlərə yol verərək DSX-nın hərbi qulluçusuna yaraşmayan əməllərini törətməklə bütün bu sadalananları izahatında etiraf etməsi mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuşdur. İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Normanın tələbi nəzərə alındıqda, cavabdehin istinad etdiyi istintaq orqanının qərarı (hətta şəxsin həmin hadisəyə aidiyyəti müəyyən olunduqda belə) inzibati mübahisəyə baxılarkən məhkəmə üçün məcburi deyil, həmin qərarda istinad edilən və hazırkı inzibati mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara dair (iddianın predmetinə aid olan) sübutlar inzibati məhkəmə icraatı çərçivəsində, həm də digər sübutlarla birgə bilavasitə yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı işdə də, məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi dəlillər iddiaçının xidməti uyğunsuzluğa görə Silahlı Qüvvələrin ehtiyatına göndərilməsi üçün əsas ola bilməz. Belə ki, yuxarıda göstərilən şikayət əsasında Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu İddiaçı və vətəndaş X12 əməllərində cinayət hadisəsi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, cinayət hadisəsinin olması sübuta yetirilmədiyi üçün iddiaçı ilə vətəndaş Mirzəyev arasında şəxsi münasibətlər zəminində yaranmış narazılıq hüquq pozuntusu kimi qiymətləndirilə bilməz və hər hansı məsuliyyətə səbəb ola bilməzdi. Həmçinin də vətəndaş Ş.Mirzəyevin şikayətində göstərilən hallar mövcud olmuş olsa belə məhkəmə hesab edir ki, bu hallar iddiaçının xidməti uyğunsuzluğa görə müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilməsi üçün əsas ola bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən xidmət dövründə yuxarıda qeyd olunan nöqsanlara yol verilməsi, onun mənfi xarakterizə olunsa belə, barəsində intizam tədbirləri görülsə belə, bu hallar onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikası Silahlı X4 cavabdehin əmri ilə iddiaçıya tətbiq edilmiş gizir hərbi rütbəsindən məhrum edilərək, ehtiyata buraxma intizam cəzasından daha yüngül intizam cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İPM-nin 74cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tətbiq edilən həmin intizam cəzası işin faktiki hallarına uyğun olmamış, yuxarıda göstərilən hüquqi aktların tələblərinə görə cavabdehin hərəkəti qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəməsi hesab edir ki, mübahisələndirilən əmrdə iddiaçının xidməti uyğunsuzluğu əsaslandırılmamış, cavabdeh iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı sübutları tam şəkildə araşdırmamış, iddiaçının xeyrinə topladığı sübutlara qiymət vermədən, iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə bir daha təsdiq olundu ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Buna görə də cavabdehin əmri iddiaçıya aid qanunsuz inzibati aktdır və qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu üçün ləğv olunmalıdır. İddiaçının ikinci - onun işə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının birinci tələbi təmin edildiyindən ondan bilavasitə doguran ikinci tələbi də təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in: 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “X16 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmri ləğv edilməli və iddiaçının əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “X16 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqısının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3ədrlik edən Mehriban Qarayeva