Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-379/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası Əmək və X5 Nairliyi tabeliyində Dövlət X13 publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialının aparıcı mütəxəssisi, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdehnə qarşı sosial sığorta stajı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun təqaüdə çıxdığı vaxtda hesablanmamış 14 il, 9 ay, 9 gün əmək stajının hesablanması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, onun xx.xx.1974-xx.xx.1989-cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozuna işlədiyi müddətin sosial sığorta stajına daxil olunaraq, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə Ermənistan Respublikası Kalinino rayonunun Qızıldaş kəndində anadan olmuşdur. Bütün kəndliləri kimi o da kiçik yaşından, yəni 17 yaşından kəndlilərlə birlikdə Ermənistan Respublikası Kalinino rayonunun X6 fəhlə işləmişdir. Onunla sovxozda fəhlə işləyən həmkəndliləri 1988-ci il məlum hadisələrdən sonra respublikanın müxtəlif rayonlarında məskunlaşmışlar. Ermənistandan qaçqın düşmüş həmkəndliləri kimi o da əmək kitabçası əldə edə bilmədiyindən təqaüdə çıxdıqda 15 (on beş) illik əmək stajı nəzərə alınmamışdır. Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyasının xx.xx.1990-cı il tarixində “xx.xx.1974-cü ildən xx.xx.1989-cu ilə kimi fəhlə işləmişdir” qeydlərinin aparılmasına baxmayaraq təqaüdə çıxdıqda 15 (on beş) il əmək stajı hesablanmamışdır. Bu məsələnin həlli ilə əlaqədar o, Bakı şəhəri Nəsimi rayon Dövlət X9 məktubla müraciət etmişdir. xx.xx.2018-ciil tarixində müraciət etdiyi məktubda onunla birlikdə işləyən Kəklik Osmanova, Səməndər Əliyeva və Nuridə Əhmədovanın əmək kitabçalarının surətləri ilə müraciət etmişdir. xx xxxx 2018-ci il tarixli, 14/4304 saylı neqativ cavablar aldığına görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiası təmin edilmədiyindən apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-8749/2019 saylı iş üzrə qərardadında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cavabdehnə müraciət etməlidir. Şöbənin vəzifəli şəxslərinin qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) narazı qaldığı halda inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməlidir”. Şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1632/19 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuşdur. O, xx.xx.2019-cu il tarixində 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinə 15 (on beş) illik stajının təsdiqi ilə əlaqədar iddia ərizəsi ilə müraciət etmişdir. Hakim işdə göstərilənlərə və Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)- 8749/2019 saylı iş üzrə çıxardığı qərardada əsasən Azərbaycan Respublikası Cavabdehnə müraciət etmiş və Cavabdeh müraciətini təmin etməmişdir. O, bundan sonra yenidən xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət X9 ərizə ilə müraciət etmiş, təqaüdə çıxdığı vaxt 15 (on beş) ilə yaxın bir müddətli əmək stajı kimi hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********4 saylı cavab məktubunda müraciəti neqativ cavablandırılmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının (bundan sonra Qaydalar) 1.1-ci bəndinə əsasən əmək kitabçası işçisinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qaydaların 4.1-ci bəndinə görə işçinin əmək kitabçasında işdən çıxması işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçı vəziyyətində isə onun iddia etdiyi 1974-1989-cu illər üçün əmək kitabçasında məsul şəxsin imzası və sovxozun möhürü yoxdur. Əmək kitabçasında olan Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyasının qeydi isə əsas kimi qəbul edilməməlidir, çünki bu İnspeksiya Ermənistan Respublikası Kalinino rayonunun X6 fəhlə işlədiyini iddia edən şəxsin həqiqətən orda işlədiyini təsdiq edə bilməz. İddiaçının ərizəsində qeyd etdiyi şahid məsələsinə qaldıqda isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlar və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 17-ci bəndində müəyyən edilmişdir ki, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında olan şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, onun özü 1965-ci ildən 1989-cu ilədək Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozunda fəhlə işləmişdir. İddiaçının 1974-cü ildən həmin kolxozda işləməyə fəhlə işləməyə başlamış və qaçqın düşdükləri günədək onlar birlikdə işləmişlər. Məhkəmə iclasında olan şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, 1975-ci ildən 1989-cu ilədək Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozunda fəhlə işləmişdir. O, sovxozda işə başlayan vaxt iddiaçının orda işləməsinin şahidi olmuşdur və qaçqın düşdükləri günədək birlikdə işləmişlər. Məhkəmə iclasında olan şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, 1981-ci ildən 1989-cu ilədək Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozunda fəhlə işləmişdir. O, sovxozda işə başlayan vaxt iddiaçının orda işləməsinin şahidi olmuşdur və qaçqın düşdükləri günədək birlikdə işləmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şahid ifadələrini, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus xx xxxxxx 1990-cı il tarixdə doldurulmuş ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, əmək kitabçasının ilk səhifəsinə 1989-1990-cı illərdə Respublikada yaşanan məlum vəziyyətə görə Ermənistanın Kalinino rayonundan qovulmuş İddiaçı ərizəsinə əsasən Kalinino rayonu Qızıldaş sovxozunda xx.xx.1974-cü ildən xx.xx.1989-cu ilədək fəhlə işləməsi barədə qeyd edilmişdir. Həmin qeyd Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyasının möhürü ilə təsdiq edilmişdir. Həmin dövr üzrə ümumi iş stajı 14 il 09 ay 09 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 14 il 08 ay iş stajı, xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək 12 il sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 11490,93 manat pensiya kapitalına əsasən xx.xx.2018-ci il tarixədək 151,92 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti işçilərin əmək kitabçalarının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə xx.xx.1996-cı il 186 saylı Qərarının 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxs imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Onun əmək kitabçasında qeyd etdiyi dövr qanunvericliyə müvafiq olaraq qeyd edilməmişdir. Bu səbəbdən də həmin illərin pensiya hesablanarkən onun ümumi iş stajına daxil edilmədiyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nəsimi rayon şöbəsinin **********0 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 14 il 08 ay iş stajı, xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək 12 il sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 11490,93 manat pensiya kapitalına əsasən xx.xx.2018-ci il tarixədək 151,92 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına müvafiq olaraq xx.xx.2019-cu il tarixdən pensiyanın məbləği 156,49 manata çatdırılmışdır. xx.xx.2019-cu il tarixədək işdən çıxması səbəbindən pensiyanın məbləği yenidən hesablanmışdır. xx.xx.2019-cu il tarixdən pensiyanın məbləği 161,76 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvar ayının 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə pensiya alt sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1 əmək kitabçası, 3.2. əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə. İşdə olan Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nəsimi rayon şöbəsinin xx xxxxx 2018-ci il tarixli, 311 saylı qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İşdə olan sığortaolunanın fərdi uçot məlumatı əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək 12 il sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 11490,93 manat pensiya kapitalı vardır. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1632/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı xx.xx.1974-xx.xx.1989-cu illər ərzində Ermənistan SSR Kalinino rayonunun X6 fəhlə vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-8749/2019 saylı qərardadından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin yanında Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1632/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı onun təqaüdə çıxdığı vaxtdan hesablanmayan 14 il 9 ay 9 gün əmək stajının hesablanması barədə ərizəsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardadda göstərilmişdir ki, ərizəçinin hazırki tələbinə xüsusi icraat qaydasında baxıla bilməz. Çünki bu faktın müəyyən edilməsi ilə deyil, hüququn tətbiq edilməsi ilə bağlı məsələdir və inzibati orqan olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin yanında Dövlət X7 səlahiyyətindədir. Məhkəmə qeyd edilən nəticə ilə bağlı izah edir ki, ərizəçi 1974-1989-cu illərdə işlədiyi Ermənistan Respublikası Kalinino rayonunun X6 işləməsi faktını təsdiq edən əmək kitabçasını Azərbaycan Respublikası Cavabdehnə təqdim etməli, arzuladığı nəticə əldə edə bilmədiyi və ya həmin Şöbənin vəzifəli şəxslərinin qərarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı halda inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Beləliklə işin hallarından görünür ki, iddiaçı hazırda pensiyaçıdır. Ona xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 14 il 08 ay iş stajı, xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək 12 il sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 11490,93 manat pensiya kapitalına əsasən xx.xx.2018-ci il tarixdə 151,92 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına müvafiq olaraq xx.xx.2019-cu il tarixdən pensiyanın məbləği 156,49 manata çatdırılmışdır. xx.xx.2019-cu il tarixədək işdən çıxması səbəbindən pensiyanın məbləği yenidən hesablanmışdır. xx.xx.2019-cu il tarixdən pensiyanın məbləği 161,76 manat təşkil edir. Lakin iddiaçı ona pensiya təyin edilərkən onun xx.xx.1974-xx.xx.1989-cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozuna işlədiyi müddətin sosial sığorta stajına daxil edilmədiyini, buna görə də həmin dövrün nəzərə alınaraq, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını cavabdehdən tələb edir. İddiaçı pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmiş, imtinaya əsas olaraq həmin dövrdə sosial stajını təsdiq edən sənədin olmadığı göstərilmişdir. İddiaçı həmin dövrdə sosial sığorta stajına malik olmasını Ermənistan Respublikasından qaçqın düşdükdən sonra Azərbaycan Respublikasında açılmış əmək kitabçasına Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyası tərəfindən aparılmış, möhürlə təsdiq edilmiş qeydlə əsaslandırmışdır. Lakin cavabdeh iddiaya dair verilmiş yazılı etirazında həmin qeydi əsas kimi qəbul etməyərək, əmək kitabçasında məsul şəxsin imzası və sovxozun möhürünün olmadığını, əmək kitabçasında olan Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyasının qeydinin isə əsas kimi qəbul edilməməli olduğunu, çünki İnspeksiyanın Ermənistan Respublikası Kalinino rayonunun X6 fəhlə işlədiyini iddia edən şəxsin həqiqətən orada işlədiyini təsdiq edə bilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin etirazının əsas kimi göstərdiyi dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmişdir “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və X5 Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) X5 Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Göründüyü kimi iş stajı barədə sənədlər olmadıqda əmək stajı ərizəçinin kolxozda birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və X5 Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) X5 Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilə bilərdi. Lakin şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq hesablana bilməz. İddiaçı Ermənistan Respublikasından qaçqın düşdüyündən Kalinino rayonu Qızıldaş sovxozunda xx.xx.1974-cü ildən xx.xx.1989-cu ilədək olan dövr ərzində sosial sığorta stajına malik olmasını təsdiq edən əmək kitabçasını təqdim edə bilməsə də, lakin həmin dövr üzrə sosial sığorta stajına malik olması şahid ifadələri əsasında müəyyən edilmişdir. Şahidlərin məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş əmək kitabçları onların məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. İddiaçıya məxsus əmək kitabçasına göstərilən qeyd xx xxxxxx 1990-cı il tarixdə edilmişdir. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli qərarı ilə təsdiq edilməklə, həmin qeyd edildikdən sonra qəbul edilmişdir və hazırda qüvvədən düşmüşdür. Həmin Əsasnamə nə qeydin aparıldığı dövrdə, nə də ki, hazırda qüvvədə olmasa da, lakin göstərilən münasibəti tənzimləyən başqa hüquq norması olmadığından məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə göstərilənlərə uyğun olaraq tənzimlənməlidir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə uyğun olaraq şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü pensiya təyinatı üçün tələb olunan iş stajının yarısı qədər hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının xx.xx.1974-xx.xx.1989-cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozuna işlədiyi müddətin14 il 09 ay 09 gün təşkil etməsi müəyyən edilsə də, lakin ona yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdə təyin edildiyini nəzərə alaraq, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən pensiya təyin edilməsi üçün tələb olunan ümumi sosial sığorta stajının 25 il təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, tələb olunan 25 il sosial sığorta stajının yarısı 12 il 06 ay müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, iddiaçının pensiyası yenidən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1974-xx.xx.1989-cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozunda işlədiyi müddətin 12 il 06 ayı sosial sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-379/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-379/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver