Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-379/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi X9 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) üçüncü şəxsin nümayəndəsi X13 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil ) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X16 olmaqla “Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha bağ sahəsinə dair mülkiyyət hüququnun (sahiblik və istifadə) mərhum X5 məxsus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha bağ sahəsinə dair mülkiyyət hüququnun (sahiblik və istifadə) mərhum X5 məxsus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 adına Azərbaycan SSR Bakı şəhər İcrariyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin Görədil bağlar sahəsindəki 120 nömrəli kooperativi tərəfindən Б/С nömrəli orderlə, 09.10.1990-cı il tarixli 7/348 nömrəli qərarla Görədil bağlar sahəsində yerləşən 120 nömrəli БТК–nın nəzdində 0.12 ha torpaq sahəsi ayrılmışdır. X7 23.11.2019-cu il də vəfat etmiş, bununla bağlı Bakı şəhəri 13 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Mərhumun hər üç övladı vərəsə kimi miras kütləsindən mirasa sahib olmaq məqsədilə ərizə ilə notariat ofisinə müraciət etmişdir. Mərhuma məxsus əmlakların dairəsi müəyyən edilərkən məlum olmuşdur ki, əmlaklara dair ilkin sənədlər mövcud olsa da heç bir əmlaka dair mülkiyyət hüququ dövlət reystrində qeydə alınmamışdır. Bunu nəzərə alaraq Notariat Ofisi tərəfindən miras kütləsinə daxil olacaq əmlaklara dair sənədlər əlavə edilməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ünvanlanmış, o cümlədən vərəsə İddiaçı tərəfindən qeydiyyatın aparılması ilə bağlı müvafiq sənədlər əlavə edilməklə ərizə təqdim olunmuşdur. Cavabdeh inzibati orqan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş təqdim edərək, qeyd etmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 269 J nömrəsi sxematik xəritədə öz əksini tapmıyıb və göstərilən ərazi 300 nömrəsi ilə başlayan bağların ərazisidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş sərəncamla bağlı cavabdeh iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı Bakı şəhər, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “269j” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 269 “J” nömrəsi sxematik xəritədə öz əksini tapmayıb və göstərilən ərazi 300 nömrəsi ilə başlayan bağların ərazisidir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa 03.09.2020-ci il tarixli, **********91 saylı məktub ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında cavabdehin imtina məktubunda göstərilən məzmunda izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X11 vəkili X20 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli bağ sahəsi X5 məxsus olmuş, o, bağ sahəsinin kommunal(qaz, su, işiq) xərcləri ödəmişdir, həmin bağ hal-hazırda vərəsələrin istifadəsindədir. Üçüncü şəxsin nümayəndəsi iddia əsaslı olduğundan təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan SSR Bakı şəhət icrariyyə komitəsinin Bağlar təsərrüfatıının inkişafı və istismarı Birliyi Goradil bağlar sahəsindəki 120 № li kooperativ tərəfindən verilən Б/С nömrəli orderə əsasən, X5 120 №-li БТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 269 “j” nömrəli bağ ayrılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsünə əsasən, sahəsi 1200 kv.m, təyinatı 269 j saylı bağ evi tikintisi üçün nəzərdə tutulmuş Binəqədi rayonu, Goradil bağ massivi X7 adına X22 kitabında 20.06.2014 tarixində 38892 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 10.02.2014-cü il 372 nömrəli Bakı şəh; Ə.Ələkbərov küç; ev 41-də yaşayan vətəndaş X5 verilmiş arxiv çıxarışına əsasən, Azərbaycan SSR-nın Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarına və Bakı şəhər icraiyyə komitəsinin 09.10.1990-ci il tarixli 7/348 nömrəli qərarına əsasən X15 oğluna 120 nömrəli BTK-nın tərkibində Göradil massivində bağ sahəsinin icarəyə verilməsi qərara alınmışdır. AZE №******** seriya nömrəli şəxsiyyəst vəsiqəsnin surətinə görə, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Mənzil Kommunal İstismar sahəsinin verdiyi arayışa əsasən X7 23.11.2019-cu ildə vəfat etmiş və Ə.Əkbərli küçəsi, 41 saylı evdə qeydiyyatda olmuşdur. Vəfat etdiyi günə qədər İddiaçı ilə birlikdə yaşayıb. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı notariat ofisinin 24.06.2020-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubuna əsasən 23.11.2019-cu il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakına dair vərəsələrinin ərizəsi əsasında 13.02.2020-ci ildə Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış, qanunauyğun olaraq mərhumun vərəsələri qızları X10, X16 və İddiaçı müəyyən olunmuşdur. Bunu nəzərə alaraq, vərəsəlik işinin rəsmiləşdirilməsi üçün Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ massivindəki 269j saylı bağda yerləşən 1200 kv.m torpaq sahəsinə və Binəqədi rayonu Binəqədi qəsəbəsinin hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində fərdi-yaşayış evinin tikintisi üçün istifadəyə verilmiş 400 kv.m torpaq sahəsinə dair mərhum- X4 adına çıxarış verilməsi xahiş edilmişdi. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanladığı 03.09.2020-ci il tarixli, **********91 nömrəli “daşınmaz əmlakı üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən,” göstərilən bağ sahəsi bağların bolgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 269 “J” nömrəsi sxematik xəritədə öz əksini tapmayıb və göstərilən ərazi 300 nömrəsi ilə başlayan bağların ərazisidir. “ Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşin faktiki hallarına əsasən Göradil bağlar sahəsindəki 120 nömrəli BTK-nın nəzdində olan 269 J nömrəli bağ sahəsi 1990-ci ilin oktyabr ayından iddiaçının atası X1 və istifadəsində olmuşdur. X7 bağ sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrindən çıxarış almadan 2019-cu ildə vəfat etmişdir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 22.2-ci maddəsinə müvafiq olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Qanunla cavabdehin üzərinə hüquqların dövlət qeydiyyatı apararkən, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsi qoyulmuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. İşin faktiki hallarına əsasən iddiaçının atası X7 vəfat edənə qədər qanuni əsaslarla (Bakı şəhər İcrariyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Görədil bağlar sahəsindəki 120 nömrəli kooperativi tərəfindən Б/С nömrəli orderlə, 09.10.1990-cı il tarixli 7/348 nömrəli qərar əsasında ayrılmış )Görədil bağlar sahəsində yerləşən 120 nömrəli БТК–nın nəzdində 0.12 ha torpaq sahəsi olan 269 j saylı bağ sahəsindən istifadə, ona sahiblik etmişdir. X4 adına dövlət orqanı tərəfindən torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin qaiməsi(sertifikatı), baş planda göstərilmklə əsas döngə nöqtələrinin koordinatları, qonşu sərhədləri, torpaq sahəsinin planı özündə əks etdirən “Torpaq sahəsinin plan və ölçüsü” tərtib edilmişdir. X2 adına verilmiş bağ sahəsinə dair sənədlər hal-hazırda qüvvədədir, həmin sənədlərdə olan məlumatlarla dövlət reyestrində olan məlumatlar arasında ziddıyətlərin olması müəyyən edilməmişdir. Belə olan halda mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxs X5 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçıya verdiyi “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası”nı, “bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edilməsi” ilə əsaslandırmışdır.” Halbuki qanun tələbinə əsasən, inzibati orqan daxil edilmiş sənədlərdə göstərilən məlumatın, hüquqi qüvvəsinə malik olmayan “sxematik xəritəyə” deyil, dövlət reyestrində saxlanılan məlumatlarına uyğunluğunu yoxlamalıdır. Məhkəmə araşdırılması zamanı mübahisə predmetinə aid bağ sahəsinə dair hüquqların başqa şəxsin adına dövlət qeydiyyatına alınması və ya başqa şəxs həmin torpaq sahəsinə iddialı olması barədə heç bir sənəd və ya bu haqda məlumat verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha bağ sahəsinə dair mülkiyyət hüququnun (sahiblik və istifadə) mərhum X5 məxsus olması haqqında arayış verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha bağ sahəsinə dair mülkiyyət hüququnun (sahiblik və istifadə) mərhum X8 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-379/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-379/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver