Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-379/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 13 iyul 2021-ci il tarixli **********432700 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq bildirilir ki, 13 iyul 2021-ci il tarixli **********432700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 2021-ci il üzrə 49.672,56 manat manat əlavə vergi hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən qərar ləğv olunmalıdır. Belə ki, müəssisə fəaliyyət dövrü ərzində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixində **********434700 saylı məktubla müəssisənin ƏDV qeydiyyatına alınması üçün könüllü olaraq ərizə ilə müraciət edilmişdir. Elə xx.xx.2021-ci il tarixində müəssisə ƏDV qeydiyyatına alınmış və həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinə qanunamüvafıq qaydada tərəfimizdən xx.xx.2021-ci il tarixində 2021- ci ilin İ rüb üzrə Cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilmişdir. Daha sonra 2021-ci ilin İİ rübü üzrə Cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilmişdir. Lakin tərəfindən xx.xx.2021-ci il tarixli Cari vergi ödəmələrinin hesablanması haqqında arayışı təqdim olunmasına baxmayaraq cavabdeh Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixində şəxsi hesab vərəqində Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən 55190,04 manat məbləğində cari vergi hesablanması aparılmışdır. Bu barədə cavabdeh orqana yazılmış xx.xx.2021-ci il tarixli müraciətdə tərəfindən cari vergi arayışının xx.xx.2021-ci il tarixində təqdim olunduğunu və şəxsi hesab vərəqində düzəliş edilməsini xahiş etmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən müraciəti nəzərə alınmış və xx.xx.2021- ci il tarixində 55190,04 manat vəsait şəxsi hesab vərəqində azaldılmış məbləğ olaraq göstərilmişdir. Nəzərə çatdırılır ki, müəssisənin xx.xx.2021-ci il tarixində fəaliyyəti dayandırılmış və daha sonra xx.xx.2021-ci il tarixində müəssisənin fəaliyyəti yenidən bərpa edilmişdir. Müəssisənin fəaliyyəti dayandırılan zaman isə sonuncu X2 vergi orqanına xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Belə ki, müəssisənin fəaliyyəti bərpa olunduqdan sonra cavabdeh vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubda göstərilmişdir ki, “2021-ci il ərzində tərəfindən 1218655,73 manat dəyərində malların ixrac edilməsinə baxmayaraq müvafiq dövr üzrə mənfəət vergi vergisi bəyannaməsinin göstəricisiz təqdim edilməsi kənarlaşmanın yaranma səbəbi olmuşdur.” İddiaçı tərəfindən cavabdeh vergi orqanına yazılmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, müəssisənin fəaliyyətinin yenidən bərpa olunduğu nəzərə alınaraq 2021-ci il üzrə X1vericilikdə nəzərdə tutulmuş müddətdə, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər təqdim ediləcəkdir. Azərbaycan Respublikası Vergi məcəlləsinin 149.1-ci maddəsinə əsasən: 149.1.Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər: 149.1.1.rezident müəssisələr; 149.1.2.Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər; 149.1.3.vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər; 149.1.3-1. bu Məcəllənin 149.1.3-cü maddəsində göstərilən qeyri- rezident şəxsin təyin etdiyi vergi agenti; 149.1.4.xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər 149.1.5. sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti aym 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Belə ki, tərəfindən mübahisələndirilən 13 iyul 2021-ci il tarixli **********432700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının qəbul edilməsinə səbəb olaraq “2021-ci il ərzində tərəfindən 1218655,73 manat dəyərində malların ixrac edilməsinə baxmayaraq müvafiq dövr üzrə mənfəət vergi vergisi bəyannaməsinin göstəricisiz təqdim edilməsi kənarlaşmanın yaranma səbəbi olmuşdur.”göstərilmişdir. Sadalanan normaların təhlilindən aydın olur ki, X2 xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər təqdim edilməlidir yəni, vergi orqanı tərəfindən 13 iyul 2021-ci il tarixli **********432700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanunsuz və əsassız olaraq qəbul edilmişdir Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur; 37.1.Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasım və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2.Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 53.3.Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 62.1.Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2.Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 71.1Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2.həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3.həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2.Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 94.0. Verginin hesablandığının səhv olduğu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu — vergi orqanının üzərinə düşür.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş məlumatlara əsasən 2021-ci il ərzində tərəfinizdən 1 490 176,91 manat dəyərində malların (kənd təsərrüfatı malları) ixrac edilməsinə baxmayaraq (məlumatlarda ixrac edilən mallar ABŞ dolları ilə 868774,65 olaraq qeyd edilmişdir), müvafiq dövr üzrə X2nin göstəricisiz təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********866900 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166 1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən ixrac olunmuş mallara Nazirlər Kabinetinin 55 nömrəli qərarı tətbiq edilərək 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə 49.672,56 manat (1.490.176,91/120x20%=248.362x20%) əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********432700 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd edilir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannnaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Buna əsasən vergi orqanı qanunvericiliklə ona həvalə edilmiş hüquqlardan istifadə edərək təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlaması həyata keçirmişdir. Eyni zamanda bildirilir ki, Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən ediimiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. İnzibati-Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna oiiər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericillyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “xx.xx.2022-ci il tarixli **********366900 saylı vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir.
5. Belə ki, həmin vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********366900 nömrəli qərarın 6-cı bəndinə əsasən həmin qərara əsasən əvvəlki 14 iyul 2021-ci il tarixli **********432700 nömrəli qərarın ləğv olunmasına dair qeyd var. Qeyd edilən qərara əsasən 48700 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır.
6. Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********572100 saylı qərarın 6-cı bəndinə əsasən əvvəlki **********366900 nömrəli qərarın ləğvinə dair qeyd var. Belə ki, həmin Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********572100 saylı qərara əsasən verginin azaldılmış məbləği 43.673,35 manat müəyyən edilərək vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə 5.999,21 manat vergi hesablanmışdır.
7. Məhkəmə tərəfindən iddiaçıya (əvvəlki məhkəmə iclasında) hüquqi yardım göstərilərək iddiaçıya iddia tələbinin “xx.xx.2022-ci il tarixli **********572100 saylı vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə qərarın ləğv edilməsi və xx.xx.2022-ci il tarixli **********366900 nömrəli qərarın qanunsuzluğunun tanınması kimi dəyişdirilməsi təklif edilmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.
9. İddiaçının məhkəmə iclaslarına iştirakının təmin edilməsi və iddia tələbinin hüquqi marağına uyğun dəyişdirilməsi məqsədilə dəfələrlə məhkəmə iclasının təxirə salınmasına baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbini dəyişməmişdir (dəqiqləşdirməmişdir).
II. İddianın mümkünlüyü
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
11. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini hüquqi marağına uyğun olaraq dəqiqləşdirilməmişdir. İddia tələbinin hüquqi marağına uyğun olaraq dəyişdirilməsi üçün məhkəmə tərəfindən dəfələrlə iddiaçıya hüquqi yardım göstərilməsinə və bununla bağlı ağlabatan müddət təyin edilməsinə baxmayaraq iddia tələbi dəqiqləşdirilməmişdir.
12. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddia tələbinin lazımi qaydada qaldırılmaması nəticəsində mümkün sayılmaması həmin hüququn məhdudlaşdırılması üçün legitim əsasdır. İddiaçı hüquqi marağına uyğun iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Odur ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva