Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-379/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5, X7, Borovikov Mikhail və "xxxx" MMC) “çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu “Şimal” DRES ərazisindəki Bakı İEM-1 “Qırmızı Ulduz” Bağçılıq-bostançılıq təsərrüfatının 1 saylı 22 yanvar 1988-ci il tarixli protokolundan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən, sahəsi 600 kv.metr olan 58 saylı bağ sahəsinin 400 kv.metr hissəsinə dair çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2224/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin sözügedən qərardadında göstərmişdir ki, “...2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-19/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “Xəzər rayonu “Şimal“ DRES ərazisindəki Bakı İEM-1 “Qırmızı Ulduz” Bağçılıq-bostançılıq təsərrüfatının 1 saylı 22 yanvar 1988-ci il tarixli protokolundan çıxarışa əsəasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağ massivində yerləşən sahəsi 600 kv.metr olan 58 saylı bağ sahəsinin 400 kv.metr hissəsinə dair çıxarışın və plan ölçünün tərtib edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. ...Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(82)-19/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır”. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3127/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2224/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X7) “çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, “....Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini işin faktiki hallarına uyğun hesab etmir və bildirir ki, məhkəmənin qeyd etdiyi 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(82)-19/2018 saylı qərarındakı göstərilən tərəflər eyni olsada mübahisə predmeti eyni olmamışdır. Həmin qərardadda belə qeyd olunmuşdur ki, “...iddiaçının iddia etdiyi torpaq sahəsinin yerini onun özünün göstərə bilməməsi səbəbindən koordinatlarını müəyyən etmək mümkünsüzdür.” Göründüyü kimi, həmin mübahisə zamanı iddiaçı faktiki mövcud olan konkret hər hansı torpaq sahəsinə iddia etməmişdir. Hazırkı iş üzrə işin faktiki hallarından aydın olur ki, iddiaçı ona ayrılan torpaq sahəsinin yerini müəyyən etdiyini iddia edir və həmin torpaq sahəsinə dair hüquqlarının dövlət reyetsrində qeydiyyata alınmasını tələb edir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “.....bağ sahəsinin onun istifadəsinə ayırıldığı vaxtdan 29 il müddətində iddiaçı tərəfindən istifadə edilməməklə bərabər, həmin illər ərzində onun yerini belə unutması hazırda işin mübahisəsiz halıdır.” Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən işə mahiyyəti üzrə baxmayaraq eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı mövcud olması əsası ilə iddianı mümkün saymamışdır. İddiaçının torpaq sahəsindən istifadə etməməsi, yerini unutması və s. bu kimi hallara işə mahiyyəti üzrə baxılarkən qiymət verilməli və daha sonra yekun nəticəyə gəlinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən hallarına dair hərtərəfli araşdırma aparıldıqdan sonra mübahisənin mahiyyəti üzrə yekun nəticəyə gəlinməli idi. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Şüvəlan bağ massivində yerləşən 58 saylı bağ sahəsinin torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,06 ha, faktiki olaraq 0,0392 hadır. Vətəndaşın bildirdiyinə əsasən onun bağının ərazisi (600 kv.m.) digər fiziki şəxslər tərəfindən inşa olunmuş hasarlarla 4 hissəyə bölünüb. Həmin dörd sahənin üçünü vətəndaş kənardan göstərdi, biri isə ümumi hasar daxilində yerləşir. Ara sərhədləri şərtidir. 392 kv.m - vətəndaş həmin hissəni 3-4 sıra mişar daşı düzərək ayırmışdır, lakin sonradan digər fiziki şəxs tərəfindən həmin sərhəd sökülüb. Bağ sahəsində mübahisə predmeti mövcuddur. Sözügedən ərazidə bağların hasarlanma işləri plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. Kənardan iddia olunan 3 (üç) sahənin mərkəzindən koordinatlar: 1) X: 434284 Y: 4483354; 2) X: 434296 Y: 4483353; 3) X: 434302 Y: 4483340. X1 və X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 930 saylı torpaq sahəsi X4 bağışlanılmışdır. Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 930 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, sənəd üzrə və faktiki sahəsi 0,12 ha-dır. Həmin torpaq sahəsinin koordinatları:
1. X= 434253,2100 Y= 4483383,6697;
2. X= 434281,4300 Y= 4483389,6498;
3. X= 434290,0000 Y= 4483350,8998;
4. X= 434261, 0000 Y= 4483342,2198. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2022-ci il) əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 930 saylı torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən 25 fevral 2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində bildirilmişdir ki, İddiaçı tərəfindən 58 saylı bağ sahəsi kimi kənardan iddia olunan sahə (600.0 kv.m) digər fiziki şəxslər tərəfindən inşa olunmuş hasarlarla dörd hissəyə bölünüb. Torpaq sahəsində mübahisə predmeti mövcuddur. Sözügedən ərazidə bağların hasarlanma işləri plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. Kənardan iddia olunan dörd sahənin mərkəzindən götürülmüş koordinatlar əlavə olunur: 1) X: 434284; Y: ******* 2) X: 434296; Y: 4483353; 3) X: 434302; Y: 4483340; 4) X: 434290; Y: 4483339; Vahid elektron kadastr baza məlumatlarına əsasən yuxarıda qeyd olunan 1 nömrəli koordinat X3 xüsusi mülkiyyətində olan **********35 reyestr nömrəli sahə, 2 nömrəli koordinat Borovikov Mikhail (fərdi yaşayış evi) və "xxxx" MMC-yə (torpaq sahəsi) məxsus **********19-10301 reyestr nömrəli vahid əmlak, 4 nömrəli koordinat isə təqdim edilmiş ortofotoda göstərilən sahə daxilində yerləşir. Sahələrin mərkəzindən götürülmüş dörd koordinat X8 və Ekspertiza Mərkəzi MMC tərəfindən tərtib edilmiş yerləşmə cizgisindəki sahə daxilindədir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçının diqqətinə çatdırıldı. İddiaçı verdiyi izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bu barədə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi X3 xüsusi mülkiyyətində olan **********35 reyestr nömrəli sahə, Borovikov Mikhail (fərdi yaşayış evi) və "xxxx" MMC-yə (torpaq sahəsi) məxsus **********19-10301 reyestr nömrəli vahid əmlaka aid hissədə mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarına görə, iddiaçının hüquqi marağı, Xəzər rayonu “Şimal” DRES ərazisindəki Bakı İEM-1 “Qırmızı Ulduz” Bağçılıq-bostançılıq təsərrüfatının 1 saylı 22 yanvar 1988-ci il tarixli protokolundan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən, sahəsi 600 kv.metr olan 58 saylı bağ sahəsinin 400 kv.metr hissəsinə dair çıxarışın və plan ölçü sənədinin verilməsilə bağlıdır və həmin tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq göstərilən torpaq sahəsinin digər vətəndaşın istifadəsində olması ilə bağlı imtina cavabı ünvanlamışdır. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində bildirilmişdir ki, İddiaçı tərəfindən 58 saylı bağ sahəsi kimi kənardan iddia olunan sahə (600.0 kv.m) digər fiziki şəxslər tərəfindən inşa olunmuş hasarlarla dörd hissəyə bölünüb. Torpaq sahəsində mübahisə predmeti mövcuddur. Sözügedən ərazidə bağların hasarlanma işləri plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. Kənardan iddia olunan dörd sahənin mərkəzindən götürülmüş koordinatlar əlavə olunur: 1) X: 434284; Y: ******* 2) X: 434296; Y: 4483353; 3) X: 434302; Y: 4483340; 4) X: 434290; Y: 4483339; Vahid elektron kadastr baza məlumatlarına əsasən yuxarıda qeyd olunan 1 nömrəli koordinat X3 xüsusi mülkiyyətində olan **********35 reyestr nömrəli sahə, 2 nömrəli koordinat Borovikov Mikhail (fərdi yaşayış evi) və "xxxx" MMC-yə (torpaq sahəsi) məxsus **********19-10301 reyestr nömrəli vahid əmlak, 4 nömrəli koordinat isə təqdim edilmiş ortofotoda göstərilən sahə daxilində yerləşir. Sahələrin mərkəzindən götürülmüş dörd koordinat X8 və Ekspertiza Mərkəzi MMC tərəfindən tərtib edilmiş yerləşmə cizgisindəki sahə daxilindədir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan torpaq sahəsinin bəzi hissələrinə dair digər şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində qeydiyyata alındığından və həmin qeydiyyat hazırda qüvvədə olduğundan və eyni daşınmaz əmlak üzərində hüquqlar haqqında qeydiyyat qüvvədə olduğu halda yenidən iddiaçının hüquqlarının qeydiyyatının aparılması yolverilməz olduğundan iddia ərizəsi həmin hissədə mümkün sayıla bilməz. Məhkəmə iddiaçıya hüquqi yardım edərək bildirir ki, iddiaçı hüquqi marağına çatmaq üçün ilk növbədə iddia etdiyi torpaq sahəsinə dair üçüncü şəxslərin adına aparılmış qeydləri mübahisələndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Məhkəmə isə iddiaçıya izah edir ki, iddiaçı üçün uyğun iddia növü hazırda mübahisələndirdiyi qeydin aparılmasına əsas olmuş sənədin etibarlılığını (əsaslılığını) mübahisələndirməkdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi X3 xüsusi mülkiyyətində olan **********35 reyestr nömrəli sahə, Borovikov Mikhail (fərdi yaşayış evi) və "xxxx" MMC-yə (torpaq sahəsi) məxsus **********19-10301 reyestr nömrəli vahid əmlaka dair hissələrdə mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi X3 xüsusi mülkiyyətində olan **********35 reyestr nömrəli sahə, Borovikov Mikhail (fərdi yaşayış evi) və "xxxx" MMC-yə (torpaq sahəsi) məxsus **********19-10301 reyestr nömrəli vahid əmlaka dair hissələrdə mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov