Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3791/2020 05.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi X2rşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Xüsusi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2013-cü il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən bugünədək birdəfəmə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinə müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə xx xxxxxx 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək işlədiyi dövrlərdə əmək haqqı almadığından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Onun ümumilikdə əmək stajı 25 (iyimi beş) il 05 (beş) ay təşkil edir. Həmin əmək stajı 15 (on beş) il 04 (dörd) ay 05 (beş) gün «xxxxxxxxxxxxxxxxxx» X5 yeraltı işlərdə, yəni tuneldə suvaqçı vəzifəsində işləmişdir. Onun xx xxxxxx 2006-ci il tarixdə 50 yaşı tamam olan zaman onun güzəştli şərtlərlə əmək pesiyası almaq hüququ yaranmışdır. Buna baxmayaraq həmin tarixdə əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən pensiya hüququnun yarandığını bilmədiyindən müraciət etməmişdir. O, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixə kimi 07 (yeddi) ay 20 (iyirmi) gün Tikinti Kombinatında suvaqçı kursunu bitirmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi 03 (üç) il SSRİ-nin ərazisində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1978-ci ilin avqust ayından xx.xx.1992-ci il tarixə kimi «xxxxxxxxxxxxxxxxxx» X5 yeraltı işlərdə 13 (on üç) il 08 (səkkiz) ay suvaqçı vəzifəsində işləmişdir. Sonradan həmin iş yerindən öz xahişi ilə işdən azad olunmuşdur. Sonradan xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi 06 (altı) il 03 (üç) ay bənna vəzifəsində işləmişdir. «xxxxxxxxxxxxxxxxxx» X5 xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi 01 (bir) il 07 (yeddi) ay yeraltı işlərdə suvaqçı vəzifəsində işləmişdir. Onun ümumilikdə 25 (iyimi beş) il 05 (beş) ay 20 (iyirmi) gün əmək stajının 21 (iyirmi bir) il 08 ay (səkkiz) 05 (beş) günü əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir və işləmişdir. Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyət orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü hissəsinin ikinci cümləsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ yoxdur. İddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında qeyd olunanlara əsasən iddiaçı xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxxxxxxxxx” QSCnin “xxxxxxxxxxxxxxxxxxxxx” SC-nin X11 İdarəsində suvaqçı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövrə aid əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq 2003-cü ilin may, iyun və 2004-cü ilin aprel aylarında həmin müəssisədə əmək haqqı almadığı bildirilmişdir. Bu səbəbdən həmin dövrləri əmək stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Ağdam rayonunda doğulmuşdur. -İddiaçı məxsus NZ ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. -İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək təhsil almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək suvaqçı, xx.xx.1975-xx.xx.1978-ci il tarixədək Sovet Ordu sıralarında xidmət etmiş, xx.xx.1978-01.1987-ci il tarixədək Azərbaycan SSR Nəqliyyatda Tikinti Nazirliyində 2-ci, 3-cü, 4-cü və 5-ci dərəcəli suvaqçı, xx.xx.1991xx.xx.1992-ci il tarixədək 5-ci dərəcəli suvaqçı, xx.xx.1992-xx.xx.1993-cü il tarixədək Nizami RUP-da muhafizəçi, xx.xx.1993-xx.xx.1999-cü il tarixədək DİN-nin X3 3-cü dərəcəli bənnaçı vəzifələrində işləmişdir. - “Azətunelmetrotikinti” SC-nin X10 İdarəsinin xx.xx.2002-ci il tarixli, 46/K saylı və xx.xx.2004-cü il tarixli, 12/k saylı əmrlərinin surətlərindən görünür ki, İddiaçı 25.10.02-ci il tarixli, 51 saylı əmək müqaviləsinə əsasən 5-ci dərəcəli suvaqçı vəzivəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. - “Azətunelmetrotikinti” SC-nin X10 İdarəsinin xx.xx.2003-cü il tarixli, 5 saylı əmrinin surətindən görünür ki, iş həcminin olmaması ilə əlaqədar 5-ci dərəcəli üzlükçü vəzifəsində işləyən İddiaçı ödənişsiz məzuniyyətinin müddəti 2 ay müddətinə uzadılmışdır. - Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2020-ci il tarixli, A/51 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixində “xxxxxxxxxxxxxxxxxxxxx” SC-nin X11 İdarəsinə 5-ci dərəcə ilə suvaqçı peşəsinə qəbul edilmiş (Əmr №46/K, xx.xx.2002-ci il), xx.xx.2004-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “A” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr №12/K, xx.xx.2004-cü il). İşlədiyi müddət ərzində 2003-cü ilin may və iyun aylarında, 2004-cü ilin aprel ayında İddiaçı əmək haqqı ödənilməmişdir. Bütün məbləğlərdən Dövlət X12 məcburi dövlət siğorta haqları ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən xxxxxxxxxxxxxxxxxx və “xxxxxxxxxxxxxxxxxxxxx” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxxxxxxxxxxxxxxxx” QSC yaradılmışdır. - Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2019-cu il tarixli, A/357 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun 901 №-li Spetsstroypoyezdə 2-ci dərəcə ilə suvaqçı peşəsinə qəbul edilmişdir (Əmr №352, xx.xx.1978-ci il); xx.xx.1979-cu il tarixdən 3-cü dərəcə verilmişdir (Əmr №168, xx.xx.1979-cu il); xx.xx.1980-ci il tarixdən 4-cü dərəcə verilmişdir (Əmr №192, xx.xx.1980-ci il); xx.xx.1984-cü il tarixdən 5-ci dərəcə verilmişdir (Əmr №41, xx.xx.1984-cü il); xx.xx.1992-ci il tarixdən Bakı filialına 5-ci dərəcəli suvaqçı peşəsinə keçilmişdir (Əmr №7-K, xx.xx.1992-ci il); xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr №15-K, xx.xx.1992-ci il). xx.xx.2002-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxx” SC-nin X11 İdarəsinə 5-ci dərəcə ilə suvaqçı peşəsinə qəbul edilmişdir (Əmr №46/K, xx.xx.2002-ci il). xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr №12/K, xx.xx.2004-cü il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə xx xxxxxx 2007-ci il tarixli, 12 №-li qərara müvafiq olaraq həmin siyahının 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidənqurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “b” bəndinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin suvaqçılar qrafasına uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa ğörə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 15 il 04 ay 05 gün (on beş il dörd ay beş gün) təşkil edir. SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin xx.xx.1980-ci il tarixli, 229 №-li sərəncamına əsasən Qlavtonnelmetrostroyun 901 №-li X1 adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 91/H №-li sərəncamına əsasən Soyuzmetrospecstroy İdarəsi “xxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Şirkətinin xüsusi bəzək işləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamına əsasən X10 İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixlı, 289 saylı sərəncamına əsasən xxxxxxxxxxxxxxxxxx və “xxxxxxxxxxxxxxxxxxxxx” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxxxxxxxxxxxxxxxx” QSC yaradılmışdır. - Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********1 saylı məktubdan görünür ki, iddiaçının İdarəyə təqdim etdiyi xx.xx.1978-ci il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.2002xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxxxxxxxxx” QSC-nin “xxxxxxxxxxxxxxxxxxxxx" SC-nin X11 İdarəsində suvaqçı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövrə aid əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq 2003-cü ilin may, iyun və 2004-cü ilin aprel aylarında həmin müəssisədə əmək haqqı almadığı qeyd olunmuşdur. Bu səbəbdən həmin dövrləri əmək stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, xx xxxxxx 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik texniki peşə müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək təhsil aldığı müddət iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta (iş) stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının işlədiyi “suvaqçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu Bölməsinin metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər hissəsində qeyd olunan suvaqçı peşəsinə uyğundur. Məhkəmə qeyd edir ki, iddiaçının 3 ay əmək haqqının almaması həmin müddətin əmək stajına daxil edilməməsi üçün əsas deyildir. Bundan əlavə həmin 3 ay nəzərə alınmasa belə iddiaçının ümumi iş stajı 25 ildən artıqdır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan peşələrə uyğun olmaqla xx.xx.2006-ci ilə qədər təhsil və hərbi xidmət dövrü dövrü də daxil olmaqla 25 il 06 ay 08 gün ümumi və 15 il 4 ay 05 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “yaranmış fərqin bir dəfəlik olaraq ödənilməsi hissəsində” rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda, pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx xxxxxx 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova