Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3792/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X5rşı (üçüncü şəxslər X18 və X20) “attraksionların təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22m*32 ölçülü SİDE WİNDER və 10m*21 ölçülü oturacaqları olan MAVERİCK ATTRAKSİON-ların ona təhvil verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi və vəkili Vəkil2 vəsatət verərək bildirdi ki, İddiaçı cavabdeh X17 publik hüquqi şəxsə qarşı məhkəməyə öhdəliyin icrası haqqında iddia verərək iddiada cavabdehdən əmlak tələbi irəli sürmüş və cavabdehin üzərinə əmlakın təhvil verilməsi barədə öhdəliyin qoyulmasını xahiş etmişdir. Qeyd olunan iddianın predmeti ümumiyyətlə öhdəliyin icrası haqqında inzibati iddiaya uyğun deyidir, iddiaçının faktiki iddia tələbi əmlak tələbi ilə bağlı olan mülki hüquqi tələbdir, burada tərəflər arasında ümumi (publik) hüquqi münasibətlər mövcud deyildir və cavabdeh publik hüquqi şəxsin inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi ilə bağlı yaranan inzibati mübahisə deyildir. Hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı iddiası aşağıdakı əsaslara görə məhkəmə tərəfindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati prosessual qanunvericiliyin tələblərindən görünür ki, iddiaçı inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan istənilən hərəkətlərin deyil, müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Publik hüquqi şəxsdən əmlakını tələb etmək, istəmək müəyyən hərəkətlərin edilməsi demək deyildir. İnzibati orqandan tələb olunan müəyyən hərəkətlər onun publik hüqiqi fəaliyyəti ilə əlaqədar olan hərəkətlərin edilməsi nəzərdə tutulur. Adi qaydada özünə məxsus olan daşınar əmlakın publik hüquqi şəxsdən alınması üçün inzibati məhkəmə icraatı qaydasında verilmiş iddia mümkün sayılmamalıdır. Əmlak tələbi yalnız mülki qanunvericiliklə tənzimlənir və bu münasibətlər mülki (kommersiya) hüquqi icraat qaydasında həll olunmalıdır. İddiaçı cavabdeh X17 ilə bağlı yaranmış münasibətlər cavabdeh inzibati orqan X7 inzibati funksiyalarının və ya idarəetmə funksiyalarının həyata keçirilməsi zamanı yaranmamışdır. Cavabdeh X17 publik hüquqi şəxs olmasına baxmayaraq, hazırki mübahisə öhdəliyin icrası qaydasında deyil, əmlak tələbi ilə bağlı mülki hüquqi tələbdir. Öhdəliyin icrası inzibati iddia növü ilk növbədə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyəti (hərəkətləri) ilə bağlıdır. İddia növünün adından da görünür ki, öhdəliyin icrası, İddiaçıla inzibati orqan X17 arasında hər hansı öhdəliyin mövcudluğu barədə müqavilə, əqd yoxdur, eyni zamanda qanunla (nizamnamə ilə) cavabdeh - publik hüquqi şəxs X7 hər hansı şəxsə məxsus əmlakı qaytarmaqla bağlı faktiki xarakterli fəaliyyəti müəyyən olunmamışdır, nə də onun inzibati akt qəbul etməklə bağlı olmayan funksilonal vəzifələrinə daxil deyildir. Bundan başqa əmlak tələbinə dair mübahisələndirmə zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində əmlakın verilməsi öhdəliyini yaratmadığından, həmçinin iddiaçının cavadeh publik hüquqi şəxsə qarşı irəli sürdüyü əmlak tələbi mülki hüquq normaları ilə tənzimlənən əmlak münasibətləri yaratdığından hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında yox, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı iddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-766/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X5rşı “əmlakın geri qaytarılması” tələbi barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi onu deməyə əsas vermir ki, hazırki iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, İddiaçı iddia ərizəsinə 2014-cü il tarixli yük gömrük bəyannamələrinin surətlərini əlavə etməklə cavabdeh X7 istifadəsində olmayan attraksionları tələb edir. Yük gömrük bəyannamələrinin surətlərindən görünür ki, İtaliya firması olan MOSERS RİDES SRL şirkətinə məxsus olmuş 22m*32 ölçülü SİDE WİNDER və 10m*21 ölçülü oturacaqları olan MAVERİCK ATTRAKSİONLAR adlı karusellərin hissələri Azərbaycana gətirilmiş və yük gömrük bəyannamələrində İddiaçı adı yazılmışdır. Lakin iddia ərizəsində qeyd olunan attraksionların kim tərəfindən, nə vaxt, hansı qaydada quraşdırılması, harada quraşdırılması, Dənizkənarı Bulvar ərazisində həmin attaraksionların yerləşdirilməsinə kimin tərəfindən və hansı hüquqi əsasla (müqavilə, qərar və s.) və hansı sənəd və ya inzibati aktla icazə verilməsi, iddia verilən tarixə kimin tərəfindən istismar edilməsi, 2014-cü ildə hissələri Azərbaycana gətirilmiş sözü gedən attraksionların məhz X3 attraksionlar olması, mübahisə predmeti olan attraksionların İddiaçı məxsus olması və ya başqa şəxsə satılması (verilməsi), necə ola bilər ki, 2014-cü ildən bu vaxta kimi sözü gedən attraksionların X4ması və İddiaçı bu vaxta kimi bir dəfə də olsun onlarla maraqlanmamaması və digər zəruri xüsusatlar göstərilməmiş və iddia tələbinin məhz hansı əsaslara görə cavabdeh X5rşı yönəldilməsi əsaslandırılmamışdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddiaçı iddia ərizəsinə cavabdeh X11 etdiyi üzərində tarix olmayan müraciəti əlavə etmişdir. Həmin müraciət İddiaçı adından onun etibarnamə üzrə nümayəndəsi Vəkil1 tərəfindən imzalanmışdır. Qeyd olunmalıdır ki, öhdəliyin icrası haqqında inzibati iddianı verməzdən əvvəl iddiaçı inzibati orqana müvafiq ərizə ilə müraciət etməlidir, iddiaçının nümayəndəsi yox, özü. Bundan əlavə, cavabdeh X11 ünvanlanmış tarixsiz ərizəyə imza edən İddiaçı etibarnaməli nümayəndəsinin belə bir ərizə vermək səlahiyyəti etibarnamə ilə ona verilməmişdir. Sözü gedən etibarnamədə nümayəndəyə hüquq mühafizə orqanları ilə qeyri-dövlət idarə və təşkilatlarda sənədlərə imza etmək, hüquqlarını müdafiə etmək səlahiyyəti və məhkəməyə aid səlahiyyətlər verilmişdir. Qeyri-dövlət idarə və təşkilatlarına İddiaçı adından ərizə vermək, müraciət etmək, əmlak tələb etmək səlahiyyəti nümayəndəyə verilməmişdir. İddiaçı tərəfindən bu tələblərə əməl olunmamışdır. Bu hal iddianın mümkün olmaması şərtlərindən biri hesab olunur. Bundan başqa, iddianın mümkün sayılmaması üçün vacib əsaslardan biri də İddiaçı iddia tələbi üzrə subyektiv hüququnun olmamasıdır. Belə ki, hazırki vəsatətə əlavə olunmuş ərizəçi X9 “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə Nərimanov rayon Məhkəməsinə verdiyi (qeydiyyata alınıb xx.xx.2019 ildə) ərizəsindən, ərizəyə əlavə olunmuş X19 ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 01 №-li Müqaviləsindən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5730/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından, X9 Nərimanov rayon Məhkəməsinə ünvanladığı qərardaddan olan şikayətindən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2667/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından müəyyən olunur ki, hazırda məhkəmənin hazırlıq icraatında baxılan İddiaçı inzibati iddiasında qeyd etdiyi mübahisə predmeti olan 22m*32 ölçülü SİDE WİNDER və 10m*21 ölçülü oturacaqları olan MAVERİCK ATTRAKSİON-lar adlı karusellər xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən X1 sonuncunun mülkiyyətinə keçmiş və X19 qeyd olunan attraksionlar üzərində mülkiyyət hüquqarının tanınması barədə Nərimanov rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Vəsatətə əlavə olunan iddiaçı Samir X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01 №-li alqı-satqı Müqaviləsi ilə müəyyən olunur ki, İddiaçı sözü gedən attarksionları alıcı X13 özgəninkiləşdirmiş və sonuncu həmin əmlaklarla bağlı X12 maraqlı şəxs qismində cəlb etməklə məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmiş, ərizəsində attraksionları İddiaçı aldığını, attraksionların ona məxsus olduğunu bildirmişdir və məhkəmə proseslərində də bu barədə dəfələrlə məhkəməyə bildirmiş, alqı-satqı müqaviləsini təqdim etmişdir. Belə olan halda müəyyən edilir ki, hazırda 2-1(112)-3792/2020 saylı inzibati işdə İddiaçı üçüncü şəxsə özgəninkiləşdirdiyi və ona faktiki şəkildə məxsus olmayan attaraksionların ona verilməsi barədə subyektiv hüququ olmadığı halda belə bir inzibati iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasına məhkəmənin hazırlıq icraatında baxılan zaman iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx" MMC ilə X18 və X20 arasında bağlanmış 01 və 42 №-li və müqavilələr əsasında qeyd olunan şəxslər inzibati məhkəmə icraatı zamanı məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb edimişlər. Məhkəmə hesab etmişdir ki, hazırki iddia ilə müəyyən olunan hallar onların maraqlarına toxunur. Üçüncü şəxslər X18 və X14 “xxxx”xxxx“xxxx” MMC üçüncü şəxslərə məxsus olan “Uçan boşqab” attraksionun qurğusunun 470 kv.metr sahədə yerləşdirlməsini təmin edir, ona icazə verir, üçüncü şəxslər isə buna görə MMC-yə icarə haqqı ödəyir. Həmin müqavilələrdən bir daha müəyyən olunur ki, iddia ərizəsində qeyd olunan attraksionlar İddiaçı deyil, üçüncü şəxslər X15 və X16 məxsus olmuşlar. Bu, bir daha onu sübut edir ki, sözü gedən attraksionlar İddiaçı məxsus olmadığına görə, həmçinin üçüncü şəxslər X18 və X20 ilə müqaviləni imzalayan qarşı tərəf X17 deyil, “xxxx” MMC-dir. Deməli, üçüncü şəxslər X18 və X20 özlərinə məxsus olan attraksionları Dənizkənarı Milli park ərazisində yerləşdirib istismar etmək üçün “xxxx”xxxx“xxxx” MMC-nə ödəmək barədə razılaşmışlar. Belə olan halda, attraksionları geri tələb etmək hüququ İddiaçı yox, üçüncü şəxslər X18 və X21üna məxsusdur, həmçinin daşınar əmlaklar X6 yox, hüquqi şəxs olan və müqavilə tərəfi olan “xxxx" MMC-dən geri tələb oluna bilərdi. Üçüncü şəxslər - X10 və X14 məhkəməyə təqdim etdikləri sözü gedən müqavilələrlə müəyyən olunur ki, attraksionlar onlara məxsusdur və attraksionları Dənizkənarı Milli park ərazisində yerləşdirməklə istismar etmələri barədə müqavilə bağlamışlar. Ona görə qeyd olunan attraksionları tələb etmə hüququ üçüncü şəxslərə məxsusdur və onlar müqavilə tərəfi olan hüquqi şəxs - “xxxx” MMC-nə qarşı məhkəmədə iddia qaldıra bilərlər. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, xx.xx.2014-cü il tarixli 243337 və 243338 saylı, xx.xx.2014-cü il tarixli 244472 saylı, xx.xx.2014-cü il tarixli 244468 saylı, xx.xx.2014-cü il tarixli 244470 saylı, xx.xx.2014cü il tarixli 244469 saylı gömrük bəyannamələrinə əsasən Azərbaycan Respublikası ərazisinə İddiaçı adına İtaliya firması olan MOSERS RİDES SRL şirkəti tərəfindən attraksion-karusel (sökülmüş halda dəst hissələri) daxil olmuşdur. Ayrı-ayrı gömrük bəyannamələrinə əsasən ölkə ərazisinə daxil olmuş karusel hissələri 22m*32 ölçülü SİDE WİNDER və 10 m*21 ölçülü oturacaqları olan MAVERİCK ATTRAKSİON-lar adlı karusellərdir. İddiaçı həmin malları BULVAR ərazisində yerləşdirmişdir. Həmin atraksionları təhvil almaq istədikdə isə, X6 bildirilmişdir ki, məhkəmə qaydasında mülkiyyət hüququnun tanınması və onlardan təhvil alınma ilə bağlı qətnamə göstərilmədən attraksiyonları əldə edə bilməzsiniz. İddiaçı dəfələrlə atraksionları istəsə də, ona bildirilmişdir ki, həmin mallar Bulvar İdarəsinin ərazisindən ancaq məhkəmə qərarı ilə çıxarıla bilər. Səbəb kimi isə guya İdarədə qayda belədir. Ona görə də atraksionların X6 alınıb iddiaçıya təhvil verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı rəsmi olaraq X11 rəsmi qaydada xx.xx.2020-ci il tarixində müraciət edilmiş, X17 tərəfindən xx.xx.2020ci il tarixində imtina məktubu verilmişdir. Bundan əvvəl Səbail rayon məhkəməsində X5rşı iddia qaldırılsa da, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və bildirilmişdir ki, X17 publik hüquqi şəxs olduğuna görə inzibati icraat qaydasında baxılmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin atraksionlar iddiaçı tərəfindən ölkəyə gətirilmiş və gömrük bəyannamələri də bunu təsdiq edir. Ona görə də iddiaçının əmlakları ona geri qaytarılmalıdır. Həmin atraskionların üzərində mülkiyyət hüququnun yaranması əsası isə yuxarıda adı çəkilən gömrük bəyannamələridir. Belə ki, Mülki Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Qeyd edilən norma daşınar əşyalar üzərində mülkiyyət hüququnun yaranması əsaslarından birini müəyyən edir. Belə ki, yuxarıda adı qeyd edilən şirkət tərəfindən həmin mallar birbaşa olaraq iddiaçının adına göndərilmiş və iddiaçının mülkiyyətinə verilmişdir. Yalnız reyestrdə qeydiyyata alınmalı olan daşınar əşyalar qeydiyyatdan keçməlidir. Belə ki, reyestrdə qeydiyyata alınmalı daşmar əşya olsa təbii ki məhkəmə qərarının qəbul edilməsinə zərurət olmazdı. Lakin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin siyahısı»nda sözügedən daşınar əmlak yoxdur və buna görə də bu daşınar əşya reyestrdə qeydiyyatdan keçməməli olduğuna görə bunun üzərində mülkiyyət hüququnun tanınması qeyd edilən gömrük bəyannamələri ilə müəyyən edilir. Cavabdeh inzibati orqandır, tələb edilən əmlaklar da iddiaçıya məxsusdur. İddiaçı cavabdeh inzibati orqandan öz əmlakını geri tələb edir. İddiaçıya məxsus əmlaklar qanunsuz olaraq cavabdeh tərəfindən qaytarılmır. İddia tələbinin mülki hüquq münasibətləri ilə heç bir əlaqəsi yoxdur. İddiaçıya məxsus əmlaklar cavabdehə verilmiş, ona görə də cavabdeh iddiaya cavab verməli olan şəxsdir. Eyni zamanda iddianın verilməzdən əvvəl cavabdehə müraciət edilsə də, onların müraciətinin təmin edilməsindən cavabdeh yayınmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, mübahisə inzibati mübahisədir, iddia tələbinə inzibati məhkəmədə baxılmalıdır. Göstərilənlərə əsasən vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, mübahisələndirilən əmlaklarla əlaqədar «xxxx» MMC ilə X18 və X20 arasında müqavilələr imzalanmışdır. Həmin müqavilələrə əsasən «xxxx» MMC mübahisələndirilən əmlakların yerləşdirilməsini təmin edir, mühafizəsini təşkil edir, digər tərəf isə göstərilən xidmətlərə görə «xxxx» MMC-yə haqq ödəyir. Göründüyü kimi, iddia tələbi müqavilə öhdəliklərindən irəli gəlir. Belə olan halda hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X5rşı (üçüncü şəxslər X18 və X20) “attraksionların təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3792/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3792/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver