Məhkəmə qərarları › İş №2-1(112)-3792/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3792/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3792/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun yəni, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bəhruz ünvan 1 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 29.12.2019-сu il tarixli 2(007)-3466/2019 saylı qətnaməsi ilə onun, yəni İddiaçı, X9, X2 və X8 Bakı şəhəri, Nizami rayonu Bəkir Çobanzadə küçəsindəki 47 saylı evin 18 saylı mənizilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-3466/2019 saylı, 29.12.2019-cu il tarixli icra vəsiqəsinə əsasən, “Asan 5” tərəfindən o və ailə üzvləri ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmışlar və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 inzibati binaya qeydiyyata alınmışdırlar. Bakı şəhəri, Sabunçu rayonu, Sabuçu qəsəbəsi, Bəhruz ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini X1 alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin fərdi yaşayış evinə qeydiyyata alınması üçün Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir, lakin polis idarəsi 04.08.2020-ci il tarixli, ******* nömrəli məktubu ilə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınmasına imtina edilmiş və bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22.11.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan: AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1968-ci ildə Balakən rayonu, Talalar kəndində doğulmuş İddiaçı heç bir ünvanda qeydiyyatda deyildir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3466/2019 nömrəli, 29.12.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X6 cavabdehlər İddiaçı, X12, X4 və X13 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3466/2019 nömrəli, 29.12.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı, X9, X2 və X10 Bakı şəhəri, Nizmai rayonu, Bəkir Çobanzadə küçəsindəki 47 saylı evin 18 saylı mənzilinə istifadə hüquqlarını itirmiş hesab edilməsi qət edilmişdir. Sabunçu rayon Polis İdarəsinin 073-16168 nömrəli, 03.06.2020-ci il tarixli “Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatının yoxlanılması barədə” rəydən müəyyən olunur ki, xx.xx.1968-ci ildə Baləkən rayonunda doğulmuş vətəndaş İddiaçı həqiqətən “Asan 5” tərəfindən ünvan 7 ünvanında qeydiyyatdan çıxarılmışdır. Həmin rəy ilə İddiaçıov oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Sərəncamına əsasən Sabunçu RPİ-nin inzibati binasının (ünvan 9 ünvanına qeydiyyata düşməklə şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin 1/185 nömrəli, 24.08.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsindəki barəsində soruşulan ev 1 (bir) otaqlı 20,07 kv. metr sahəsi olan köhnə özbaşına tikilidir. Nümayəndəlikdəki mövcud ev kitablarına əsasən, həmin evdə, Sabunçu qəsəbəsi, B.ünvan 10 ünvanda X7 tək qeydiyyatdadır. Qonşuların dediyinə görə, Viktor Krivoşeyev dünyasını dəyişib, lakin onun ölümü ilə əlaqədar qəsəbə nümayəndəliyinə heç bir sənəd təqdim edilməyib. Hal-hazırda həmin evdə İddiaçı qeydiyyatsız olaraq yaşayır. Hazırkı tələblə bağlı İddiaçı ərizəsinə Bakı şəhər Sabunçu rayon Polis İdarəsi tərəfindən verilmiş: 04.08.2020-ci il tarixli 20805B №li cavab məktubunda qeyd edilmişdir ki, onun Sabunçu rayonu, Bəhruz ünvan 4 ünvanına qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin X5 təqdim olunması vacibdir. Lakin yuxarıdan göstərilən sənədlər Sabunçu RPİ-nin X5 təqdim olunmadığından vətəndaşın göstərilən ünvana qeydiyyata alınması imkan xaricindədir. 12.11.2021-ci il tarixli 073-39423B-3121 nömrəli məktubunda qeyd edilmişdir ki, onun ailə üzvləri ilə birlikdə Sabunçu rayonu, Bəhruz ünvan 4 ünvanına qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin X5 təqdim olunması vacibdir. Lakin yuxarıdan göstərilən sənədlər Sabunçu RPİ-nin X5 təqdim olunmadığından vətəndaşın göstərilən ünvana qeydiyyata alınması imkan xaricindədir. Bu məsələ ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 23.05.2022-ci il tarixli 018-10080-1222 saylı məktubda qeyd olunmuşdur ki, X14, X3, X17, X18, X21 və X19 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 12 ünvanında qeydiyyatdadırlar (İddiaçının bildirdiyinə görə adı çəkilən şəxslər ona aid olmayan eyni ünvanda inşa edilmiş digər yaşayış sahəsində qeydiyyatdadırlar). Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən verilmiş 23.05.2022-ci il tarixli 073-23595-1222 nömrəli məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 12 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumatların məhkəməyə təqdim olunması Sabunçu RPİ-nin QMB-nin səlahiyyətlərinə daxil deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 02.06.2022-ci il tarixli **********54 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 12 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçının qeydiyyata düşmək istədiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının- İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar