Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3794/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır;ixtisası: kimyaçı, işsiz),cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş idarəsininməsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna( Bakı şəhəri Nərimanov rayon Şöbəsinə) qarşı “təhsil müddətinin və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına əlavə edilməklə xx xxxxxxx 2014-cü il tarixdən pensiyanın yenidən hesablanıb birdəfəlik ödənilməsi” barədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna( Bakı şəhəri Nərimanov rayon Şöbəsinə) qarşı “təhsil müddətinin və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına əlavə edilməklə xx xxxxxxx 2014-cü il tarixdən pensiyanın hesablanıb birdəfəlik ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1970-ci ildə Azərbaycan Respublikası Lenin adına Pedaqoji İnstitutuna daxil olub, 1974-cü ilin iyun ayında həmin institutu bitirmişdir. 2014-cü ildə yaşa görə əmək pensiyasına çıxdıqda təhsil aldığı 4 (dörd) ilin sığorta stajına daxil edilməsi üçün diplomun surətini təqdim etməsinə baxmayaraq, həmin müddət sığorta stajına daxil edilməmişdir. Bundan başqa 1974-cü ildə, M.Əzizbəyov adına Sumqayıt zavodunda 1976-cı ildə Azərbaycan Respublikası Mülki Müdafiə Ştabında işlədiyi müddət sığorta stajına daxil edilməmişdir. 2020-ci ilin fevral ayında həmin 4 (dörd) ilin əmək stajına daxil edilməsi üçün diplomun surətini təqdim etməklə ərizə ilə DSMF-nin Nərimanov rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Nərimanov rayon şöbəsi xx xxxxxx 2020-ci il tarixli **********1 saylı məktubunda bildirilir ki, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin nəzərə alınması qanuna ziddir. Bundan başqa, əmək kitabçasında qeyd edilən 11.04xx.xx.1974-cü ilə qədər M.Əzizbəyov adına Sumqayıt Zavodunda, noyabr 1974-cü ildən xx xxx 1975-ci ilə qədər hərbi qulluqda, 26.05-xx.xx.1976-cı ilə qədər Azərbaycan Respublikası Mülki Müdafiə Ştabında, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il (bir il 5 ay) tarixədək və xx.xx.2003-cü il tarixdən-xx.xx.2006-cı il (iki il 8 ay) tarixədək APPK Qaz Kəmərinin sədri vəzifəsində işlədiyi müddət sığorta stajına daxil edilməmişdir. İddiaçı cavabdehin imtinası qanunsuz və əsassız olduğundan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondundan (Bakı şəhəri Nərimanov rayon şəbəsindən) Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh iddiaya dair etirazı təqdim etməmişdir. Məhkəmə iclаsındа İddiaçı iddiа ərizəsinin və onun dəqiqləşdirilməsi barədə ərizənin məzmununа uyğun izаhаt vеrərək iddiаnın təmin оlunmаsını хаhiş еtmişdir. Məhkəmə iclаsındа cavabdehin nümayəndəsi S.Şirinov izаhаt vеrərək bildirdi ki, iddia tələbi əsassızdır. Ona görə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1951-ci ildə doğulmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, pensiya hüququnuz yarandığı xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 26 il 02 ay 29 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan illərin pensiya kapitalı daxil olmaqla ( 5,239.16 manat ) xx.xx.2014-cü il tarixdən 156.52 manat əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1 maddəsinə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmədiyindən nəzərə alınması qanuna ziddir. xx.xx.2020-ci il tarixdən pensiyanın məbləği 278.78 manat təşkil edir. İnzibati işdə olan xx xxxx 1974-cü il tarixli, Я № 104827 saylı diploma əsasən, iddiaçı xx.xx.1970-ci il tarixdən xx xxxx 1975-ci il tarixə qədər V.İ.Lenin adına X3 Ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitunda təhsil almışdır. İş materiallarına əlavə edilmiş noyabr 1974-cü il tarixdə tərtib edilmiş HЗ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx xxxxxx 1974-cü il tarixdən xx xxx 1975-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********940000 saylı məktubundan görünür ki, reyestrdə APİK “Qaz Kəməri” kooperativi adlı kommersiya qurumu barədə məlumat aşkar edilməmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1951-ci il təvəllüdlüdür, 2014-cü il tarixdən yaşa görə əmək pensiya təyin edilmişdir. İddiaçı xx xxxxxx 1974-cü il tarixdən xx xxx 1975-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, iddiaçı xx.xx.1970-ci il tarixdən xx xxxx 1975-ci il tarixə qədər V.İ.Lenin adına X3 Ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitunda təhsil almışdır. Təhsil müddətinin və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına əlavə edilməklə xx xxxxxxx 2014-cü il tarixdən hesablanıb birdəfəlik ödənilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İddiaçı isə xx xxxxxx 1974-cü il tarixdən xx xxx 1975-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olduğu üçün cavabdeh tərəfindən iddiaçıya pensiya təyinatı zamanı həmin dövr də sosial sığorta stajına daxil edilməli idi. Bundan başqa, iddiaçının təhsil aldığı 1970-1974-ci illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı xx.xx.1970-ci il tarixdən xx xxxx 1974-ci il tarixə qədər V.İ.Lenin adına X3 Ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitunda təhsil almışdır. Yuxarıda istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi təhsil müddəti onun iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. İddiaçı həmin illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının təhsil aldığı illəri onun sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Hazırkı mübahisə iddiaçının təhsil aldığı dövrə aid olduğundan isə, yuxarıda qeyd olunduğu kimi həmin dövrün qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Bundan əlavə qeyd olunmalıdır ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). Cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın da pozulması kimi qiymətləndirilməlidir. İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı “təhsil müddətinin və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına əlavə edilməklə, pensiyanın xx xxxxxxx 2014-cü il tarixdən yenidən hesablanıb fərqin birdəfəlik ödənilməsi” vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sоsiаl Müdаfiə Fоndunun (Bakı şəhəri Nərimanov rayon şöbəsinin) üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 33cü,34-cü, 68-ci,69-cu,85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. İddiaçı “təhsil müddətinin və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına əlavə edilməklə, pensiyanın xx xxxxxxx 2014-cü il tarixdən yenidən hesablanıb birdəfəlik ödənilməsi” vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sоsiаl Müdаfiə Fоndunun (Bakı şəhəri Nərimanov rayon şöbəsinin) üzərinə qoyulsun. Qərаrdаn apelyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3794/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3794/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver