Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-380/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı vəkili Vəkil (Ünvan: Bakı şəhəri, Parlament prospekti, ev 2, mənzil 6; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 12 saylı Vəkil Bürosu, vəkil), cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 (Ünvan: Bakı şəhəri, T.Məmmədov küçəsi, ev 14, mənzil 28; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Müdafiə Nazirliyi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh -Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş ezamiyyə xərclərinin fərq pul vəsaiti 31.888,26 (otuz bir min səkkiz yüz səkksən səkkiz və iyirmi altı) ABŞ dollarının cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in N-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) 23.01.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 26.05.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 12 avqust 2005-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 22 iyun 2009-cu ildə həmin məktəbi bitirmişdir. Hərbi Məktəbi bitirdikdən və 22 iyun 2009-cu il tarixdən 23 iyun 2010-cu il tarixə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təlim keçdikdən sonra hərbi xidmət fəaliyyətinə başlamışdır. 23 iyun 2010-cu il tarixdən N avqust 2013-cü il tarixə qədər N №li hərbi hissədə tağım komandiri, N avqust 2013-cü il tarixdən 25 may 2015-ci il tarixə qədər tağım komandiri, 25 may 2015-ci il tarixdən 06 yanvar 2017-ci il tarixə qədər N №-li hərbi hissənin tabeliyində N №-li hərbi hissədə əməliyyat qrupunun baş kəşfiyyatçısı vəzifələrində xidmət etmişdir. 06 yanvar 2017-ci il tarixli 05 №-li Müdafiə Nazirinin əmri ilə (maddə 157 «v»- xəstəliyə görə) hərbi xidmətdən azad edilmişdir. Bundan başqa hərbi xidmətdə qulluq etdiyi zaman xarici ölkələrdə: - «İngilis dili kursu»nda və «Piyada zabitinin təməl kursu»nda iştirak etmək üçün 09 avqust 2011-ci il tarixdən 23 may 2012-ci li tarixədək X1 San-Antonio şəhərində; «Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırması və qiymətləndirilməsi kursu»nda iştirak etmək üçün 24 noyabr 2013-cü il tarixdən 08 dekabr 2013-cü il tarixədək Çexiya Respublikasının Vişkov şəhərində; - «Platinum Lion» təlimində iştirak etmək üçün 13 iyul 2014-cü il tarixdən 31 iyul 2014-cü il tarixədək Bolqarıstan Respublikasının Novo-Selo şəhərində; - «Eterniti-2014» kompüter dəstəkli Komanda-gərargah təlimində iştirak etmək üçün 21 sentyabr 2014-cü il tarixdən 27 sentyabr 2014-cü il tarixədək Gürcüstan Respublikasının Tbilisi şəhərində ezamiyyətdə olmuşdur. X1 San-Antonio şəhərində ezamiyyətdə olduğum zaman mənə pul kartı verilmiş, hər ay həmin karta ezamiyyə xərcləri kimi 650 ABŞ dolları keçirilirdi. Lakin, daha gec ona məlum olmuşdur ki, keçirilən ezamiyyə xərcləri ona tam ödənilməmişdir. Bir neçə dəfə nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı ərizə və sorğular göndərilmişdir. Cavab məktublarının birində göstərilmişdir ki, xaricdə olduğu ölkələrdə, o cümlədən X1 San-Antonio şəhərində səfər xərcləri həmin ölkə tərəfindən ödənilmişdir. Bundan sonra nümayəndəsi vasitəsi ilə X2 kursda oduğu müddət ərzində ona ödədiyi vəsaitlə və həmin məsələ ilə əlaqədar sənədlərinin surətlərini verilməsi ilə bağlı Azərbaycanda X5n səfirliyinin Müdafiə Əməkdaşlıq şöbəsinə müraciət edilmiş, lakin bu günə kimi bizə cavab verilməmişdir. Ancaq 5/6795 №-li 05 sentyabr 2019cu il tarixli Azərbaycan Respublikası Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən verdiyi məktubda göstərilmişdir ki, «Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsəsnamə»nin 38-ci bəndinə əsasən, xarici ölkələrdə ezamiyyətdə olduğu müddətdə hərbi qulluqçuya ezamiyyə xərcləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xarici ölkələrə ezamiyyə xərclərinin 1 (bir) günlük normasına uyğun olaraq ödənilir. Ezamiyyə xərclərinin 1 (bir) günlük normasının 40%-ni yemək xərcləri təşkil edir. Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda hərbi qulluqçuya ezamiyyə xərci ödənilmir. Dəvət edən tərəf hərbi qulluqçunu yaşayış yeri ilə təmin edərək yemək üçün nağd pul verdiyi halda hərbi qulluqçuya nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 (bir) günlük normasının 40%-indən az olarsa həmin fərqi hərbi qulluqçuya ödənilir.» X2 kursda olduğu müddət ərzində ona hər ay 650 ABŞ dolları pul vəsaiti kart vasitəsi ilə ödənilirdi. Ezamiyyə xərcləri hesablayaraq, məlum olur ki, X4 kursda olduğu müddət ərzində cavabdeh tərəfindən onun xeyrinə 31.888, 26 (otuz bir min səkkiz yüz səksən səkkiz və iyirmi altı) ABŞ dolları ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin 2018-ci il 22 noyabr tarixli 5/8234 nömrəli məktubundan məlum olur ki, İddiaçı "İngilis dili kursu"nda və "Piyada zabitinin təməl kursu"nda 09.08.2011-23.05.2012-ci il tarixlərdə (cəmi 289 gün) X1 San-Antonio şəhərində olduğu müddət ərzində ezamiyyə xərcləri (təyyarə biletlərinin alınması və ölkədaxili nəqliyyat), yerləşdirilməsi və qidalanması ABŞ tərəfindən təmin olunmuşdur. İşçilərə, o cümlədən hərbi qulluqçulara ezamiyyə xərclərinin ödənilməsi Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş "X3" ilə tənzimlənir. Bu qaydaların 3-cü hissəsinin 4-cü bəndinin tələblərinə uyğun olaraq bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü halda işçiyə ezamiyyə xərci ödənilmir. X2 ezamiyyətdə olduğu müddətdə İddiaçı dəvət edən tərəfindən yataq və yeməklə tam təmin olunduğu üçün onun iddia ərizəsində göstərdiyi hesablamaların heç bir əsası yoxdur və 31888,26 ABŞ dolları məbləğində pul vəsaitinin ona ödənilməsi tələbi qanunsuzdur. Maliyyə Nazirliyinin 18.01.2012-ci il tarixli Q-01 nömrəli Qərarının 1-ci hissəsinin 1-ci bəndində göstərilir ki, Dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin Qərarın 1ci hissəsinin 4-cü bəndində göstərilir ki, işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz. Göründüyü kimi İddiaçı San-Antonio şəhərinə 289 gün müddətinə xidməti tapşırığı yerinə yetirmək üçün deyil, təhsil almaq üçün göndərilmişdir və onun iddia ərizəsində göstərdiyi hesablamalar, hər hansı bir xidməti tapşırığı yerinə yetirmək üçün qısamüddətli xarici ezamiyyət zamanı gündəlik yemək xərclərinin nağd formada ödənildiyi halda tətbiq edilir. İddiaçı isə 40 günlük xidməti ezamiyyətə deyil, təhsil almaq üçün uzunmüddətli ezamiyyətə göndərilmişdir və onun ezamiyyə xərcləri (təyyarə biletlərinin alınması və ölkədaxili nəqliyyat), yerləşdirilməsi və qidalanması X5 tərəfindən təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.08.2012-ci il tarixli 185 nömrəli qərarına əlavə edilmiş "Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının Cədvəli"nə uyğun olaraq (Nazirlər Kabinetinin 27.11.2008-ci il tarixli 261 nömrəli Qərarına əlavə edilmişdir) X1 digər şəhərlərində, o cümlədən San-Antonio şəhərində bir ay üçün gündəlik yemək xərcləri 600 ABŞ dolları təşkil edir. Eyni zamanda bildirirəm ki, 2011-2012-ci illərdə X2 289 gün təsil almaq üçün ezamiyyətdə olduğu müddətdə İddiaçı xidmət etdiyi hərbi hissə tərəfindən ümumilikdə N25 manat məbləğində aylıq pul təminatı və birdəfəlik pul mükafatı ödənilmişdir. Bu da həmin vaxtın valyuta məzənnəsinə uyğun olaraq 6314 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq 10.02.2020-ci il tarixli məktubla bildirmişdir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin 22.11.2018-ci il tarixli 5/8234 nömrəli məktubuna əsasən İddiaçı ABŞ-ın San Antonio şəhərinə göndərilməsi ilə bağlı bütün xərclər, o cümlədən təyyarə biletlərinin alınması və ölkədaxili nəqliyyat, yerləşdirilməsi və qidalanması ABŞ tərəfindən təmin olunmuşdur. Bu səbəbdən də İddiaçı X5na ezamiyyətdə olması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən hər hansı ödəniş aparılmadığından xərcləri özündə əks etdirən sənədləri təqdim etmək mümkün deyildir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 28.07.2011-ci il tarixli 194 nömrəli əmrinə əsasən N saylı hərbi hissənin zabiti leytenant İddiaçı “İngilis dili kursu”nda və “Piyada zabitinin təməl kursu"nda iştirak etmək üçün 2011ci il avqustun 9-dan 2012-ci il mayın 23-dək X1 San-Antonio şəhərinə ezamiyyətə göndərilmişdir. İş materiallarında olan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin 12.03.2020-ci il tarixli 5/1843 nömrəli məktubunun surətindən görünür ki, “Beynəlxalq Hərbi Təhsil və Təlim Proqramı” çərçivəsində İddiaçı 10.08-30.12.2011-ci il tarixlərində ABŞ-ın Texas (San-Antonio) ştatında yerləşən, X8 İnstitutunun “İngilis dili kursu"nda və 03.01- 26.04.2012-ci il tarixlərində Corciya ştatının Fort Benninq hərbi bazasında yerləşən Piyada Məktəbi nəzdində “Motoatıcı ixtisası üzrə təməl zabit kursu”nda təhsil aldığı müddət ərzində, aşağıdakı qaydada vəsait sərf olunmuşdur: 1) 10.08-30.12.2011-ci il tarixlərində “İngilis dili kursu”nda təhsil aldığı müddətdə kursun təhsil haqqı 6965.00 ABŞ dolları və təqaüd (qidalanma, nəqliyyat, yaşayış, tibbi sığorta və əlavə xərclər daxil olmaqla) 16885.00 ABŞ dolları, cəmi 23850.00 ABŞ dolları ödənilmişdir; 2) 03.01-26.04.2012-ci il tarixlərində “Piyada zabitinin təməl kursu”nda təhsil aldığı müddətdə kursun təhsil haqqı 5116.00 ABŞ dolları və təqaüd (qidalanma, nəqliyyat, yaşayış, tibbi sığorta və əlavə xərclər daxil olmaqla) 6041.00 ABŞ dolları, cəmi 11157.00 ABŞ dolları ödənilmişdir. Ümumi olaraq, İddiaçı 35007.00 ABŞ dolları məbləğində maliyyə sərf olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı ABŞ-ın San Antonio şəhərinə göndərilməsi ilə bağlı bütün xərclər, o cümlədən təyyarə biletlərinin alınması və ölkədaxili nəqliyyat, yerləşdirilməsi və qidalanması ABŞ tərəfindən təmin olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarının 1-ci bəndinə əsasən “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində “X3”nı hazırlayıb müvafiq qaydada təsdiq edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.1-ci yarımbəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin Qaydaların 3.4-cü yarımbəndinə əsasən bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı ABŞın San Antonio şəhərinə göndərilməsi ilə bağlı bütün xərclər (təyyarə biletlərinin alınması və ölkədaxili nəqliyyat, yerləşdirilməsi və qidalanması) ABŞ tərəfindən təmin olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş ezamiyyə xərclərinin fərq pul vəsaiti 31.888,26 (otuz bir min səkkiz yüz səkksən səkkiz və iyirmi altı) ABŞ dollarının cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-380/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-380/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver