Məhkəmə qərarları › İş №2-1(112)-3801/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3801/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3801/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” ASC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “edit müqaviləsi üzrə qalıq məbləğinin restrukturizasiya edilməsi ilə bağlı qərarın icrası” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.08.2012-ci il tarixli, 325-12PB saylı kredit müqaviləsi üzrə qalıq məbləğinin restrukturizasiya edilməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasının #27575 nömrəli qərarının icrası vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnziabti Məhkəməsinin 2-1(112)-3801/2021 saylı 28.01.2021-ci il taixli qərardadı ilə “xxxx” ASC inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “xxxx” ASC (indiki “xxxx” BOKT ASC) ilə onun arasında 28.08.2012-ci il tarixli, 325-12PB saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə ona illik 6 faizlə, 18 ay güzəşt olmaqla 36 ay müddətinə 15000AZN məbləğində kredit verilmişdir. Hal hazırda əsas borc üzrə 2353.69 manat təşkil edir. Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsində problemlər olmuş və o, uzun müddət kredit borcunu ödəyə bilməmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı verildikdən sonra iddiaçı düşünmüşdür ki, həmin fərmana uyğun olaraq ona kompensasiya verilməklə qalıq məbləğ restruktrizasiya ediləcəkdir. Lakin bir müddət sonra məlum oldu ki, o, həmin fərmanın təsiri dairəsinə düşməmişdir. Bank tərəfindən ona əvvəlcə Fərmanın təsirinə düşməyi bildirilsə də, sonradan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilən siyahıda adı çıxmamışdır. Banka müraciət edərək kredit müqaviləsi üzrə kompensasiya hesablanması və qalıq əsas borcunun restruktrizasiya edilməsinə köməklik edilməsini xahiş etmiş, lakin Bank tərəfindən iddiaçıya elektron qaydada şikayət etməsi bildirilmişdir. İddiaçı 14 may 2019-cu ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına elektorn qaydada (saat-15:24:13) müraciət etmiş və 12 oktyabr 2019-cu ildə #27575 Qərar nömrəsi ilə həmin qurumdan bildirmişdilər ki, yeni güzəştli şərtlərlə kredit müqaviləsi bağlanılacağını barədə təklif ediləcəkdir. Lakin bunu icra etməmişlər. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanının 1 və 5.1-ci bəndlərinə əsasən ona da 11.08.2014-cü il tarixli, 443-14PB saylı kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiyası şamil edilməli idi. Qeyd edilənlərə əsasən 28.08.2012-ci il tarixli, 325- 12PB saylı kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasının #27575 nömrəli qərarının icrasının vəzifəsinin Mərkəzə Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 21 may 2021-ci il tarixli 16-01577-2021 saylı sərəncama cavab məktubunda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeyd edilmişdir ki, iddiaçının “xxxx” ASC ilə bağladığı 29.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə qalıq qalan borcun restrukrizasiya edilməsi təklifinə dair Maliyyə Bazarlarına Nəzarət Palatasının 12.10.2019cu il tarixli qərarı 19.05.2021-ci il tarixli 16-01488-2021 saylı məktubla bir daha “xxxx” ASC-yə göndərilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 25 may 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi barədə ərizəni müdafiə edərək, onunla “xxxx” ASC arasında bağlanmış 29.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə qalıq qalan borcun restrukturizasiya edilməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasının #27575 nömrəli qərarının icrasının cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iş üzrə artıq mübahisənin mövcud olmadığını, inzibati orqan tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə müvafiq olaraq iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə qalıq qalan borcun restrukturizasiya edilməsi təklifinin 19.05.2021-ci il tarixli məktubla “xxxx” ASC-yə göndərildiyini, beləliklə, iddiaçıya münasibətdə X2 üzərinə qoyulmuş vəzifələri tam icra etdiyi bildirərək, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hazırki tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman 01.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. Həmin fərmanın 8.6-8.8-ci bəndlərin əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutlmuşdur. 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.6-ci -6.9-cu bəndlərinə əsasən Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Göründüyü kimi, Mərkəzi Bankın əsas öhdəliyi kompensasiya məbləği hesablamaqla ödəniləcək kredit müqavilələri üzrə məlumatın (siyahının) və qalıq borcun restruktrizasiya ediləcək kreditlər siyahısına salınaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi ilə bağlıdır. Beləliklə, Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16.3, 67-ci, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar