Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3801/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1959-ci il təvəllüdlü İddiaçı 62 yaşı tamam olduğuna görə xx.xx.2021-ci il tarixindən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 64 yaşı tamam olduğuna görə xx.xx.2021-ci il tarixindən hesablanaraq əmək pensiyasını təyin edilməsini və yığılan pensiya ödənişlərini hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. Cavabdeh öz növbəsində 22 iyul 2021-ci il tarixli, **********4 saylı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina məktubu ilə cavab vermişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək və xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək çalışdığı müəsissələrinin faktiki və arxiv sənədlərin saxlandığı ünvan məlum olmadığına görə həmin dövrləri sığorta stajına əlavə edilməmişdir. Qeyd olunan səbəbə görə cavabdeh tərəfindən hesablanan sığorta stajı 24 il 1 ay hesablanmışdır ki, bu da 25 ildən az olduğuna görə iddiaçıya pensiya təyin edilməsində imtina edilmişdir. Bundan əlavə olaraq cavabdeh imtinanın əsası olaraq qeyd etmişdir ki, iddiaçının pensiya kapitalı müəyyən edilmiş minimum pensiya kapitalından aşağıdır. İddiaçı qeyd etmişdir ki, cavabdehin imtina məktubunu poçt vasitəsi ilə rəsmi qaydada o xx.xx.2021-ci il tarixində əldə etmişdir. Məhkəməyə bildirmişdir ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək (2 il, 10 ay, 20 gün), satıçı ixitisası üzrə peşə məktəbində təhsil almışdır. Bu faktı təsdiq edən diplomu iddia ərizəsinə əlavə etmişdir. xx.xx.1956-cı il tarixində qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət Təminatı haqqında“ SSRİ qanununun 1ci maddəsinin “V” bəndinə görə “ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir” Həmin qanunun 109-cu maddəsinin “İ” yarımbəndində qeyd olunur ki, “ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti” iş stajına daxil edilir. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında" qanunun 67-ci maddəsinin “g" bəndinə əsasən “ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçnıə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti" iş stajına daxil edilir. Peşə məktəbindən sonra, iddiaçı xx.xx.1977-ci ildən başlayaraq xx.xx.2021-ci ilədək müxtəlif iş yerlərində və vəzifələrdə çalışmışdır.İddiaçının pensiya kapitalı minumum pensiya kapitalına çatmadığına görə, minimum əmək pensiyasına çatdırılması ilə əmək pensiyası cavabdeh tərəfindən təyin edilməli idi. Belə ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.1974-cü ildən xx.xx.2006-ci ilədək iddiaçının 29 il, 3 ay, 2 gün əmək pensiyası vardır. İddiaçı hesab edir ki, onun müraciəti əsasında cavabdeh inzibati icraat haqqında qanuna əsasən.xx.xx.2006-cı ilədək olan əmək stajı nəzərə alaraq iddiaçının xahişini təmin edərək yaşa görə əmək pensiyasını təyin etməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 04 may 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi N.Hacıyev iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və inzibati iş üzrə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki İddiaçı 09 mart 2021-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 24 il 2 ay (təhsil də nəzərə alınmaqla) sosial sığorta stajına malik olduğundan, eyni zamanda tələb olunan 28800 manat pensiya kapitalına qarşı 18684,84 manat məbləğində pensiya kapitalı olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X6, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də işlədiyini və əmək haqqı aldığını iddia etsə də, qeyd edilən müəssisələrin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin illərin araşdılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı Dövlət Vergi Xidməti yanında Bakı şəhəri X12 Baş İdarəsinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli, **********631100 nömrəli cavab məktubunda İddiaçı qeyd olunan müəssisələrdə işləməsi və hesablanmış əmək haqqından vergilərin tutulub- tutulmaması barədə hər hansı məlumatın olmaması, həmçinin uçot baza məlumatlarına əsasən “Hikmət-1 X9 və Bakı səhəri 90 saylı TTİ adlı müəssisələrin müəyyən edilmədiyi bildirilmişdir. Bundan başqa, inzibati orqan tərəfindən Milli Arxiv İdarəsinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli, 4/168 nömrəli cavab məktubunda "xxxx" X7 və Bakı səhəri 90 saylı TTİ-nin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyi qeyd edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, "xxxx" X7 və ünvan 1 ünvan məlum olmadığı üçün inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də həmin müəssisədə işləyib- işləmədiyini, əməkhaqqı alıbalmadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb olunan (28800 manat) pensiya kapitalına malik olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə (xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1998- ci il tarixdən xx.xx.2006-cı il tarixədək qeydlər istisna olmaqla) və təhsil haqqında diplomuna əsasən 24 il 2 ay sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İddiaçı xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə Xaçmaz şəhərində anadan olmuşdur. - 561940 nömrəli Diplomun surəti. - xx.xx.2021-ci il tarixli cavabdeh orqanın imtina məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X10 və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək işlədiyiniz "xxxx" X7 və xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək ünvan 2 ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. - Notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Əmək kitabçalarına əsasən (4724528 və ******* nömrəli) iddiaçı 1977-ci ildə əmək fəaliyyətinə başlamış və xx.xx.2021ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixli cavab məktubunda "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2006-cı il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Baza məlumatlarna əsasən cəmiyyətin hüquqi ünvanı Ağdaş rayonu Ləki ŞTQ qeyd olunmuşdur. Cəmiyyətin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2022-ci il tarixli cavab məktubunda "xxxx" X8 xx.xx.1994-cü il tarixdə 7561 nömrə ilə və 90 saylı Təmir-Tikinti İdarəsinin xx.xx.1994-cü il tarixdə KOL-1081 nömrə ilə qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxslər 2004-cü il tarixdən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etmədikləri bildirilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 2.2.3-cü və 34-cü maddələri). İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********4 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün sosial sığorta stajının tələb olunan müddətdən az olması, eyni zamanda tələb olunan pensiya kapitalından az olması əsası ilə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” - 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, verilir Fərəcova (Zubareva) Natalya İlyiniçnaya ondan ötrü ki, o həqiqətən xx.xx.1986-cı il tarixindən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı ekspedisiyasının 5 nömrəli partiyasına çöl işlərinə 3-cü dərəcəli fəhlə qəbul edilmişdir (Əmr № 70-K,xx.xx.1986-cı il). SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xx.xx.1986-cı il tarixli 59 nömrəli əmrinə əsasən xx.xx.1987-ci il tarixindən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin adı dəyişdirilərək Azərbaycan Aerogeodeziya İstehsalat Birliyinə (“Azərbaycanaerogeodeziya”) çevrilmişdi. xx.xx.1988-ci il tarixindən əmək haqqının yeni şərtlərinə keçidi ilə əlaqədar olaraq 2-ci dərəcəli fəhlə təsdiq edilmişdir (Əmr № 62-K, xx.xx.1988-ci il). xx.xx.1990-cı il tarixindən “Azərbaycanaerogeodeziya” İBdən köçürülmə yolu ilə işdən azad edilmişdir (Əmr № 5-K, xx.xx.1990-cı il). “Azərbaycanaerogeodeziya” İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli 310 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixindən birliyin struktur bölmələri və Bakı Geodeziya İdarəsinin əsasında Bakı Aerogeodeziya Müəssisəsi yaradılmışdır. X3 xx.xx.1991-ci il tarixli 311 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixindən 321 saylı ekspedisiya X4 çevrilmişdi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 525 nömrəli Fərmanına əsasən xx.xx.1992-ci il tarixindən “Azərbaycanaerogeodeziya" İstehsalat Birliyi Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinə çevrilmişdir. Bakı Aerogeodeziya Müəssisəsi və X1 tabeliyinə verilmişdir. xx.xx.1995-ci il tarixindən 2 №-li çöl bölməsinə müvəqqəti 2-ci dərəcəli fəhlə işə qəbul edilmişdir (Əmr № 31-K, xx.xx.1995ci il). Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin xx.xx.1996-cı il tarixli 11 nömrəli əmrinə əsasən xx.xx.1996-cı il tarixindən Bakı Aerogeodeziya Müəssisəsinin və X2 nəznində Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin “Aerogeodeziya və Kadastr” İstehsalat Birliyi yaradılmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 24 il 2 ay (təhsil də nəzərə alınmaqla) sosial sığorta stajına malik olduğundan, eyni zamanda tələb olunan 28800 manat pensiya kapitalına qarşı 18684,84 manat məbləğində pensiya kapitalı olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X6, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də işlədiyini və əmək haqqı aldığını iddia etsə də, qeyd edilən müəssisələrin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin illərin araşdılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X6, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, dövlət reyestrində "xxxx" X8 xx.xx.1994-cü il tarixdə 7561 nömrə ilə və 90 saylı Təmir-Tikinti İdarəsinin xx.xx.1994-cü il tarixdə KOL-1081 nömrə ilə qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. Göründüyü kimi, iddiaçının mübahisələndirilən dövrdə işlədiyi "xxxx" X8 və 90 saylı Təmir-Tikinti İdarəsinin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X6, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X6, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də olan iş stajı nəzərə alınmaqla, 25 ildən artıq sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazında göstərdiyi dəlillər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olduğunu əsas tutaraq hesab edir ki, cavabdehin iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmamışdır. NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 62 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev