Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3802/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı məhkəməyə müraciət edərək, 19.08.1987-ci ildən Elektrik sexində işlədiyi vəzifələr və 1997-ci ildən hal-hazıradək "xxxx"ində stansiyanın növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona 57 yaşından 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşından yəni 3 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3802/2021 saylı 04 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Qazax rayonunun Sadıxlı kəndində anadan olmuşdur. İlk əmək fəaliyyətinə Sadıxlı üzümçülük savxozunda 02.10.1978-ci ildə fəhlə kimi işə başlamışdır.10.11.1979-cu il tarixdə keçmiş SSRİ Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmətə çağırılmağı ilə əlaqədar işdən azad edilmişdir. 10.11.1981 -ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 07.01.1982-ci ildə Azərbaycan Neft- Kimya İnstitutunun hazırlıq kursuna və 30.07.1982-ci il tarixindən 1 -ci kursuna daxil olmuş, 28.07.1987-ci il tarixində Azərbaycan Neft-Kimya İnstitutunu bitirmişdir. 19.08.1987- ci il tarixində Azərbaycan DRES-də Elektrik sexində növbətçi elektrik montyoru kimi işə başlamışdır. 14.02.1992-ci il tarixindən Elektrik sexinin növbə rəisi vəzifəsinə keçmişdir. 08.1997-ci il tarixindən Azərbaycan DRES-in növbə rəisi vəzifəsinə keçmiş və hal-hazırda həmin vəzifədə işləyir. İşlədiyi "xxxx" MMC yeni idarə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan İstilik Elektrik StansiyasTMMC adlandırılmışdır. İşlədiyi iş yeri və vəzifələr güzəştli şərtlərlə ona 2017-ci il tarixindən pensiya təyin edilməsinə əsas verməsinə baxmayaraq hazırda bu hüquqdan istifadə edə bilmir. 29.05.2020-ci il tarixində güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin 29.05.2020-ci il tarixli ərizəsinə verilmiş güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında 09.06.2020-ci il tarixli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına Elektrik Stansiyasının növbə rəisi vəzifəsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. "xxxx" MMC-nin işin xarakteri haqqında arayışda işlədiyi iş şəraitinin ağır və zərərli olmasına görə 19.08.1987-ci il tarixindən bu günə kimi hər ay 8-12% miqdarında əlavə əmək haqqı almışdır. Əmək qanunvericiliyinə əsasən əlavə məzuniyyət günü verildiyi, o cümlədən zərərli sahədə 8 saatlıq iş günü ərzində elektromaqnit sahə gərginliyi altında, zərərli kimyəvi maddələrlə, səs küy, titrəmə, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarının mövcud olması qeyd edilmişdir. Həmin arayışa əsasən 19.08.1987- ci il tarixdən hal-hazıradək tutduğum vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. İddiaçı qeyd edilənlənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, "məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) yeraltı istilik elektrik stansiyaları bəndində (21.4) elektrik sexlərinin və elektrik stansiyalarının növbə rəisləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 06.07.1979-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 19.08.1987-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx"- in Elektrik sexində növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru, növbə rəisi və idarə aparatında elektrik stansiyasının növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onu işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 5 ay 25 gün) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası 04 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın nümayəndəsi X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Qazax rayonunda anadan olmuşdur. İddiaçı Mingəçevir şəhəri,C.Əliyev küçəsi, ev 15 ünvanında qeydiyyatdadır. HЗ-4017208 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 17 noyabr 1979-cu ildən 18 noyabr 1981-ci ilədək Sovet ordusu sıralarında xidmət etmişdir. PB№025596 nömrəli diploma əsasən İddiaçı 1982-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna daxil olmuş, 1987-ci ildə elektrik sistemləri ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1987-ci il 17 iyun tarixli qərarı ilə ona mühəndis-elektrik ixtisası verilmişdir. İşdə olan iddiaçının İT-İ-0342014 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -01.09.1978-ci ildə X3 bağçılıq işçisi kimi müvəqqəti işə qəbul edilmişdir; -01.10.1978-ci ildə “Sadıxlı” Üzümçülük Sovxozuna keçirilmişdir; -02.10.1978-ci ildə “Sadıxlı” üzümçülük sovxozunda inşaata fəhlə qəbul edilmişdir; -10.11.1979-cu ildə hərbi xidmətə getdiyinə görə işdən azad edilmişdir; -07.11.1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialının gündüz hazırlıq şöbəsinin dinləyicisi kimi qəbul olunmuşdur; -30.07.1982-ci ildə institutun Sumqayıt filialının gündüz şöbəsinin birinci kurs tələbəsi kimi qeydiyyata alınmışdır; -03.04.1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutun Sumqayıt filialın gündüz təhsil formasının tələbəsi kimi “Ali riyaziyyat” kafedrası, iş müqaviləsi əsasında 0.5 ştat laborant kimi qəbul olunmuşdur; -01.09.1985-ci ildə Azərbaycan SSR Əmək qanunun 30, m.36, b.2 iş müqaviləsi üzrə iş müddətinin bitməsi ilə əlaqədar olaraq işdən çıxarılmışdır; -28.07.1987-ci ildə M.Əzizbəyov adına Azərbaycan neft və Kimya İnstitutunun gündüz şöbəsini bitirmişdir; -19.08.1987-ci ildə Azərbaycan DRES-də elektrik sexə 5-ci dərəcəli növbətçi elektrik montyoru kimi qəbul edilmişdir; -10.06.1988-ci ildə baş növbətçi elektrik montyoru kimi keçirilmişdir; -01.02.1989-cu ildə Əməyin ödənilməsinin yeni sisteminə və tam təsərrüfat uçotuna keçmək ilə əlaqədar olaraq vəzifəsi-elektrik stansiyaların elektrik avadanlıqların xidməti üzrə elektrik montyoru; -14.02.1992-ci ildə elektrik sexinin növbə rəisi kimi keçirilmişdir; -01.08.1997-ci ildə stansiyanın növbə rəisi vəzifəsinə təyin olunmuşdur; -01.07.2003-cü ildə idarə aparatı, elektrik stansiyanın növbə rəisi vəzifəsinə keçirilmişdir; -25.04.2003-cü ildə "xxxx" ASC-nin yeni idarəetmə strukturunun təkmiləşdirilməsi ilə əlaqədar "xxxx"- "xxxx" MMC adlandırılmışdır; -hal-hazıra kimi işləyir. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 12 may 2020-ci il tarixli 07/78 nömrəli itehsalat fəaliyyət haqqında arayışa əsasən stansiyanın növbə rəisi İddiaçı 19.08.1987-ci il tarixdən 10.06.1988-ci il tarixədək elektrik sexində 5 qrup növbətçi elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. 10.06.1988-ci il tarixdən 14.02.1992-ci il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru vəzifəsində, 14.02.1992-ci il tarixdən 01.08.1997-ci il tarixədək həmin sexdə növbə rəisi vəzifəsində, 01.08.1997-ci il tarixdən 01.07.2003-cü il tarixəək stansiyanın növbə rəisi vəzifəsində, 01.07.2003-cü il tarixdən 12.09.2017-ci il tarixədək idarə aparatı, elektrik stansiyasının növbə rəisi vəzifəsində, 12.09.2017-ci il tarixdən 22.04.2019-cu il tarixədək elektrik sexində istismar üzrə sex rəisinin müavini vəzifəsində, 22.04.2019-cu il tarixdən 27.11.2019-cu il tarixədək elektrik sexinin rəisi vəzifəsində, 27.11.2019-cu il tarixdən hal-hazıradək elektrik stansiyasının növbə rəisi vəzifəsində işləyir. 1) 1 və 2 nömrəli qazam-turbin sexində yerləşən əsas və köməkçi elektrik avadanlıqları, o cümlədən Turbogeneratorun, blok transformatorlarının işçi və ehtiyat, xüsusi sərfiyyat transformatorlarının, təsirlənmə sistemləri, paylayıcı qurğuları və s. avadanlıqlar. 2) Yanacaq-Nəqliyyat sexinin mazut nasosxanası və digər sahələrdə yerləşən elektrik avadanlıqları. 3) 330-500 kv-luq X2 yerləşən yüksək gərginlikli elektrik avadanlıqları, o cümlədən hava açarları, kompressor qurğuları, hava xətləri 330/500 /35 kv-luq resktor və s. Avadanlıqlar. İstismar heyəti elektrik avadanlıqlarının fasiləsiz və etibarlı işləməsini təmin edir və nların iş yeri 1 və 2 nömrəli qazan-turbin sexinin, 330/500 kv X2 yerləşir. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və 19.08.1987-ci il tarixdən 14.02.1992-ci il tarixədək əlavə 12%, 14.02.1992-ci il tarixdən hal-hazıradək əlavə 8% əmək haqqı ödənilmişdir. İddiaçı 19.08.1987-ci il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li qərarın 24-cü bölməsinin “a”, “b” bəndlərinə uyğundur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 09 iyun 2020-ci il tarixli, **********75 saylı imtina məktubundan görünür ki, 06.07.1979-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 19.08.1987-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx"-in Elektrik sexində növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru, növbə rəisi və idarə aparatında elektrik stansiyasının növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 14 sentyabr 2021-ci il tarixli 100/01-07-242 nömrəli sorğuya cavab məktubundan görünür ki, Stansiyanın növbə rəisi İddiaçı (təvəllüdü xx.xx.1960-cı il) 19.08.1987-ci il tarixdən 10.06.1988-ci il tarixədək Elektrik sexinə V qrup növbətçi elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. 10.06.1988-ci il tarixdən 14.02.1992-ci il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru vəzifəsində, 14.02.1992-ciı il tarixdən 01.08.1997-ci il tarixədək həmin sexdə növbə rəisi vəzifəsində,01.08.1997-ci il tarixdən 01.07.2003-cü il tarixədək stansiyanın növbə rəisi vəzifəsində ,01.07.2003-cü il tarixdən 12.09.2017-ci il tarixədək idarə aparatı,elektrik stansiyasının növbə rəisi vəzifəsində, 12.09.2017-ci il tarixdən 22.04.2019cu il tarixədək Elektrik sexinidə,istismar üzrə sex rəisinin müavini vəzifəsində,22.04.2019cu il tarixdən 27.11.2019-cu il tarixədək Elektrik sexinin rəisi vəzifəsində,27.11.2019-cu il tarixdən hal-hazıradək elektrik stansiyasının növbə rəisi vəzifəsində işləyir. İstismar sahəsi bilavasitə aşağıdakı sex və sahələrin elektrik avadanlıqlarının istismarı ilə məşğul olur. 1. 1 və 2 nömrəli Qazan-Turbin sexində (QTS-1,2) yerləşən əsas və köməkçi elektrik avadanlıqları,o cümlədən Turbogeneratorun.blok transformatorlarının,işçi və ehtiyat,xüsusi sərfiyyat transformatorlarının,təsirlənmə sistemləri,paylayıcı qurğuları və.s.avadanlıqlar. 2. Yanacaq-Nəqliyyat sexinin mazut nasosxanası və digər sahələrdə yerləşən, elektrik 3.330- 500kv-luq X2 yerləşən yüksək gərginlikli elektrik avadanlıqları,o cümlədən hava açarları,kompressor qurğuları,hava xətləri 330/500/35 kv-luq Reaktor və s.avadanlıqlar. İstismar heyəti elektrik avadanlıqlarının fasiləsiz və etibarlı işləməsini təmin edir və onların iş yeri 1 və 2 nömrəli Qazan-Turbin sexinin,330/500 kv X2 yerləşir. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və 19.08.1987-ci il tarixdən 14.02.1992- ci il tarixədək əlavə 12% , 14.02.1992-ci il tarixdən hal-hazıradək əlavə 8% əmək haqqı ödənilmişdir. İddiaçı işlədiyi illər ərzində 19.08.1987-ci il tarixdən 14.02.1992- ci il tarixədək tutduğu növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru vəzifəsi və 14.02.1992-ciı il tarixdən hal-hazıradək tutduğu növbə rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının Elektrik stansiyaları,enerji qatarları,buxar və güc təsərrüfatı bölməsində, qazanxana,turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər,elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri vəzifəsi və qazanxana,turbin(buxar-qaz turbin)qazan turbin tozhazırlama və yanacaq ötürülmə sexlərinin növbə rəisləri vəzifəsi 24cü bölməsinin “a”,”b”bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (kod 2140000a-18455) və (kod 2140000b- 24043) uyğundur. Həmin sahədə iş stajı 19.08.1987-ci il tarixdən hal-hazıradək iş stajı 34 il 24 gün təşkil edir. Hazırki iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan hüquq normalarına görə istər 55 yaşdan, istərsə də 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin ümumi stajı 25 ildən, güzəştli şərtlə pensiya hüququ verən xüsusi stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı da təqdim edilmişdir. İddiaçının 03.11.2018-ci ildən güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranması üçün onun həmin vaxta qədər 25 il ümumi stajının, o cümlədən onun 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsinin mövcudluğu təsdiq edilməlidir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı elektrik montyoru və stansiyanın növbə rəisi sahəsində işləmişdir. İşin hallarına əsasən qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, 25 ildən çox əmək stajı (hərbi xidmət keçdiyi dövrlər və təhsil illəri daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Qeyd olunan iş stajı, orduda xidmət illəri və təhsil illəri cəmləndikdə, iddiaçının 25 il 01 ay 15 gün ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının 19.08.1987-ci ildən 10.06.1988-ci il tarixədək elektrik sexinə V qrup növbətçi elektrik montyoru vəzifəsi 2140000a-18455 kodu altında, 10.06.1988-ci il tarixdən 14.02.1992-ci il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru vəzifəsi 2140000a-18455 kodu altında, 14.02.1992-ci il tarixdən 01.07.2003-cü il tarixədək stansiyanın növbə rəisi vəzifəsi 2140000b-24043 kodu altında, 01.07.2003-cü ildən 01.01.2006-ci il tarixədək idarə aparatı, elektrik stansiyanın növbə rəisi 2140000b-24043 kodu altında işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində zərərli iş kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının qanunla tələb olunan müddətdə (18 il 03 ay 11 gün) güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 03 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Odur ki, məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Göründüyü kimi iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi , ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın güzəştli peşədə iş stajının 12 il 6 aydan az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya 57 yaşından yəni 3 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçıya 57 yaşından yəni 3 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3802/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3802/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver