Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3802/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs X3, onun və digər üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı X25, X26, X15, X2, X9, X17, X37 və X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (bundan sonra mətndə Nəsimi RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X25, X26, X15, X2, X20, X9, X17, X16, X37 və X12 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, üçüncü şəxslər qismində X25, X26, X15, X2, X9, X17, X37 və X13 göstərməklə, məhkəmədən üçüncü şəxslər X25, X26, X15, X2, X10, X17, X37 və X4 onun ********** nömrəli, xx.xx.2023 tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 243 ünvanında yerləşən mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Nəsimi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini anası Bakıdan köçən erməni ilə Ermənistanda olan mənzilləri ilə dəyişdirmişdir və onun adına çıxarış verilmişdir. X5 1993-cü il tarixdə öldükdən sonra mənzil onun adına sənədləşmiş və onun adına Daşınmaz Əmlakın Dövlət reyestrindən 012483 saylı Qeydiyyat vəsiqəsi 2002-ci il tarixdə verilmişdir. Onun mülkiyyətində olan mənzildə 3-cü şəxslər X25, X27, X15, X2, X20, X9, X17, X16, X37 və X18 mənzilində əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar, bu da mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Lakin hazırda arayışdan ona məlum olmuşdur ki, onun aldığı mənzildə 3-cü şəxslər X25, X27, X15, X2, X20, X10, X17, X16, X37 və X18 orada yaşamamış və onlara məxsus mənzildə heç bir əmlak yoxdur. 3-cü şəxslər onun mənzilində hazırda yaşamırlar. Hazırda da harada yaşaması barədə məndə heç bir məlumatı yoxdur.Ona görə ki, 3-cü şəxslərlə hər hansı qohumluq əlaqəsi yoxdur. 3-cü şəxslərin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X25, X26, X15, X2, X10, X17, X37 və X18 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabeh inzibati orqan Nəsimi RPİd-nin və üçüncü şəxslərin iddaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9, onun və digər üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında izahat verərək, iddiaçı ilə üçüncü şəxslərin yaşadıqları evlərin bir-birindən təcrid olunmaqla ayrı-ayrı yerlərdə yerləşdiklərini, həmin yaşayış sahələrinin ünvanlarının eyni olmasının onların öz yaşadıqları ünvandan qeydiyyatdan çıxarılmasına əsas olmadığının nəzərə alınaraq, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdilər. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü ildə doğulmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 012483 №-li qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsindəki 3 otaq, 45,7 kv. m. yaşayış sahəsindən 52,1 kv. m. ümumi sahədən ibarət 243 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 54 saylı reyestr kitabında 8141-ci səhifədə 30 № ilə İddiaçı adına xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 658 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. AZE seriyalı 15731912 №-li, AZE seriyalı 17351363 №-li, AZE seriyalı 08990261 №-li, AA2201577 №-li, AA2120825 №-li, AA2120912 №-li şəxsiyyət vəsiqələrinin surətlərindən və şəxsiyyət vəsiqələri barədə elektron məlumatlardan müəyyən olunur ki, X15, X2,X14, X17, X37, X22 ünvan 7 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təsdiq olunmuş “Tikinti xaraketristikası”ndan müəyyən olunur ki, 3-cü Alatavada 243 saylı ünvanda 1969-cu ildə inşa edilmiş (özbaşına tikilinin) 2 mərtəbəli yaşayış evinin sahibi X15 qeyd olunmuşdur. Eyni zamanda X6 yaşadığı Nəsimi rayonu, 3-cü Alatava, 243 saylı evinə dair Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 33 saylı MKİS tərfindən tərəfindən sxemi tərtib olunmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 33 saylı MKİS tərəfindən verilmiş 57 №li xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, X6 yaşadığı Nəsimi rayonu, 3-cü Alatava, 243 saylı evinə dair 0407 №li şəxsi maliyyə haqq-hesabı xx.xx.2004-cü il tarixdə açılmışdır. Evdə su, qaz, işıq var, özbaşına tikilidir. “ASAN 1” tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1981-ci il təvəllüdlü X17 xx.xx.2004-cü il tarixdən ünvan 9 ünvanında qeydiyyatdadır. Eyni zamanda həmin ünvanda xx.xx.1956-cı il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X25, xx.xx.2010-cu il təvəllüdlü X26, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı, xx.xx.1978-ci il təvəllüdlü X2, xx.xx.1968-ci il təvəlüdlü X19, xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.1990-cı il təvəllüdlü X22 qeydiyyatdadırlar. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: - **********07 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 243 saylı fərdi yaşayış evinə dair X17, X18, X25, X27, X37, X15, X2, X9, X20, X7 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. - **********41 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 243A saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 243 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-20559/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X17 xx.xx.2004-cü il tarixdən, X22 xx.xx.2009-cu il tarixdən, X15 xx.xx.2004-cü il tarixdən, X2 xx.xx.2004-cü il tarixdən, X20 xx.xx.2002-ci il tarixdən ünvan 6 ünvana yaşayış yeri üzrə qeydiyyata alınmışdır. X25 xx.xx.2015-ci il tarixdən, X26 xx.xx.2016-cı il tarixdən, X37 xx.xx.2020-ci il tarixdən, X9 xx.xx.2016-cı il tarixdən, X16 xx.xx.2021-ci il tarixdən azyaşlı kimi valideyinlərinin üzərinə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. Nəsimi RPİ-nin 51/2-21036 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 243 ünvanına sorğuda adları qeyd olunan şəxslər, X17, xx.xx.2004-cü il, X22 xx.xx.2009-cu il, X25 xx.xx.2015-ci il, X26 xx.xx.2016-cı il, X37 xx.xx.2020-ci il, X15 xx.xx.2004-cü il, X2 xx.xx.2004-cü il, X9 xx.xx.2016-cı il və X16 xx.xx.2020-ci il tarixlərdə qeydiyyata alınmışdır. X1 isə həmin ünvanda xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək qeydiyyatda olmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Nəsimi RPİ tərəfindən verilmiş 082-40400-1222 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Tətbiq edilən hüquq. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər onun mülkiyyətində olan fərdi yaşayış evində deyil, eyni ünvanlı bir-birindən təcrid olunmuş digər fərdi yaşayış evində qeydiyyatdadırlar. Buna görə də üçüncü şəxslərin mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları hazırki qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə olan halda üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqan sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərinə uyğun hərəkət etmiş olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, üçüncü şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, 3cü Alatava küçəsi, ev 243 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsinə dair İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3802/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3802/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver