Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3803/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin bərpa edilməsi və 2021-ci il tarixdən bu günədək ödənilməmiş əllilik təqaüdünün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının sentyabr 2024-cü il tarixli 3-17-4/3- 3-6405/2024 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və İddiaçı xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli Qərarı ilə iddiaçıya 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərlə bağlı növbəti müayinə nəticəsində "Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sol kürək nahiyyəsinin arxa səthinin böyük həcmli kobud dartıcı çapıq toxuması. Sol bazu oynağının kəskin açıcı-bükücü yaxınlaşdırın kontrakturası (açma 10 dər., bükmə 160 dəruzqlaşma 20 dər), Keçirilmiş QKAT sonrakı vəziyyət, posttravmatik ünsefalopatiya, simtomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları (8-9 dəf ə). Yuxarı ətraf əzələlərin atrofiyası. Daimiağrı sindromu.Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət.Sol kürək sümüyünün boyunun gəlpəli bitişmiş sınığı. Sol bazu oynağının artrozu, yuxarı etraflarının monohlegiyası. Sol yuxarı ətrafın monoharezi., Sol yuxarı etrafın funksiyaların pozulması. Üzvü mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Keçirilmiş sol ağciyər vərəmindən sonrakı qalıq əlaməti, fibroz və bərk ocaqlar şəklində. Xroniki bronxit, subremissiya mərhələsində. Hpertoniya xəstəliyi İİ mərhələ yüksək risk" diaoqnozu təyin edilmiş və qeyd edilmiş diaqnozla əllillik əlamətləri müəyyən edilməsi münkün olmaması səbəbindən ona əllilik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının qeyd edilmiş müayinəyə dair məlumatın verilməsinə əsas olmuş imtina məktubu ona göndərilməmiş, bununla əlaqədar etdiyi çoxsaylı müraciətlərinə cavab olaraq xx.xx.2024cü il tarixdə istifadəsində olan telefon nömrəsinə smslə xx.xx.2024-cü il tarixli qərarı ilə əlliliyin təyin edilməməsi barədə məlumat daxil olmuş, bu əsasla da imtinanın səbəbləri və əsasları barədə məlumatı yoxdur. Cavabdehin qeyd edilmiş imtina qərarı ilə razı deyil və hesab edir ki, aşağıda göstərilmiş əsaslara görə ona 22 saylı TSEK-nın xx.xx.2016-cı il tarixli qərarı təyin edilmiş əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqda qərar qəbul edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının xx.xx.2023-cü il tarixli, 139 saylı qərarından görünür ki, iddiaçə Ağdam RHK tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağrıldıqdan sonra 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə yaxından iştrak etmişdir. xx.xx.1992-ci il tarixdə vətən uğrunda gedən döyüşlərdən birində aldığı güllə yaralarından xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək ETTOİ-da "sol kürək nahiyyəsini dəlib-kəçən güllə yarası. Sol kürək sümüyünün boynunun qəlpəli sınığı" diaqnozlarla ilə müayinə və müalicə olunmuş və xx.xx.1992-ci il tarixdə MN MHP-nin hərbi-həkim komissiyası tərəfindən "Sol kürək nahiyyəsinin dəlib keçən güllə yarasının nəticəsi", xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək AR X12 Reabilitasiya və X10 İnstitutunda müalicə nəticəsində" "Sol çiyin qurşağını dəlib keçən güllə yarasının qalıq əlamətləri", xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci tarixədək Respublika Əlillərin Bərpa Mərkəzində müalicə nəticəsində" "Travmadan sonra sol çiyin əzələsinin kontrakturası. Sol Bazu kələfinin posttravmatik pleksiti, yuxarı ətrafin mötədil porezi ilə. Kəskin nəzərə çarpan asteno-nevratik sindrom (amamnezində qapalı kəllə beyin travması)", xx.xx.1996cı il tarixdən xx.xx.1996-cı il tarixədək Respublika Əlillərin Bərpa Mərkəsində" Sol kürək nahiyyəsinin dəlib keçən güllə yarası və sol bazu sümüyün qəlpəli yaralanmasından sonrakı vəziyyət. Asteno-nevrotik vəziyyət", xx.xx.1996-il tarixdən xx.xx.1996-cı il tarixədək MN MHKH-da "Sol kürək kürək sümüyünün boynunun sınığı ilə keçən qüllə yaralanması nəticəsində çiyin kurşağının kontrakturası" diaqnozlarla müəyyən edilmiş xəsatlərin hərbi travma olması və həmin travmaları Azərbaycan Respublikasının müdafiyəsi zamanı almağı təstiq edilmişdir. Eyni zamanda da həmin qərarla MN MHHKnın xx.xx.2003-cü il tarixli 362 saylı qərarın ləğv edildiyinə istinad edilmişdir. İddia ərizəsinə əlavə edilmiş rəsmi sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya 1992-ci ildə 1-ci Qarabağ müharibəsində aldığı xəsarətlərlə bağlı müvafiq TSEK-nın rəyləri əsasında 3-cü dərəcəli əlilliyi təyin edilmiş, 2012-ci ildən isə səhhətində müəyyən edilmiş ağırlaşmalar nəticəsində TSEK-nın rəyləri əsasında 2-ci dərəcəli əllillik müəyən edilmiş və həmin əlilliylə bağlı ona 2021-ci ilin may ayınadək əlillik müavinatı ödənilmişdir. Səbəbini öyrənmək məqsədi ilə cavabdeh orqana müraciət etdiyində əllillik dərəcənin müəyyən edilməsi üçün yenidən həkim və ekspert müayinələrindən keçmək lazım olduğunu, nəticədə də ödənilməmiş müddət üçün nəzərdə tutulmuş müavinatlar ödəniləcəyi bildirilmişdir. Bu əsasla 2021-ci ilin may ayından başlayaraq 2024-cü ilin yanvar ayınadək rəsmi göndərişlər əsasında PHŞ X11, Elmi Tətqiqat və Travmatologiya və Ortopediya İnstitutunda, Respublika Psixiotrik Xəstəxanasında Dövlət Tibbi Sosial Ekspertizası və X5 Reabilitasiya Pansionatında müayinə və müalicə olunduqdan sonra ümümilikdə "QKB travması, baş beyin silkələnməsi, başın sol təpə nahiyyəsində geniş əzilmiş yaranın müəyyən edilməsi", Keçirilmiş kəllə-beyin travmanın nəticəsi, postravmatik enselopatiya qıcolma tutmaları ilə", "Odlu silahla yaralanmadan sonra sol kürək nahiyyəsinin arxa səthində böyük həcmli kobud dairəli çapıq toxması, sol kürək sümüyünün boynunun qəlpəli bitişmiş sınığı, sol bozu oynağının artrozu, sol yuxarı etrofin funksiyaların pozulması","Sol kürək nahiyyəsinin dəlib keçən güllə yarasından sonrası vəziyyət, belomba fəqərələrin ostrxandrozu" və "Üzvü (1-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiolarının enməsi ilə F.07.0" xəstəliklərdən əziyyət çəkməyi müəyyən olunmuş, lakin heç sonuncu TSEK-in rəyi ilə heç bir əsas göstərilmədən ona əlillik dərəcənin təstiq edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin qeyd edilmiş hərəkətləri birbaşa vətənin hər qarış torpağı uğrunda canından və qanından keçmiş, şikəst qalmış, 32 il ərzində ailəsinə üçün ağır bir yük olmaqla yaşamış, daima kənar şəxslərin köməyinə möhtac qalmış, 2021-ci ilin may ayınadək aldığı əlillik müavinatı iynə və dərmanların alınmasına çatmamış əlilə münasibətdə ən böyük qanunsuzluq, hörmətsizlik və haqsızlıq kimi qiymətləndirilməlidir. Bununla belə hazırda artıq 3 il 6 aydır ki, ümümiyyətlə əlillik dərəcəsinin təyin edilməməsi nəticəsində ona əlillik müavinatın ödənilməməsi, əmək qabiliyyətinin olmaması səbəbində 86 yaşında olan anasının aldığı pensiyaya möhtac qalmışdır. Məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən göründüyü kimi 1993-cı ildən 2012-ci ilədək 3-cü dərəcə əlilliyi, 2012-ci ildən 2021-ci ilin may ayınadək 2-ci dərəcə əlillik təyin edilmiş və 29 il ərzində əlillik təqaüdü almışdır. Hesab edir ki, cavabdeh 29 ildən sonra heç bir əsas göstərmədən əlilliyini ləğv edilərək maddi vəziyyətini pisləşdirməklə onu çarəsiz vəziyyətə salması kimi hərəkətləri birbaşa Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsinə və AR Mülki Məcəllənin 7.1-ci və 7.3-cü maddələrinə zidd hesab edilməlidir.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Ağdam şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı ilk dəfə xx.xx.2004-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 3-cü dərəcə əlillik təyin edilmişdir. Növbəti illərdə əlillik dərəcəsi 1 il müddətlə uzadılmışdır. Sonuncu dəfə 2016-cı ildə elektron təyinatla 5 il müddətinə əlillik dərəcəsi uzadılmışdır. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AAJYA nömrəli xx.xx.2021-cİ il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AANU7 nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********0) Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023cü il tarixli 139 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək nahiyəsinin dəlib-keçən yarası. Sol kürək sümüyünün boynunun qəlpəli sınığı. Sol kürək nahiyəsinin dəlib keçən yaralanmasının nəticəsi. Sol çiyin qurşağının dəlib-keçən güllə yaralanmasının qalıq əlamətləri. Travmadan sonra sol çiyin əzələsinin kontrakturası. Sol bazu kələfinin posttravmatik pleksiti, yuxarı ətrafın mötədil parezi ilə. Kəskin nəzərə çarpan astenonevrotik sindrom (anamnezində qapalı kəllə-beyin travması). Sol kürək nahiyəsinin dəlibkeçən güllə yaralanması və sol bazu sümüyünün qəlpəli yaralanmasından sonrakı vəziyyət. Asteno-nevrotik vəziyyət. Sol kürək sümüyünün boynunun sınığı ilə keçən güllə yaralanması nəticəsində çiyin qurşağının kontrakturası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxarı ətraflarında hərəki məhdudluq, başgicəllənmə, özündəngetmə hallarından, yaddaşsızlıq, yüksək aterial təzyiq, ürək çatışmazlığından, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında tutmadan öncə başı gicəllənərək yıxıldığını, üzünə su töküldükdən sonra ayıldığın bildirmiş, özü ilə gətirdiyi “Serebralizin”, “Depakin”, “Tripliksan”, “Karvalol”, “Suprastin” dərman preparatların qutularını nümayiş etdirmiş, dərmanları spirtli içki ilə qəbul etdiyini, bitkilərdən müxtəlif dərmanlar hazırladığını, hətta xərçəngi müalicə edə bildiyini qeyd etmişdir. Müayinə zamanı sol kürəyində, alının sol tüklü hissəsində çapıqlar izlənilmiş, sol bazu oynağında 90 dərəcəyə qədər hərəkət həcmi göstərmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası SpO2 99%, nəbzi 86 vurğu, arterial təzyiqi 190/100 mm cv st kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Psixi statusunda kəllə beyin travması təqdim olunmuş hərbi qərarda öz təsdiqini tapmamışdır. Ünsiyyətdə sərbəst izlənilmiş, psixiatrik müalicə almamış, yalnız psixiatrik rəy təqdim etmiş – gündüz stasionari ilə. Şəxsiyyət dəyişikliyinə səbəb olacaq spesifik patologiyanı təsdiqi üçün instrumental müayinə nəticəsi təqdim edilməmişdir. Emosional stabil, affekti adaptiv, situasiyaya uyğun olmuşdur. Mühakimə və analiz qabiliyyəti tam qorunmuş, davranışları bir qədər demonstrativ izlənilmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda sümük üstü və vətər refleksləri orta canlı alınmış D=S, əzələ gücü 5 (beş) bal olaraq dəyərləndirilmiş, əzələ tonusu norma daxilində olmuşdur. Sol yuxarı ətrafın çiyin oynağı səviyyəsindən yuxarı qaldıra bilməmiş (kontraktura?), Romberq vəziyyətində səndələmiş, burun-barmaq sınağını düzgün icra etmiş, sol yuxarı ətrafda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Təqdim olumuş EEQ müayinə nəticələrində, həmçinin ƏƏSMN tabeliyində DTSERA-da aparılan EEQ müayinə nəticəsinə əsasən epiaktivlik inkar olunmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli **********/1819 nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol kürək nahiyəsinin arxa səthində böyük həcmli kobud dartıcı çapıq toxuması, sol kürək sümüyünün boynunun qəlpəli bitişmiş sınığı, sol bazu oynağının artrozu, açıcı bükücü yaxınlaşdırıcı kəskin kontrakturası (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu ilə və sol yuxarı ətrafın funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X1 İnstitutunun xx.xx.2023-xx.xx.2023-cü il tarixli 15875 nömrəli Çıxarışında diaqnoz “Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonraki vəziyyət. Xroniki bronxit subremissiya mərhələsi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X1 İnstitutunun xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1172 nömrəli Çıxarışında diaqnoz “Xronik bronxit. Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Restriksiya tipli mötədil ventilyasiya pozğunluğu” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-distolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=58%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsürü qeyd edilmir. Aorta kökü və qapaqları, digəq qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli doopler EXO-KQdə patoloji axın qeyd edilmir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1601 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur. Tənəffüs vezikulyardır. Patoloji xırıltılar, obstruksiya qeyd olunmur. Hazırda XTÇ müşahidə olunmur. FVC 97%, FEV1 101%” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********7 saylı sentyabr 2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: 7) Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AAJYA nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə DTSERA əyani müayinəsi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir (ESDAS **********1). Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixli 362 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək sümüyünün boynunun sınığı ilə keçən güllə yaralanması nəticəsində sol çiyin qurşağının kontrakturası, funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngənəfəslikdən şikayətlənmişdir. Sağ kürək nahiyyəsində, sol çiyin nahiyyəsində zərif çapıq sahələri müəyyən edilsə də, əlillik təyinatına əsas verən kontraktura, əzələ atrofiyası və hərəkifunksional məhdudluq qeyd olunmamışdır. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, hər iki tərəfdə tənəffüs keçiriciliyi simmetrik və sərbəst, saturasiya 97% qeyd olunmuş, tənəffüs çatışmazlığı əlamətləri izlənilməmişdir. Klinik əlamətlərdə əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir..
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-3-6405/2024 saylı sentyabr 2024-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
22. Ağdam şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AAJYA nömrəli xx.xx.2021-cİ il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AANU7 nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********0) Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 139 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək nahiyəsinin dəlib-keçən yarası. Sol kürək sümüyünün boynunun qəlpəli sınığı. Sol kürək nahiyəsinin dəlib keçən yaralanmasının nəticəsi. Sol çiyin qurşağının dəlib-keçən güllə yaralanmasının qalıq əlamətləri. Travmadan sonra sol çiyin əzələsinin kontrakturası. Sol bazu kələfinin posttravmatik pleksiti, yuxarı ətrafın mötədil parezi ilə. Kəskin nəzərə çarpan asteno-nevrotik sindrom (anamnezində qapalı kəllə-beyin travması). Sol kürək nahiyəsinin dəlib-keçən güllə yaralanması və sol bazu sümüyünün qəlpəli yaralanmasından sonrakı vəziyyət. Astenonevrotik vəziyyət. Sol kürək sümüyünün boynunun sınığı ilə keçən güllə yaralanması nəticəsində çiyin qurşağının kontrakturası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxarı ətraflarında hərəki məhdudluq, başgicəllənmə, özündəngetmə hallarından, yaddaşsızlıq, yüksək aterial təzyiq, ürək çatışmazlığından, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında tutmadan öncə başı gicəllənərək yıxıldığını, üzünə su töküldükdən sonra ayıldığın bildirmiş, özü ilə gətirdiyi “Serebralizin”, “Depakin”, “Tripliksan”, “Karvalol”, “Suprastin” dərman preparatların qutularını nümayiş etdirmiş, dərmanları spirtli içki ilə qəbul etdiyini, bitkilərdən müxtəlif dərmanlar hazırladığını, hətta xərçəngi müalicə edə bildiyini qeyd etmişdir. Müayinə zamanı sol kürəyində, alının sol tüklü hissəsində çapıqlar izlənilmiş, sol bazu oynağında 90 dərəcəyə qədər hərəkət həcmi göstərmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası SpO2 99%, nəbzi 86 vurğu, arterial təzyiqi 190/100 mm cv st kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Psixi statusunda kəllə beyin travması təqdim olunmuş hərbi qərarda öz təsdiqini tapmamışdır. Ünsiyyətdə sərbəst izlənilmiş, psixiatrik müalicə almamış, yalnız psixiatrik rəy təqdim etmiş – gündüz stasionari ilə. Şəxsiyyət dəyişikliyinə səbəb olacaq spesifik patologiyanı təsdiqi üçün instrumental müayinə nəticəsi təqdim edilməmişdir. Emosional stabil, affekti adaptiv, situasiyaya uyğun olmuşdur. Mühakimə və analiz qabiliyyəti tam qorunmuş, davranışları bir qədər demonstrativ izlənilmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda sümük üstü və vətər refleksləri orta canlı alınmış D=S, əzələ gücü 5 (beş) bal olaraq dəyərləndirilmiş, əzələ tonusu norma daxilində olmuşdur. Sol yuxarı ətrafın çiyin oynağı səviyyəsindən yuxarı qaldıra bilməmiş (kontraktura?), Romberq vəziyyətində səndələmiş, burun-barmaq sınağını düzgün icra etmiş, sol yuxarı ətrafda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Təqdim olumuş EEQ müayinə nəticələrində, həmçinin ƏƏSMN tabeliyində DTSERAda aparılan EEQ müayinə nəticəsinə əsasən epiaktivlik inkar olunmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli **********/1819 nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol kürək nahiyəsinin arxa səthində böyük həcmli kobud dartıcı çapıq toxuması, sol kürək sümüyünün boynunun qəlpəli bitişmiş sınığı, sol bazu oynağının artrozu, açıcı bükücü yaxınlaşdırıcı kəskin kontrakturası (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu ilə və sol yuxarı ətrafın funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X1 İnstitutunun xx.xx.2023-xx.xx.2023-cü il tarixli 15875 nömrəli Çıxarışında diaqnoz “Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonraki vəziyyət. Xroniki bronxit subremissiya mərhələsi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X1 İnstitutunun xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1172 nömrəli Çıxarışında diaqnoz “Xronik bronxit. Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Restriksiya tipli mötədil ventilyasiya pozğunluğu” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-distolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=58%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsürü qeyd edilmir. Aorta kökü və qapaqları, digəq qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli doopler EXO-KQ-də patoloji axın qeyd edilmir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1601 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur. Tənəffüs vezikulyardır. Patoloji xırıltılar, obstruksiya qeyd olunmur. Hazırda XTÇ müşahidə olunmur. FVC 97%, FEV1 101%” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
7. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2004-cü il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2004cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir. xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Diaqnozun mətni: "Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sol kürək nahiyyəsinin arxa səthinin böyük həcmli kobud dartıcı çapıq toxuması. Sol bazu oynağının kəskin açıcı-bükücü yaxınlaşdırın kontrakturası (açma 10 dər., bükmə 160 dəruzqlaşma 20 dər), Keçirilmiş QKAT sonrakı vəziyyət, posttravmatik ünsefalopatiya, simtomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları (8-9 dəf ə). Yuxarı ətraf əzələlərin atrofiyası. Daimiağrı sindromu.Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət.Sol kürək sümüyünün boyunun gəlpəli bitişmiş sınığı. Sol bazu oynağının artrozu, yuxarı etraflarının monohlegiyası. Sol yuxarı ətrafın monoharezi., Sol yuxarı etrafın funksiyaların pozulması. Üzvü mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Kəskin ifadə olunmuş astenonevrotik sindrom. Keçirilmiş sol ağciyər vərəmindən sonrakı qalıq əlaməti, fibroz və bərk ocaqlar şəklində. Xroniki bronxit, subremissiya mərhələsində. Hpertoniya xəstəliyi İİ mərhələ yüksək risk" qeyd olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi göstərilmişdir ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 126/2025 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1-7. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün adına “Ağdam rayon mərkəzi xəstəxanasi” phş tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, Y00167566BFY saylı Forma 88 haqqında məlumatda qeyd edilən “Əsas diaqnoz: Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanmasından sonrakı vəziyyət, sol kürək nahiyəsinin arxa səthində böyük həcmli kobud dartıcı çapıq toxuma. Ağırlaşmalar: M24.5oynaqların kontrakturası, sol bazu oynağının kəskin açıcı, bükücü, yaxınlaşdırım kontrakturası (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə), T90.5kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, G40.2-kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 8-9 dəfə), M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, yuxarı ətraf əzələlərinin atrofiyası, R52.2-digər daimi ağrı, daimi ağrı sindromu, S27.3-ağciyərin digər travmaları, döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, xroniki bronxit, subremissiya mərhələsi, S42.1-kürək sümüyünün sınığı, sol kürək sümüyünün boyunun qəlpəli bitişmiş sınığı, M 19.1-digər oynaqların posttravmatik artrozu, sol bazu oynağının artrozu, G83.2-yuxarı ətrafların monoplegiyası, sol yuxarı ətrafın monoparezi, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, sol yuxarı ətrafın funksiyasının pozulması, F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom, B90.9-tənəffus orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş sol ağciyər vərəmindən sonrakı qalıq əlaməti, fibroz və bərk ocaqlar şəklində. Yanaşı xəstəliklər: 110-essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ В faza serebral tip, yüksək risk” diaqnoz ona stasionarda şikayətləri, anamnestik və kliniki, laborator instrumental müayinələri əsasında müəyyən edilmişdir. İstər qeyd edilən xəstəliklər, istərsə də qərardadda ekspertiza qarşısında qoyulmuş suallar əlilliyin qiymətləndirilməsi ilə əlaqədar olduğundan onların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
9. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və etirazın təmin olunmasını məhkəmədən xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
12. İddia ərizəsi məhkəməyə 22 oktyabr 2024-cü il tarixdə təqdim edilmişdir.
13. Əlillik altsistemindən görünür ki, xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının sentyabr 2024-cü il tarixli qərarına əsasən Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
15. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır.
16. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İV. Məhkəmənin mövqeyi
17. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2004-cü il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən “XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 – Döş qəfəsinin travmaları => S26 – Ürəyin travması => S26.8 – Ürəyin digər travması” beynəlxalq təsnifatı ilə 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir - Sonrakı 10 il ərzində davamlı olaraq eyni diaqnoz ilə iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2015-ci il tarixdə qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən “XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.4 – Hərbi əməliyatlar nəticəsində odlu...” beynəlxalq təsnifatıı ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdə eyni səbəb və diaqnoz ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.2 – Hərbi əməliyatlar nəticəsində digər” beynəlxalq təsnifat ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası diaqnozun əlillik əlaməti təyin etmir barədə qərar verilməsi olmuşdur. - xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.2 – Hərbi əməliyatlar nəticəsində digər” beynəlxalq təsnifat ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası diaqnozun əlillik əlaməti təyin etməməsi olmuşdur. - xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya "Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sol kürək nahiyyəsinin arxa səthinin böyük həcmli kobud dartıcı çapıq toxuması. Sol bazu oynağının kəskin açıcı-bükücü yaxınlaşdırın kontrakturası (açma 10 dər., bükmə 160 dəruzqlaşma 20 dər), Keçirilmiş QKAT sonrakı vəziyyət, posttravmatik ünsefalopatiya, simtomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları (8-9 dəf ə). Yuxarı ətraf əzələlərin atrofiyası. Daimiağrı sindromu.Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət.Sol kürək sümüyünün boyunun gəlpəli bitişmiş sınığı. Sol bazu oynağının artrozu, yuxarı etraflarının monohlegiyası. Sol yuxarı ətrafın monoharezi., Sol yuxarı etrafın funksiyaların pozulması. Üzvü mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Keçirilmiş sol ağciyər vərəmindən sonrakı qalıq əlaməti, fibroz və bərk ocaqlar şəklində. Xroniki bronxit, subremissiya mərhələsində. Hpertoniya xəstəliyi İİ mərhələ yüksək risk" diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilməsi olmuşdur.
21. Göründüyü kimi, iddiaçıya sonuncu dəfə xx.xx.2024-cü il tarixdə aparılmış qimətləndirilmə nəticəsində əlilliyin təyinatından imtina olunmuş, həmin ilin sentyabr ayında da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
22. Qərardan narazı qalan iddiaçı hazırda Komissiyanın qərarının ləğv edilməsi və əlilliyinin müəyyən edilməsini xahiş edir.
23. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə onda mövcud olmuş xəstəliklərin - Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, Y00167566BFY nömrəli göndərişində qeyd edilən XBT kodlarının hazırda aşkar olunmaması, yəni ikinci dərəcə əlillik təyinatına əsas olmuş diaqnozun klinik olaraq öz təsdiqini tapmaması və tərəfindən xx.xx.2024-cü il tarixlərdə keçirilən müayinələr zamanı iddiaçıda aşkar olunan xəstəliklərin əlillik təyinatına əsas verməməsi səbəbindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə barədə qərar qəbul edilmişdir. Göründüyü kimi həmin diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmaması əsas gətirilməmiş, həmin diaqnozun (xəstəliklərin) öz təsdiqini tapmaması bildirilmişdir.
24. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 126/2025 saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, iddiaçıda hal-hazırda “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” (F07.0), “Tənəffus orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş sol ağciyər vərəmindən sonrakı qalıq əlaməti, fibroz və bərk ocaqlar şəklində” (B90.9), müəyyən edilmişdir. Belə ki, iş materialları, iddiaçının stasionarda şikayətləri və hal-hazırkı anamnestik, kliniki, laborator instrumental müayinələrin nəticələri Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, Y00167566BFY nömrəli göndərişində olan xəstəliklərin onda mövcudluğunu sübut edir.
25. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş xəstəliklər inkar edilməmiş, ekspertiza nəticəsində aşkar olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular – 7.6.2-ci yarımbənd – “üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu və həmin Meyarlarda 1-ci bəndi - Tənəffüs sistemi orqanlarının xəstəlikləri - 1.1.7-ci yarımbənd – “tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin qalıq fəsadları B90.9” əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
26. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
27. Odur ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial ekspert komissiyasının sentyabr 2024-cü il tarixli 3-17-4/3-3-6405/2024 saylı qərarı iddiaçıya aid hissədə ləğv edilməli və onun əlilliyinin xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
28. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial ekspert komissiyasının sentyabr 2024-cü il tarixli, 3-17-4/3-3-6405/2024 saylı qərarı İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı əlilliyinin xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva