Məhkəmə qərarları › İş №2-1(112)-3804/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3804/2024

19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3804/2024 19.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı X8, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X14 (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə ona ödənilən əmək pensiyasının dayandırılmasının qanusuz hesab edilməsi və dayandırıldığı tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2006-cı il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyanının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, əvvəllər neftçi işləmiş, güzəştli şərtlərlə yaşa görə 2009-cu il tarixdən əmək pensiyasına çıxmışdır. Pensiyası arta-arta 2022-ci il tarixə 1250 manat olmuşdur. 2022-ci ilin iyun ayından güzəştli şərtlərlə ona təyin edilmiş pensiyanın ödənişi qanunsuz olaraq dayandırılmışdır. Bununla bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etmişdir, hər dəfə də müxtəlif bəhanələr gətirməklə qanunsuz olaraq dandırılmış pensiyasını ödəmirlər. Ona ünvanlanan sonuncu 25 oktyabr 2023-cü il tarixli 3- 17-1/2-Ə-251531/2023 saylı məktubda qeyd edilir ki, güya ki, ona güzəştli şərtlərlə təyin edilmiş pensiya qanunsuz təyin olunub, ona görə də dayandırılıbdır. Halbuki, o, qanuni olaraq güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Cavabdehin hərəkətlərini qanusuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının pensiya işinə tikilmiş müvafiq sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.1956-cı il təvəllüdlü, Laçın rayonunun Əlqulu kəndində doğulmuş X8 (FİN xxxxxxx) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə üzərində müvafiq qeydlər aparılmayan xx.xx.2009-cu il tarixli ərizəsi nəzərə alınmaqla ona Fondun keçmiş Abşeron rayon şöbəsinin (bundan sonra - şöbə, struktur islahatları ilə əlaqədar olaraq şöbə ləğv edilməklə Fondun X3 tərkibinə daxil edilmişdir) Pensiya təyin edən komissiyasının xx.xx.2009-cu il tarixli (ərizə tarixi ilə eyni) 2471 №-li qərarı ilə xx.xx.2006-cı il tarixdən? 50 yaşından “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 9.8 və xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 27-ci maddələrinin şərtlərinə, o cümlədən 2007ci ildə hüquqi qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li Siyahısı”na istinad edilməklə (bundan sonra - 1 №-li siyahı), habelə əmək kitabçasının surəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X22” Tresti “Bayıl Limanı” X23 İdarəsinin künc ştampı və dairəvi möhürü ilə təsdiq olunmuş xx.xx.2009-cu il tarixli 6/133 №-li güzəştli arayışı, təqdimatı (3 nömrəli əlavə), xx.xx.2009-cu il tarixli 7/126 №-li 2004-2005-ci illər üzrə əməkhaqqı arayışı və 1973- 2006-cı il dövr üzrə hesablanmış 31 il 08 ay iş stajı nəzərə alınaraq 711702 №-li güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma nəticəsində şöbə tərəfindən qanunvericiliyə zidd olaraq aşağıdakı nöqsanlara yol verilməklə X9 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının və ödənişinin aparılmasına nail olunduğu müəyyən edilmişdir. Həmin nöqsanlardan biri şəxsiyyət vəsiqəsi ilə bağlı olmuşdur. Belə ki, pensiya işinə tikilmiş və şöbənin möhürü ilə təsdiq edilmiş “Seriya AZE 00485970” №-li şəxsiyyət vəsiqəsinin surətində vətəndaşın yaşayış yeri “Abşeron ray., Xırdalan şəhəri”, qan qrupu B(İİİ)RH+, boyu “185” qeyd olunmuşdur. Eyni zamanda, təhrif edilmiş şəxsiyyət vəsiqəsinin surətində vəsiqə sahibinin imzasının və digər imzanın da B.Əzimzadənin əsil və İAMAS-dakı vəsiqəsində əks olunmuş imzalar ilə uyğunluq təşkil etmədiyi aşkar edilmişdir. Qeyd edilənlər pensiya işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinin saxtalaşdırılmasına əsaslı şübhələr yaratmışdır. “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi’’ndə (İAMAS) AZE seriyalı 00485970 №-li şəxsiyyət vəsiqəsi üzrə mövcud olan məlumatlara əsasən B.Əzimzadənin yaşayış yerinin “Bakı şəh, Lökbatan qəsəbəsi, keçid 1594, 36, 8”, qan qrupunun “B(İİİ)RH-”, boyunun “166”, vəsiqəni verən orqanın adı “Qaradağ RPİ”, vəsiqənin verimə tarixi “xx.xx.2002” qeyd edilmişdir. Həmçinin, pensiya işinə tikilmiş xx.xx.2009-cu il tarixli ərizədə (1 nömrəli əlavə) çəkilmiş imzanın B.Əzimzadənin əsl imzasından tam fərqli olduğu, digər məlumatların əlyazma qaydada, o cümlədən vətəndaşın ünvanının “Xırdalan şəhəri”, şəxsiyyət vəsiqəsi məlumatlarının “AZE № 00485970, Abşeron RPŞ”, verildiyi tarixin “xx.xx.2003” qeyd edildiyi aşkar olunmuşdur. Vətəndaşın saxtalaşdırılmış şəxsiyyət vəsiqəsinə uyğun olaraq ünvanının da pensiya işinin və uçot vərəqinin üz qabığına yazıldığı aşkar edilmişdir. Göründüyü kimi, ərizə və vəsiqədə olan qeydlərlə rəsmi məlumatlar bir-birindən tam fərqlidir. Qeyd olunmalıdır ki, İAMAS-da olan məlumatlara əsasən B.Əzimzadənin yalnız 1 yaşayış (qeydiyyat) ünvanı vardır. Belə ki, vətəndaş heç bir zaman Abşeron və Binəqədi rayonlarında yaşamamış, 00485970 və 0******* №-li şəxsiyyət vəsiqələrinə əsasən onun yaşayış yeri 2002-ci ildən hal hazıradək ünvan 2 ünvanı olmuşdur. Bununla da şöbə tərəfindən Qanunun 30.1-ci maddəsinin 01 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş tələblərinə zidd olaraq əmək pensiyası təyinatı aparılmışdır (“Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.”). Təyin olunmuş və ödənişi aparılan pensiya işinin araşdırılması prosesində B.Əzimzadə əmək kitabçası və digər zəruri sənədlərin əsilləri ilə birlikdə Nazirliyə dəvət olunmuş, vətəndaş Nazirliyə gələrək özünün şəxsiyyət vəsiqəsini, dövlət sosial sığorta şəhadətnaməsini, hərbi bilet əvəzinə hərbi xidmət haqqında uçot-xidmət kartını (Forma № 6), diplomu, vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməni, əmək kitabçasını təqdim etmişdir. O, şifahi olaraq bildirmişdir ki, 1973-1984-cü illərdə qiyabi ali təhsil almış, əmək kitabçasında qeyd olunan idarə və müəssisələrdə müvafiq peşələrdə işləmiş, xx.xx.1994-cü il tarixindən sonrakı dövrdə heç bir yerdə işləməmiş, yalnız 2010-cu ildən sonrakı dövrdə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Nazirlikdə olarkən vətəndaşa dediklərini yazılı qaydada təqdim etməsi bildirilmiş, lakin o, bundan imtina etmişdir. B.Əzimzadənin Nazirliyə təqdim etdiyi, nömrəsi olmayan, doldurulma tarixi “12 dekabr 1973-cü il” olan əmək kitabçasının surətinə əsasən o, xx.xx.1973-xx.xx.1975-ci il dövr ərzində Leytenant Şmidt adına Maşınqayırma zavodunda tokar və fəhlə, xx.xx.1975-xx.xx.1975-ci il dövr ərzində həmin zavodda yuyucu, xx.xx.1977 - xx.xx.1979-cu il dövr ərzində işarələyici (marker), xx.xx.1979 - xx.xx.1991-ci il dövr ərzində “Xəzərdənizneftqazsənaye” X10 X23 İdarəsində qazmaçı köməkçisi (1979 - 1981), həmin idarədə gil məhlulları üzrə mühəndis (1981 - 1984), böyük mühəndistexnoloq (1984 - 1987), gil məhlulları üzrə mühəndis (1987 - 1989), qazmaçı köməkçisi (1987 - 1991), xx.xx.1991 - xx.xx.1994-cü il dövr ərzində “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyin Xüsusiləşdirilmiş Texniki vasitələrlə X19 İdarəsinin “Şelf-2” və “Şelf-5” Yarım X6maçı köməkçisi peşə və vəzifələrində işləmişdir. Araşdırma zamanı, B.Əzimzadənin pensiya işinə tikilmiş əmək kitabçasının surətindəki qeydlər həqiqi əmək kitabçasında olan mövcud qeydlərlə üzləşdirilərkən əsaslı fərqlər aşkar olunmuşdur. Belə ki, pensiya işinə tikilmiş və saxtalaşdırıldığı ehtimal olunan əmək kitabçasının surətinin 24cü səhifəsindəki olan qeydlər həqiqi əmək kitabçasındakı qeydlərlə eynilik təşkil etsə də, birincinin 24-27-ci səhifələrində ikincidən fərqli olaraq B.Əzimzadənin xx.xx.1994-cü il tarixdən pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixədək (xx.xx.2009-cu ilədək) dövr ərzində “Bayıl Limam” X23 İdarəsində qazmaçı köməkçisi və qazmaçı peşələrində işləməsi qeyd olunmuşdur. Eyni zamanda, pensiya işində "Bayıl Limanı” X23 İdarəsinə (DKQİ) məxsus möhür və künc ştampı ilə təsdiqlənmiş xx.xx.2009-cu il tarixli 7/126 №-li 2004-2009-cu illərə aid əməkhaqqı arayışı, habelə 1994-2009-cu illərdə sözügedən idarədə güzəştli iş stajına malik olması barədə tərtib olunmuş xx.xx.2009-cu il tarixli 6/133 №-li güzəştli arayışı aşkar edilmişdir. Halbuki, vətəndaşın Nazirliyə təqdim etdiyi həqiqi əmək kitabçasında müvafiq idarədə yuxarıda qeyd olunduğu kimi, yalnız 1991-1993-ci illərdə işləməsi barədə qeydlər mövcuddur. Göründüyü kimi, saxtalaşdırıldığı ehtimal olunan əmək kitabçasına uyğun olaraq təqdimat (3 nömrəli əlavə) doldurulmuş, həmin idarənin möhürü ilə təsdiq edilərək pensiya işinə tikilmişdir. Ehtimal olunur ki, “Bayıl Limam” DKQİ-nin rəisi X5 tərəfindən imzalanmaqla İddiaçı adına verilmiş müvafiq güzəştli və əməkhaqqı arayışları, həmçinin təqdimat bu işdə maraqlı olmuş şəxslər tərəfindən saxtalaşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Fərhad Ağamoğlanov xx.xx.2007-xx.xx.2009-cu il dövr ərzində “Bayıl Limam” DKQİ-nin rəisi vəzifəsində işləmişdir və onun 2009-cu ilin iyun ayında yuxarda qeyd olunan arayışlara imza etməsi mümkünsüz idi. Həmin arayışlara imza edən digər vəzifəli şəxslərin də imzalarının saxtalaşdırıldığı ehtimal olunur. Araşdırma zamanı məlum olmuşdur ki, B.Əzimzadənin adına verilmiş güzəştli arayış və təqdimatda, həmçinin əmək kitabçasında xx.xx.2009-cu il tarixədək işləməsinin qeyd olunmasına baxmayaraq, onun fərdi hesabının sığorta hissəsində müvafiq yüksək məbləğdə pensiya kapitalının olmadığı müəyyən edilmişdir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın Nazirliyə təqdim etdiyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsindən və özünün bildirdiyindən məlum olmuşdur ki, xx.xx.2004-cü il tarixdə B.Əzimzadəyə Bakı şəhəri, Vergilər Departamentinin 1 saylı Filialı tərəfindən şəhadətnamə təqdim olunmaqla ********** №-li VÖEN verilmiş, lakin vətəndaş fiziki şəxs kimi 2006-cı ilin aprel ayından təxminən 2021-ci ilin oktyabr ayınadək aktiv sahibkarlıq fəaliyyəti göstərmiş, məcburi dövlət sosial sığorta sahəsində Fondun müvafiq orqanları ilə hesablaşma aparmış, hesablanmış məcburi dövlət sosial sığorta haqlarını Fondun hesabına köçürmüş, qanunvericiliyə uyğun hesablanmış və köçürülmüş məbləğlər onun fərdi hesabına daxil edilmişdir. B.Əzimzadənin fərdi hesabında olan məbləğlərə baxılarkən məlum olmuşdur ki, köçürülmüş məbləğlər sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən hesablanmış sabit məbləğlər təşkil edir. Bununla belə, “Bayıl Limanı” X23 İdarəsinin künc ştampı və dairəvi möhürü ilə təsdiq olunmuş xx.xx.2009-cu il tarixli 7/126 №-li 2004- 2005-ci illər üzrə əməkhaqqı arayışında 2006-cı il üzrə yüksək məbləğdə əməkhaqları göstərilməsinə baxmayaraq həmin əməkhaqlarına görə hər hansı məbləğdə məcburi dövlət sosial sığorta haqları köçürülməmiş və ya fərdi hesaba daxil edilməmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, vətəndaş 1994-cü ildən 2010-cu ilədək heç bir idarə və müəssisədə işləməmiş, həmin illərdə işləməsini təsdiq edən və pensiya işinə tikilmiş əmək kitabçasının surəti, təqdimat, əməkhaqqı və güzəştli arayışlar saxtalaşdırılmışdır. B.Əzimzadənin təqdim etdiyi hərbi xidmət haqqında uçot-xidmət kartının surətinə əsasən o, 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, JV 027926 №-li diplomun surətinə əsasən 1973-1984-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “Faydalı qazıntı yataqlarının axtarış və kəşfiyyatının geofiziki üsulları” ixtisası üzrə tam kursu bitirmişdir. Yuxarıda qeyd edildiyi kimi, şöbənin xx.xx.2009-cu il tarixli 2471 №-li qərarı ilə B.Əzimzadəyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılmış, xx.xx.2006cı il tarixdən 35,0 manat məbləğində müəyyən olunmuş pensiyanın aylıq məbləği pensiyaların baza hissəsi artırılması və müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsinə uyğun olaraq xx.xx.2007-ci il tarixdən 420,12 manat, 01,02.2007-ci il tarixdən 435,12 manat, 01.01,2008-ci il tarixdən 503,60 manat, 01,09.2008-ci il tarixdən 518,60 manat, xx.xx.2009-cu il tarixdən 610,87 manat məbləğində müəyyən edilmiş və xx.xx.2009-cu il tarixdən ödənişə başlanılmışdır. Vətəndaşın əmək pensiyası hüququnun müəyyən edilməsi üçün təqdim etdiyi zəruri sənədlərin, o cümlədən həqiqi əmək kitabçasında qeyd olunmuş əmək fəaliyyətinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, onun xx.xx.1973-cü il tarixdən xx.xx.1994-cü il tarixədək faktiki ümumi sosial sığorta stajı 19 il 06 ay təşkil edir. Eyni zamanda 1 №-li siyahı üzrə 1979-1981 və 1989-1994-cü illər ərzində işlədiyi peşə üzrə xüsusi (güzəştli) iş stajı 6 il 10 ay təşkil etmişdir. Qeyd olunanlar nəzərə alındıqda Qanunun 9.8-ci maddəsinə əsasən vətəndaşın 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Bunlardan əlavə, araşdırma tədbirlərinin davamı olaraq Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (XŞTMF) əməkdaşlarının və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X22" Trestinin İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi Vüqar Abbasov və həmin şöbənin arxiv müdiri Nahidə İskəndərovanın iştirakları ilə vətəndaş B.Əzimzadənin sözügedən trest üzrə əmək (iş) stajının düzgünlüyü araşdırılmış, onun həmin idarədə ümumi iş stajının xx.xx.1979-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrü təşkil etdiyi, xx.xx.1994-cü ildən sonra müəssisədə saxlanılan heç bir arxiv sənədlərində X8 adına rast gəlinmədiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli müvafiq akt tərtib olunmuş və adı qeyd edilən şöbənin möhürü və yoxlamada iştirak edən şəxslərin imzaları ilə təsdiq edilmişdir. Həmçinin, yoxlama zamanı aşkar edilmişdir ki, B.Əzimzadə 2021-ci ilin sonlarında əmək stajı barədə arayışın verilməsi ilə bağlı Dövlət Neft Şirkətinin “X22” Trestinə müraciət etmiş, həmin trestin ona təqdim etdiyi xx.xx.2021-ci il tarixli SOCAR**********0020123X00096 nömrəli arayışda xx.xx.1979-cu il tarixindən xx.xx.1994cü il tarixinədək trestdə işlədiyi təsdiq edilmişdir. Həmin arayışın surəti yoxlama aktına əlavə edilmişdir. Habelə, arayışda qeyd edilməklə mühəndis-texnoloqla qazma üzrə mühəndisin vəzifə təlimatını rəhbər tutaraq onların vəzifə funksiyalarının eyni olduğu məqsədəuyğun hesab edilmiş, vətəndaşın həmin müəssisədə 1979-1994-cü illər üzrə qazanılmış ümumi iş stajı 14 il 05 ay 24 gün, 1 №-li siyahının 1100000a-11297 və 1100000b-22247 kodları üzrə güzəştli iş stajı 09 il 06 ay 10 gün göstərilmişdir. Lakin göstərilənlərə baxmayaraq qanunvericiliklə tələb olunan ən azı 10 il güzəştli iş stajına malik olmadığından B.Əzimzadə güzəştlə şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanmamışdır. Göründüyü kimi, B.Əzimzadə, bilə-bilə saxta sənədlərdən istifadə edilməklə ona yüksək məbləğdə əmək pensiyasının təyin edilməsi barədə 2009-cu ildən hal hazıradək tam məlumatlı olduğu halda saxtalaşdırılmış sənədələrə əsasən təyin olunmuş pensiya işi üzrə əmək pensiyasını almaqda davam etmiş, sənədlərin saxtalaşdırılması yolu ilə pensiya təyin olunması və ödənilməsi barədə aidiyyəti üzrə Nazirliyə, Fonda, Nazirliyin və ya Fondun yerli orqanlarına (qurumlarına), habelə cinayət təqibi üzrə fəaliyyəti həyata keçirən səlahiyyətli orqanlara bilərəkdən məlumat verməyərək məsuliyyətdən yayınmışdır. Yuxarıda qeyd olunanlara əsasən qanunvericiliklə B.Əzimzadənin 50 yaşdan, ümumilikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranmadığı, onun ümumi əsaslarla 65 yaşdan, yəni Qanunun 7-ci və 22.1-ci maddələrinə əsasən xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğu müəyyən edilmişdir. Vətəndaşın xx.xx.2021-ci il tarixə qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı (22.1-ci maddə üzrə 25 il) və fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən aylıq pensiya məbləği istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi nəzərə alınmaqla xx.xx.2021-ci ildən 204,83 manat, xx.xx.2022-ci ildən 240,0 manat təşkil etməlidir. Həmin hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə B.Əzimzadəyə qanunvericiliklə cəmi hesablanıb ödənilməli pensiya məbləği 1493,58 manat təşkil edəcək. Göründüyü kimi, xx.xx.2022-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 240,0 manata qarşı 1254,92 manatla (1014,92 manat artıq və ya 5,2 dəfə artıq) təyin olunması və ödənilməsinə nail olunmuşdur. Ehtimal olunur ki, pensiya alınması üçün istifadə olunan plastik kart müəyyən müddət ərzində B.Əzimzadənin özündə olmamış, eyni zamanda həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxs(lər) tərəfindən mənimsənilmişdir. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun keçmiş Abşeron rayon şöbəsinin tərəfindən saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2022-ci il tarixədək ödənilməsi nəticəsində X8 plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 142157,34 manat (143650,92-1493,58) təşkil etmişdir. Eyni zamanda, araşdırma nəticəsində iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 iyun 2022-ci il tarixli **********7 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə daxil olmuş 15 iyul 2022-ci il tarixli 02/2-122mat-22/2264 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan X8 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə ünvanlanmış xx.xx.2009-cu il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə Abşeron RPİ tərəfindən verilmiş AZE seriyalı 00485970 nömrəli şəxsiyyət vəsiqəsinə malik olan B.Əzimzadə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin ərizəyə əlavə edilmiş iddiaçıya məxsus AZE seriyalı 00485970 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı yaşayış yeri üzrə Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatdadır, boyu 198 sm-dır. Şəxsiyyət vəsiqəsi 10.0.2023-cü il tarixdə Abşeron RPİ tərəfindən verilmişdir. Ərizəyə əlavə edilmiş 6/133 saylı xx.xx.2009-cu il tarixli “Bayıl Limanı” X23 İdarəsinin güzəştli arayışından görünür ki, iddiaçı “Xəzərqazmaneftqazsənaye” İB-nin "Sahil” X18 Qazma idarəsində xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 3-cü dərəcəli qazma köməkçisi, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 4-cü dərəcəli qazma köməkçisi, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək gil məhlulları üzrə mühəndis, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək qurğuda böyük mühəndis-texnoloq, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək gil məhlulları üzrə mühəndis keçirilmiş, xx.xx.1988ci ildən xx.xx.1989-cu ilədək 2-ci kateqoriyalı gil məhlulları üzrə mühəndis, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 5-ci dərəcəli qazma köməkçisi vəzifəsində işləmiş, xx.xx.1991-ci ildə köçürülmə yolu ilə “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin Xüsusiləşdirilmiş X11 Kəşfiyyat Qazma İdarəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmiş, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “Şelf-2 YÜQQ-na Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 4-cü dərəcəli qazma köməkçisi peşəsinə işə götürülmüş, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Şelf-2 YÜQQ-na Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 5-ci dərəcəli qazma köməkçisi keçirilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək “Bayıl Limanı” DKQİ-nə Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 5ci dərəcəli qazma köməkçisi peşəsinə işə götürülmüş, xx.xx.1996-cı ildən xx.xx.2009-cu ilədək neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 6-cı dərəcəli qazma köməkçisi keçirilmişdir. Arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin, göstəricilərinin təsdiq edilməsi haqqında olan 1 nömrəli siyahının 10-cu Qazma bölmənin “a” bəndinə əsasən dəniz neftçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməsinə icazə verilir: Şifr: ******* “a” 11297 - Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları; Şifr: ******* “b” 22247 - bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə). Güzəştli iş stajı: 29 il 11 ay 22 gün. Dənizdə Neft və X4 30 iyun 1995-ci il tarixli 139 saylı əmrinə əsasən idarə ləğv olunması ilə əlaqədar olaraq “Sahil” X23 idarəsi “Bulla” X23 İdarəsinin tərkibinə verilmişdir. “Azneft” İstehsalat Birliyinin 09 noyabr 2006-cı il tarixli 408 saylı əmrinə əsasən struktur təkmilləşdirilməsi ilə əlaqədar olaraq “Bulla” X23 İdarəsi qazma sexi kimi “Bayıl Limanı” X23 İdarəsinin tərkibinə verilmişdir. “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin 10 mart 1993cü il 78 nömrəli əmrinə əsasən 01 aprel 1993-cü il tarixdən idarənin adı dəyişdirilərək X15 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən ARDNŞ-nin 28 saylı və “Azneft” İB-nin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №-li əmri ilə X15 Qazma İdarəsi Qazma sexi kimi "Bayıl Limanı” DKQİ-nin tərkibinə verilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2009-cu il tarili 7/126 nömrəli “Bayıl Limanı” X23 İdarəsinin arayışından görünür ki, iddiaçıya 2004-2006-cı illərdə aldığı əmək haqqı barədə arayış verilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 2471 nömrəli, xx.xx.2009-cu il tarixli qərarından görünür ki, təqdim edilmiş həmin sənədlərə əsasən X9 xx.xx.2006-cı il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. Abşeron rayon şöbəsinin 63 nömrəli atestatından görünür ki, pensiyaçı X7 pensiya işi Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2011-ci il tarixli tələbnaməsinə əsasən xx.xx.2011-ci il tarixdə dayandırılaraq ona göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 341/104 nömrəli, xx.xx.2011-ci il tarixli qərarından görünür ki, Abşeron DSMF gəlmə iş- X9 01 fevral 2011-ci il tarixdən 1 nömrəli siyahı üzrə yaşa görə ömürlük pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixində iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiyanın yenidən hesablanmasının təxirə salınması haqqında məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən 12 dekabr 1973-cü il tarixli əmək kitabçasında və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X22” tresti “Bayıl Limanı” X23 idarəsinin sizə dair 10 iyun 2009-cu il tarixli 6/133 nömrəli arayışında qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Qeyd olunanlar nəzərə alınaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələsinə ümumi və güzəştli iş stajına dair məlumatların dəqiqləşdirilməsindən sonra baxılacaqdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********1 saylı qərarından görünür ki, vətəndaş X9 əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyası ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin qərarın ləğv edilməsini və ona xx.xx.2006-cı il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən: - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallara istinad edərək, iddiaçının təqdim etdiyi təhrif edilmiş məlumatlar əsasında ona qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edildiyinə istinad edərək, həmin qərarı ləğv etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin sonuncu qərarı qanuni olmuşdur. Belə ki, işdə olan Socar “X22” trestinin 14-2-15/2-621/2024 saylı, xx.xx.2024-cü il tarixli iş stajı haqqında arxiv arayışından görünür ki, X14 xx.xx.1979-cu ildən xx.xx.1994cü ilə kimi “Xəzərqazmaneftqazsənaye” İsthsalat Birliyinin “Primorsk” X23 İdarəsində, “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X23 İdarəsində işləmişdir. xx.xx.1994-cü ildə xx.xx.1994-cü il tarixli 1-k nömrəli əmrlə işdən azad edilmişdir. Ümumi iş stajı 14 il, 05 ay, 24 gün, güzəştli iş stajı 09 il, 06 ay, 10 gün müəyyən edilmişdir. Həmçinin iddiaçının inzibati icraat zamanı cavabdehə təqdim etdiyi əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1994-cü ildə öz arzusu ilə işdən azad edilmişdir. Bundan əlavə, “X24” X2 ümumi və güzəştli stajın haqqında xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, sığortaolunan X9 X22 Tresti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli SOCAR **********0020123X00096 nömrəli arayışda qeyd olunduğu kimi adıçəkilən şəxsin həmin müəssisədə ümumi iş stajı xx.xx.1979-cu il tarixində xx.xx.1994-cü il tarixinədək olan dövrü təşkil edir. xx.xx.1994-cü ildən sonra müəssisədə saxlanılan heç bir arxiv sənədində X8 adına rast gəlinməmişdir. Göründüyü kimi, iddiaçı 1994-cü ildə “Xəzərdənizneftqaz” İstehsalat Birliyində tutduğu vəzifədən azad edilsə də, 2009-cu ildə Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə ona pensiya təyin edilməsi üçün müraciət edərkən 2009-cu il tarixədək həmin İdarədə işlədiyini göstərən “Bayıl Limanı” X23 İdarəsinin 6/133 saylı xx.xx.2009-cu il tarixli güzəştli arayışını və 2004-2006-cı illərdə əmək haqqı alması barədə xx.xx.2009-cu il tarixli 7/126 nömrəli arayışını təqdim etmiş, bu zaman həmin məlumatların doğru olmadığını bilmişdir. Həmçinin iddiaçının həmin vaxt DSMF-yə təqdim etdiyi AZE seriyalı 00485970 nömrəli şəxsiyyət vəsiqəsinin məlumatları da həqiqətə uyğun olmamış, həmin şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı ünvan 4 ünvanında qeydiyyatda olmasına, boyunun 1.66 metr, şəxsiyyət vəsiqəsini verən orqanın Qaradağ RPİ olmasına baxmayaraq, iddiaçı xx.xx.2003-cü il tarixdə Abşeron RPİ tərəfindən verilmiş, Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatda olduğunu, boyunun 198 sm təşkil etdiyini göstərən saxta şəxsiyyət vəsiqəsi təqdim etmişdir. Göründüyü kimi, iddiaçı təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə əlverişli inzibati akt qəbul edilməsinə nail olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 2471 nömrəli, xx.xx.2009-cu il tarixli qərarı ilə iddiaçı X9 xx.xx.2006-cı il tarixdən yaşa görə ömürlük pensiya təyin edilməsi barədə qərar qanunsuz inzibati akt olmuş, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan hallar olduğundan cavabdeh Qanunun 67.7-cı maddəsinə əsasən həmin inzbati aktı ləğv etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Yuxarıda qeyd olunan işin hallarını və maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, mübahisəli inzibati akt qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar