Məhkəmə qərarları › İş №2-1(112)-3806/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3806/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3806/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.N972-ci il tarixdə Cəbrayıl rayonu Cəbrayıl şəhərində anadan olmuşdur. xx.xx.N992-ci ildə N04 nömrəli əmrlə N saylı hərbi hissədə sıravi əsgər olmuşdur. xx.xx.N992-ci ildə 6 nömrəli əmrə əsasən mühəndis mina axtaran tağımında mina axtaran vəzifəsinə təyim edilmişdir. Bundan sonra N saylı hərbi hissənin adı dəyişdi və xx.xx.N993-cü ildə 27 saylı əmrlə Bakı şəhərinə imtahan sessiyasınana görə həmin gün icazə alaraq İqtisad universitetinə getmişdir. Qarabağ müharibəsində iştirak etmişdir. Hərbi xidmətdə olduğu müddətdə N992-ci ilin dekabr ayından mina axtaran vəzifəsini icra etmişdir. Hərbi xidmətdə olduğu müddət ərzində Cəbrayıl və Fizuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Onun bu hərbi hissənin tərkibində döyüş bölgələrində olmağını və vuruşmağını həmin döyüşlərdə iştirak etmiş hərbiçi döyüş yoldaşları - X2, X3 və X4 təsdiq edə bilər. Onunla vuruşan şəxslərdən çoxu müharibə veteranı statusu almışlar. Hazırda döyüş bölgəsində iştirak etməyi ilə əlaqədar «Müharibə Veteranı» adı verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Ancaq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin yoxlamaları nəticəsində müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Bir vətəndaş olaraq hazırda müharibə veteranı statusu almaq istəyir. Ancaq barəsində hərbi hissə üzrə məlumatlar Müdafiə Nazirliyinin Mərkəzi Arxivində aşkar edilməməsi üzündən ona müharibə veteranı adı verilməsi mümkün olmur. Hesab edir ki, barəsində hərbi hissə üzrə məlumatlar Müdafiə Nazirliyinin Mərkəzi Arxivində aşkar edilməməsi onun günahı hesab edilə bilməz və düşmənə qarşı döyüş bölgəsində iştirakını inkar etmir. Ona görə də hesab edir ki, müharibədə iştirak edən bir vətəndaş kimi ona müharibə veteranı statusu verilməlidir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 №-li Qərarına əsasən” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6- cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarinda olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, N6 iyunN992-ci il tarixdən N04 saylı əmrilə N nömrəli hərbi hissədə sıravi əsgər kimi xidmət etmiş və 3N dekabr N992-ci ildə 6 nömrəli əmrə əsasən mühəndis mina axtaran tağımında mina axtaran vəzifəsinə təyin edilmişdir. 03 aprel N993cü ildə 27 saylı əmrilə Bakı şəhərinə imtahan sessiyasına N0 gün icazə alaraq İqtisad Universitetinə getmişdir. İddiaçının göstərdiyi məlumatlar Müdafiə Nazirliyinin Mərkəzi Arxivin N6 noyabr 2023-cü il tarixli 2NN4 nömrəli məktubunda öz əksini tapmışdır. Lakin, İqtisad Universitetində imtahan verildikdən sonra hərbi hissəyə qayıtmamışdır. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbini irəli sürmüşdür. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin arayışdan görünür ki, imtahan verildikdən sonra iddiaçı hərbi hissəyə qayıtmamış və buna görə də N nömrəli hərbi hissə komandirinin 0N noyabr N993-cü il tarixli 0208 nömrəli əmrilə uzun müddət hərbi hissədən yayındığına görə vəzifəsindən azad edilməklə bütün təminat siyahılarından çıxarılaraq ştatdan kənar hesab olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin N noyabr N993-02 fevral N994cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. İddia tələbi əsassız olduğundan iddaçı İddiaçı döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissənin noyabr N993-cü il tarixdən hərbi xidməti və ehtiyata buraxılması (toplanışa gəlmə və ya getmə) barədə arxiv sənədlərində məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Tələbin faktiki əsasında gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Bundan əlavə iddiaçının istinad etdiyi sənədlər onun döyüşən hərbi hissənin tərkibində iştirak etməsini təsdiq etmir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının noyabr N993-cü il tarixdən hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdə olmaması onun döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs statusunu əldə etməsini istisna edir. Belə olan halda Müdafiə Nazirliyinin imtinası qanunidir iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

4. Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Söbəsi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və XN üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon sektoruna ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda bildirilir ki, Cəbrayıl rayon sakini N972-ci il təvəllüdlü İddiaçı xx.xx.N989-cu il tarixdən keçmiş Cəbrayıl RHK-da ilkin hərbi qeydiyyata alınmışdır. xx.xx.N992-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə göndərilmiş, xx.xx.N993-cü il tarixdə hərbi hissən tərk etmiş, Füzuli HP tərəfindən Milli Məclisin xx.xx.N997-ci il tarixli Amnistiya qərarı tətbiq edilərək hərbi qeydiyyata alınmış, ehtiyatda olmağın son yaş həddinə çatdığına görə (50 yaş), xx.xx.2022-ci il tarixdə hərbi qeydiyyatdan silinmişdir, fərarilərin qeydiyyatından keçmir.

5. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2NN4 saylı arxiv arayışında qeyd edilir ki, 722(N) nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N04 №-li əmrilə (əsas: §-N, sıra 2.N) sıravi İddiaçı mühəndis istehkan tağımında istehkamçı vəzifəsinə təyin edilmişdir. N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 6 №-li əmrilə (əsas: §-7, səh-NN, sıra-5) sıravi İddiaçı mühəndis-mina axtaran tağımında minaaxtaran vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 027 №-li əmrilə (əsas: §-3), sıravi İddiaçı Bakı şəhərinə imtahan sesiyasına getmək üçün on gün müddətinə icazə verilmişdir. Mühəndis-istehkam tağımının 3-cü bölməsinin istehkamçısı, sıravi İddiaçı uzun müddət hərbi hissədən yayındığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 0208 №-li əmrilə (əsas: §-9, sıra-37) vəzifəsindən azad edilməklə bütün təminat siyahılarından çıxarılaraq ştatdan kənar hesab olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

9. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 20N7-ci ilin N yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 20N6-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N3 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

11. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

13. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin N-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

15. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən həmin bəndin qeyd hissəsi nəzərə alınmaqla aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması.

16. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

17. Birinci hala münasibətdə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur. Belə ki, o, xx.xx.N992-ci ildən xx.xx.N993-cü ilədək N () №-li hərbi hissədə iştirak etmiş, həmin ilin aprelin 3-ü imtihanda iştirak etmək məqsədi ilə Bakıya gəlmiş, bunun üçün N0 gün verilməsinə baxmayaq hərbi hissəyə qayıtmamışdır, nəticədə N №-li hərbi hissənin xx.xx.N993-cü il tarixli 0208 №-li əmrilə vəzifəsindən azad edilməklə bütün təminat siyahılarından çıxarılaraq ştatdan kənar hesab olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində də N №-li hərbi hissə komandirinin xx.xx.N993xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçı barəsində məlumat aşkar olunmamışdır. Qanunvericiliyin tələbinə görə şəxsin döyüş əməliyyatlarında iştirakı sənədlərlə təsdiq olunur. Beləliklə işdə olan sənədlərlə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni təzavüzü ilə əlaqədar döyüş əməliyyatlarında iştirak etməsi müəyyən olunmur.

18. İkinci hala münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir.

19. Lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N9-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

21. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

25. Göstərilənlərə əsasən və İPM-in 4.N, 23.N, 58.7, 69, 75, 78–79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar